Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aomori
Aomori (yap. 青森市 Aomori-şi) — Yaponiyanın Tohoku regionundakı Aomori prefekturasının eyniadlı paytaxtı. Əhalisi 229 min (2004). Honsyu adasının şimalında mühüm tranzit-nəqliyyat qovşağı. Dəniz limanı və beynəlxalq havalimanı var. Tunel (uz. 54 km) vasitəsilə Hakodate ş. (Hokkaydo a.) ilə birləşir. Şəhər 1625-ci ildə salınmışdır. Ticarət və nəşriyyat işi mərkəzidir.
Pokaçi
Pokaçi — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Pumori
Pumori (nep. पुमोरि ) — Himalayın Mahalanqur Himal silsiləsindəki Nepal-Tibet sərhədində yerləşən dağ. Pumori Everest dağından cəmi səkkiz kilometr qərbdə yerləşir. Şerp dilində "Dağ qızı" mənasını verən Pumori, Corc Mallori belə tərəfindən adlandırılmışdır. Şerp dilində "Pumo" gənc qız və ya qız, "Ri" isə dağ deməkdir. Alpinistlər bəzən Pumoriyə "Everestin qızı" kimi müraciət edirlər. Mallori də dağı qızının şərəfinə "Clare zirvəsi" adlandırmışdır. Pumori məşhur bir alpinizm zirvəsidir. Pumori ilk dəfə 17 may 1962-ci ildə Alman-İsveçrə ekspedisiyasında iştirak edən Gerhard Lenser tərəfindən fəth edildi. 1996-cı ilin yazında İki çex (Leopold Sulovský və Zdeněk Michalec) cənub yamacında yeni bir marşrutla dağı fəth etdi.
Romaci
Romaci — Yapon dilinin latın hərfləri ilə yazılışı. Bu yazılışda Katakana, Hiraqana və ya Kancidən istifadə olunmur. == Romanizasiyalar arsında fərqlər == Cədvəl üç sistemin fərqini göstərir: Hepbörn, Nihon-şiki and Kunrei-şiki: Bu cədvəl onların arasındaki fərqləri göstərir.
Somoni
Somoni (tac. сомонӣ) — Tacikistan Respublikasının milli pul vahidi, birinci tacik dövlətinin banisi İsmail Samaninin (tac. Исмоил Сомонӣ) şərəfinə adlandırılıb. Standart kodu ISO 4217 — TJS. 1 samani 100 dirəmdən ibarətdir. Samani 30 oktyabr 2000-ci ildə dövriyyəyə buraxılıb və tacik rublunu (1 somoni = 1000 tacik rublu) əvəz edib. 1 aprel 2001-ci ilə qədər bu dəyişiklik tam həyata keçirilib. == Qəpiklər == Tacikistanın bütün qəpik pulları Sankt-Peterburq zərbxanasında kəsilir. === 2001—2006-ci illər seriyası === 2001-ci il qəpikləri ilə müayisədə 2006-cı il qəpiklərində nominalın təsviri daha böyük verilib. === 2011-ci il seriyası === Pul dövriyyəsinin keyfiyyətini yüksəltmək üçün 15 iyun 2011-ci ildə 5, 10, 20 və 50 dirəm və 1 somoni nominallı yeni qəpik seriyası buraxılmışdır. 1 və 2 dirəm nominallı qəpiklər 2 fevral 2013-cü ildən dövriyyəyə girmişdir.
Şamoci
Şamoci (yap. 杓文字, しゃもじ) Yaponiya mətbəxində istifadə olunan düz düyü kəfgiri. Düyünü qarışdırmaq və servis etmək üçün və suşidə sirkəni düyünün içinə qatmaq üçün istifadə olunur. Şamoci ənənəvi olaraq bambuq, ağac, və ya lakdan və hazırda çox vaxt plastikdən hazırlanır. Şamoci həm də yapon cəmiyyətində ana və həyat yoldaşları arasında birliyin simvolu olmuşdur.
Şimoci
Şimoci (yap. 下地島) — Miyako qrupuna Sakişima adaları Ryukyu arxipelaqına daxil olan kiçik ada. Miyako dairəsi və qəzasına Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 9,54 km² təşkil edir. Şimoci adası bir çox körpülərlə İrabu adası ilə birləşir. Adanın şimalında hava limanı yerləşir. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 15 metr təşkil edir. Adada çay yoxdur. Adanın qərbində göllər vardır.
Tomomi
Tomomi — ad. Tomomi Fucimura — keçmiş Yaponiya qadın futbolçusu. Tomomi Miyamoto — keçmiş Yaponiya qadın futbolçusu. Tomomi Seo — keçmiş Yaponiya qadın futbolçusu.
Aomori (şəhər)
Aomori (yap. 青森市 Aomori-şi) — Yaponiyanın Tohoku regionundakı Aomori prefekturasının eyniadlı paytaxtı. Əhalisi 229 min (2004). Honsyu adasının şimalında mühüm tranzit-nəqliyyat qovşağı. Dəniz limanı və beynəlxalq havalimanı var. Tunel (uz. 54 km) vasitəsilə Hakodate ş. (Hokkaydo a.) ilə birləşir. Şəhər 1625-ci ildə salınmışdır. Ticarət və nəşriyyat işi mərkəzidir.
Aomori prefekturası
Aomori prefekturası (yap. 青森県 Aomori-ken) — Yaponiyanın Hönsü adasında, Tohoku regionunda prefektura. Ərazisi 9 644 min km², əhalisi 1,5 mln. (2005). İnzibati mərkəzi Aomori şəhəridir. Relyefi alçaq dağlıqdan və sahil düzənliklərindən ibarətdir. Tohoku tərkibində ayrı-ayrı sənaye mərkəzləri olan aqrar regiondur. Qurğuşun, sink (Kamikita), dəmirli qum (ölkənin ən iri yatağı) hasil edilir. Taxta-şalban və ağac emalı mühüm əhəmiyyət kəsb edir. Yeyinti, metallurgiya, neft-kimya müəssisələri var.
Fikayo Tomori
Oluvafikayomi Oluvadamilola "Fikayo" Tomori (19 dekabr 1997, Kalqari, Alberta) — İngiltərəli peşəkar futbolçu. İtaliyanın Milan klubunda və İngiltərə milli futbol komandasında çıxış edir. == Klub karyerası == === Çelsi FK === Tomori Çelsi FK komandasına 8 yaşı olarkən qoşulub və Çelsinin Akademiya sistemi vasitəsilə əsl futbolçuya çevrilib. O, 2015 və 2016-cı illərdə Çelsi klubu ilə həm UEFA Gənclər Liqasında, həm də Əvəzedici Heyətlərin Gənclər Çempionatında geri çəkilməyərək birinci yeri qazanıb. Bununla da Tomori Çelsinin bir parçası olduğunu sübut edib. 11 may 2016-cı ildə Tomori Çelsi FK klubu ilə Liverpul FK klubu arasındakı görüşdə ehtiyat skamyasında akademiyanın əməkdar futbolçuları olan Temi Abraham və Keysi Palmer ilə birlikdə əyləşmişdirlər. Oyun isə 1–1 hesabı ilə başa çatmışdır, lakin Tomori Enfilddəki oyunda meydana çıxa bilmədi. 15 may 2016-cı ildə Tomori Premyer Liqanın son oyununda Çelsi ilə Liqanın çempionu Lester Siti FK arasındakı oyunda debüt etmişdir. Tomori oyunda Branislav İvanoviçi 60 dəqiqə əvəz etmişdir. Oyun isə 1–1 hesabı ilə başa çatmışdır.
Françeska Pomeri
Françeska Pomeri (d. 18 fevral 1993) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Françeska Pomeri, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Nakaqava Qoroci
Nakaqava Qoroci (中川五郎治, 1768 – 23 oktyabr 1848) – bir müddət Rusiyada yaşamış və Yaponiyaya çiçək xəstəliyi vaksinasiyasını gətirmiş şəxs. == Həyatı == Nakaqava Qoroci 1768-ci ildə Yaponiyada doğulmuşdur. 1807-ci ildə Cənubi Kuril adalarında mühafizəçi və tərcüməçi kimi işləyərkən Rusiya basqınçıları tərəfindən qaçırılmış və Sibirə aparılmışdır. O, növbəti beş ilini Rusiyada keçirmişdir. Bu müddət ərzində İrkutsk şəhərində olmuş, Yaponiya haqqında olan xəritələri və sənədləri gizlicə məhv etmişdir. Yakutskda həkim köməkçisi kimi işləyərkən çiçək xəstəliyi vaksininin effektləri ilə tanış olmuşdur. 1812-ci ildə rus səyyah Vasili Qolovnin ilə birlikdə Yaponiyaya səyahət etmişdir. Qolovnin Kunaşir adasında olanda yaponlar tərəfindən əsir götürülmüş və nəticədə, Nakaqava azadlığına qovuşmuşdur. O, Rusiya haqqında hesabat yazmış və 1824, 1835 və 1842-ci illərdə Yaponiyada baş vermiş çiçək xəstəliyi epidemiyaları zamanı Rusiyada əldə etdiyi tibbi biliklərdən istifadə etmişdir. Daha sonra Matsumae hanı tərəfindən işə götürülmüşdür.
Pomosa məbədi
Pomosa məbədi (kor. 범어사) — Cənubi Koreyanın Busan şəhərinin yaxınlığında yerləşən qədim buddist məbədi. == Tarixi == Pomosa məbədi Busan şəhərinin tanınmış yerlərindən olan Qeumjeonq dağının kənarında qurulmuşdur. 1.300 il əvvəl Şilla Krallığının dövründə (krallıq 678-ci ildə Qyeonqsanqdo əyalətinin böyük hissəini əlində saxlayırdı) Kral Munmunun (661 – 681) hökmdarlığının 18-ci ilində — 678-ci ildə keşiş Ui Sanq tərəfindən əsası qoyulmuşdur. == Memarlıq == İlk Pomosa məbədi binası İmjinvaran işğalı (Yaponiyanın Koreyanı işğal etməsi 1592-1598) zamanı dağıdılsa da 1713-cü ildə bugünkü günə qədər çatan formasında yenidən bərpa edilmişdir. Daeunqjeon binası Coson krallığının (1392 – 1910) ən incə memarlıq abidələrindən biridir. Üç mərtəbəli və dörd sütunlu paqoda olan İljumun isə IX əsrdə tikilmişdir. Bundan başqa yeddi kral tikilisi, üç darvaza, sayvanlar və on bir "tənhalıq yeri" vardır. Təbii abidə kimi elan olunan salxım ağacları və vadilər may ayında gözəl mənzərə yaratmaqdadır. == Məbədə çatmaq == Pomosa stansiyasından (Busan metrosu, 1-ci xətt) 5-ci və ya da 7-ci çıxışdan iki çıxış arasındakı yolda 5 dəqiqəlik piyada yolla Samsin avtobus stansiyasına çatıb orada 90 saylı avtobusa mindikdə Pomosa məbədinə giriş bileti kassasına; 37, 47, 48, 49–1, 50, 50–1, 80–1, 147, 148, 247 və ya 301 saylı avtobusa mindikdən və son dayanacaqda endikdən sonra 90 saylı avtobusa mindikdə və sonrasında taksi tutduqda Pomosa məbədinə çatmaq mümkündür.
Pomponi Mela
Pomponi Mela (təq. 15, Alhesiras[d], Əndəlüs – I əsr, Roma) — Roma coğrafiyaşünası, tarixçi (1 əsrin 1-ci yarısı). Latın dilində yazılmış 3 kitabdan ibarət "Yerin təsviri" əsərinin müəllifidir. Qədim yunan müəlliflərinin əsərlərindən istifadə yolu ilə yazılmış bu əsərdə o dövrdə romalılara məlum olan ölkələr, xalqlar və s., habelə Atropatena və Qafqaz Albaniyasının çayları, dağları, bəzi tayfaları, Xəzər dənizi, Pirallahı adası və s. haqqında da məlumat verilmişdir.
Skrjabinus popovi
Skrjabinus popovi (lat. Skrjabinus popovi) Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Lanset şəkilli trematodlardır, uzunluğu 4,3, eni isə 1,05 mm-dir. Ağız sormacının uzunluğu 0,28 mm, eni 0,031 mm-dir. Bədənin ön qurtaracağından 0,966 mm məsafədə yerləşən, ağız sormacından 2 dəfə böyük müqayisəedici dərəcədə möhkəm olan qarın sormacının diametri 0,52 mm-dir. Udlaq qısadır. Dairəvi farinksin diametri 0,105 mm-dir. Oval şəkilli yumurtalıqlar asimmetrik şəkildə yanlarda, qarın sormacının arxa qurtaracağında yerləşir. Sağ toxumluğun böyüklüyü 0,178 mm, eni isə 0,241 mm, sol toxumluğunki isə 0,126 mm, eni 0,210 mm-dir. Cinsi bursa qarın sormacından öndə yerləşib uzunluğu 0,210 mm, eni 0,168 mm-ə çatır.
Stanislav Potoçki
Stanislav Revera Potoçki (1579, Kamenets-Podolski – 27 fevral 1667, Lvov, Polşa Krallığı Taxt-tacı) — Polyak zadəgan, komandir və hərbi lider. == Həyatı == Tufan dövründə Stefan Czarniecki ilə birgə işğalçı isveçlilər və rusları məğlub etmişdirlər. Kral II Jan Kazimierz Wazanın ən etibarlı məsləhətçisi idi. Polşa-İsveç müharibələrində iştirak etmişdir. == Ölümü == Stanislav Revera Potoçki 27 fevral 1667-ci ildə vəfat etmiş Podhajcedəki Müqəddəs Üçlük Kilsəsində dəfn edilmişdir.
Tomomi Fucimura
Tomomi Fucimura (d. 30 may 1978) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 20 oyun keçirib, 1 qol vurub.
Tomomi Miyamoto
Tomomi Miyamoto (d. 31 dekabr 1978) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 77 oyun keçirib, 13 qol vurub.
Tomomi Seo
Tomomi Seo (bilinmir, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Tomori Kusunoki
Tomori Kuşunoki (楠木 ともり, Tomori Kuşunoki, d. 10 dekabr 1999) — Yaponiya səs aktrisası. Hal-hazırda Sony Music Artists şirkəti ilə əməkdaşlıq edir.
Şimoci adası
Şimoci adası (yap. 下地島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna, Araqusukuya daxil olan iki adadan biri. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. == Coğrafiyası == İriomotedən cənub-şərqdə, Kuroşima adasından qərbdə yerləşir. Adanın sahəsi — 1,76 km², hündürlüyü — 21 m. Adada kiçik Şimuci qəsəbəsi yerləşir.
Nu, poqodi!
Nu, poqodi! (rus. Ну, погоди!) — Sovet və Rusiya cizgi serialı. Cizgi serialının pilot bölümü 1969-cu ildə rejissor Gennadi Sokolski tərəfindən çəkildi, helə həmin ildə əsas cizgi serialının ilk nəşri işıq üzünü gördü. Süjetin əsasını Canavarın Dovşanı yemək ümidi ilə etdiyi davamlı uğursuz axtarışı təşkil edir. Sonda dovşan istənilən vəziyyətdən salamat çıxır, Canavar isə "Düşərsən, əlimə!" deyir və ya qışqırır. Səsi və görünüşünə görə bəzi insanlar Dovşanı dişi hesab edir. Amma əslində o erkəkdir. Canavar həmişə siqaret çəkən, zəifləri incidən, qanunlara biganə olaraq təsvir olunur. Canavarın böyük cüssəsi ilə balaca dovşanın öhdəsindən gələ bilməməsi gülüş yaradır.
Pomona (Kaliforniya)
Pomona — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər.
Hyozo Omori
Hyozo Omori (大森 兵蔵, Omori Hyozo) – ABŞ-də təhsil almış yapon idman müəllimi. "Yaponiya basketbolunun atası" hesab olunur. == Fəaliyyəti == Hyozo Omori Gənc Xristianlar Assosiasiyasının Sprinqfild kollecinin tələbəsi kimi 1890-cı illərdə ABŞ-də basketbolla məşğul olmuşdur. Yaponiyaya qayıtdıqdan sonra 1908-ci ildə Tokio Qadınlar Universiteti dərs deyərkən ilk dəfə bu idman növünü ölkəsinə tanıtmışdır. Omori Yaponiya Həvəskar Atletika Assosiasiyasının rəhbərlərindən biri olmuş, Tokio Gənc Xristianlar Assosiasiyasında və Keyo Universitetində müəllimlik etmişdir. Omori Gənc Xristianlar Assosiasiyasında voleybol idmanı ilə tanış olmuş və 1908-ci ildə bu idman növünü də Yaponiyaya tanıtmışdır. Omori və dostlarının fəaliyyətinə baxmayaraq, basketbol və voleybol İkinci dünya müharibəsinin başa çatdığı dövrə qədər Yaponiyada geniş oynanılan idman növləri olmamışdır. Omorinin həyat yoldaşı Yaponiyada Yurin-en hərəkatının rəhbəri olmuşdur. Omori 1912-ci ildə Stokholmda baş tutmuş Yay Olimpiya Oyunlarına komanda meneceri kimi qatılmışdır. Yaponiyaya qayıdarkən 1913-cü ildə vərəm xəstəliyindən ölmüşdür.