Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirliStrukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Pont
Pontus (Yunanca: Πόντος, Pontos) antik Yunanca "dəniz" anlamına gəlməsinin bəzən Amasiyalı Strabon tərəfindən etibarən Qaradənizin cənub sahilində yerləşən Şimali Anadolu sahillərinin qədim adı. Qədim çağdan bu yana Qaradəniz bölgəsinde insan məskənləri izlərinə rast gəlinir. Ən əski Yunan dastanı olan Arqonavatlar səyahətlərinə Qaradəniz sahilləri üzərindən Kolxiya ölkəsinə (Lazika) başlamışlar. Bölgəyə Yunan kololonistlərinin M. Ə. VII yüzildə başladığı və Sinop, Samsun, Girəsun, Rizə kimi əhalisi çox saylı şəhərlərin Yunan kolonistlər tərəfindən qurulduğu bilinir. Yunan kolonistlər özlərini Kolx olaraq adlandırılan Qafqaz mənşəli topluluqlar ilə birləşərək bölgənin yerli xalqını meydana gətirmişlər. M. S. VI yüzildə xristianlıq yörəyə Trabzon üzərindən yayılmış, Mitra tapınaqları yıxılmış, incil təsiriylə yerli dillər unudularaq Yunan dili ön yerə çıxmışdır. Səlcuqilər və Osmanlı dönəmlərində yerli xalqın İslama keçməsi və Türkmənlərin oturmaqları ilə XIX yüzil sonlarında bəziləri xaricində bölgədəki topluluqlar böyük ölçüdə müsəlman əhalidən olmuşdur. 1923-cü il Türkiyə-Yunanistan əhali dəyişməsinə qədər bu bölgədə bir yunan əhalisi yaşayırdı. == Pont çarlığı == Orta və şərqi Qaradəniz bölgələrində qurulan bir çarlıq (Miladdan əvvəl 302-Miladdan əvvəl 64). Qurucusu I Mitridat Ctist Böyük İskəndər sonrakı dönəmdə Mysiyadaki (Mysiya Mərmərənin cənubundan başlayaraq Bergamanın olduğu sahə, təxmini olaraq Karesi bölgəsi) Qrek Cius qəsəbəsinin İran satrapı xanədanın soyundan gelir.
Mehmed Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Məhməd Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Polat Alemdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar, Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Polat Can
Polat Can (Əhməd Məhəmməd), 1980-ci ildə Kobanidə (Suriya) anadan olub, Suriyadan olan kürd siyasi fəaldır. Can, Xalq Müdafiə Birliklərinin (YPG) qurucularından və əsas komandirlərindən biridir və təşkilatın rəsmi sözçüsü kimi fəaliyyət göstərir. O, həmçinin Suriya Demokratik Qüvvələrinin koalisiya komandiri vəzifəsini də icra edir. O, həm də jurnalist və yazıçıdır, kürd, ərəb və türk dillərində ədəbi əsərin müəllifidir.
Viktor Ponta
Viktor-Viorel Ponta (d.20 sentyabr 1972) — Rumıniya siyasətçisi, hüquqşünas. 2012-ci ilin may ayında prezident Trayan Besesku tərəfindən Rumıniyanın Baş Naziri təyin edilib. Sosial-Demokrat Partiyasının üzvü və 2010-cu ildən onun lideridir. 2004-cü ildən parlamentin üzvüdür. 2008–2009-cu illərdə Emil Bekin kabinetində parlamentlə əlaqılər üzrə nazir vəzifəsini tutub.
Ada Yonat
Ada Yonat (əsli Lifşits), İvr. עדה יונת; 22 iyun 1939-cu ildə Yerusəlimdə doğulmuşdur) — israil alimi, kristalloqraf, kimya üzrə 2009-cu ildə "ribosomun quruluşu və funksiyalarının tədqiqatları" üzrə Nobel mükafatı laureatı (Venkatraman Ramakrişan və Tomas Steys ilə birlikdə). O, Veizmann Elm İnstitutunda Biomolekulyar Strukturlar və Mexanizmlər Mərkəzinin hazırkı direktorudur. London Kral Cəmiyyətinin xarici üzvü (2020). Ada Yonat Nobel mükafatı alan ilk israilli qadındır<refLappin, Yaakov. "Nobel Prize Winner 'Happy, Shocked' ", Jerusalem Post (7 октября 2009).></ref>. == Bioqrafiya == Gələcəyin alimi Yerusəlimdə Lodzidə (Polşa) yeni repatriantlardan olan yoxsul tərəvəzçi ailəsində anadan olub. Valideynləri Hillel və Ester Livşits 1933-cü ildə Yerusəlimdə məskunlaşdılar və atası əslən ravvin ailəsindən olmasına və özü də ravvin olmasına baxmayaraq, səhhətinin pis olması onun işə düzəlməsinə mane oldu. Atasının bir ərzaq mağazası var idi, lakin buna baxmayaraq, Adanın ailəsi çətinliklə dolanırdı. Onlar bir neçə başqa ailə ilə dar otaqlarda yaşayırdılar.
Anna Donat
Anna Donat (mac. Donáth Anna Júlia) — Macarıstan siyasətçisi. Momentum Hərəkatı Partiyasının üzvü, Partiyanın keçmiş sədri (2021-2022), Partiyanın vitse-prezidenti (2018-2021). 2019-cu ildən Avropa Parlamentinin üzvü, Yenilənən Avropa siyasi qrupunun üzvü. == Bioqrafiya == 6 aprel 1987-ci ildə Macarıstanın paytaxtı Budapeştdə Laslo Donat və İldiko Muntaq ailəsində anadan olub. Üç bacının ən kiçiyidir. Onun atası Laslo Donat pastor və Macarıstan Sosialist Fəhlə Partiyasından keçmiş Milli Assambleyanın üzvüdür. Onun ata tərəfdən babası Ferens Donat hüquqşünas idi və 1956-cı il Macarıstan üsyanı zamanı Macarıstan Sosialist İşçi Partiyası Mərkəzi Komitəsinin üç katibindən biri idi. Budapeştdə Bekaşmedyerdə Veres Peter Gimnaziyasını bitirmişdir. O, Budapeşt Universitetində sosiologiya, Amsterdam Universitetində miqrasiya və etnik tədqiqatlar üzrə təhsil alıb.
Onat Kutlar
Onat Kutlar (25 yanvar 1936, Alanya, Antalya ili – 11 yanvar 1995, İstanbul) — türkiyəli şair, yazıçı, düşüncə adamı. 1959-cu ildə nəşr olunan " İshak" ilə 1960-cı ildə Türk Dil Qurumu mükafatını qazandı. Fetih Naciye görə İshak dünya ədəbiyyatında sehrli gerçəklik axınının ilk nümayəndələrindən biri olaraq dəyərləndirilməlidir. İstanbul Universitetində Hüquq fakültəsini sonuncu imtahana girməyərək təhsilini yarımçıq qoydu və fəlsəfə təhsili almaq üçün Parisə getdi. Iki il sonra geri qayıtdı və "Doğan Kardeş" dərgisində işləməyə başladı. 1965-ci ildə Türk Sinamatek Dərnəyini və "Yeni Sinema" dərgisini yaratdı. 1965–1976-cı illərdə Türkiyəyə dünya kinosunun qapılarını açan Türk Sinamatek Dərnəyini idarə etdi. 1985-ci ildə Berlin Film Festivalında münsif oldu. 1994-cü ildə Fransa hökumətinin verdiyi "L'Ordre des Arts et des Lettres" mükafatına layiq görüldü. 30 dekabr 1994-cü ildə Mərmərə hotelində edilən bombalı hücum zamanı ağır yaralandı.
Pont-Aven
Pont-Aven (fr. Pont-Aven) — Fransanın şəhər kommunası. == Tarixi və coğrafiyası == Pont-Aven şəhəri Fransanın şimal-qərbində, Bretan regionun Finister departamentində yerləşir. Aven çayının Atlantik okeanına birləşməsi ilə, Kornual tarixi ərazisində yerləşir. Kommuna sahəsi — 28,63 km². Əhalisi təxminən 3000 nəfərdir (2007-ci ilin məlumatları).
Pont-Evek
Pont-Evek (fr. Pont-Évêque) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38318. Kommunanın 2012-ci il üçün əhalisi 5106 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 165 ilə 321 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 26 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Pont (mifologiya)
Pont (yun. Πόντος - "dəniz") - qədim yunan mifologiyasında olimplərə qədərki (qapalı) dəniz tanrısı, Geya və Efirin oğlu. Hesiod teoqoniyasına görə Geya Pontu atasız, təkbaşına dünyaya gətirmişdir.Pont Geyadan olan Tevmant, Elektra, Forkiy, Kito, Evreviya, Nerey və Doridanın atasıdır. Bəzən yunanlar arasında onu daha hörmətlə andıqları dəniz titanı Okeanı ilə eyniləşdirirlər.
Pont acıçiçəyi
Pont dağları
Pont dağları və ya Pont Alpları (türk. Kuzey Anadolu Dağları) ― Türkiyədə, Anadolunun şimalında formalaşmış dağ silsiləsi. Dağlar yerli türk və pontik yunan dillərində Parhar dağları olaraq da tanınır. Parhar termini xet dilində "yüksək" və ya "zirvə" mənasını verir. Qədim yunan dilində dağlar Paryadres və ya Parihedri adlandırılırdı. == Formalaşması == Pont dağları Alp qırışıqlığı nəticəsində formalaşan Alp-Himalay qurşağının şimali Anadolu hissəsidir. Mezozoy dövründə Tetis okeanının dibi olan Anadolunun şimal və cəbunda akkumlyativ süxurlar toplanmışdır. Mezozoyun sonunda bu süxurlar yüksələrək su üzünə çıxmışdır. Oliqosenin sonunda Alp qırışıqlığı ən şiddətli halına gəlmiş, Anadolunun şimal və cənubundakı ərazilər şiddətlə qalxmağa başlamışdır. Qalxma əvvəlcə Qaradəniz dağlarında başlamış, sonra isə Tavr dağlarında davam etmişdir.
Pont yunanları
Pont yunanları və yaxud sadəcə pontlular (yunanca: Πόντιοι) — yunanların subetnik qrupu. Tarixi vətənləri bu günkü Türkiyənin şimal-şərq (Qaradəniz və ya Pont) bölgəsidir. Özlərini həmçinin "romei" ("romalılar"; Bizansın özünü Roma imperiyasının varisi saydığına görə) adlandırırlar. Orta əsrlərdə Pont yunanları Osmanlı imperiyasıyla həmsərhəd məsihi ölkələrə köçürdülər. Yunanıstandan savayı Rusiya imperiyasında Qara dənizin sahillərində, əsasən indiki Ukraynada və Qafqazda pənah tapırdılar. 1940-cı illərdə Qafqazda yaşayan bəzi Pont yunan ailələri (çeçenlər, inquşlar, Axısqa türkləri və s. ilə yanaşı), o cümlədən Bakının demək olar ki bütün pontlu əhalisi Orta Asiyaya sürgün edilmişdir. 1990-cı illərdən başlayaraq keçmiş Sovet respublikalarında yaşayan pontlular Yunanıstana repatriasiya proqramı əsasında mühacirət etməkdədirlər. Ənənəvi olaraq pontlular Pont yunan dilində danışırlar. Bu dil qədim yunan dilinin müstəqil surətdə inkişaf etmiş bir qolu olaraq müasir yunan dilindən olduqca fərqlənir.
Pont çarlığı
Pont çarlığı və ya Pont padşahlığı (q.yun. Βασιλεία τοῦ Πόντου, translit. Basileya tou Pontou) — e.ə. 281–62-ci illərdə Kiçik Asiyada mövcud olmuş ellinist dövləti. == Tarixi == Əsasını Əhəmənilər nəslindən olan I Mirtidat qoymuşdur. Paytaxtı Amasiya şəhəri idi. Pont çarlığı tədricən tərkibinə Evksin Pontu (indiki Qara dəniz) sahilinin Trapezunda qədərki şəhərləri və şərq sərhədində yaşayan bir sıra tayfaların məskunlaşdığı ərazilər daxil olmuşdur. E.ə. II əsrin əvvəlində Pont çarlığı fəal xarici siyasət yeridirdi. I Farnak (hak.
Pont üsyanı
Pont üsyanı Türkiyə İstiqlaliyyət müharibəsi sırasında Şimali Anadoluda müstəqil Pontus Yunan Dövləti qurmaq məqsədilə başladılan qiyamdır (1920-1923). 1904-cü ildə qurulan Pontus Yunan Cəmiyyəti ilə Müqəddəs Anadolu Yunan Cəmiyyəti, Birinci Dünya Mühaibəsinin sonunda Batumidən İneboluya qədər uzanan Kastamonu, Çanqırı, Yozğad, Sivas, Tokat, Amasya, Çorum, Gümüşxanə, Ərzincanın bir qisim torpaqları üzərində Yunan dövləti qurmaq üçün fəaliyyətə başladılar. Pontusçular Birinci Dünya Mühaibəsi dövründə Şərqi Anadoluya girən və daha sonra geri çəkilən Rus ordularının buraxdığı silahlarla təchizatlanıb ingilislərdən və yunanlardan silah yardımı gördülər. Yunanıstandan gələn könüllülərində qatılmasından sonra Pontus dəstələrinin sayı 25.000-ə çatdı. Topal Osman və silah yoldaşlarının üsyançılarla toqquşmalarında 2500 tüfəng və 1.200.000 mərmi ələ keçirildi. Dəstənin 11.188 üzvü öldürüldü. 1923-cü ildə bölgədəki yunanlar Anadoludan çıxarılaraq, Pontus Dövləti qurmaq hazırlıqlarına davam etmələrinin qarşısı alındı. Beləliklə 1920-ci ilin dekabr ayında başlanan qiyamlar ,qəti qələbənin qazanılmasndan sonra 1923-cü ildə yatırıldı.
Pont quşsüdü
Pont quşsüdü (lat. Ornithogalum ponticum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin quşsüdü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1 ab (iii) +2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı çox və az dərəcədə iri, yumurtavari, 1,5-3 sm enində, xaricdə çox vaxt ağ zarlı, şəffaf və ya qonur, ölmüş qınlarla örtülmüşdür. Gövdə]si düz, dəyirmi içi boş, 30-65 sm hündürlükdədir. Yarpaqları ensiz-xətvari, novşəkilli, 4-6 mm enində, gövdədən qısadır. Çiçək qrupu çox çiçəklidir. Çiçəkləri uzun çiçək saplağında, aşağı çiçək saplağı yuxaıdakılardan qısadır; çiçəkləmədən sonra çiçək saplağı çiçək qrupunun oxuna sıxılmışdır.
Pont-Aven məktəbi
Pont-Aven məktəbi (fr. École de Pont-Aven) — XIX əsrin ikinci yarısında Bretan regionun Pont-Aven şəhərində istifadə olunan rəssamların işinə istinad etmək üçün istifadə olunan kollektiv müddədir. Müddəti məktəbdən çıxmağından çox vaxt keçdi və 1850-ci illərdən bu yana Pont-Avendə olan bədii koloniyaya və 1880-ci illərin sonlarında və 1890-cı ilin əvvəllərində Pont-Avendə işləyən Pol Qoqen ətraf mühit rəssamlarına istinad edir. Rəssamlar 1850-ci illərdən etibarən Pont-Avenin ətrafında rəsm çəkməyə başladılar; Şəhər yay tətili üçün məşhur olmuşdur. 1880-ci illərdən bəri yalnız Fransızlar deyil, xarici sənətkarlar, xüsusilə də amerikalılar, İngilislər və Polşa, burada qalırdılar. Pont-Avendə sənət qalereyaları yaradılmış və rəsm düzəldilmişdir. Bələdiyyə səlahiyyətliləri, sənətçilərin axını təşviq etdi və xüsusilə 22 saat qədər içki satışına icazə verdi. == Pont-Avendə işləyən rəssamlar == Pol Qogen, 1886, 1888, 1889–1890 və 1894 Moris Deni Emil Bernar, 1888 və 1891–1893 Şarl Laval, 1888 Emil Şuffenekker Meyer de Xan Vladislav Slevinskiy Pol Serüzye, 1888, 1889–1890 Şarl Filije Arman Seqin Maksim Mofra Yan Verkade Moqens Ballin Anri More Qüstav Luazo Emil Jurdan Yens Ferdinand Villumsen Roderik O’Konor Küno Amye Ejen Kadel == Xarici keçidlər == Cariou, André: Les Peintres de Pont-Aven, Éditions Ouest-France, Rennes 1994 ISBN 2-7373-1499-2 Jaworska, Wladyslawa: Gauguin et l'Ecole de Pont-Aven, Ides et Calendes, Neuchâtel 1971 (no ISBN); English edition: Gauguin and the Pont-Aven School, Thames and Hudson, London 1972 ISBN 0-500-23169-9; American edition: New York Graphic Society, Greenwich Connecticut 1972 ISBN 0-8212-0438-6 Bevan, Robert. Robert Bevan 1865–1925. A memoir by his son, Studio Vista, London 1965.
Pont-an-Ruayan
Pont-an-Ruayan (fr. Pont-en-Royans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38284. Kommunanın 2012-ci il üçün əhalisi 803 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 34 km şimal-qərbdə yerləşir.
Pont Yunan soyqırımı
Pont soyqırımı və ya Pont yunan soyqırımını (yun. Γενοκτονία των Ελλήνων του Πόντου) — 1914–1923-cü illərdə Osmanlı imperiyası ərazisində "Gənc türklər" hökuməti tərəfindən həyata keçirilən və Mustafa Kamal Atatürkün başçılıq etdiyi Böyük Millət Məclisi hökuməti tərəfindən davam etdirilən tarixi Pont vilayətinin yunan əhalisinin qəsdən fiziki olaraq məhv edilməsi.Pont yunanlarının soyqırımı Anadolu yunanlarının daha geniş soyqırımının bir hissəsidir, lakin Pont vilayətinin coğrafi baxımdan təcrid olmasına, həmçinin bir sıra geosiyasi və tarixi xüsusiyyətlərinə görə ayrıca nəzərdən keçirilir.
Pont quş südü
Mersedes Marko del Pont
Mersedes Marko del Pont — Argentina Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona ən aşağı qiymət olan, "D" qiymətini vermişdir.
Donax donax
== Təbii yayılması == Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. == Botaniki təsviri == Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. == Ekologiyası == Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. == Azərbaycanda yayılması == Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. == İstifadəsi == Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. == Sinonim == Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Banat
Banat - Çənub-Şərqi Avropada tarixi vilayət: şərqdə Transilvaniya Alp dağları, qərbdə Tisa çayı, şimalda Mureş çayı, cənubda Dunay çayı ilə sərhədlənir. Banat XII əsrdən Macar krallığının tərkibində olmuş, XVI əsrdə Osmanlı imperiyasının torpaqlarına qatılmışdır. Pojarevats sülh müqaviləsinə (1718) görə Habsburqların hakimiyyətinə keçmişdir. Kolonizasiya prosesləri nəticəsində formalaşan Banat əhalisinin çoxmillətli tərkibi rumınlar, serblər, xorvatlar, macarlar, slovaklar, almanlar və başqalarından ibarət idi. Trianon sülh müqaviləsinin (1920) şərtlərinə görə Rumıniya (şərq hissəsi) ilə Serblərin, Xorvatların və Slovenlərin krallığı (1929-cu ildən Yuqoslaviya: qərb hissəsi) arasında bölüşdürüldü. Hazırda Banat ərazisi Serbiya və Rumıniyanın tərkibindədir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı, 2011, səh.157.
Bonab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. == Tarixi yerlər == Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… == Mədəniyyəti == Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
Boyat
Boyat (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Boyat (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Boyat (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Corat
Corat — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati-ərazi vahidində qəsəbə. Sumqayıtın Xəzər sahilində yerləşən qəsəbəsidir. Corat qəsəbəsi Bakıdan 35 km şimal-qərbdə, Xəzər dənizin qərb sahilində, düzənlikdə yerləşir. Mənbələrə əsasən Corat kəndi eramızın V-VII əsrlərində meydana gəlmişdir. Hal-hazırda qəsəbənin ərazisi 225,6 ha-dır, amma keçmişdə ərazisi çox böyük olmuşdur. Orta temperatur yanvarda 3,1C, avqustda 24,9C-dir. Havanın ən aşağı temperaturu -13C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +40C avqust ayında qeydə alınıb. İllik yağıntının miqdarı 185 mm-dir. Corat qəsəbəsi üçün şimal küləyi – xəzri və cənub küləyi – gilavar xarakterlidir. 2008-ci ilin aprelin 1-i vəziyyətinə Corat qəsəbəsinin əhalisi 8,8 min nəfərdir.
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.