Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mark Poluşin
Mark Petroviç Poluşin (rus. Марк Петрович Полушин; 28 dekabr 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Volqar Həştərxan klubunda hücumçu kimi çıxış edən Rusiyalı professional futbolçudur. Poluşin öz peşəkar karyerasında debütünü 26 avqust 2018-ci ildə Volqar Həştərxan klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Urojay Krasnodar klubuna qarşı oyunda etmişdir.
Polüvi
Phaneroglossa bolusii
Phaneroglossa (lat. Phaneroglossa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Phaneroglossa bolusii (Oliv.) B.Nord. Sinonim Senecio bolusii Oliv.
Protea bolusii
Protea caffra (lat. Protea caffra) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Senecio bolusii
Phaneroglossa (lat. Phaneroglossa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Phaneroglossa bolusii (Oliv.) B.Nord. Sinonim Senecio bolusii Oliv.
Vladimir Poluxin
Vladimir Poluxin (rus. Владимир Фёдорович Полухин; 2 iyun 1886 – 20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. 1917-ci ildə yaranan Bakı kommunasında hərbi-dəniz işləri üzrə komissar. Vladimir Poluxin 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Andorra polisi
Andorra Polis Korpusu (gürc. El Cos de Policia d’Andorra) — Andorra Knyazlığının milli polis qüvvəsi. 2007-ci ildə verilən məlumatlara əsasən, ölkənin təxminən 85 minlik əhalisinə xidmət göstərən 240 zabit var idi.
Azərbaycan polisi
Azərbaycan polisi — Daxili İşlər Nazirliyinin strukturuna daxil olan Azərbaycan Respublikası hüquq mühafizə orqanı. Azərbaycan Respublikasının "Polis haqqında" Qanununa əsasən, polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. "Polis haqqında" Qanunun 8-ci maddəsinə əsasən, qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur, 9-cu maddəyə əsasən isə, polis xidmətlərinin yaradılması, yenidən qurulması və ləğvi, polisin fəaliyyətinə rəhbərlik, polis orqanlarında vəzifəyə təyin və vəzifədən azad etmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının polis orqanlarının xarici ölkələrin polis orqanları və beynəlxalq polis təşkilatları ilə əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, xarici ölkələrin polis orqanları ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın bağladığı müqavilələr, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq polis təşkilatlarının nizamnamələri və əsasnamələri ilə tənzimlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisi haqqında demişdir: 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qərarı ilə Fətəli xan Xoyski tərəfindən Tiflisdə təşkil edilmiş birinci Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində F.x.Xoyskinin Nazirlər Şurasının sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra edirdi. Həmin il Hökumət Gəncəyə köçdükdən sonra iyunun 17-də F.x.Xoyskinin burada təşkil etdiyi ikinci Hökumətdə daxili işlər naziri vəzifəsini Behbud xan Cavanşir tutdu. Noyabr-dekabr aylarında isə Behbud xan Cavanşirin sənaye və ticarət naziri vəzifəsinə təyin olunması ilə əlaqədar daxili işlər naziri vəzifəsini müvəqqəti olaraq general-mayor Məmməd Sadıq bəy Ağabəyov icra etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladıqdan sonra Parlamentin tapşırığı ilə 1918 il dekabrın 26-da F.x.Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinəsində daxili işlər naziri vəzifəsi Xəlil bəy Xasməmmədova həvalə olundu. 1919-cu ilin aprelin 14-də Nəsib bəy Yusifbəylinin dördüncü Hökumət kabinəsində o özü Hökumətin sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra etdi. 1919-cu ilin dekabrında N.Yusifbəylinin yaratdığı beşinci Hökumət kabinəsində daxili işlər naziri vəzifəsini əvvəlcə Məmməd Həsən Hacınski, sonra isə Mustafa bəy Vəkilov tutmuşdur.
İsrail Polisi
İsrail polisi (ivr. ‏משטרת ישראל‏‎) — İsrailin mülki polis qüvvəsidir. Dünyanın əksər polis qüvvələrində olduğu kimi, onun vəzifələrinə cinayətkarlıqla mübarizə, nəqliyyat vasitələrinə nəzarət, ictimai təhlükəsizliyin qorunması və terrorizmlə mübarizə daxildir. Bu İctimai Təhlükəsizlik Nazirinin səlahiyyətindədir. İsrail Polisi bütün İsrail boyu və Qərb sahilindəki C ərazisində, ümumiyyətlə İsrailin mülki nəzarətində olduğu bütün yerlərdə fəaliyyət göstərir.
Vyetnam polisi
Vyetnam Xalq İctimai Təhlükəsizliyi (vyet. Công an Nhân dân Việt Nam) — İctimai Təhlükəsizlik Nazirliyinin nəzarəti altında olan Vyetnamın əsas polis və təhlükəsizlik qüvvələri. Vyetnam Xalq Silahlı Qüvvələrinin bir hissəsidir və Vyetnam Kommunist Partiyasının faktiki nəzarəti altındadır. Xalq İctimai Təhlükəsizliyinin səlahiyyətləri 27 noyabr 2014-cü ildə qəbul edilmiş 73/2014/QH13 saylı qanuna əsasən tənzimlənir.
İnternet polisi
İnternet polisi — bir sıra ölkələrdə internetə nəzarəti həyata keçirən polis və dövlət qurumları, idarələr və digər təşkilatlar üçün ümumi termin. İnternet polisinin əsas məqsədləri dövlətdən asılı olaraq kibercinayətkarlıqla, həmçinin senzura və təbliğatla mübarizədir. 2006-cı ildə yaradılmış Estoniyanın Kompüter Təcili Yardım Qrupu (CERT Estonia), .ee domeninə sahib kompüter şəbəkələrində təhlükəsizlik insidentlərinin idarə edilməsinə cavabdeh olan təşkilatdır. Onun vəzifəsi Estoniyada internet istifadəçilərinə təhlükəsizlik insidentlərindən mümkün zərəri azaltmaq və təhlükəsizlik təhdidlərinə cavab verməkdə onlara kömək etmək üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsində kömək etməkdir. "CERT Estonia" Estoniya şəbəkələrində baş verən, orada başlanan və ya Estoniyada və ya xaricdə vətəndaşlar və ya qurumlar tərəfindən xəbərdar edilmiş təhlükəsizlik insidentləri ilə məşğul olur. 2022-ci ilin martında Yaponiya ciddi kibercinayətkarlıq halları ilə mübarizə aparmaq üçün Milli Polis Agentliyində internet polis bürosunun və xüsusi istintaq qrupunun yaradılması haqqında qanun qəbul etmişdir. Niderland polisinin kibercinayətkarlıqla mübarizə aparmaq üçün İnternet Briqadası qurduğu iddia edilmişdir. Kəşfiyyat məlumatlarının toplanması üçün internet xəbər qruplarına və müzakirə forumlarına sızmağa, psevdoalış etməyə və xidmətlər göstərməyə icazə veriləcək. İnternet provayderi Cybercrime.gov US Department of Justice CCIPS Cybercellmumbai.com Indian Cyber Crime Investigation Cell US CERT United States Computer Emergency Readiness Team (US-CERT) US Secret Service Computer Fraud On Guard OnGuardOnline.gov provides practical tips from the federal government and the technology industry to help you be on guard against Internet fraud, secure your computer, and protect your personal information.
Zaman polisi
Zaman polisi (ing. Timecop) — 1994-cü ildə Piter Hayams tərəfindən çəkilən filmdir. Bu film ABŞ-nin "Dark Horse Comics" nəşriyyatı tərəfindən istehsal edilən, Mark Veraydenin eyniadlı komiksı əsasında filmdir. Zaman polisi — Internet Movie Database saytında.
Əli Vyaçeslav Polosin
Əli Vyaçeslav Sergeyeviç Polosin - İslamı qəbul etmiş rus və tanınmış alimdir. Vyaçeslav Serqeyeviç Polosin 1956-cı ilin iyun ayının 26-da Moskva şəhərində dünyaya gəlmişdir. Milliyyətcə rusdur. Fəlsəfə elmləri üzrə doktor və politologiya üzrə isə namizəddir. 1978-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini “sosiologiya” ixtisası üzrə bitirmişdir. Diplomu: “Maks Veberin “kapitalizmin ruhu” konsepsiyasının tənqidi” olmuşdur. 1980-ci ildə pravoslav kilsəsində qiraətçi kimi işə başlamış, 1983-cü ildə isə Moskva Ruhani seminariyasını bitirmişdir. 1983-1985 illər arası Orta Asiyada keşiş kimi fəaliyyət göstərərək, Düşənbə şəhərindəki kilsələrin birində baş keşiş vəzifəsini icra etmişdir. 1985-ci ildən 1988-ci ilə kimi Rus Pravoslav kilsəsinin nəşriyyat şöbəsinin ştatdankənar əməkdaşı olmuşdur. 1988-ci ildən 1991-ci ilə kimi Kaluqa vilayətinin Obninsk şəhərindəki kilsədə protoierey (baş keşişi) vəzifəsində çalışmışdır.
Azərbaycan Polisi Günü
Azərbaycan Polisi Günü — Azərbaycan Respublikasında qeyd edilən xüsusi günlərdən biri. Hər il 2 iyul tarixində qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılmış və eyni fərmanla iyun ayının 6-sının hər il "Azərbaycan polisi günü" kimi qeyd edilməsi qərara alınmışdır. Beləliklə, 1998-ci ilədək hər il 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilmişdir. 24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilmiş; 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.
Polsat Sport News
«Polsat Sport 3» — «Cyfrowy Polsat» şirkətinin sahibləndiyi Polşa idman telekanalı. Telekanal Polşada yayımlanan ilk idman kanalıdır. Telekanal 30 may 2011-ci ildə saat 07:00-da yayıma başlamışdır. 25 oktyabr 2010-cu ildə 146-cı Cyfrowy Polsat kanalında telekanalın test yayımı baş tutmuşdur. 25 may 2011-ci ildə stansiya ikinci multipleksdə yerli rəqəmsal televiziya üçün test yayıma başlamışdır. 30 may 2011-ci ildə müntəzəm yayım saatı olan 07:00-da telekanal əsas yayıma başladı. Lakin rəqəmsal peyk platforması istifadəçiləri telekanalı izləyə bilmirdi. 11 avqust 2011-ci ildə telekanal Cyfrowy Polsat istifadəçilərinə təqdim edilmişdir. 4 noyabr 2011-ci ildə telekanal rəsmi olaraq, Telewizji na Kartę və n platformasına əlavə edilmişdir. 1 noyabr 2012-ci ildə «Polsat Sport News» ilk reklamını yayımlamışdır.
Yəhudi Getto Polisi
Yəhudi Getto Polisi (alm. Jüdische Ghetto-Polizei, Jüdischer Ordnungsdienst‎) — Üçüncü Reyx işğalı altında olan ərazilərdə almanlar tərəfindən yəhudi vətəndaşlardan təşkil edilmiş yerli polis təşkilatı. Yəhudi Getto Polisinin əməkdaşları əsasən getto və həbs düşərgələrində saxlanılan yəhudilərlə məşğul olurdu. Qurum alman polisinə yardım məqsədilə yaradılmışdır.
Təhlükəsizlik Polisi İdarəsi (Gürcüstan)
Polis Təhlükəsizlik İdarəsi — Gürcüstanın bütün ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin əmlakını və şəxsi qorunmasını qanunsuz və cinayətkar fəaliyyətlərdən qoruyan Gürcüstan Daxili İşlər Nazirliyinin açıq qanunvericiliyinə uyğun hüquqi şəxslərin toplandığı rəsmi idarədir. Təhlükəsizlik Polisi daim yenilənən texnologiya ilə təchiz olunmuş bir xidmət şöbəsidir. Təhlükəsizlik Polisinin əsas missiyası vətəndaşların təhlükəsizliyini təmin etmək və onların işi üçün sağlam mühit yaratmaqdan ibarətdir. 2008-ci ildə Təhlükəsizlik Polisi yeni MESH texnologiyasına əsaslanan radio mühafizə sistemini təqdim etdi. Bütün Gürcüstan ərazisində Təhlükəsizlik Polisi, obyektləri qorumaq üçün Amerika şirkəti AES Intellinet tərəfindən istehsal edilən yeni nəsil Amerika periferik avadanlıq və ötürücülərindən istifadə edir. Bu sistem yalnız Gürcüstan ərazisindəki təhlükəsizlik polisi tərəfindən istifadə olunur və obyektlərdən siqnalların dispersiyasız alınmasını və onların sürətli işlənməsini təmin edir. Polisin mühafizə tədbirləri təhlükəsizlik polisi tərəfindən gündüz, iş vaxtı, eləcə də gecə-gündüz həyata keçirilir . Təhlükəsizlik Polisi təhlükəsizlik, müşayiət, bank vəsaitlərinin, qiymətli metalların və qiymətli əşyaların nağdlaşdırılmasını təmin edir. Polis İdarəsi vətəndaş cəmiyyətinə xidmət edən və hər bir vətəndaşın təhlükəsizliyini təmin edən dövlət orqanını təmsil edən Gürcüstan Daxili İşlər Nazirliyinin İdarəsidir. Bölmənin əsas funksiyaları ictimai qaydanın və asayişin qorunması, pozuntulara və hər hansı digər mümkün təhlükəyə cavab verilməsi, onların qarşısının alınması və yatırılması, fiziki və hüquqi şəxslərin hər hansı qanunsuz əməllərdən qorunması, yolda təhlükəsizliyin qorunmasıdır.
Zaman polisi (film, 1994)
Zaman polisi (ing. Timecop) — 1994-cü ildə Piter Hayams tərəfindən çəkilən filmdir. Bu film ABŞ-nin "Dark Horse Comics" nəşriyyatı tərəfindən istehsal edilən, Mark Veraydenin eyniadlı komiksı əsasında filmdir. Zaman polisi — Internet Movie Database saytında.
Nasist Almaniyasında intizam polisi
Ordnungspolizei (qısası: OrPo ya Orpo, formasının rənginə görə Grüne Polizei), Nasist Almaniyasının normal polisi. Nasist Almaniyası dövründə xüsusilə 1936-1945-ci illər arasında Sicherheitspolizei (SiPo) ilə birlikdə rejimin qorunmasında mühüm rol oynamışdır. Faşistlərin Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlər kontekstində bir çox şəxs Ordnungspolizei üzvləri tərəfindən edam edilmişdir.
Baş Dövlət Yol Polisi İdarəsi
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Dövlət avtomobil müfəttişliyi 1936-cı ildə keçmiş SSRİ-nin Xalq Komissarları Sovetinin qərarı ilə yaradılaraq, Daxili İşlər Xalq Komissarlığının tabeliyinə verilmişdir. Bundan əvvəl müfəttişliyin fəaliyyəti, avtomobil nəqliyyatı və şose yolları idarəsinin mülki formada olan əməkdaşları tərəfindən aparılırdı. Dövlət avtomobil müfəttişliyinin əsas vəzifəsi ilk növbədə yol hərəkətində nizam-intizam yaratmaq, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq idi. Respublikanın rayonlararası, kənd və qəsəbələri birləşdirən yolların örtüyü bərkidilməmişdi. 1936-cı ildən başlayaraq "Küçə hərəkəti qaydaları" Şəhər və Vilayət Zətmətkeş Deputatları Sovetlərinin qərarlarına əsasən tərtib olunurdu. Bu səbəbdən də yerli qaydalar bir-birlərindən fərqlənirdi. 1941–1942-ci illərdə isə Respublika Dövlət Avtomobil Müfəttişliyininə Əhliman Hüseynov rəhbərlik etmiş, 1942–47-ci illərdə Bakı şəhərinin hərbi komendantı olmuşdur. 1957-ci ildə yeni redaksiyada "Yol hərəkəti qaydaları" təsdiq olundu. 1960-cı ildə "Küçə hərəkəti qaydaları" bir daha dəyişdirilərək "SSRİ-nin küçə və yollarında hərəkət qaydaları" təsdiq olundu. Bu qaydalar əvvəlkilərdən fərqli olaraq SSRİ ərazisi üçün vahid normativ sənəd oldu.