Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Domera
Domera (fr. Valigny) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali-qərbi Monlyusoon kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03101. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 9004 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 5558 əmək qabiliyyətli insanlar arasında (15-64 yaş arasında) 3745 nəfər iqtisadi cəhətdən fəal, 1813 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,4%, 1999-cu ildə 67.0%). 3745 fəal 3444 nəfərdən (1776 kişi və 1668 qadın), 301 nəfəri işsiz (123 kişi və 178 qadın) idi. 1813 hərəkətsiz, 394 nəfər şagird və ya tələbə, 879 nəfər təqaüdçü, 540 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Iomega
Iomega – Zip disk qurğusunun və başqa daşınabilən yaddasaxlama qurğularının istehsalçısı olan şirkət. 1980-ci ildə qurulub və 2008-ci ildə EMC şirkətinin tərkibinə daxil olub. 2013-cü ildə EMC şirkəti Lenovo ilə birləşərək LenovoEMC şirkətinə çevrilib. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kometa
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Pamela
Pamela — ad. Pamela Anderson — Kanada əsilli ABŞ aktrisası və fotomodeli. Pamela Kosh – İngilis xarakter aktyoru. Pamela Spence — Türkiyəli rok müğənni.
Pobeda
Pobeda (Arxangel) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Pobeda (maşın) — SSRİ istehsalı olan minik avtomobili. Pobeda kinoteatrı — Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr.
Pоjeqа
Pоjeqа (xorv. Požega) — Xorvatiyanın Pоjejskо-Slаvоnskаya bölgəsində yerləşən şəhər. 2011-ci il siyahıyaalmasına görə əhalisi 26,248 nəfərdir. Pоjejskо-Slаvоnskаya bölgəsinin inzibati mərkəzidir. == Tarixi == 1537-ci ildə Osmanlılar tərəfindən fəth edilən şəhər əvvəlcə Bosniya əyalətinin sancağına çevrildi və Kanije vilayətinin qurulmasından sonra bu əyalətə bağlandı. 1687-ci ildə Habsburqlar tərəfindən işğal edilənə qədər bir Osmanlı sancağı olaraq qaldı. == Demoqrafiyası == Aşağıdakı qəsəbələrdə şəhər inzibati ərazisinin ümumi əhalisi 26,248 nəfərdir. Etnik mənsubiyyətinə görə əhalisinin 93,24% xorvatlar, 4,66% serblər, 0,38% albanlar, 0,15% çexlər və başqaları.
İpomeya
İpomeya (lat. Ipomoea) — sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == ?*Otvari qrammofonçiçək (Ipomoea hederacaea Jacq.) ?*Sibir qramafonçiçəyi (Ipomoea sibirica (L.) Pers.) == İstinadlar == İpomeya:The Plant List saytında takson barədə məlumat.
Omaha
Omaha (ing. Omaha) — Nebraska ştatının ən böyük şəhəri, ştatın şərq sərhədində yerləşir, Duqlas dairəsinin mərkəzidir. Missuri çayının sahilində, Platt çayının mənsəbindən təxminən 30 kilometr şimalda yerləşir. 2017-ci il ABŞ Siyahıyaalma Bürosunun qiymətləndirməsinə görə, şəhər əhalisinin 466.893 nəfərdir. Şəhərətrafı qəsəbələri ilə birlikdə şəhər, 8 dairədə yaşayan 895.151 nəfər əhalisi ilə ABŞ-nin ən böyük 60-cı şəhər aqlomerasiyasıdır. Şəhərin adı XVII əsrdən bəri müasir Nebraskanın şimal-şərqində yaşayan Omaha hindu qəbiləsindən gəlir. 2008-ci ildə Kiplinger's Personal Finance jurnalı Omaha-nı ABŞ-də yaşamaq üçün ən cəlbedici şəhərlər arasında 3-cü yerə qoydu.
Omega
Omega — Omega markası altında lüks saatlar istehsal edən İsveçrə saat şirkətidir. == Tarixi == Şirkət 1848-ci ildə İsveçrənin La Chaux-de-Fonds şəhərində sadə saatların yığılması emalatxanası kimi yaradılıb.
Omeqa
Omeqa (Ω ω) (yun: Ωμέγα, Omeqa) iyirmi dörd hərfli yunan əlifbasının sonuncu hərfidir. Azərbaycan dilindəki O səsi kimidir, lakin adətən Ö səsinə yaxın səs verir.
Poema
Poema — İri həcmli nəzm əsəri poema adlanır. Poemada, adətən, müəyyən bir hadisə və ya əhvalat təhkiyə üsulu ilə təsvir olunur, lakin poemada təsvir olunan hadisələrin gedişində lirik lövhələrə də geniş yer verilir. Məsələn, Füzulinin "Leyli və Məcnun" poemasında hadisələr əsas qəhrəmanların həyatı ilə bağlı vahid bir sujet əsasında inkişaf edir, lakin poemada qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də verilmişdir. Beləliklə, poemada hadisənin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Hadisələrin epik təsvirinə geniş yer verilən poemalar epik-lirik əsər adlanır. Lirik düşüncələrin üstünlük təşkil etdiyi əsərlərə isə lirik-epik əsər deyilir. Məsələn: Nizaminin "Xosrov və Şirin", Ş. İ. Xətainin "Dəhnamə", M. Füzulinin "Leyli və Məcnun" poemaları epik-lirik, M. F. Axundzadənin "A. S. Puşkinin ölümü haqqında Şərq poeması" şeiri, S. Vurğunun "Bəsti", H. Arifin "Yolda","Dilqəm", H. Cavidin "Azər" poemaları lirik-epik növə aiddir.
Poeza
Poeza (fr. Poëzat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03209. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 118 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 86 yaşında (15-64 yaş arasında) 62 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.1%, 1999-cu ildə 77.1%). Fəal olan 62 nəfərdən 54 nəfəri (27 kişi və 27 qadın), 8 nəfər işsiz (5 kişi və 3 qadın) idi. 24 fəaliyyətsiz 7 nəfər arasında şagird və ya tələbə, 12 nəfər təqaüdçü, 5 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Françeska Pomeri
Françeska Pomeri (d. 18 fevral 1993) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Françeska Pomeri, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Pamela Anderson
Pamela Deniz Anderson (ing. Pamela Denise Anderson; 1 iyul 1967) — Kanada əsilli ABŞ aktrisası və fotomodel. == Həyatı == Pamela Anderson karyerasına Labatt pivə reklamlarında, sonra isə Playboy səhifələrində modellik etməklə başlayıb. Daha sonra aktrisa kimi çalışmağa başladı , bir çox telelayihələrin iştirakçısı, eləcə də ictimai fəaliyyəti ilə seçilir.Bir neçə dəfə nikahda olsa da, bütün evlilikləri uğursuz olaraq boşanmalar ilə bitmişdir. Birinci evliliyindən iki oğul övladı var.Andersona 2002-ci ildə hepatit C diaqnozu qoyuldu. Virusu aktrisaya birinci əri Tommi Li (çox güman ki, cütlük eyni iynəni döymə üçün istifadə etdikdən sonra) keçirib. Aktrisa 2015-ci ildə xəstəliklə bağlı müasir müalicə üsulları yarandıqdan sonra tam sağaldığını elan etmişdir.
Pamela Kosh
Pamela Kosh (ing. Pamela Kosh; 1 oktyabr 1928, Kent qraflığı – 4 may 2022) – İngilis xarakter aktyoru.
Pamela Spence
Pamela Spence Türkiyəli rok müğənni. 25 fevral 1973-cü ildə Almaniyanın Haydelberq şəhərində anadan olub. Atası milliyyətcə amerikalı, anası isə türkdür. 15 yaşında ana dili olan türk dilinə yiyələndikdən sonra bir çox türk filmlərində çəkilmiş, vokalist kimi çıxış etmişdir. Pamela Ankara Dövlət Konservatoriyasının Teatr bölümünün məzunudur.
Pobeda (Arxangel)
Pobeda (başq. Победа, rus. Победа) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Arx-Latış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 21 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 27 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (36%), latışlar (27%) üstünlük təşkil edir.
Pobeda (maşın)
Qaz-M20 və ya Pobeda — SSRİ istehsalı olan minik avtomobili. Qorki Avtomobil Zavodu Qaz-11–73 maşınından sonra yeni 4-cü maşınını istehsal etdi. Bu SSRİ-nin 2-ci rəhbəri Josef Stalinin əmiri ilə qərarlaşdırıldı. Yəni II Dünya Müharibəsindən sonra oldu. 1946-cı ildə istehsal edildi. Düz 19 58-ci ilə qədər. Bu illərdə Qaz-M20 POBEDA-nın bir neçə eksportu istehsal edildi.Qaz-M20 POBEDA avtomobilinin 4*4 eksportuda vardır. Bu, M-72-dir. POBEDA eksportlarının və pobedanın ağırlığı 1460–1490 kq ağırlığı arasındadır. Qaz-M20 Pobeda bir neçə SSRİ ölkələrində yayılmışdır.
Pobeda kinoteatrı
Pobeda kinoteatrı — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr. Kinoteatr Rostov vilayəti Novoçerkassk şəhəri Moskovskaya küçəsi ev 16 ünvanında yerləşirdi. Bina 1846-cı ildə inşa edilmişdir. Binada hazırda eyni adlı ticarət mərkəzi yerləşir. Binanın hazır ki, vəziyyəti idealdır. İki mərtəbədən ibarətdir. == Tarixi == Pobeda kinoteatrı (hazır ki, ticarət mərkəzi) Novoçerkassk şəhəri Komitetskaya və Moskva küçələrinin kəsişdiyi ərazidə yerləşir. Hazırda burada ticarət mərkəzi və mağazalar yerləşir. Bina 1846-cı ildə şəhər Tacir kazaklarının cəmiyyəti hesabına inşa edilmişdir. Cəmiyyət öz məqsədləri üçün binanın az bir qismini istifadə edirdi.
Pomosa məbədi
Pomosa məbədi (kor. 범어사) — Cənubi Koreyanın Busan şəhərinin yaxınlığında yerləşən qədim buddist məbədi. == Tarixi == Pomosa məbədi Busan şəhərinin tanınmış yerlərindən olan Qeumjeonq dağının kənarında qurulmuşdur. 1.300 il əvvəl Şilla Krallığının dövründə (krallıq 678-ci ildə Qyeonqsanqdo əyalətinin böyük hissəini əlində saxlayırdı) Kral Munmunun (661 – 681) hökmdarlığının 18-ci ilində — 678-ci ildə keşiş Ui Sanq tərəfindən əsası qoyulmuşdur. == Memarlıq == İlk Pomosa məbədi binası İmjinvaran işğalı (Yaponiyanın Koreyanı işğal etməsi 1592-1598) zamanı dağıdılsa da 1713-cü ildə bu günki günə qədər çatan formasında yenidən bərpa edilmişdir. Daeunqjeon binası Coson krallığının (1392 – 1910) ən incə memarlıq abidələrindən biridir. Üç mərtəbəli və dörd sütunlu paqoda olan İljumun isə IX əsrdə tikilmişdir. Bundan başqa yeddi kral tikilisi, üç darvaza, sayvanlar və on bir "tənhalıq yeri" vardır. Təbii abidə kimi elan olunan salxım ağacları və vadilər may ayında gözəl mənzərə yaratmaqdadır. == Məbədə çatmaq == Pomosa stansiyasından (Busan metrosu, 1-ci xətt) 5-ci və ya da 7-ci çıxışdan iki çıxış arasındakı yolda 5 dəqiqəlik piyada yolla Samsin avtobus stansiyasına çatıb orada 90 saylı avtobusa mindikdə Pomosa məbədinə giriş bileti kassasına; 37, 47, 48, 49–1, 50, 50–1, 80–1, 147, 148, 247 və ya 301 saylı avtobusa mindikdən və son dayanacaqda endikdən sonra 90 saylı avtobusa mindikdə və sonrasında taksi tutduqda Pomosa məbədinə çatmaq mümkündür.Ziyarət saatları yerli vaxtla 08:30–17:30 arasındadır.
Tommazo Pobeqa
Tommazo Pobeqa (15 iyul 1999, Triest) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda və İtaliya milli komandasında yarımmüdafiəçi kimi çıxış edir. == Karyerası == === Klub === Tommazo uşaq yaşlarında doğulduğu Triest şəhərini təmsil edən "Triestana" klubunun uşaq komandasına qoşulur. 2013-cü ildə futbolçu İtaliya grandlarından olan "Milan" klubunun uşaq komandasına keçir. 23 avqust 2018-ci ildə Pobeqa 2018–19 mövsümü üçün icarə əsasında C Seriyası klubu "Ternana"ya keçdi.Oktyabrın 7-də o, "Renate" klubu ilə evdə keçirilən oyunun 73-cü dəqiqəsində Cüzeppe Vivesi əvəzinə meydana çıxaraq peşəkar futbol karyerasında debüt edir. Dekabrın 27-də o, ilk peşəkar qolunu evdə "Teramo" klubu üzərində 2–1 hesablı qələbənin 69-cu dəqiqəsində vurdu. 9 fevral 2019-cu ildə Pobeqa " Virtus Verona" ilə ev oyununda dubl edərək iki qol vurur. Pobeqa "Ternana" klubunda 32 oyun, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalır.İcarədən geri döndükdən sonra 15 iyul 2019-cu ildə Pobeqa B Seriyasının "Pordenone" klubuna 30 iyun 2020-ci ilə qədər icarə əsasında qoşulur. Avqustun 11-də o, İtaliya kubokunun ikinci turunda "FeralpiSalo" klubuna qarşı evdə 2–1 hesablı məğlub olduqları 44-cü dəqiqəsində, "Pordenone" klubunun heyətində ilk qolunu vurur. Avqustun 26-da o, "Pordenone"nin heyətində B Seriyasında debüt etdi və evdə "Frozinone" üzərində 3–0 hesablı qələbədə dubl edərək iki qol vurur.
Əli Pormehr
Əli Pormehr (14 noyabr 1977) — İranlı türk müğənni. İranın Ərdəbil ostanının Pormehr kəndində anadan olub. == Mahnılar == Axtar Məni Ölürəm Mən Sənin Üçün (ft. Şəbnəm Tovuzlu) Dünya Bir Yana Sən Bir Yana Qırmızı Almavə s.
Kometa (film)
Kometa (ing. Comet) — 2014-cü il ABŞ istehsalı romantik, komediya-dram filmi. Rejissoru və ssenari müəllifi Sem Esmeyldir. Baş rollarda Emmi Rossum və Castin Lonq çəkilib. Film paralel dünyada cərəyan edir, quyruqlu ulduzun düşdüyü gündə tanış olan cütlüyün altı illik münasibətindən bəhs edir. Filmdə onların eşq hekayəsi xronoloji ardıcıllıq olmadan səhnədən-səhnəyə sıçramış şəkildə göstərilir. == İstinadlar == == Xarici keçidlər == Comet — Internet Movie Database saytında.
Aygün (poema)
Aygün — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1951-ci ildə yazdığı poema. Şairin yazdığı mənzum romanı Azərbaycan poeziyasında xüsusi yer tutan epik ruhlu bir əsərdir. Əsərdə hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Ailə və məhəbbət problemlərinə həsr olunmuş əsərin əsas qəhrəmanı Aygündür. Şair onun timsalında öz azərbaycanlı qadın idealını ümumiləşdirmişdir. Əsərdə şair Azərbaycan qadınlarının ağır taleyini canlandırmış, qadının təkbaşına çətinlikləri adlayaraq, öz gücünə nail olduğu uğuru göstərmişdir. == Süjet == Səməd Vurğun Azərbaycan qadınlığının xüsusi xarakterinə, müqayisəyə gəlməz sədaqətinə və namusuna, təmənnasız möhnətkeşliyinə romantik şəkildə inanırdı. Şair Azərbaycan qadınlarını sədaqətli və ismətli, romantik bir ucalıq daşıyıcısı kimi görmək istəyirdi. Ədib bu görüşlərini "Aygün" romanında daha dərindən ifadə etmişdir. O inanırdı ki, Azərbaycan qadını istehsalatda, mədəniyyətdə fəal çalışsa da, bu onun milli əxlaqi simasında dəyişikliklər yaratmayacaq və yaratmamalıdır.
Gülüstan (poema)
Xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadə XX əsr Azərbaycan ədəbiyyatı tarixində görkəmli şair, dramaturq və publisist kimi məşhurdur. Yaradıcılığı mövzuca zəngin olsa da, onu gənc yaşlarından xalqa tanıdan və sevdirən "Gülüstan" (1958) poeması olmuşdur. Milli azadlıq və müstəqillik ideyaları aşılayan bu əsər ilk dəfə Şəkinin "İpəkçi" qəzetində nəşr olunmuş və qısa zaman ərzində əlyazma şəklində əldən-ələ gəzərək geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Əsərin az zaman kəsimində belə sevilməsinin bir səbəbi qadağan olunmuş mövzunun cəsarətlə işlənməsi idisə, digər səbəbi onun bədii cəhətdən dolğun olması, yüksək sənətkarlıqla yazılması idi. Poema vahid süjet xəttinə malik deyil. Cəmi 52 bənddən ibarətdir. Məlumdur ki, 1804-cü ildən etibarən Rusiya Azərbaycan xanlıqları arasındakı ixtilafdan istifadə edərək xanlıqları bir-bir zəbt etməyə başlamış və nəhayət, 1813-cü ildə Gülüstan kəndində Rusiya və İran arasında Azərbaycan torpaqları bahasına sülh sazişi imzalanmış, nəticədə Azərbaycan ikiyə bölünərək, bir hissəsi Rusiyanın ixtiyarına keçmiş, digər hissəsi İranın tərkibində qalmışdır. "Gülüstan" poemasında bu ədalətsiz tarixi hadisənin şairdə doğurduğu qəzəb və nifrət ifadə olunmuşdur. Sovet dövründə Azərbaycanın ikiyə bölünməsi və ya gələcək birliyi barədə danışmaq qadağan idi. Bu poemaya görə 1962-ci ildə şair çoxsaylı təqiblərə məruz qalmış, "millətçi" damğası ilə damğalanmış, işlədiyi universitetdən kənarlaşdırılmışdır.