Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polona
Polona, ​​Polşa Milli Kitabxanasının və əməkdaşlıq edən qurumların kolleksiyalarından rəqəmsal kitablar, jurnallar, qrafika, xəritələr, musiqi, flayerlər və əlyazmaları təqdim edən Polşa rəqəmsal kitabxanasıdır. 2006-cı ildə fəaliyyətə başlamışdır. 12 oktyabr 2017-ci il tarixinə 2016037 obyekt[] olmuşdur ki, onlardan 863400-ü ictimai mülkiyyətdədir. Hər gün Polona 2000-ə qədər rəqəmsal obyekt əlavə edir. Müəllif hüququ ilə qorunan materiala giriş Polşa Milli Kitabxanasının Varşavadakı oxu salonlarında və ya Polşa daxilində Academica kitabxana sistemi vasitəsilə mümkündür. 2 oktyabr 2017-ci ildə Polona/2milions adlı tədbirdə Polona-nın yeni versiyası təqdim edildi. Bu ad, o dövrdə Polonada mövcud olan 2 milyondan çox obyekti xatırladı. 1944-cü ildə Varşava üsyanının süqutundan sonra almanlar tərəfindən yandırılmış qədim çapların və əlyazmaların külü olan tabut 2 milyonuncu obyekt kimi kataloqa salınıb. Onlar əslən Varşavanın Okolnik 9 küçəsindəki Krasinski Kitabxanasından idilər. Polona/2milions təkmil axtarış, mətbuat paneli və ya şəxsi kolleksiyalar kimi bir neçə funksiya təqdim edir.
Anna Polina
Anna Polina (11 sentyabr 1989, Leninqrad[d]) — Rusiya-Fransa pornoaktrisası və fotomodeli.
Polina Bonapart
Polina Bonapart(fr. Marie Paulette Bonaparte; 20 oktyabr 1780 – 9 iyun 1825)—Napoleonun sevimli bacısı. Polina Napoleon Bonapartın bacısı idi. Bu parlaq, gözəl qadın Avropanın əksər məşhur kişilərinin qəlbini ələ almışdı. Bəziləri desələr də ki, knyaginyanın çox iti çənəsi və düz burnu olub, bu, heç də onun gözəlliyini pozmurdu. Knyaginya pərəstişkarlarına heç nədən imtina etmirdi. Pərəstişkarlar isə çox idi - hədsiz çox. Ətrafındakılar Polinanı Avropanın ən əxlaqsız qadını hesab edirdilər. Çox gənc yaşda kişilərlə tanış olan Polina sonradan özünə heç nəyi qadağan etmədi. O, kişilərlə roman yaşayır, kobud əyləncələr tərtib edir, bədənini ortaya qoyurdu.
Polina Gagarina
Polina Serqeyevna Qaqarina (rus. Полина Сергеевна Гагарина; doğ. 27 mart 1987) - rusiyalı pop-estrada müğənnisi, bəstəkar, model və kino ulduzu. O, Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 2-ci yeri qazandırmışdır. Polina Qaqarina 27 mart 1987-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Polina Moskvada dünyaya göz açsa da, gəncliyinin böyük hissəsini Yunanıstanda keçirmişdir. Onun anası balerina olmuşdur. Atasının vəfatından sonra Polina anası ilə birlikdə Rusiyaya geri dönmək qərarına gəlsələr də, lakin qısa zaman sonra onlar yenidən Yunanıstana, Afinaya qayıtmışdırlar. Polina təhsilini bitirdikdən sonra Rusiyaya geri dönmüş və Saratov şəhərində nənəsi ilə yaşamışdır. O, rus və yunan dillərində səlis danışa bilir.
Polina Osipenko
Polina Osipenko (rus. Полина Денисовна Осипенко) — Rus əsilli qadın sovet pilotu, Sovet İttifaqı Qəhrəmanı. Ən məşhur qadın sovet pilotlarından biri hesab olunur. 1939-cu ildə gündəlik uçuşlar zamanı keçirdiyi qəzada həlak olmuşdur.
Polina Qaqarina
Polina Serqeyevna Qaqarina (rus. Полина Сергеевна Гагарина; doğ. 27 mart 1987) - rusiyalı pop-estrada müğənnisi, bəstəkar, model və kino ulduzu. O, Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 2-ci yeri qazandırmışdır. Polina Qaqarina 27 mart 1987-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Polina Moskvada dünyaya göz açsa da, gəncliyinin böyük hissəsini Yunanıstanda keçirmişdir. Onun anası balerina olmuşdur. Atasının vəfatından sonra Polina anası ilə birlikdə Rusiyaya geri dönmək qərarına gəlsələr də, lakin qısa zaman sonra onlar yenidən Yunanıstana, Afinaya qayıtmışdırlar. Polina təhsilini bitirdikdən sonra Rusiyaya geri dönmüş və Saratov şəhərində nənəsi ilə yaşamışdır. O, rus və yunan dillərində səlis danışa bilir.
Polina Rəhimova
Polina Rəhimova (5 iyun 1990, Fərqanə) — azərbaycanlı voleybolçu, dünya rekordçusu. O, Yaponiyada keçirilən oyunda 58 xalı tək oyunda qazanaraq dünya rekordu qırıb. Azərbaycan qadın milli voleybol komandasının və İndoneziyanın "Petrokimia Gresik" voleybol klubunun oyunçusudur. Hərbçi ailəsində doğulan Polina Rəhimova Fərqanə şəhərində anadan olub. Böyük bacısı voleybolla məşğul olduğundan Polina hələ uşaq yaşlarından bu idman növünə maraq göstərib. İlk dəfə voleybola Ukraynanın Zaporojye şəhərində Lyubov Pribinosun rəhbərliyi altında başlayıb. 16 yaşı olanda Azərbaycana gəlib və burada Faiq Qarayevin təşəbbüsü ilə milli komandaya cəlb olunub. 2011-ci ildə "Azərreyl"lə Avropanın nüfuzuna görə 3-cü böyük turniri olan Avropa Qadınlar Çağırış Kubokuna sahib olub. 2011/2012-ci il Çempionlar Liqasında debüt edən Polina qrup mərhələsindən sonra 206 xalla liqanın bombardiri olub. 2014-cü ildə Cənubi Koreya klubu Hyunday ilə anlaşaraq rəsmi sözləşmə imzaladı.
Molina
Bakxaris (lat. Baccharis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Baccharis acaulis (Wedd. ex R.E.Fr.) Cabrera Baccharis acutata (Alain) Borhidi Baccharis alamosana S.F.Blake Baccharis alaternoides Kunth Baccharis albida Hook. & Arn. Baccharis × alboffii F.H.Hellw. Baccharis albolanosa A.S.Oliveira & Deble Baccharis aliens Rusby Baccharis alleluia A.S.Oliveira & Deble Baccharis alnifolia Meyen & Walp. ex Meyen & Walp. Baccharis alpestris Gardner Baccharis alpina Kunth Baccharis altimontana G.Heiden & al. Baccharis amambayensis Zardini & Soria Baccharis angusticeps Dusén ex Malme Baccharis angustifolia Michx.
Polder
Polder —( holl. polders - bəndlə əhatələnmiş sahə ) Niderland, Danimarka, Almaniya, ABŞ, Polşa və Yaponiyanın okean və dəniz səviyyəsindən alçaqda yerləşən ovalıqların qurudulmuş və mənimsənilmiş sahəsi. Bu ərazilər əvvəllər dənizin dibi olmuşdur. Sonralar bu ərazilərdəki sular qurudulmuş və antropogen mənşəli düzənliklər yaradılmışdır. Polderlərdə suyun səviyyəsi drenaj və dənizin və çayların basmasından süni tirələr, bəndlər, dambalar ilə qorunur. Bu torpaqlar yüksək məhsuldarlığı ilə seçilən ərazilərdir.
Polenta
Polenta (italyan dilində deyilişi: [poˈlɛnta])-İtaliyada yayılmış yemək növü.
Roldana
Roldana (lat. Roldana) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Polşa
Polşa (pol. Polska; Polyakca tələffüz: [ˈpɔlska] ( dinlə)), tarixi mənbələrdə Lehistan və ya rəsmi adı ilə Polşa Respublikası (pol. Rzeczpospolita Polska; Polyakca tələffüz: [ʐɛtspɔˈspɔlita ˈpɔlska] ( dinlə)) — Mərkəzi Avropada dövlət. 312,696 kvadrat kilometr ərazini əhatə edən ölkə 16 inzibati bölgəyə bölünür və əsasən mülayim mövsümi iqlimə malikdir. Təxminən 38.5 milyon nəfər əhalisi olan Polşa, Avropa İttifaqının əhalisinə görə ən sıx 5-ci ölkəsidir. Polşanın paytaxtı və ən böyük şəhəri Varşavadır. Digər böyük şəhərlərə Krakov, Vrotslav, Poznan, Qdansk və Qdnya, Lodz, Şetsin aiddir. Polşa şimalda Baltik dənizi, Litva və Rusiyanın Kalininqrad vilayəti, şərqdə Belarusiya və Ukrayna, cənubda Slovakiya və Çexiya, qərbdən isə Almaniya ilə həmsərhəddir. Polşa torpaqlarında ilk insanların məskən salınmasının tarixi olduqca qədimdir. Antik dövrlərdə Mərkəzi Avropa düzənliyi bir çox mədəniyyət və xalqların məskunlaşma mərkəzi olmuşdur.
Podia
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Eugenia polita
Eugenia polita (lat. Eugenia polita) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Karl Polani
Karl Pol Polani (mac. Polányi Károly; 25 oktyabr 1886, Vyana – 23 aprel 1964) ― Macar iqtisadiyyat tarixçisi, iqtisadi antropoloq, siyasi iqtisadiyyatçı, sosioloq. O, klassik iqtisadi nəzəriyyəyə olan əks düşüncəsi və 1944-cü ildə yazdığı məşhur Böyük Dəyişim kitabı ilə tanınmışdır. Kitabında bazar iqtisadiyyatına əsaslanan cəmiyyətlərin Avropada ortaya çıxmasının qaçınılmaz yox, tarixi olaraq şərti olduğu fikrini irəli sürür. Karl Polani substantivizm anlayışının banisidir. Karl Polani 1886-cı ilin 25 oktyabrında Vyanada yəhudi ailəsində dünyaya gəlmişdir. Budapeşt Universitetində hüquq təhsili alarkən gələcəkdə Macarıstanın intellektual düşüncəsinə güclü təsir edəcək "Qalilley dairəsi" adlı tələbə təşkilatını formalaşdırdı. O, bu dövrdə Dyord Lukaç, Oskar Yasi və Karl Manneim kimi dövrün mütəfəkkirləri ilə aktiv şəkildə əlaqədə idi. 1912-ci ildə məzun olduqdan 2 il sonra Macarıstan Radikal Partiyasının yaradılmasında iştirak etdi və partiyanın katibi kimi fəaliyyət göstərdi. Polani Birinci Dünya müharibəsində Avstriya-Macarıstan ordusunda piyada qoşun zabiti olaraq xidmət etdi və yaralandı.
Krasnaya Polyana
Krasnaya Polyanaа — Rusiyanın Krasnodar diyarının Soçi şəhərinin Adler rayonuna tabe olan şəhər tipli qəsəbə. Krasnopolyanski qəsəbəsinin inzibati mərkəzi. Soçi kurort şəhəri rayonunun bir hissəsidir. Krasnaya Polyana Mzımta çayının orta axarında, Qara dəniz sahilindən 38 km məsafədə, dəniz səviyyəsindən təxminən 500 metr yüksəklikdə yerləşir. Mərkəzi Soçidən 64 km cənub-şərqdə yerləşir. Kənd hər tərəfdən yüksək dağlarla əhatə olunub: şimal-qərbdən Açişxo dağı, cənub-şərqdən Aybqa silsiləsi (ən yüksək nöqtəsi Kamennıy Stolb dağı (2509,7 m). Krasnaya Polyanadakı ən yüksək müşahidə meydançası var. Krasnaya Polyanadan 15 km şimalda Baş Qafqaz silsiləsinin su ayrıcı xətti keçir. Qəsəbə üçbucaq şəklində olub bir az maili əraziyə malikdir. Buz dövründə kəndin yerində böyük buzlaqın aşağı ucu var idi.
Larisa Dolina
Larisa Aleksandrovna Dо́lina (qızlıq soyadı Kudelman, ilk evliliyində Mionçinskaya; 10 sentyabr 1955, Bakı) — Sovet və Rus estrada və caz müğənnisi, aktrisa ; Rusiya Federasiyasının xalq artisti (1998) . Üç dəfə milli rus musiqi mükafatı "Ovasiya" (1994, 1996, 1997). Vahid Rusiya partiyasının üzvü. Larisa Kudelman (Dolina) 10 sentyabr 1955-ci ildə Azərbaycan SSR-in paytaxtı - Bakı şəhərində yəhudi ailəsində anadan olumuşdur. Atası - Aleksandr Markusoviç Kudelman, anası - Qalina İzrailevna Kudelman (qızlıqda Dolina). Üç yaşında valideynləri ilə birlikdə onların doğma şəhərinə - Odessaya köçmüşdür. Altı yaşında Odessa uşaq musiqi məktəbinə daxil oldu və onu 1970-ci ildə violonçel sinfi üzrə bitirmişdir. Odessada orta məktəbi ekstern kimi bitirmişdir . Müğənninin musiqi karyerası 1971-ci ildə "Biz odessitik" estrada orkestrində başladı. Daha sonra Konstantin Orbelyan rəhbərliyi ilə "Ermənistan Dövlət Estrada Orkestri" və Polad Bülbül oğlu rəhbərliyi altında "Azərbaycan Dövlət Estrada Ansamblı" kimi musiqi qrupların solisti olmuşdur .
Laynus Polinq
Laynus Karl Polinq (ing. Linus Carl Pauling; 28 fevral 1901[…], Portlend, Oreqon, ABŞ – 18 avqust 1994[…], Biq-Sur[d], Kaliforniya[…]) — Amerikalı kvant kimyaçısı və biokimyaçı; kristaloqraf, molekulyar bioloq və tibb tədqiqatçısı kimi də tanınır. XX əsrin ən mühüm kimyaçılarından biridir. Kvant mexanikasının kimyaya təsiri məsələlərinə toxunanlar arasında başlıca yer alır. Kvant mexanikasının kimya, biokimya və molekulyar biologiyaya təsirini tədqiq etmişdir. Bu tədqiqatlara görə ona 1954-cü ildə Kimya üzrə Nobel mükafatı verilmişdir. Bundan başqa o, kimyəvi kristallar və zülalların təkmilləşdirilməsində iştirak etmişdir. DNT-nin kəşf olunmasından öncə etdiyi araşdırmalar, 1953-cü ildə Ceyms Uatson və Frensis Krikin DNT-ni kəşf etməsinə kömək olmuşdur. Laynus Polinq kimya, metallurgiya, psixologiya, radioaktivlik, nüvə enerjisi, nüvə müharibəsi və kvant mexanikası haqqında tədqiqatlar aparmış, əsərlər yazmışdır. Laynus Polinqə yerüstü nüvə tədqiqatlarına görə 1962-ci ildə Nobel Sülh mükafatı verilmişdir.
Poliana Okimoto
Poliana Okimoto (8 mart 1983, San Paulo) — Braziliyanı təmsil edən üzgüçü. Poliana Okimoto, 2012 və 2016-cı illərdə Braziliyanı Olimpiya Oyunlarında təmsil edib. 2016 Rio-de-Janeyro Olimpiadasında bürünc medal qazanan Poliana Okimoto, Dünya Çempionatlarında 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub. O, həm də 2013-cü ildə Braziliyada "İlin qadın idmançı", FINA-nın versiyasında isə "İlin üzgüçü" seçilib. Poliana Okimoto, 2012-ci ildə Braziliya bayrağı altında Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında mübarizə aparan Okimoto, finişi qət edə bilmədi. Poliana Okimoto növbəti dəfə Olimpiya Oyunlarına, 2016-cı ildə elə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında mübarizə aparan Okimoto, 1 saat, 56 dəqiqə, 51.40 saniyə nəticə göstərdi və 25 idmançı sırasında 3-cü yeri tutaraq Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Qonzalo Molina
Qonzalo Molina (5 may 1995) — Argentinalı peşəkar kişi BMX velosipedçisi. Qonzalo Molina Argentinaı beynəlxalq yarışlarda təmsil edir. Qonzalo Molina 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.937 saniyəlik nəticəsi ilə 52-ci yeri tutdu.
Senecio roldana
Senecio roldana (lat. Senecio roldana) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Solina gölü
Solina (Jezioro Solińskie ) — Polşanın cənubunda, Beşadı regionunda yerləşən süni göl. Göl Podkarpatiya voevodluğunun Lesko uezdi ərazisindədir. Göl (su anbarı) 1968-ci ildə Solina bəndinin inşasından sonra formalaşmışdır. Bənd San çayının üzərində tikilib. San çayı Vislanın sağ qoludur. Gölün ümumi sahəsi km²-dır. Toplam 472 000 000 kub metr su tutumuna malikdir. Bu göstəricisinə görə Solina Polşanın ən böyük süni gölüdür. İlk su anbarının tikintisi layihəsi 1921-ci ilə aiddir. Ərazidə ilk geoloji və hidroloji araşdırmalar 1936-1937-ci illərədə həyata keçirilmişdir.
Soluna Samay
Soluna Samay Kettel-Ziegler, daha çox Soluna Samay kimi tanınır — Danimarka müğənnisi, Avroviziya 2012 mahnı müsabiqəsində Danimarkanın təmsilçisi.
Veronica polita
Veronica polita (lat. Veronica polita) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü.
Poltva çayı
Poltva çayı (pol. Pełtew, ukr. По́лтва) — Ukraynada çay, Qərbi Buq çayının qolu. Lvov şəhəri çayın üzərində yerləşir, XIX əsrin sonlarına qədər şəhərin mərkəzindən, Şevçenko, Svoboda və Çernovolun müasir prospektlərindən keçirdi. Çayın mənbəyi Avropanın əsas su hövzəsində yerləşən "Pogulanka" şəhər parkında (dəniz səviyyəsindən təxminən 350 metr yüksəklikdə) yerləşir. Çay Baltik dənizi hövzəsinə aiddir. XIX əsrdə çay şəhər mərkəzinin altından keçən kollektorla bağlandı və Lvovun kanalizasiya sisteminin bir hissəsi oldu. Kanalizasiya uzunluğu: 1870 - 15 km, 1903 - 54 km, 1910 - 82 km, 1939 - 150 km-dən çox idi. Rostoçyanın cənub hissəsindən keçir və Busk şəhəri yaxınlığında Qərbi Buqa qovuşur. Çay bir vaxtlar çirklənmə ilə bağlı ciddi problemlərlə üzləşmişdi.