Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polyo
Polyö (fr. Pollieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Poylu
Yaşayış məntəqələri Poylu (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Poylu (Ağstafa) Poylu (kənd, Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Poylu (qəsəbə, Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Digər Poylu dəmiryolu körpüsü — Kür çayı üzərində dəmiryolu körpüsü.
Polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Poylu (Ağstafa)
Poylu (kənd, Ağstafa)
Poylu (Samux)
Poylu — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qabırrıçayın sahilində, dağ­ətəyi ərazidədir. Keçmiş adı Eldar olmuşdur. Kənddə Ağstafa rayonunun Poylu kəndindən köçüb gəlmiş ailələr məskunlaşdığı üçün belə adlandındırılmışdır. Əhalisinin sayı 1715 nəfərdir.
Poylu bələdiyyəsi
Poylu bələdiyyəsi (Ağstafa) — Ağstafa rayonunda bələdiyyə. Poylu bələdiyyəsi (Samux) — Samux rayonunda bələdiyyə.
Atüstü polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Iranda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Filüstü polo
Filüstü polo — polonun Cənubi-Şərgi Asiyada yayılmış filüstü növü. Oyunçular topu meydançada atüstü polodakı olduğu kimi bambukdan düzəldilmiş xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlət. Oyun 200 m uzunluğu olan meydançada oynanılır. Oyun vaxtı filin üstündə iki nəfər oturur: oyunçu və fili idarə edən. Filüstü polo XX əsrin əvvələrində Asiya səfər edən ingilislərlə oynanılmağa başladı. İdman növü kimi XX əsrin sonlarında formalaşıb. Filüstü polonun ümumdünya assosiyasıyası 1982-ci ildə Nepalın Çitvan Milli Parkında Ceyms Manklark və isveçrəli Cim Edvards tərəfindən yaranmışdı. Əvvəlcə top kimi adi futbol topundan istifadə edilirdi. Ancaq fillərin bu topları əzdiyinə görə, kiçik ölçülü standart polo topundan istifadə edilməyə başlanıldı. Bambuk polo taxtaları da atüstü polodan götürülüb.
Marko Polo
Marko Polo (15 sentyabr 1254, Venesiya, Venesiya Respublikası – 8 yanvar 1324, Venesiya, Venesiya Respublikası) — italyan səyyahı. Marko Polo (XIII XIV əsrlər) İtaliyadan Mərkəzi Şərq və Orta Asiya yolu ilə Çinə getmişdir. Marko Polo Bakı neftinin Yaxın Şərq ölkələrinə aparılmasından söz açmış, habelə Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulamışdır. == Çin səfəri == XIII əsrin ortalarından etibarən avropalıların coğrafi təfəkkür dairəsi genişlənməyə başlamışdı. Bəzi Avropa tacirləri Şərqlə ticarətə can atırdılar. Buna misal olaraq İtaliya səyyahı və yazıçısı Marko Polonun mənsub olduğu Venesiya tacirlərinin Polo ailəsini göstərmək olar. Atasını və əmisini müşayiət edən Marko 1271-ci ildə Aralıq dənizi sahillərindəki Akka şəhərindən yola düşərək Hörmüzə gəlir və oradan karvanla Mərkəzi Asiyanın səhralarından və dağlarından keçərək uzun aylar yol getdikdən sonra 1275-ci ildə Şimali Çinə gəlib çıxır. Marko Polo Mərkəzi Asiya vilayətində və Çin kimi böyük dövlətdə olmuş ilk avropalı hesab olunur. Onun ailəsi tam 17 il bu qədim diyarın müxtəlif əyalətlərini gəzmiş, onun böyük xanı olmuş Xubilayın (Çingiz xanın nəvəsi) hörmətini qazanmış, ticarətlə məşğul olmuşdur. Geriyə daha təhlükəsiz hesab olunan dəniz yolu ilə qayıtmişdır.
Poylu (kənd, Ağstafa)
Poylu — Azərbaycan Respublikasının Ağstafa rayonunun Poylu kənd inzibati ərazi dairəsində kənd.
Poylu (qəsəbə, Ağstafa)
Poylu — Azərbaycan Respublikasının Ağstafa rayonunun Poylu qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycanın qədim yaşayış yerlərindəndir. Burada tarixləri 1800, 1700, 1500-cü illərə gedib çıxan, ərəblərə, ruslara aid qəbir daşları var. Kəndin əhalisi çox idi.Amma 20-ci əsrin ortalarında kəndə düşən xəstəlik kənd əhalisini buradan köçməyə məcbur etdi.Həmin əhali hal hazırda Poylu kəndi adlanan ərazidə məskunlaşıb. Poylu qəsəbəsi Azərbaycanın qədim yaşayış yerlərindən sayılır. Bunu Poylu kənd qəbirstanlığındakı ərəb əlifbası ile yazılmış qəbir daşları sübut edir.Poylu qəsəbəsindən tapılan müxtəlif qılınclar, xəncərlər, sikkə pullar indi Azərbaycanın müxtəlif muzeylərində saxlanılır. Ən qədim qılınc Cinallar tayfasından olan Əli adlı şəxsə məxsus olmuşdur(hazırda onun davamçıları həmin kənddə var). Ərazisi çökəklikdə yerləşən əsasən düzənliklərdən və çox az sayda xırda təpəliklərdən ibarətdir. Qəsəbədən Kür çayı keçir buda kənd əhalisi yayda çimərlik kimi istifadə etməsi balıq tutması üçün istifadə edirlər. Qəsəbədən həmçinin Ağstafa çayı da kecir.
Poylu bələdiyyəsi (Ağstafa)
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Poylu dəmiryolu körpüsü
Poylu dəmiryolu körpüsü — Kür çayı üzərində dəmiryolu körpüsü. Poylu dəmiryolu körpüsü 1898-ci ildə inşa edilmişdir. Körpü Bakı-Tbilisi dəmiryolunun çəkilişi zamanı tikilmişdir. 1921-ci ilin fevralında gürcü menşevikləri "Qızıl Ordu"ya mane olmaq üçün körpünü dağıtmışdılar. Azərbaycan, Gürcüstan və Ermənistanın 1200 nəfər fəhlə, kəndli və qulluqçusu dörd gün ərzində A.Serebrovskinin rəhbərliyi ilə Poylu dəmiryolu körpüsünü bərpa etmişdir. İnşaatçılar 1921-ci il fevralın 23-də mitinq keçirərək körpüyə Leninin adını vermək haqqında qərar qəbul etmiş və V.İ.Leninə teleqram göndərmişdilər. Körpü 12,3+34,7+88,3+56,6+11,9 m sxeminə malik idi və onun tam uzunluğu 208,7 m idi. Metal ferma şəkilli aşırım qurğularının tirilərinin uzunluğu 34,7 m, 88,3 m və 56,6 m təşkil edirdi. 12,3+11,9 m olan aşırım qurğusu isə dəmir-beton tirdən hazırlanmışdır. 1995-ci ildə "EVRASCON" korporasiyası Poylu yaşayış məntəqəsinin yaxınlığındakı dəmir yolu körpüsünün aşırım qurğusunun tirlərini dəyişdirmişdir.
Poylu qəsəbə bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Polo Sərkan (Qürvə)
Polo Sərkan (fars. پلوسركان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 354 nəfər yaşayır (89 ailə). Əhalisini kürdlər təşkil edir.
Marko Polo (teleserial, 2014)
Marko Polo — venesiyalı səyyah Marko Polonun Monqol imperiyasının, xüsusilə Yuan dövlətinin böyük hökmdarı olan Xubilay xanın sarayındakı ilk illəri haqqında çəkilmiş ABŞ televiziya serialı. Şou 12 dekabr 2014-cü ildə "Netflix"də başlayıb. Seriyaların ssenarist və yaradıcısı Con Fuskodur və baş rolda Lorenzo Riçelmidir. İstehsalçı şirkət "Weinstein" kompaniyasıdır. 2015-ci il yanvarın 7-də "Netflix" serialı 10 seriyalıq ikinci sezon üçün uzatmışdır. == İstehsal == Serialın çəkilməsi ilk olaraq "Starz"da başladı. "Starz" 2012-ci ilin yanvarından seriyaların çəkilməsinə başladı. Çində serialın çəkilməsinə cəhd uğursuz alınanda proyekt "Weinstein" şirkətinə geri verildi. Neftliks 90 milyon dollar xərclə 10 seriyalıq sezon çəkdi. Proyekt 2014-cü ilin yanvarında "Netflix" kanalında rəsmi olaraq elan edildi.
Nikkolo və Maffeo Polo
Nikkolo (1230 — 1294) və Maffeo (1230 — 1309) Polo — Marko Polonun, müvafiq olaraq, atası və əmisi, venesiyalı tacir və səyyahlar. XIII əsrin sonlarında yazılan "Marko Polonun səyahəti" və yaxud "Dünyanın rəngarəngliyi barədə kitab" dünya tarixində əsas yazılı mənbələrdən biri sayılır. Bu əsər Böyük coğrafi səyahətlərin ilham mənbəyi sayılırdı. Deyilənə görə, hətta Xristofor Kolumb Hindistana yeni dəniz yolu axtararkən gəmisində bu kitabı saxlayırmış. Lakin bu dəfə alimlər italyan səyyahı yalanda ittiham etdilər. XIII əsrin ikinci yarısında Markonun vətəni Venesiya Avropanın ən inkişaf etmiş, ən zəngin və ən mədəni şəhəri idi. Markonun dünyaya gəlməsindən yarım əsir öncə, 1204-cü ildə Venesiya Respublikasının qəddar və hiyləgər doju Enriko Dandolo səlibçilərin əli ilə öz rəqibi – Bizansı məğlub etmiş və Şərqə yeni ticarət marşrutları açmışdı. Bu zaman iki tacir qardaş Nikkolo və Maffeo Pololar Konstantinopola yollanır və bir müddət burada qalırlar. Lakin 1261-ci ildə pravoslav bizanslılar birləşərək öz paytaxtlarını işğalçı katoliklərin əlindən qurtardılar və Polo qardaşları Qızıl Ordaya, oradan isə Orta Asiya vasitəsilə Çinə yola düşdülər. Monqol xanı Qubilay xanın sarayına səfir kimi gələn qardaşlar xan tərəfindən hörmətlə qarşılanırlar.
Apollo
Apollo — İsveçrənin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Timebelle qrupu "Apollo" mahnısı ilə İsveçrəni Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı İsveçli bəstəkarlar Elias Noslin, Nikolas Qüntardt və Alessandra Qüntardt tərəfindən yazılmışdır.
Monlo
Monlo (fr. Montlaux, oks. Montlaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Etyen-lez-Orq kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye . INSEE kodu — 04130. 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. 2007-ci ildə 79 yaşında (15-64 yaş arasında) 49 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 62.0%, 1999-cu ildə - 68.8%). Fəal olan 49 nəfərdən 44 nəfər (25 kişi və 19 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
POSCO
POSCO (кор. 포스코 Pxosıkxo) — Cənubi Koreyanın polad şirkəti. 2017-ci ildə istehsal etdiyi poladın həcminə görə dünyanın 5-ci ən iri şirkəti (42,19 mln ton). Forbes Global 2000 jurnalında 2018-ci il üzrə ən iri şirkətlərin siyahısında 228-ci yeri tutub. Əldə etdiyi gəlirə görə 141-ci, təmiz gəlirə görə 297, aktivlərinə görə 410-cu, bazar kapitallasiyasına görə 515-ci yeri tutub Fortune jurnalı dünyanın 500 ən iri şirkəti arasında POSCO 184-ci yerdə qərarlaşıb. Cənubi Koreyanın XX əsrin ikinci yarısında reallaşan inkişaf proqramının mühüm nəticəsi hesab edilən “Posco” şirkəti dünyanın 30 nəhəng ağır sənaye şirkətindən biridir. 2011-ci ilin statistik məlumatlarına görə, dünyada ağır sənayenin qara metallurgiya sahəsi üzrə 1,49 milyard ton polad istehsal olunmuşdur ki, onun da əsas hissəsi Asiyanın payına düşür. Asiyada həmin işi əsasən “Posco” şirkəti həyata keçirmişdir. Statistik məlumatlardan aydın olur ki, 1968-ci ildə Tae Jon Park tərəfindən qurulan “Posco” polad şirkəti bu gün dünyanın ən böyük polad nəhəngləri arasındadır. Hazırda şirkətin 37 milyard dollarlıq sərmayəsi vardır.
Perlo
Perlo (Averon)
Phyla
Phyla (lat. Phyla) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Pollok
Pollok — Qlazqo şəhərinin rayonu.
Polop
Polop (isp. Polop) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 22.58 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 4,994 nəfərə çatmışdır. Polop şəhəri inzibati mərkəzdən 53 km məsafə uzaqlıqda yerləşir.
Polye
Porto
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün arxitektur abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Qoyko
Qoyko — ad. Qoyko Arneri — Yuqoslaviyalı üzgüçü. Qoyko Doqo — Serbiyalı şair. Qoyko İvkoviç — Serbiya futbolçusu. Qoyko Kaçar — Serbiya futbolçusu. Qoyko Mitiç — Yuqoslaviyalı kinoaktyor. Qoyko Piyetloviç — Serbiyalı su polosu qapıçısı. Qoyko Vuçiniç — Serbiyalı həndbolçu. Qoyko Zek — Serbiya futbolçusu.