Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pol Pot
Pol Pot (khm. ប៉ុល ពត) və ya əsl adı ilə Salot Sar (khm. សាឡុត ស; 19 may 1925[…] və ya 19 may 1928[…], Prek-Sbauv[d], Fransa Hind-Çini – 15 aprel 1998[…], Anlonqvenq dairəsi) — Kamboca siyasi və dövlət xadimi. Kampuçiya Kommunist Partiyasının baş katibi (1963–1979), Demokratik Kampuçiyanın baş naziri (1976–1979), "qırmızı kxmerlər"in lideri və diktator. Pol Potun hakimiyyəti dövrü kütləvi represiyalar və aclıqla müşahidə olunmuşdur. O ölkədə aqrar sosializmin radikal formasının əsasını qoymuş və totalitar diktatura sistemini yaratmaq istəyirdi. Onun hökuməti (kxmerlər) şəhərlərin ləğv edilməsi və şəhər sakinlərinin kəndlərdə, sahələrdə məcburi işləməyə cəlb edilməsini özünün məqsədi hesab edirdi. Bu dövrdə kapitalizm dəyərləri kimi göstərilən iqtisadiyyat və maliyyə sistemləri süquta uğradı. Həmçinin, dövlət əmlakı dağıdıldı, banklarda olan valyutalar küçələrə səpilərək yandırıldı. Bunun nəticəsində 1–3 mln arası (təxminən əhalinin 25%-i) insan həlak olmuş və öldürülmüşdür.
Pol
Pol — ad. Pol Sezan — fransız rəssamı Pol Volker — Amerikalı aktyor, model Pol Kruqman — amerikalı iqtisadçı, icmalçı və yazıçı Pol Qrem Vilson — Avstraliya botaniki. Pol Samuelson — amerikalı iqtisadçı.
Aaron Pol
Aaron Pol (27 avqust 1979, Emmett[d], Aydaho) — amerikalı aktyor və prodüser. "Breaking Bad" serialında canlandırdığı Cessi Pinkman personajı ilə tanınır. Bu ifasına görə üç dəfə, 2010, 2012 və 2014-cü illərdə "Praymtaym Emmi" mükafatına layiq görülüb. Paul, karyerasına Soldakı son ev və Təhlükəli tapşırıq III kimi filmlərdə əsas rolların heç birində oynamadan əvvəlcə musiqi videoları və filmlərdə bəzi qonaq rolları ilə başlamışdır. 2007-ci ildə HBO istehsalı serial olan Great Love (Böyük məhəbbət) serialında Scott Quitmann rolunu oynamışdır. 2014-cü ildən bəri Todd Çavezin səsləndirdiyi Netflixin BoJack Horseman cizgi serialının icraçı prodüseridir. 2016-cı ildə Hugh Dancy ilə baş rolunu paylaşdığı "The Path" ("Yol") serialı hələ də yayımlanır. Black Mirror (Mövsüm 4, Epizod 1 USS Callister) serialında qonaq aktyor kimi Gamer691-i oynamışdır.
Marqarit Pol
Marqarit Pol (ing. Margaret Pole) (d. 14 avqust 1473 - ö. 27 may 1541) — İngilis əsilzadəsi, İngiltərə kralı IV Eduard və III Riçardın qardaşı Klarens hersoqu Corc Plantagenetlə İzabella Nevilin qızı. O, XVI əsrdə İngiltərədə ərindən müstəqil şəkildə ünvan qazanan 2 qadından biri idi. Gül müharibəsindən sonra Plantagenet sülaləsindən həyatda qalan azsaylı insandan biri kimi, Marqarit Pol 1541-ci ildə əmisi qızı Yorklu Elizabetin oğlu VIII Henrinin əmriylə edam edildi. Papa XIII Lev onu 29 dekabr 1886-cı ildə Roma-Katolik kilsəsi üzrə şəhid elan etdi. == Həyatı == == Mənbə == Pierce, Hazel (2003).
Pol (Averon)
Pol (fr. və oks. Paulhe) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Şərqi Miyo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12178. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 346 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 245 nəfər (15-64 yaş arasında) arasında 164 nəfər iqtisadi fəal, 81 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 66.9%, 1999-cu ildə 75.3%).
Pol Abraham
Pal Abraham (mac. Ábrahám Pál) və ya Pol Abraham (ing. Paul Abraham; 2 noyabr 1892[…], Apatin[d], Macarıstan krallığı – 6 may 1960[…], Hamburq) — Macarıstan bəstəkarı. 1939-cu ildən ABŞ-də, 1956-cı ildən Qərbi Almaniyada yaşamışdır. 13 operettanın (o cümlədən "Savoyda bal", 1932), kino musiqisinin və s. müəllifidir. == Əsərləri == === Operettalar === Zenebona (1928), həmmüəllif Der Gatte des Freuleins (1928) Es Geschehen noch Wunder (1929) Viktoria və İhr Husar (1930) Die Blume von Hawaii (1931) Ball im Savoy (1932) Märchen im Grand-Otel (1934) Viki (1935) Dschainach, das Mädchen aus dem Tanzhaus (1935) Roxy və ihr Wunderteam (1936) Julia (1937) Der weisse Schwan (1938) === Filmoqrafiya === Viktoria und ihr Husar (1931, Almaniya). Die Blume von Hawai (1932/33, Almaniya). Ball im Savoy (1934, Avstriya), Gitta Alpar ilə. "Savoyda bal" operettası əsasında bir operettanın melodiyaları (1978, Sovet televiziyası).
Pol Allen
Pol Allen (21 yanvar 1953[…], Sietl, Vaşinqton – 15 oktyabr 2018[…], Sietl, Vaşinqton) — Microsoft şirkətinin qurucularından biri. == Həyatı == Pol Qardner Allen 1953-cü il yanvarın 21-də anadan olub. Çoxları onu Bill Qeytsin yaxın dostu və Microsoft şirkətinin banisi kimi tanıyır. Eyni zamanda o, dünyanın ən varlı adamlarından biridir. Pol Allen məşhur sahibkarlıq fəaliyyəti ilə yanaşı, həm də xeyriyyəçi kimi də çoxlarının rəğbətini qazanıb. İlk olaraq icazə verin sizə qəhrəmanımın ictimaiyyətə məlum olan sosial fəaliyyətinin görünən tərəfləri barədə məlumat verim. P. Allen çoxşaxəli fəaliyyəti ilə şöhrət qazanan çox az sayda insanlardan biridir. Yəqin mənimlə razılaşarsınız ki, eyni anda bir neçə şirkəti idarə etmək hər kəsə nəsib olmur. P. Allen isə eyni zamanda 3 şirkətin rəhbərliyində təmsil olunur. O, "Microsoft"la yanaşı, "Vulcan İnc" və "Charter Communications"-in də rəhbər postunda əyləşib.
Pol Anka
Pol Anka (ing. Paul Albert Anka, d. 30 iyul 1941, Ottava, Kanada) — Livan əsilli Kanada-ABŞ müəllif-ifaçısı və aktyoru, rok-n-roll estrada ulduzu, 1950-ci illər gəncliyinin kumiri, "Diana", "Lonely Boy" və "You Are My Destiny" hitlərilə məşhurlaşmışdır. 1950-ci illərin sonundan ABŞ-də yaşayan Anka, 1990-cı ildə bu ölkənin vətəndaşlığını alıb. == Həyatı == Pol Anka 30 iyun 1941-ci ildə Kanadanın Ottava şəhərində anadan olub. Suriya əsillidir. Soyadı Ənqa quşunu əks etdirir.
Pol Appel
Appel Pol Emil (fr. Paul Émile Appell) – fransız riyaziyyatçısı və mexaniki. Paris EA-nın üzvü (1892), Peterburq EA-nın əcnəbi m. üzvü (1911), SSRİ EA-nın əcnəbi fəxri üzvü (1925). 1885-ci ildə Paris Universitetinin professoru olmuşdur. Əsas elmi işləri mexanikaya, həndəsəyə, analitik funksiyalar nəzəriyyəsinə aiddir. Mexanika, elliptik, cəbri və hiper-həndəsə funksiyaları nəzəriyyəsinə dair fundamental dərsliklərin müəllifidir.
Pol Arias
Pol Arias (8 avqust 1996) — Andorralı üzgüçü. Pol Arias Andorranı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Pol Arias birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 400 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 4:21.16 saniyəlik nəticəsi ilə 49-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Pol Biya
Pol Bartelemi Biya bi Mvondo (ing. Paul Barthélemy Biya'a bi Mvondo; fr. Paul Barthélemy Biya'a bi Mvondo; 13 fevral 1933, Mvomekaa[d]) — 6 noyabr 1982-ci ildən etibarən Kamerun Prezidenti vəzifəsində çalışan kamerunlu siyasətçi.Kamerun cənubunda anadan olan Biya 1960-cı illərdə Prezident Əhmədu Əhidyo dövründə bürokrat olaraq sürətlə yüksəldi, 1968–1975-ci illərdə Prezidentin baş katibi, 1975–1982-ci illərdə Kamerunun Baş naziri vəzifəsini icra etdi.Hökumətini Fransa dəstəkləyir və silahla təmin edir. Fransa ABŞ-la birlikdə onun rejiminin ən böyük sərmayədarıdır. Ölkədə yerləşən 105 fransız sərmayədar ölkədəki bütün əsas sektorlarda paylanmışdır. Biya 1980-ci illərdə tək partiyalı sistem çərçivəsində siyasi islahatlara başladı. Ciddi təzyiq altında 1990-cı illərin əvvəllərində çoxpartiyalı siyasətin tətbiq olunmasını qəbul etdi. Mübahisəli 1992-ci il prezident seçkilərini 40%-lik səs çoxluğu ilə qazandı, lakin 1997, 2004, 2011 və 2018-ci illərdə bu fərq artdı. Müxalifət və qərb dövlətləri səsvermədə qanun pozuntuları və saxtakarlıqlar aşkar etdiklərini iddia etdi. Bir çox müstəqil mənbələr onun 1992-ci ildə keçirilən seçkilərdə qalib gəlmədiyini və sonrakı seçkilərin saxtakarlıqla qazanıldığını yazdı.Biya Kamerunun keçmiş müstəmləkəçilərindən biri olan Fransa ilə Kamerunun sıx münasibətlərini qoruyub saxladı.
Pol Bostaf
Pol Stiven Bostaf (ing. Paul Steven Bostaph; d. 4 mart 1964, San-Fransisko, Kaliforniya) — amerikalı treş-metal zərbçisi. Bostafın zərb alətlərində ifaçılıq karyerası 1984-cü ildən başlayır və o, bu zamandan başlayaraq Forbidden (başlanğıcda Forbidden Evil olaraq tanınırdı), Slayer, Testament, Exodus və Systematic kimi qruplarla işləmişdir. Metal-Rules.com saytı Bostafı "əsl professional və treş-metal janrının günümüzdəki ən yaxşı zərbçilərindən biri" adlandırmışdır. Hal-hazırda o, yenidən Slayer qrupunda ifa edir.
Pol Breqq
Pol Breqq (6 fevral, 1895 - 7 dekabr, 1976; ingiliscə - Paul Chappius Bragg) naturopat, sağlam həyat tərzinin təbliğatçısı, Amerika Natural Gigiyena Hərəkatının pionerlərindən biri
Pol Corc
Pol Corc (2 may 1990) — Amerikalı peşəkar basketbolçu. Hal hazırda Los-Anceles Klippers komandasında çıxış edir. O, 6 dəfə NBA All-Star komandasına 4 dəfə isə All-NBA və NBA All-Defensive komandasına seçilib. PG13 ləqəbi ilə də tanınır. Corc əvvəlcə ali məktəbin Knight High School komandasında sonra isə Fresno State kollec komandasında çıxış edib. 2010 NBA seçmələrində İndiana Pacers tərəfindən 10-cu sıradan seçilib. 2013-cü ildə "'Ən çox inkişaf etmiş"' (Most Improved Player) seçilib. 2014-cü ildə ABŞ milli basketbol yığmasına çağırılıb və milli komanda ilə hazırlıq oyunlarının birində ayağını qırır. Zədə səbəbindən 2014–15 sezonun çoxunu buraxmalı olur, amma 2016-cı ildə yenidən All-Star komandasına seçildi. İndiana Peysers komandası üçün oynadığı 7 sezonda 7 dəfə (2011, 2012, 2013, 2014, 2015, 2016, 2017) pleyoffa 2 dəfə (2013, 2014) isə konferans finalına çıxdı.
Pol Deyvis
Pol Çarlz Vilyam Deyvis (ing. Paul Charles William Davies; 22 aprel 1946, London) — məşhur ingilis fiziki, yazıçısı və reproduktant. Hazırda Arizona Dövlət Universiteti nəzdində fəaliyyət göstərən BEYOND proqramının direktorudur. Eyni zamanda Kaliforniyadakı "Çapman Universiteti" Kvant Mexanizmi Tədqiqatları Mərkəzində elmi fəaliyyət göstərir. Kosmologiya, kvant nöqtəsi və astrobiologiya elmləri sahəsində tədqiqatlar aparır.
Pol Dirak
Pol Adrien Moris Dirak (8 avqust 1902[…], Bristol[…] – 20 oktyabr 1984[…], Tallahassi[d]) — britaniyalı fizik-nəzəriyyəçi, kvant mexanikasının banilərindən biri. Fermiyonların hərəkətini təsvir edən Dirak tənliyinin müəllifi. Bu tənliyin vasitəsilə sonralar antimaddənin mövcudluğu sübut ediləcəkdi. 1933-cü ildə Ervin Şredingerlə birlikdə "atom nəzəriyyəsinin yeni məhsuldar formalarını kəşfinə görə" Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Pol Adrien Moris Dirak Bristolda fransız dili müəllimi isveçrə əsilli Çarlz Adrien Ladislav Dirak və ingilis Florens Hanna Dirakın ailəsində anadan olmuşdur. Dirak əvvəlcə Bristolda ticarət məktəbində oxuyur, sonradan Bristol universitetinin elektrotexnika fakültəsinə daxil olur. Universitetdə oxuduğu illərdə Albert Eynşteynin nisbilik nəzəriyyəsi ilə maraqlanır və iki il müddətində riyaziyyatla məşğul olur. Daha sonra Kembridcdə Müqəddəs İona kolledcinin riyaziyyat üzrə aspiranturasına daxil olur və 1926-cı ildə doktorluq dissertasiyasını müdafiə edir. Növbəti ildə isə Dirak elə həmin kolledjin elmi şürasına üzv seçilir. Dirak Kembridcə aspiranturada oxuduğu illərdə Verner Heyzenberq və Ervin Şredinger kvant nəzəriyyəsini atom və subatom sistemlərinin və elektron kimi mikrohissəciklərin hərəklətinin təsvirinə tətbiq etməyə imkan verən kvant mexanikası üzərində çalışırdılar.
Pol Dumer
Pol Dumer (fr. Paul Doumer; 22 mart 1857[…] – 7 may 1932[…], Paris) — 1931-1932-ci illərdə Fransa Respublikasının 14-cü prezidenti. 1932-ci mayın 6-da məruz qaldığı sui-qəsd nəticəsində vəfat etmişdir.
Pol Düka
Pol Düka (fr. Paul Dukas; 1 oktyabr 1865[…], Parisin 1-ci rayonu[d][…] – 17 may 1935[…], Paris) — Fransalı bəstakar.
Pol Ellyo
Pol Sezar Ellyo (fr. Paul César Helleu, 17 dekabr 1859[…] – 23 mart 1927[…], Parisin 7-ci dairəsi[d]) — fransız rəssam və qravüraçı. == Bioqrafiya və yaradıcılığı == Uşaq yaşlarında atasını itirmişdir. 15 yaşında impressionizmi kəşf etmişdir. 1884-cü ildə Ellyonu fransız rəssamı olan Qeren öz ailəsinə dəvət etmişdir, Sezar onun qızının 14 yaşlı Alisanın portretini çəkmişdir. 1886-cı ildə 16 yaşlı Alisa Sezarın həm həyat yoldaşı həm də bütün ömrü boyu ilham qaynağı olur. 1512-ci ildə Ellyo quru iynə texnikasını təkminləşdirir və üç gravürdən sonra bu texnikanı təmiz formada istifadə etmək üçün ilk sənətkarlardan birinə çevrilir. == Əsərləri == == İstinadlar == == Ədəbiyyat == Montesquiou-Fézensac R. de. Paul Helleu, peintre et graveur. Paris: H. Floury, 1913 Paul-Cesar Helleu, 1859—1927: glimpses of the grace of women.
Pol Elüar
Pol Elüar(fr. Paul Éluard, əsl adı Ejen Emil Pol Qrendel (fr. Eugène Émile Paul Grindel); 14 dekabr 1895, Sen-Deni — 18 noyabr 1952, Paris) — Fransız şair. == Həyatı == Pol Elüar (Pol-Öjen Qrindel) 1895-ci ildə Paris yaxınlığındakı Sən-Denis şəhərində anadan olub. İlk şerlərini 1913-cü ildə, hələ müharibə öz dəhşətli üzünü göstərmədiyi aylarda çap etdirib. Birinci dünya müharibəsinin dəhşətləri onu sarsıdıb və o bir müddət anarxizmə, sonra isə sürrealizmə meyl göstərib. 1920-ci ildən “Ədəbiyyat” jurnalı ilə əməkdaşlıq edib, sonra isə özü “Məsəl” adlı jurnal nəşr edib. Pol Elüar şerinin daimi, əsas mövzusu məhəbbət olub. 1926-cı ildə çap olunmuş “Kədər mərkəzi”, 1929-da “Məhəbbət, şeir”, 1932-də “İndiki həyat” kitabları ona şair şöhrəti gətirib. Otuzuncu illərdə baş qaldıran faşizm hədəsi onu siyasi həyata bağlayıb.
Pol Fasko
Pol Fasko (ing. Paul Fusco) - "ALF" serialını yaradıcısı.
Pol Feyerabend
Pol Feyerabend (13 yanvar 1924[…], Vyana – 11 fevral 1994[…], Jenolye[d]) — Avstriyalı filosof və elm fəlsəfəçisidir. Karl Popperin tələbəsidir, ancaq daha sonra tamamilə Popperə qarşı bir mövqedə düşüncələrini əsaslandırmışdır. XX əsr fəlsəfəsində və xüsusilə elm fəlsəfəsi sahəsində Karl Popper, Thomas Kuhn ilə birlikdə ən önəmli üçüncü addır. Kuhnun teokratik nəzəriyyəsinə yaxındır ancaq elmin həm həm nəzəri, həm də sosial vəziyyətinə dair radikal bir nəzəri rəddiyə mövqeyinə malikdir. Anarxist bilik nəzəriyyəsiin ən əhəmiyyətli adlarından biridir.
Pol Keres
Pol Petroviç Keres (est. Paul Keres; 7 yanvar 1916, Nаrvа, Petroqrad quberniyası, Rusiya imperiyası — 5 iyun 1975, Helsinki, Finlandiya) — Estoniya və Sovet şahmatçısı. Pol 1930-cu illərin ortalarından 1960-cı illərin ortalarına qədər dünyanın top oyunçuları arasında olub. Keres dünya çempionatında 5 dəfə az fərqlə çempionluq şansını qaçırıb. O 1938-ci ildə AVRO turnirində qalib gəldi hansi ki, bu ona Aleksandr Alyoxinlə yarışma imkanı yaratdı. Amma İkinci Dünya Müharibəsi görə oyun keçirilmədi. Müharibədən sonra Keres 4 dəfə ardıcıl Namizədlər Turnirində ikinci yeri tutdu. Bu və digər nəticələr ərzində bəzi şahmat tarixçiləri hesab edirdilər ki, dünya çempionu olmayan ən güclü oyunçudur və tarixin ən böyük oyunçularından biridir. Ona "Pol İkinci", "Əbədi İkinci", "Şahmatın Şah Şahzadəsi (Şeyxi)"("The Crown Prince of Chess") ləqəbi verilmişdir. Keres Viktor Korçnoy və Aleksandr Belyavskiy ilə yanaşı doqquz dünya çempionuna tarixdə hamıdan çox sözsüz qalib gəlib.
Pol Klodel
Pol Klodel (6 avqust 1868[…], Vilnöv-Sür-Fer, İkinci Fransa İmperiyası – 23 fevral 1955[…], Paris, Dördüncü Fransa Respublikası) – Fransa şairi, dramaturqu və diplomatı. Fransada müasir dövrün ən böyük şairlərindən və dini dramaturqlarından biri hesab olunur. Kamilla Klodelin balaca qardaşıdır. Fransa–Yaponiya münasibətlərinin inkişafına töhfələr vermişdir. == Fəaliyyəti == 1890-cı ildə Fransa Xarici İşlər Nazirliyinin imtahanlarında birinci yeri tutduqdan sonra diplomat karyerası başlamışdır. Otuz il boyunca ABŞ, Çin, Avropa və Cənubi Amerikada müxtəlif diplomatik missiyalarda iştirak etmişdir. 1921-ci ilin dekabrından 1927-ci ilin fevralına qədər Tokioda Fransanın Yaponiyadakı səfiri kimi fəaliyyət göstərmişdir. Yaponiyadakı fəaliyyəti boyunca iki ölkə arasındakı mədəni əlaqələrin gücləndirilməsi üçün işlər görmüş, Fransa-Yaponiya Cəmiyyətini qurmuşdur. 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsindən sonra göstərdiyi xeyriyyə fəaliyyətləri onun Yaponiyadakı reputasiyasını artırmışdır.Klodel Yaponiya mədəniyyətini və ruhunu öyrənməyə çalışmış, Yaponiya haqqındakı mühazirələrini və yazılarını "Yüksələn günəşdəki qara quş" (fr. L'Oiseau noir dans le soleil levant; 1928) adlı əsərində toplamışdır.
Ron Pol
Ron Pol (ing. Ron Paul; 20 avqust 1935, Pitsburq, Pensilvaniya) — ABŞ-lı siyasətçi. 2012-ci il ABŞ Prezident Seçkisi prosesində ABŞ Respublikaçılar Partiyasının əsas namizədlərindən biri.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
ПМА «В-1» və ПМА «В-2» - polimetakrilat tipli özlülük aşqarları olub molekul kütlələri 3000-4300 (ПМА «В-1») və 12000—17000 (ПМА «В-2»)-dir. == Xassələri == ПМА «В-1» aşqarı mexaniki destruksiyaya qarşı yüksək davamlılığa və nisbətən aşağı molekul kütləyə görə orta dərəcədə qatılaşdırıcılığa malikdir. ПМА «В-2» aşqarı ПМА «В-1» aşqarı ilə müqayisədə daha yaxşı qatılaşdırıcılıq qabiliyyətinə malikdir, lakin mexaniki destruksiyaya qarşı davamlılığa görə ondan geri qalır. == Alınması == ПМА «В-1» və ПМА «В-2» metakrilat turşusunun СН2=С(СН3)СООН monomerinin sintetik yağ spirtlərinin C7-C12 (ПМА «В-1») və С8-С13 (ПМА «В-2») fraksiyaları ilə efirlərləşməsindən alınan polimerlərin yağda məhlullarıdır. ПМА «В-1» aşqarı ТУ 6-01-979—84 üzrə alınır və polimetakrilatların МС-8 yağında 58-65%-li məhlulundan ibarətdir. ПМА «В-2» aşqarı ТУ 6-01-692—77 üzrə alınır və yüksək keyfiyyətli aşqar polimetakrilatların И-20А yağında 30-35%-li məhlulundan ibarətdir. == Tətbiqi == ПМА «В-1» və ПМА «В-2» aşqarları duru yağların özlülüyünü və özlülük indeksini artırmaq üçün istifadə edilir. ПМА «В-1» aşqarı motor, transmissiya və hidravlik yağlarda 18% qatılığa qədər istifadə olunur. ПМА «В-2» aşqarı motor yağlarında və hidravlik sistemlərin işçi mayelərində 6% qatılığa qədər tətbiq olunur. == Mənbə == Электронная библиотека: Топлива, смазочные материалы, технические жидкости. www.bibliotekar.ru/5-toplivo-smazka/43.htm Синтез и исследование функциональных свойств комплексных полифункциональных присадок.
Bonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Hо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70".Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Sen-Marten-lez-О
Sen-Marten-lez-О (fr. Saint-Martin-les-Eaux, oks. Sant Martin deis Aigas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04190. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 99 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 72 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 80.0%). Fəal olan 54 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi.
Vonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
ОТ-54
OT-54 — Sovet orta tipli tankı. 1955-1959 illər arasında kiçik bir sıra istehsalı oldu. == Xarici keçidlər == Огнемётные танки OT-54, TO-55 и ОБ. 483 Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine на сайте КП «ХКБМ им. А. А. Морозова».
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70".Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.