Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poqrom
Poqrom (rus sözüdür (погром), kökü "громить" - dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) - kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Termin kimi ilk əvvələr əsasən Rus İmperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar poqrom andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (“Сумгаитский погром”) adlandırılmışdır.
Zaqreb
Zaqreb (xorv. Zagreb) — Xorvatiyanın paytaxtı və ən böyük şəhəri. == İqtisadiyyatı == Zaqrebdə iqtisadiyyatın əsas sənaye sahələri elektrik maşınlarının və aparatlarının istehsalı, kimya sənayesi, əczaçılıq, toxuculuq və qida sənayeləridir. Zaqreb şəhəri beynəlxalq ticarət mərkəzlərindən biri olmaqla yanaşı, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri arasındakı nəqliyyat yolunun kəsişməsində yerləşir. Zaqreb şəhəri adambaşına düşən Ümumi Daxili Məhsulun miqdarına görə ölkədə birinci yeri tutur. 2005-ci ildə Xorvatiyada adambaşına düşən ÜDM miqdarı 10431 dollar idisə, Zaqrebdə bu göstərici 19132 dollar olub. 2006-cı ilin göstəricilərinə görə şəhərdə işsizlik səviyyəsi 8,6% olub. Xorvatiyadakı şirkətlərin 34%-nin mərkəzi qərargahı Zaqrebdə yerləşir, ölkədəki işçi qüvvəsinin 38,4%-i Zaqrebdə işləyir. Ölkədəki ixracatın 35%-i, idxalın isə 60%-i Zaqrebin payına düşür.
Pоreç
Pоreç (xorv. Poreč) — Xorvatiyanın İstriyskaya vilayətində yerləşən bir şəhərdir. Şəhərin əhalisi 2011-ci ildə 16,696 nəfərdir. Şəhərin əsas əlamətdar yeri 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş 6-cı əsr Euphrasian Bazilikasıdır.
Əqrəb
Əqrəblər (lat. Scorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımda yaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Qafqazın Qara dəniz sahilində İtaliya əqrəbi (lat. Euscorpius italicus), Zaqafqaziyada və Orta Asiyada alabəzək əqrəb (lat. Buthus eureus) növləri geniş yayılmışdır. Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır.
Bioloji proqres
Bioloji proqres — taksonun tarixi inkişafında arealını genişləndirib sayını artırması üçün yeni-yeni uyğunlaşmalar qazanması. == Bioloji proqres == Üzvi aləmdə növlər fərdlərin miqdarına və yaşama arealına görə bir-birindən fərqlənir. Ümumiyyətlə, ibtidai orqanizmlərin müəyyən yaşayış yerində miqdarı ali orqanizmlərə nisbətən çox olur. "Yüksək" mütəşəkkil varlıqlar, daha təkmilləşmiş uyğunlaşmalara malik olduqlarından, öz tərəqqisini fərdlərin miqdarını artırmaq yolu ilə deyil, ayrıca götürülmüş fərdlərin həyat qabiliyyətinin yüksəlməsi ilə təmin edir. Lakin bu xüsusiyyət ancaq böyük qruplardan olan orqanizmləri müqayisə etdikdə aydın görünür. Konkret bir növün yaşamaq uğrunda mübarizədə nailiyyəti isə hər şeydən əvvəl populyasiyada fərdlərin miqdarının və onun populyasiyalarınınmiqdarının artması, eləcə də növün arealının genişlənməsindən asılıdır. A. N. Seversova görə bioloji proqres bir sıra dəqiq yollarla, aramorfozlar, idioadaptasiyalar və ümumi degenerasiya kimi morfofizioloji dəyişikliklər vasitəsilə baş verir. Bioloji proqres orqanizmlərin mütəşəkkilliyinin həm mürəkkəbləşməsi, həm də sadələşməsi yolu ilə baş verir. Məsələn, sahibin daxilində özünəməxsus şəraitdə yaşayan orqanizmlərin əksər orqanlar sistemi faydasız olur. Bu zaman orqanizmlərdə aktiv fəaliyyət göstərməyən orqanlar reduksiya olunur, lakin sormaclar, qarmaqlar, cinsiyyət sistemi kimi orqanlar isə yaxşı inkişaf edir.
Porqəm Təbrizi
Porqəm Təbrizi Azərbaycanın 13-cü əsr (Hicri Şəmsi) şairlərindandir ki, Təbriz şəhərində dünyaya gəlib və Azərbaycan, və fars dillərində şeirlər yazıb.
Zaqreb Aeroportu
Franyo Tucman Aeroportu (xorv. Zračna luka „Franjo Tuđman”) — Xorvatiyanın ən böyük və ən aktiv aeroportudur. Hava limanı Xorvatiyanın keçmiş prezidenti Franyo Tucmanın adını daşıyır. Liman həm də Pleso aeroportu kimi də tanınır. Aeroport Velika Goritsada Zaqreb Mərkəzi Vağzalından 10 km cənub-şərqdə yerləşir. Aeroportun ərazisində, "Polkovnik Marko Jivkoviç" baraklarında Xorvatiya Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin bazası yerləşir. Həmçinin, aeroportda Xorvatiya Hava Nəqliyyatına Nəzarət İdarəsinin qərargahı var. Aeroport 2015-ci ildə 2 587 798 sərnişinə xidmət edib. Aeroport Xorvatiya hökuməti tərəfindən imzalanan müqaviləyə müvafiq olaraq 30 illik konsessiya əsasında ZAIC konsorsiumuna (Zaqreb Aeroportu Beynəlxalq Şirkəti) verilmişdir. == Terminallar == === Terminal 1 === Sərnişin terminalı yeni layihə ilə yenidən qurulub və 2008-ci ildən bəri VIP terminal kimi sərnişinlərə, aeroport ziyarətçilərinə xidmət göstərir.
Zaqreb Universiteti
Zaqreb Universiteti (xorv. Sveučilište u Zagrebu) — Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 23 sentyabr 1669-cu ildə qoyulmuşdur. == Tədris == Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur.
Zaqreb bankı
Zagrebačka banka (Zaqrebaçka banka, Zaqreb bankı) — Xorvatiyanın ən böyük bankı. UniCredit Maliyyə Korporasiyasının törəmə bankı. 1989-cu ildə tam özəlləşdirilən ilk Xorvatiya bankı və listinqlə birjaya (Zaqreb fond birjası, 1995-ci il) çıxan ilk Xorvatiya bankı. CROBEX adlı Xorvatiyanın əsas fond indeksinə daxil olan 25 şirkətdən biri. Bank 1914-cü ildə Zaqreb hakimiyyəti tərəfindən Gradska štedionica (şəhər əmanət bankı) adı ilə təsis edilmişdir. Bankın əsas vəzifəsi ilk öncə şəhər ictimai müəssisə və təşkilatlarını maliyyələşdirmək idi. Yarandığı gündən iki il sonra bank şəhərdə tramvay şəbəkəsi tikən Zaqreb Tramvay Şirkətini (ZET) maliyyələşdirməyə, eləcə də digər infrastruktur layihələrini kreditlərlə dəstəkləməyə başladı. İkinci Dünya Müharibəsindən sonra bankın adı Gradska štedionica Zagreb (Zaqreb Şəhəri Əmanət Bankı) oldu. 1977-ci ildə bir sıra yenidən qurulmadan sonra bank müəssisələrə kredit verməyə yönəlmiş Zaqrebačka banka və fiziki şəxslərə maliyyə xidmətləri göstərən Gradska štedionica bölündü. 1980-ci ildə onlar yenidən birləşdilər, lakin artıq Zagrebačka banka adı altında.
Zaqreb funikulyoru
Zaqreb funikulyoru (xorv. Zagrebačka uspinjača) — Funikulyor Xorvatiyanın paytaxtı olan Zaqrebdə yerləşir. Funikulyor Tomisa və İlisa küçəsini Ştrosmayer prospekti ilə birləşdirir. Zaqreb funikulyorunun operator funksiyasını Zaqreb tramvay şirkəti (ZET) həyata keçirir. Funikulyorun istifadədə olan uzunluğu cəmi 66 metr təşkil edir. Bu xüsusiyyətinə görə funikulyor dünyanın ən qısa xəttə malik nəqliyyat vastəsidir. Zaqreb funikulyorunun tikintisinə 1890-cı ildən başlanmışdır. Tikinti işləri 1893-cü ilin 23 aprelində başa çatdırılır. İlk əvvəllər buxar mühərriklərindən istifadə edilmişdir. 1934-cü ildə isə buxar mühərrikləri elektrikli mühərriklə əvəzlənmişdir.
Zaqreb kafedralı
Zaqreb kafedralı (xorv. Zagrebačka katedrala) — Xorvatiyanın paytaxtı Zaqrebdə, Kaptolda yerləşən Roman-Katolik kafedralı. Xorvatiyanın ən hündür tikilisidir, Alp dağlarının cənub-şərqində yerləşən qotika üslubunda olan tikililərdən biridir. Kafedral Məryəmin göyə çıxmasına, eləcə də, I İştvan və I Lasloya həsr olunmuşdur. Kafedralda yerləşən sakristiya böyük memarlıq dəyərinə malikdir. Kafedralın gözəçarpan şpilləri görməli yerlərdən biri hesab olunur və şəhərin bir çox yerlərindən şpilləri görmək olar. == Tarix == 1093-cü ildə Kral Laslo (1040-1095) yepiskop kafedrasını Sisak şəhərindən Zaqreb şəhərinə köçürmüşdür və mövcud kilsə kafedral elan edilmişdir. Kafedralın tikintisinə kralın ölümündən qısa müddət sonra başlanılmış və 1217-ci ildə tamamlanaraq Kral II Andraş tərəfindən təqdis olunmuşdur. Tikili 1242-ci ildə monqollar tərəfindən dağıdılmışdır, lakin bir neçə il sonra yepiskop Timotej (1263-1287) tərəfindən bərpa edilmişdir. XVI əsrin sonlarında Xorvatiyanı işğal etmiş Osmanlı imperiyası kafedral ətrafında istehkam divarları tikməyə başlamışdır və divarların bir hissəsi hələ də salamatdır.
Zaqreb məscidi
Zaqreb məscidi (xorv. Zagrebačka džamija) — Zaqreb şəhərində yerləşən Xorvatiyanın ən iri məscidi. == Haqqqında == Məscidin tikintisinə 1981-ci ildə başlanılmışdır. Məscidin tikintisi üçün Birləşmiş Ərəb Əmirliklərindən Şarja əmiri Sultan bin Məhəmməd Əɬ-Qasimi 2,5 milyon ABŞ dolları ianə etmişdir. O, 1983-cü ildə Zaqrebdə İslam icmasını ziyarət etmişdir. 1987-ci ildə Zaqreb məscidinin tikintisi başa çatmışdır. Zaqreb məscidi Xorvatiyada ən iri məsciddir. Məscidin yaxınlığında Əhməd Smayloviç adına İslam Ali məktəbi və İslam mədəni mərkəzi yerləşir. Məscidin layihəsi bosniyalı memarlar - Camal Seliç və Mirzə Qolosun tərəfindən hazırlanıb. Minarəsinin hündürlüyü 51 metrdir.
Zaqreb tramvayı
Zaqreb tramvayı (xorv. Zagrebački tramvaj) — Zaqreb şəhərində mövcüd olan nəqliyyat növlərindən biri. 1891 ildə şəhərdə ilk dəfə konka, 1910 ildə isə elektrikli tramvay istifadəyə verilmişdir. Sərnişinlərin daşınması üçün 116 km uzunluğa və reylslər arasında məsafəsi 1 metr olan sistemdən ibarətdir. Əvvəllər günorta radələrinə qədər 1-17 maşrut xidmət göstərirdi. Gecə radələrində isə 31-34 maşrut işləyirdi. Maşrutlar arasında interval 5-10 dəqiqə təşkil edir. Gecə radələrində tramvaylar rəsmi göstərilən vaxtlarda dayancaqlada olurlar. Bu zaman interval 40 dəqiqə təşkil edir. Gündüz radələrində də rəsmi dayanacaqlar üzrə vaxtlar təyin edilsələrdə, pik radələrinə təsadüf etdiyindən buna tam riayyət edilmir.
Zaqreb şəhəri
Zaqreb (xorv. Zagreb) — Xorvatiyanın paytaxtı və ən böyük şəhəri. == İqtisadiyyatı == Zaqrebdə iqtisadiyyatın əsas sənaye sahələri elektrik maşınlarının və aparatlarının istehsalı, kimya sənayesi, əczaçılıq, toxuculuq və qida sənayeləridir. Zaqreb şəhəri beynəlxalq ticarət mərkəzlərindən biri olmaqla yanaşı, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri arasındakı nəqliyyat yolunun kəsişməsində yerləşir. Zaqreb şəhəri adambaşına düşən Ümumi Daxili Məhsulun miqdarına görə ölkədə birinci yeri tutur. 2005-ci ildə Xorvatiyada adambaşına düşən ÜDM miqdarı 10431 dollar idisə, Zaqrebdə bu göstərici 19132 dollar olub. 2006-cı ilin göstəricilərinə görə şəhərdə işsizlik səviyyəsi 8,6% olub. Xorvatiyadakı şirkətlərin 34%-nin mərkəzi qərargahı Zaqrebdə yerləşir, ölkədəki işçi qüvvəsinin 38,4%-i Zaqrebdə işləyir. Ölkədəki ixracatın 35%-i, idxalın isə 60%-i Zaqrebin payına düşür.
Oqre
Oqre (latış. Ogre‎) — Latviyanın Vidzeme diyarında Dauqava çayının sahilində yerləşən şəhər.
Omikron Əqrəb
Omikron Əqrəb — Scorpiusun Bürcündə bir ulduzdur. +4.57 görünən vizual ölçülü ilə adi gözlə görünə bilər. Parallaks ölçmələr təxminən 900 işıq ili olan məsafəni göstərir. Bu, Rho Ophiuchi qaranlıq bulud yaxınlığında yerləşir. Bu A4II / III mükəmməl təsnifatlı ağ A tipli parlaq nəhəngdir. Bu nadir sinif sinfinin parlaq üzvlərindən biridir və öyrənməyə maraqlıdır. Omikron Əqrəb günəş kütləsinin təxminən səkkiz dəfə, radiusdan on beş dəfə, təxminən 40 milyon yaşındadır.Ulduzun günəş işığının 3.125 dəfə təxminən 8,128 K olan effektiv temperaturda xarici atmosferindən yayılır.Ətrafdakı tozun və ya mümkün bir infraqırmızı parlaq yoldaşı olması səbəbindən infraqırmızı aşınma göstərmir, lakin bu ulduzun işığı interstellar tozundan məhv olur. Omikron Əqrəb 20-ci əsrdə Scorpius-Centaurus OB assosiasiyasında Üst Scorpius alt qrupunun mümkün bir üzvü kimi bəzən xatırlandı.Bununla belə, Hipparcos tərəfindən ölçüldüyü qədər kiçik hərəkətə və kiçik trigonometrik paralaksaya görə bu qrupundaha son üzvlük siyahılarında görünmür. Bu, Scorpius-Centaurus ilə əlaqəli bir fon ulduzu olduğunu göstərir.
Otokar Əqrəb
Otokar Əqrəb, Otokar tərəfindən hazırlanan zirehli transportyor.
Əqrəb (astrologiya)
(lat. Scorpio) 23 oktyabr — 22 noyabr Ünsürü — su Rəmzi — əqrəb Rəngi — tünd qırmızı Himayəçi planeti — Pluton, Mars Aparıcı motivi — idarəetmə, hökmranlıq və nəzarət Rəmzi görkəmi — İnsan qəlbinin fatehi Müsbət xüsusiyyətləri — məğrur, ləyaqətli, ürəyiaçıq, xeyirxah, təmkinli və ehtiraslı, müstəqil, mübariz və dərin intuisiyalıdır, mistikaya meyillidir, amma hər hansı hadisədən baş çıxara bilir, məsuliyyətli, dözümlü, cəsarətli və rəhmdildir. Mənfi xüsusiyyətləri — xudbindir, şöhrətpərəst və hökmranlığa meyillidir, özbaşına, şıltaq, yeri gəldi-gəlmədi hər kəsdən ehtiram tələb edən, mərkəzci, amansız və qapalıdır.
Əqrəb (bürc)
Əqrəb (lat. Scorpius) - zodiakal bürc.
Əqrəb (dəqiqləşdirmə)
Əqrəblər — hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəb (film, 1972) — "Mozalan" Satirik Kinojurnalı № 5, 3-cü süjet. Əqrəb (astrologiya) — 12 zodiak bürcündən biri. Əqrəb (bürc) — Süd Yolunda yerləşən ulduz toplusu. Əqrəb (saat) — Saat, kompas və s. öz oxu ətrafında fırlanan mil.
Əqrəb (jurnal)
"Əqrəb" — Bakıda nəşr edilmiş satirik jurnal. == Haqqında == 8 səhifədən ibarət olan "Əqrəb" jurnalının 1923-cü ildə 6, 1924-cü ildə 2 nömrəsi çap edilmişdir. Jurnalda nəzm və nəsrlə həm satirik, həm də yumoristik yazılar, karikaturalar verilirdi. "Əqrəb" jurnalının redaktoru Həsən Rəhmanov, rəssamı Əzim Əzimzadə idi. "Əqrəb" imzalı baş məqaləsindən jurnalın bəzi əsas vəzifələri, dil, üslub xüsusiyyətləri etibarilə "Molla Nəsrəddin"dən öyrənməyə çalışdığı görünürdü. == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı,2008.
Əqrəb zərbəsi
Əqrəb zərbəsi — futbolda fiziki fənd. 1995-ci ildə Kolumbiya milli futbol komandasının qapıçısı Rene İquitanın imza atdığı qeyri-adi zərbə futbol tarixinin ən yaddaşlarda qalan məqamlarından hesab olunur.
Əqrəb mövsümü
Əqrəb mövsümü — 2023-cü ilin yanvarında İctimai TV kanalında yayımlanmış dram, triller və detektiv janrlarında olan Azərbaycan serialı. Serial Ceyhun Hidayətlinin "Əqrəb" romanına əsaslanır. Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir. 12 seriyadan ibarətdir. == Məzmun == Serial bütün şəhəri qorxu və təşviş içində saxlayan sirli seriyalı qatildən (Əli Əlizadə) bəhs edir. Qatili tapmaq üçün edilən bütün cəhdlər uğursuzluqla nəticələnir. Nəticədə, qatili tapmaq işi təcrübəli detektivlər Rauf Eyvazov (Azər Aydəmir) və Kənan Orucova (Hikmət Rəhimov) tapşırılır. Hər bir qətl bir mesaj daşıyır və cinayət işini daha da mürəkkəbləşdirir. == Heyət == === Rollarda === === İstehsalçı heyət === Serialın quruluşçu rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmir, prodüseri Yalçın Verdiyev, kinematoqrafı Məhəmməd Osmanov, rejissorları Kənan Nadirli və Nicat Muxtarov, kostyum dizayneri Olqa Şabanova, səs rejissoru MORII və quruluşçu rəssamı Aysel Əmirovadır. == Seriya siyahısı == == İstehsal == Serial Ceyhun Hidayətlinin 2015-ci ildə nəşr olunmuş "Əqrəb" romanına əsaslanır.
Dinamo Zaqreb FK
Dinamo Zaqreb FK — komanda ikinci Dünya Müharibəsinin bitdiyi il, 1945-ci ildə qurulub (9 iyun). Klubun tam adı "Noqometniy Klub Dinamo Zaqreb"dir. Ləqəbləri "plavi". Komanda oyunlarını 38 923 nəfərlik Maksimir stadionunda oynayır. Klub qeyd olunan tarixdə Yuqoslaviya Kommunist Partiyasının da dəstəyi ilə Zaqrebin o vaxtki 3 məşhur komadasının — HASK, Qrajdanski, Konkordia — tək ad altında birləşməsindən ortaya çıxıb. Klubun Avropa kuboklarındakı ən uğurlu mövsümü 1997–1998-ci ildə Uefa kubokunda 3-cü mərhələyə qədər gəlməsi olub. Burda isə Atletiko Madridə 1–2 (iki oyun) məğlub olaraq vətənə qayıdıb. == Ölkə daxilindəki müvəffəqiyyətləri == Yuqoslaviya çempionluğu 4 dəfə 1948, 1954, 1958, 1982 Yuqoslaviya kuboku : 7 dəfə 1951, 1960, 1963, 1965, 1969, 1980, 1983 Xorvatiya çempionu: 24 dəfə 1993, 1996, 1997, 1998, 1999, 2000, 2003, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2018, 2019, 2020, 2021–2022, 2022–23 Xorvatiya kuboku : 11 dəfə 1994, 1996, 1997, 1998, 2001, 2002, 2004, 2007, 2008, 2009, 2011 Xorvatiya superkuboku: 7 dəfə 1996, 1997, 1998, 2002, 2003, 2006, 2007 Köhnə Yuqoslaviya zamanında 1967-ci ildə indiki UEFA kubokunun sələfi olan ICFC (international cities fair cup — Yarmarkalar Kuboku) kubokunu baş üzərinə qaldırıb. 1977-ci ildə isə Slavyan Çempionlar Liqasının (rəsmi olaraq Balkan Kuboku) qalibi olub.
Proqres Niderkorn FK
"Proqres Niderkorn" FK (fr. Football Club Progrès Niedercorn) — Lüksemburqun Niderkorn şəhərini təmsil edən peşəkar futbol klubu. == Tarixi == "Proqres Niderkorn" futbol klubu 1919-cu ildə yaranıb. Almaniyanın İkinci dünya müharibəsinin gedişində Lüksemburqu işğal etməsi nəticəsində "Proqres" 1942—43 mövsümündə "Niderkorn" adı altında Qauliqada (Prussiyanın Reyn bölgəsinin mərkəzi və cənubi bölgələrinin çempionatı) iştirak edib və ikinci pilləni tutub. Üç dəfə Lüksemburq çempionatının, dörd dəfə isə ölkə kubokunun qalibi olan "sarı-qaralar" ən yaxşı dövrlərini 1970-ci illərin sonu, 80-ci illərin əvvəllərində yaşayıblar. Komanda 1981-ci ildən bəri çempion ola bilmir. "Proqres" son mövsümü çempion "Düdelanj"ın 5 xal gerisində, ikinci pillədə bitirib. "Proqres" ev oyunlarını 2 min 800 nəfər azarkeş tutumuna malik "Yos Haupert" stadionunda keçirir. Niderkorn təmsilçisinin oyunlarını orta hesabla 710 azarkeş izləyir. == Uğurları == Milli Diviziya Qalib (3): 1952–53, 1977–78, 1980–81 Finalçı (6): 1931–32, 1936–37, 1976–77, 1978–79, 1981–82, 2017–18 Lüksemburq Kuboku Qalib (4): 1932–33, 1944–45, 1976–77, 1977–78 Finalçı (3): 1945–46, 1955–56, 1979–80 == Avrokuboklarda çıxışı == İndiyə kimi avrokuboklarda 15 oyun keçirən "Proqres"in aktivində 1 qələbə, 2 heç-heçə, 12 məğlubiyyət var.