Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Olisia
Poruq (lat. Stachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin Yer kürəsinin mülayim iqlim qurşaqlarında və subtropik vilayətlərdə bitən 300 növə yaxın, Azərbaycanda isə 23 növ birillik və çoxillik bitkiləri məlumdur. Onlardan təxminən 15 növündən, o cümlədən aşağıdakı növdən yaşıllaşdırmada istifadə edilir: Yunlu poruq (S. lanata) azyarpaqlı gövdələri 60 sm hündürlüyə çatan kökümsovlu, çoxillik bitkidir. Gülləri yalançı çiçək köbəsindən ibarət sünbülşəkilli çiçək qrupunda yığılmışdır. İkidodaqlı çiçək tacı çəhrayı ya da çahrayımtıl-bənövşəyi rənglidir. Bu bitkinin vətəni Rusiyanın cənub rayonları, Zaqafqaziya Türkiyənin qərb vilayətləri və İranın şimalıdır. Yunlu poruq 1782-ci ildən gülçülükdə geniş istifadə olunur. Poruğu toxumlarla və kolun bölünməsi ilə çoxaltmaq olar. Bordürlərdə vaxtaşırı yararsız çiçəkləri kəsilərsə çox gözəl görünür.
Andorra polisi
Andorra Polis Korpusu (gürc. El Cos de Policia d’Andorra) — Andorra Knyazlığının milli polis qüvvəsi. 2007-ci ildə verilən məlumatlara əsasən, ölkənin təxminən 85 minlik əhalisinə xidmət göstərən 240 zabit var idi.
Azərbaycan polisi
Azərbaycan polisi — Daxili İşlər Nazirliyinin strukturuna daxil olan Azərbaycan Respublikası hüquq mühafizə orqanı. Azərbaycan Respublikasının "Polis haqqında" Qanununa əsasən, polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. "Polis haqqında" Qanunun 8-ci maddəsinə əsasən, qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur, 9-cu maddəyə əsasən isə, polis xidmətlərinin yaradılması, yenidən qurulması və ləğvi, polisin fəaliyyətinə rəhbərlik, polis orqanlarında vəzifəyə təyin və vəzifədən azad etmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının polis orqanlarının xarici ölkələrin polis orqanları və beynəlxalq polis təşkilatları ilə əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, xarici ölkələrin polis orqanları ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın bağladığı müqavilələr, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq polis təşkilatlarının nizamnamələri və əsasnamələri ilə tənzimlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisi haqqında demişdir: == Tarixi == === Polis orqanlarının yaradılması === Çar Nikolay I Fərmanı ilə 10 aprel 1840-cı il tarixində Rusiya İmperiyasının Daxili İşlər Nazirliyinin tabeliyində ictimai asayişin qorunması və cinayətkarlıqla mübarizə məqsədləri ilə Bakıda Polis Şöbəsi yaradılıb. 1867-ci ildə Bakı Quberniyasının Jandarma Polis İdarəsi yaradılıb və sonradan bu qurum Bakı Polis İdarəsinə çevrilib. Eyni zamanda, Azərbaycan ərazisində yaradılmış mahallarda mahal polisi idarələri, şəhərlərin daxilində isə ərazi polis məntəqələri fəaliyyət göstərməyə başçlayıb. 1882-ci ildən başlayaraq Bakı qəzasının ərazisində Bakı, Maştağa, Saray, Balaxanı-Sabunçu, Keşlə və Bibiheybət polis məntəqələri, onların tabeliyində məhəlli və şəhər polis nəzarətçiləri (müvəkkilləri) fəaliyyət göstərib. 1897-ci ildə Bakı-Sabunçu polismeysterliyi yaradılıb, 28 oktyabr 1906-cı il tarixində isə Bakı Polis İdarəsi yenidəntəşkil üsulu ilə Bakı Polismeyster İdarəsinə çevrilib. Bu zaman poçt, axtarış və istintaq üzrə ixtisaslaşmış polis qurumları fəaliyyət göstəriblər.
İsrail Polisi
İsrail polisi (ivr. ‏משטרת ישראל‏‎) — İsrailin mülki polis qüvvəsidir. Dünyanın əksər polis qüvvələrində olduğu kimi, onun vəzifələrinə cinayətkarlıqla mübarizə, nəqliyyat vasitələrinə nəzarət, ictimai təhlükəsizliyin qorunması və terrorizmlə mübarizə daxildir. Bu İctimai Təhlükəsizlik Nazirinin səlahiyyətindədir. İsrail Polisi bütün İsrail boyu və Qərb sahilindəki C ərazisində, ümumiyyətlə İsrailin mülki nəzarətində olduğu bütün yerlərdə fəaliyyət göstərir.
Vyetnam polisi
Vyetnam Xalq İctimai Təhlükəsizliyi (vyet. Công an Nhân dân Việt Nam) — İctimai Təhlükəsizlik Nazirliyinin nəzarəti altında olan Vyetnamın əsas polis və təhlükəsizlik qüvvələri. Vyetnam Xalq Silahlı Qüvvələrinin bir hissəsidir və Vyetnam Kommunist Partiyasının faktiki nəzarəti altındadır. Xalq İctimai Təhlükəsizliyinin səlahiyyətləri 27 noyabr 2014-cü ildə qəbul edilmiş 73/2014/QH13 saylı qanuna əsasən tənzimlənir.
İnternet polisi
İnternet polisi — bir sıra ölkələrdə internetə nəzarəti həyata keçirən polis və dövlət qurumları, idarələr və digər təşkilatlar üçün ümumi termin. İnternet polisinin əsas məqsədləri dövlətdən asılı olaraq kibercinayətkarlıqla, həmçinin senzura və təbliğatla mübarizədir. 2006-cı ildə yaradılmış Estoniyanın Kompüter Təcili Yardım Qrupu (CERT Estonia), .ee domeninə sahib kompüter şəbəkələrində təhlükəsizlik insidentlərinin idarə edilməsinə cavabdeh olan təşkilatdır. Onun vəzifəsi Estoniyada internet istifadəçilərinə təhlükəsizlik insidentlərindən mümkün zərəri azaltmaq və təhlükəsizlik təhdidlərinə cavab verməkdə onlara kömək etmək üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsində kömək etməkdir. "CERT Estonia" Estoniya şəbəkələrində baş verən, orada başlanan və ya Estoniyada və ya xaricdə vətəndaşlar və ya qurumlar tərəfindən xəbərdar edilmiş təhlükəsizlik insidentləri ilə məşğul olur. 2022-ci ilin martında Yaponiya ciddi kibercinayətkarlıq halları ilə mübarizə aparmaq üçün Milli Polis Agentliyində internet polis bürosunun və xüsusi istintaq qrupunun yaradılması haqqında qanun qəbul etmişdir. Niderland polisinin kibercinayətkarlıqla mübarizə aparmaq üçün İnternet Briqadası qurduğu iddia edilmişdir. Kəşfiyyat məlumatlarının toplanması üçün internet xəbər qruplarına və müzakirə forumlarına sızmağa, psevdoalış etməyə və xidmətlər göstərməyə icazə veriləcək. İnternet provayderi Cybercrime.gov US Department of Justice CCIPS Cybercellmumbai.com Indian Cyber Crime Investigation Cell US CERT United States Computer Emergency Readiness Team (US-CERT) US Secret Service Computer Fraud On Guard OnGuardOnline.gov provides practical tips from the federal government and the technology industry to help you be on guard against Internet fraud, secure your computer, and protect your personal information.
Zaman polisi
Zaman polisi (ing. Timecop) — 1994-cü ildə Piter Hayams tərəfindən çəkilən filmdir. Bu film ABŞ-nin "Dark Horse Comics" nəşriyyatı tərəfindən istehsal edilən, Mark Veraydenin eyniadlı komiksı əsasında filmdir. Zaman polisi — Internet Movie Database saytında.
Azərbaycan Polisi Günü
Azərbaycan Polisi Günü — Azərbaycan Respublikasında qeyd edilən xüsusi günlərdən biri. Hər il 2 iyul tarixində qeyd edilir. == Tarixi == Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılmış və eyni fərmanla iyun ayının 6-sının hər il "Azərbaycan polisi günü" kimi qeyd edilməsi qərara alınmışdır. Beləliklə, 1998-ci ilədək hər il 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilmişdir. 24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilmiş; 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.
Yəhudi Getto Polisi
Yəhudi Getto Polisi (alm. Jüdische Ghetto-Polizei, Jüdischer Ordnungsdienst‎) — Üçüncü Reyx işğalı altında olan ərazilərdə almanlar tərəfindən yəhudi vətəndaşlardan təşkil edilmiş yerli polis təşkilatı. Yəhudi Getto Polisinin əməkdaşları əsasən getto və həbs düşərgələrində saxlanılan yəhudilərlə məşğul olurdu. Qurum alman polisinə yardım məqsədilə yaradılmışdır.
Təhlükəsizlik Polisi İdarəsi (Gürcüstan)
Polis Təhlükəsizlik İdarəsi — Gürcüstanın bütün ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin əmlakını və şəxsi qorunmasını qanunsuz və cinayətkar fəaliyyətlərdən qoruyan Gürcüstan Daxili İşlər Nazirliyinin açıq qanunvericiliyinə uyğun hüquqi şəxslərin toplandığı rəsmi idarədir. Təhlükəsizlik Polisi daim yenilənən texnologiya ilə təchiz olunmuş bir xidmət şöbəsidir. Təhlükəsizlik Polisinin əsas missiyası vətəndaşların təhlükəsizliyini təmin etmək və onların işi üçün sağlam mühit yaratmaqdan ibarətdir. 2008-ci ildə Təhlükəsizlik Polisi yeni MESH texnologiyasına əsaslanan radio mühafizə sistemini təqdim etdi. Bütün Gürcüstan ərazisində Təhlükəsizlik Polisi, obyektləri qorumaq üçün Amerika şirkəti AES Intellinet tərəfindən istehsal edilən yeni nəsil Amerika periferik avadanlıq və ötürücülərindən istifadə edir. Bu sistem yalnız Gürcüstan ərazisindəki təhlükəsizlik polisi tərəfindən istifadə olunur və obyektlərdən siqnalların dispersiyasız alınmasını və onların sürətli işlənməsini təmin edir. Polisin mühafizə tədbirləri təhlükəsizlik polisi tərəfindən gündüz, iş vaxtı, eləcə də gecə-gündüz həyata keçirilir . Təhlükəsizlik Polisi təhlükəsizlik, müşayiət, bank vəsaitlərinin, qiymətli metalların və qiymətli əşyaların nağdlaşdırılmasını təmin edir. Polis İdarəsi vətəndaş cəmiyyətinə xidmət edən və hər bir vətəndaşın təhlükəsizliyini təmin edən dövlət orqanını təmsil edən Gürcüstan Daxili İşlər Nazirliyinin İdarəsidir. Bölmənin əsas funksiyaları ictimai qaydanın və asayişin qorunması, pozuntulara və hər hansı digər mümkün təhlükəyə cavab verilməsi, onların qarşısının alınması və yatırılması, fiziki və hüquqi şəxslərin hər hansı qanunsuz əməllərdən qorunması, yolda təhlükəsizliyin qorunmasıdır.
Zaman polisi (film, 1994)
Zaman polisi (ing. Timecop) — 1994-cü ildə Piter Hayams tərəfindən çəkilən filmdir. Bu film ABŞ-nin "Dark Horse Comics" nəşriyyatı tərəfindən istehsal edilən, Mark Veraydenin eyniadlı komiksı əsasında filmdir. Zaman polisi — Internet Movie Database saytında.
Nasist Almaniyasında intizam polisi
Ordnungspolizei (qısası: OrPo ya Orpo, formasının rənginə görə Grüne Polizei), Nasist Almaniyasının normal polisi. Nasist Almaniyası dövründə xüsusilə 1936-1945-ci illər arasında Sicherheitspolizei (SiPo) ilə birlikdə rejimin qorunmasında mühüm rol oynamışdır. Faşistlərin Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlər kontekstində bir çox şəxs Ordnungspolizei üzvləri tərəfindən edam edilmişdir.
Baş Dövlət Yol Polisi İdarəsi
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi == Tarixi == Dövlət avtomobil müfəttişliyi 1936-cı ildə keçmiş SSRİ-nin Xalq Komissarları Sovetinin qərarı ilə yaradılaraq, Daxili İşlər Xalq Komissarlığının tabeliyinə verilmişdir. Bundan əvvəl müfəttişliyin fəaliyyəti, avtomobil nəqliyyatı və şose yolları idarəsinin mülki formada olan əməkdaşları tərəfindən aparılırdı. Dövlət avtomobil müfəttişliyinin əsas vəzifəsi ilk növbədə yol hərəkətində nizam-intizam yaratmaq, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq idi. Respublikanın rayonlararası, kənd və qəsəbələri birləşdirən yolların örtüyü bərkidilməmişdi. 1936-cı ildən başlayaraq "Küçə hərəkəti qaydaları" Şəhər və Vilayət Zətmətkeş Deputatları Sovetlərinin qərarlarına əsasən tərtib olunurdu. Bu səbəbdən də yerli qaydalar bir-birlərindən fərqlənirdi. 1941–1942-ci illərdə isə Respublika Dövlət Avtomobil Müfəttişliyininə Əhliman Hüseynov rəhbərlik etmiş, 1942–47-ci illərdə Bakı şəhərinin hərbi komendantı olmuşdur. 1957-ci ildə yeni redaksiyada "Yol hərəkəti qaydaları" təsdiq olundu. 1960-cı ildə "Küçə hərəkəti qaydaları" bir daha dəyişdirilərək "SSRİ-nin küçə və yollarında hərəkət qaydaları" təsdiq olundu. Bu qaydalar əvvəlkilərdən fərqli olaraq SSRİ ərazisi üçün vahid normativ sənəd oldu.
Komisia
Komisia (lat. comitio, lat. comeo sözündən — oxşar, yığmaq, toplamaq) — Qədim romada xalq yığıncağı. Üç cür komisia mövcuddur: Kuriya komisiası — Qəbilə və tayfa sisteminə əsaslanan kuriyalar üzrə patrisiyaların məclisi və ya yığıncağı. Çar dövründə (e.ə. VIII–VI) müharibə və sülh o cümlədən çar seçılməsi məsələlərini həll edərdi. Çar tərəfindən çağrılırdı. Ali magistrat seçmə hüququna malik olmuşdur. Qədim Roma respublikası dövründə digər iki komisiyanın meydana çıxması ilə əlaqədər siyasi əhəmiyyətini itirərək formal hüquqa malik olur. Səlahiyyətlərinə yalnız tayfa və ailələr arası münasibətlər, dini məsələlər daxil olmuşdur.
Polakia
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Polimiya
Polimiya — Qafqaz Albaniyasının çarı. Rostovlu Dimitrinin "Müqəddəslərin həyatları" əsərində adı çəkilir. Rostovlu Dimitrinin "Müqəddəslərin həyatları" əsərinə görə Müqəddəs Varfolomey Alban ölkəsi hökmdarı Polimiyanın ürəyinə şeytanın hakim olduğu qızını sağaldır. Bundan sonra Alban hökmdarı bütün nəsli ilə birlikdə vəftiz olundu. Dmitri hadisələri bütün Qafqaz Albaniyasının xristianlığı qəbul etməsi kimi qələmə verir: "Çarın məsləhətinə əmə edərək ona yaxın və daha çox şəhər vəftizi qəbul etdi." Rostovlu Dimitrinin bu məlumatları hardan əldə etdiyi məlum deyil. Ola bilər ki, o, Müqəddəs Varfolomeyə aid daha qədim məlumatlara malik idi. Hal-hazırda kilsə elmində belə məlumatlar yoxdur. Hər halda Qafqaz Albaniyası və antik Ermənistan krallığının həmin dövrə aid mənbələrində Polimiya adlı çara rast gəlinmir. IV əsrə qədər ilk alban çarlarının adı bilinməsə də, xristianlığın bütün ailəsi və ətrafı ilə qəbul edən alban çarının tarixi mənbələrdə qeyd edilməməsi Polimiyanın alban çarı yox, vilayət hakimi olması hesab edilə bilər. Oxşar hadisələr 91-109-cu illərdə hakimiyyətdə olmuş I Sanatruk üçün də qeyd edilir.
Politiya
Politiya (yun. πολιτεία) kəsb etdiyi əsas məna: Çoxluğun hakimiyyəti. İctimai hakimiyyə. Aristotelə görə çoxluğun ümumi mənafe naminə idarəetməsi. Oliqarxiya və Demokratiyanın yaxşı xüsusiyətlərini özündə birləşdirib, onların çatışmazlığından azaddır. Георгиев П. В. Русский Панславизм XIX века и античная демократия: концепция политии М. С. Куторги // Ученые записки Казанского государственного университета. Сер. Гуманитарные науки. — 2008. — Т. 150, кн.
Pollinia
Chrysopogon (lat. Chrysopogon) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Sipolisia
Heterocoma (lat. Heterocoma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Alcantara Glaz. ex G.M.Barroso Bishopalea H.Rob. Sipolisia Glaz.
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
Polibi
Polibi (q.yun. Πολύβιος— Polybius; ən geci e.ə. 199 – ən tezi e.ə. 133, Yunanıstan) — Yunan tarixçisi və sərkərdəsi. Qədim yunan tarixçisi və mütəfəkkiri Polibi e.ə. 200-cü ildə anadan olmuşdur. Romalılar tərəfindən 16 il girov saxlanılmış Polibi öz bacarıq və qabiliyyəti sayəsində dövlət xadimi və sərkərdə səviyyəsinə qalxa bilmişdir. O, Roma sərkərdəsi Ssipionla birlikdə Afrika sahillərində hərbi səfərlərdə olmuş, I Pun müharibəsində iştirak etmişdir. Vətəni Yunanıstanla Roma arasındakı müharibədə Korinf məğlubiyyətindən sonra həmvətənlərinə hər cür köməklik göstərməyə çalışmışdır. Buna baxmayaraq Roma əzəmətinin qızğın tərəfdarı olan Polibi 40 cildlik "Yeni tarix" əsərində Romanın dünya hökmranlığına can atmasını əsaslandırmağa çalışmışdır.
Polis
Polis (fr. Police, q.yun. ἡ πολιτεία — dövlət, şəhər) — ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Müxtəlif ölkələrdə müxtəlif spektrdə vəzifələr yerinə yetirir. Əsas vəzifəsi cinayətkarlıqla mübarizə və yol hərəkətinin təşkilidir. Onun üzərinə obyektlərin qorunması, müəyyən sahələrdə inzibati nəzarət, dövlət orqanlarının qərarlarının yerinə yetirilməsi qoyula bilər. Həmçinin müəyyən ölkələrdə yanğın söndürmə və qəzalardan xilasetmə xidməti də polisin tabeliyindədir. Polis sistemi bəzi ölkələrdə mərkəzləşmiş (Azərbaycan, Rusiya, Türkiyə və s.), və ya qeyri-mərkəzləşmiş (Almaniya, ABŞ və s.) ola bilər. Polis orqanları bir nazirlikdə, və ya bir neçə nazirlikdə (İtaliya — "beş polis ölkəsi").
Polşa
Polşa (pol. Polska; Polyakca tələffüz: [ˈpɔlska] ( dinlə)), tarixi mənbələrdə Lehistan və ya rəsmi adı ilə Polşa Respublikası (pol. Rzeczpospolita Polska; Polyakca tələffüz: [ʐɛtspɔˈspɔlita ˈpɔlska] ( dinlə)) — Mərkəzi Avropada dövlət. 312,696 kvadrat kilometr ərazini əhatə edən ölkə 16 inzibati bölgəyə bölünür və əsasən mülayim mövsümi iqlimə malikdir. Təxminən 38.5 milyon nəfər əhalisi olan Polşa, Avropa İttifaqının əhalisinə görə ən sıx 5-ci ölkəsidir. Polşanın paytaxtı və ən böyük şəhəri Varşavadır. Digər böyük şəhərlərə Krakov, Vrotslav, Poznan, Qdansk və Qdnya, Lodz, Şetsin aiddir. Polşa şimalda Baltik dənizi, Litva və Rusiyanın Kalininqrad vilayəti, şərqdə Belarusiya və Ukrayna, cənubda Slovakiya və Çexiya, qərbdən isə Almaniya ilə həmsərhəddir. Polşa torpaqlarında ilk insanların məskən salınmasının tarixi olduqca qədimdir. Antik dövrlərdə Mərkəzi Avropa düzənliyi bir çox mədəniyyət və xalqların məskunlaşma mərkəzi olmuşdur.
Aechmea politii
Aechmea politii (lat. Aechmea politii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Bolosia piloselloides
Hispidella (lat. Hispidella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Hispidella hispanica Lam. Sinonim Bolosia piloselloides Pourr. ex Willk. Hispidella welwitschii Rupr. Arctotis hispidella Juss. ex DC. Hispidella barnardesii Cass.
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. == Bioqrafiyası == Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.
Kristian Pulişiç
Kristian Mate Pulişiç (ing. Christian Mate Pulisic /ˈmɑːteɪ pəˈlɪsɪk, ˈpʊlɪʃɪtʃ/ ; xorv. Pulišić, 18 sentyabr 1998, Herşi[d], Pensilvaniya, ABŞ) — Çelsi klubu və ABŞ milli komandasının hücumameyilli yarımmüdafiəçisi və ya cinah oyunçusu kimi çıxış edən amerikalı peşəkar futbolçu. Yüksək səviyyəli oyunu və milli mənsubiyyətinə görə ona azarkeşlər və digər oyunçular tərəfindən "Kapitan Amerika" ləqəbi verilib. Pulişiç peşəkar karyerasına Almaniyanın Borussia Dortmund klubunda başlamış, burada o, komandanın gənclər akademiyasında sürətlə irəlilədi və yalnız 15 gənclər oyununda iştirak etdi. Daha sonra 2016-cı ildə 17 yaşında böyüklər komandasına yüksəldi. O , klubdakı ilk mövsümündə az-az çıxış etdi, lakin 2016–17 DFB-Pokal-ı qazanan Dortmund komandasında əsas dayaq olduğu sonrakı kampaniyada onun iştirakı kəskin şəkildə artdı. 2018-ci ildə o, 21 yaşa qədər ən yaxşı oyunçuya verilən ilk Kopa Trofi yarışında ikinci yeri tutdu. 2019-cu ilin yanvarında Pulişiç 73 milyon dollar dəyərində transfer ilə Çelsiyə keçdi, ki bu da onu bütün zamanların ən bahalı Şimali Amerikalı oyunçusu etdi və 2019–20 mövsümündə klubda oynamağa başladı. 21 yaşında o, het-trik edən ən gənc Çelsi oyunçusu oldu.
Mark Poluşin
Mark Petroviç Poluşin (rus. Марк Петрович Полушин; 28 dekabr 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Volqar Həştərxan klubunda hücumçu kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Karyerası == Poluşin öz peşəkar karyerasında debütünü 26 avqust 2018-ci ildə Volqar Həştərxan klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Urojay Krasnodar klubuna qarşı oyunda etmişdir.
Poliana Okimoto
Poliana Okimoto (8 mart 1983, San Paulo) — Braziliyanı təmsil edən üzgüçü. Poliana Okimoto, 2012 və 2016-cı illərdə Braziliyanı Olimpiya Oyunlarında təmsil edib. 2016 Rio-de-Janeyro Olimpiadasında bürünc medal qazanan Poliana Okimoto, Dünya Çempionatlarında 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub. O, həm də 2013-cü ildə Braziliyada "İlin qadın idmançı", FINA-nın versiyasında isə "İlin üzgüçü" seçilib. Poliana Okimoto, 2012-ci ildə Braziliya bayrağı altında Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında mübarizə aparan Okimoto, finişi qət edə bilmədi. Poliana Okimoto növbəti dəfə Olimpiya Oyunlarına, 2016-cı ildə elə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında mübarizə aparan Okimoto, 1 saat, 56 dəqiqə, 51.40 saniyə nəticə göstərdi və 25 idmançı sırasında 3-cü yeri tutaraq Olimpiya Oyunlarının bürünc medalını qazandı.
İctimai Politika
İctimai politika konsepsiya tərəfindən rəhbər tutulan və tez-tez proqramlar tərəfindən həyata keçirilən müvafiq və real dünya problemlərini həll etmək və ya həlli üçün qanunlar, qaydalar, təlimatlar və tədbirlər kimi institusionallaşdırılmış təklif və ya qərar verilmiş elementlər toplusudur. Bu politikalar təhsil, səhiyyə, məşğulluq, maliyyə, iqtisadiyyat, nəqliyyat və cəmiyyətin bütün elementləri kimi həyatın müxtəlif aspektlərini idarə edir və əhatə edir. İctimai politika həyata keçirilməsi dövlət idarəçiliyi kimi tanınır. İctimai politikanın hökumətin birbaşa və dolayı fəaliyyətinin məcmusu hesab oluna bilər və müxtəlif üsullarla konseptuallaşdırılıb. Politikalar adətən hökumət tərəfindən ictimaiyyət adından yaradılır yaxud qüvvəyə minir. Bəzən onlar qeyri-kommersiya təşkilatları tərəfindən hazırlanır və ya icmalar və ya vətəndaşlarla birgə hazırlanır. Ona görə də “politika prosesi mürəkkəb siyasi prosesdir ki, burada bir çox aktorlar iştirak edir: seçilmiş siyasətçilər, siyasi partiya liderləri, təzyiq qrupları, dövlət qulluqçuları, ictimai işlərdə çalışan peşəkarlar, hakimlər, qeyri-hökumət təşkilatları, beynəlxalq agentliklər, akademik ekspertlər, jurnalistlər və hətta bəzən özlərini politikanın passiv alıcısı kimi görən vətəndaşlar da olur”. Siyasət və politika terminlərinin Azərbaycancada oxşar mənaları vardır. Bugünkü elmi ədəbiyyatda "politika" termini ingiliscə "policy" olan başqa bir fenomeni təsvir etmək üçün də istifadə olunur. Bu məqalədə "Policy" fenomeninin Azərbaycanca qarşılığı üçün "politika" ifadəsinin işlədilməsi də təklif olunur.
Polakia paradoxa
Salvia aristata (lat. Salvia aristata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.