Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pornoqrafiya
Pornoqrafiya (yun. πόρνη — fahişə, zina; γράφω — yazıram, çəkirəm; πόρνη < πέρνημι — satıram) — cinsi arzuları oyatmaq məqsədi olan erotik video, şəkil və ya yazılar. == Tarixi == == Sinifləşdirmə == Pornoqrafiya erotikadan fərqlənir: Pornoqrafiyadan fərqli olaraq erotikaya naturalizm və diqqəti cinsiyyət orqanlarına yönəltmək xas deyil. Adətən, erotika və pornoqrafiya arasındakı sərhədləri zərif və kobud, ruh və bədən arasındakı fərq kimi izah edirlər.Klassik ədəbiyyatda pornoqrafiya elementləri azlıq təşkil edir. Çünki erotika daha çox oxucunun yaradıcı qabiliyyətinə hesablanıb, yəni az-çox düşüncəsi, təxəyyülü yetən oxucu müəllifin demədiklərini duymaq iqtidarındadır. Bu baxımdan erotikada söylənməyənə, təsvir olunmayana vurğu daha güclüdür. Hesab olunur ki, pornoqrafiya estetik zövq deyil, yalnız fiziki həzz yaşada bilər. Bu səbəbdən onu ümumiyyətlə, incəsənət hesab etməyən müəlliflər də çoxluq təşkil edir. Suzan Zontaqın sözlərinə görə, erotika istənilən ekstaz növü kimi düşünülmüş, qurulmuş, mədəni bir nəsnədir və heç bir bayılmaya səbəb olmur. == Cəmiyyətin pornoqrafiyaya baxışı == === Mənfi === 2012-ci ildə Qroningen Universitetinin araşdırmalarına görə pornoqrafiyaya baxış zamanı beyində vizual qıcıqlandırıcılara məsul olan bölgələr işdən çıxır.
Pornoqrafik film
Pornoqrafik film, pornoqrafiya filmi, porno filmi, pornofilm, pornoqrafik məzmunlu film, pornoqrafik xarakterli film, erotik film və ya seks filmi izləyicini və ya tamaşaçıları seksual cəhətdən razı salmaq üçün hazırlanmış ədəbsiz filmlərdirlər. Pornoqrafik filmlərdə müntəzəm olaraq cinsi əlaqə və ya çılpaqlıq kimi erotik stimullaşdırıcı xarakterli materiallar mövcuddur və bunlara seksual fantaziyalar da əlavə olunur. 1900-cü illərin əvvəllərində, film istehsalının ixtirasından qısa bir müddət sonra belə filmlərin də ilk nümunələri meydana çıxmışdır. Porno filmlərin digər pornoqrafiya formaları ilə çoxlu müştərək cəhətləri mövcuddur. Cinsi əlaqəni açıq şəkildə göstərməyən filmlər softkor, cinsi əlaqəni açıq şəkildə göstərən və ya bəzi ekstremal əlaqələrdən bəhs edən filmlər isə hardkor adlandırılır. Qlobal olaraq, porno film sənayesi onunla əlaqədar olan məhsul və xidmətləri ilə bərabər 100 milyard dollarlıq sənaye sahəsi hesab olunur. == Tarixi == === İlk illər: XX əsr === Erotik filmlərin istehsalı kinofilmin ixtirasından dərhal sonra başlanmışdır. İlk qabaqcıllardan ikisi fransız Eugène Pirou və Albert Kirchner idi. Kirchner ("Léar" adı ilə) Pirou üçün hal-hazırda həyatda sağ-salamat qalmış ən qədim erotik məzmunlu filmi çəkmişdir. 1896-cı ildə çəkilmiş 7 dəqiqəlik Le Coucher de la Mariée filmində Louise Willy vanna otağında striptiz etmişdir.
Sərt pornoqrafiya
Sərt pornoqrafiya və ya Hardkor pornoqrafiya — XX əsrin ikinci yarısında meydana çıxmış; Cinsi məzmunlu filmlərdə və şəkillərdə qeyd-şərtsiz senzuranı müdafiə edən hərəkatdır. Bu cərəyan xüsusilə ABŞ və İngiltərədə yayılmışdır. Bu hərəkatın təsiri altında inkişaf etmiş əyləncə sənayesi formalaşmışdır. == İnkişafı və hüquqi statusu == Bu, XX əsrin ikinci yarısından bəri yumşaq pornoqrafiyaya qarşı hazırlanmış bir üslubdur. Adətən jurnallarda fotoşəkillər və filmlərdə isə videolar şəklində olur. Hollivudda bu tip pornoqrafiya üçün xüsusi studiyalar mövcuddur. Bu üslub xüsusilə 1990-cı illərin əvvəllərindən etibarən internetdə yayılmağa başlanmışdır. Əvvəlcə bir çox ölkələrdə onun yayılması qadağan edilsə də, sonradan bir çox liberal demokratik ölkələrdə onun nəzarət altında yayılmasına icazə verilmişdir. Nəzarət məqsədləri üçün hər nə qədər yaş hədləri qoyulmuşdursa da, internet vasitəsi ilə geniş şəbəkəyə müraciət edən bu pornoqrafiya üslubu pornoqrafiyanın asanlıqla əldə edilə bilən formasına çevrilmişdir. Bir çox dövlətlər bu vəziyyətə qarşı tədbirlər görməyə çalışsalar da, bu tədbirləri effektiv olmamışdır.
Yumşaq pornoqrafiya
Yumşaq pornoqrafiya — mövzusu cinsilik ehtiva edən vizuallar (film və fotoşəkillər) olan bir pornografi növü. Hardcore pornografiyə görə daha az cinsilik ehtiva etdiyindən "yüngül" olaraq xarakterizə edilməkdədir. Yumşaq pornoqrafiya bu xüsusiyyətiylə "Harcore" pornosunun erotik forması olaraq da bilinər. Yüngül pornografiya: çılpaq, yarı-çılpaq təsvirlər və nümayişləri, keçici ictimai çılpaqlıq və ya çılpaqlıq olmayan cazibədar cinsi əlaqə formalarını istifadə edə bilər. Bu cür pornoqrafiyaya: vaginal, anal və açıq boşalma tipi cinsəlliyin açıq nümayişləri göstərilmir. Tam çılpaqlıq isə son zamanlarda bəzi yüngül pornolarda da iştirak etməkdədir. Ümumiyyətlə, tam çılpaq olsa belə pornoçuların cinsi orqanları bölgələri kamuflyaj edilməkdədir. Son vaxtlarda pornoqrafinin daha senzurasız yayınlana bilməsiylə, bəzi televiziyalarda günün müəyyən saatlarında yüngül porno nəşrinə icazə verilir. Ayrıca bu cür səhnələr təması cinsəllik olmayan gedərək daha çox filmdə iştirak etməkdədir. Cinsilik mövzulu olmayan filmlərdə yüngül porno, ümumiyyətlə, saçlarla və ya qaranlığı istifadə edərək genital bölgələrin görülməsini maneə törətmə texnikalarıyla istifadə edilər.
Anti-pornoqrafik feminizm
Antipornoqrafik feminizm — feminizmdə, o cümlədən pornoqrafiyanı inkar edən və onu qadınlara qarşı zorakılığın növlərindən biri hesab edən radikal budaqdakı cərəyanlar. Antipornoqrafik feminizm tərəfdarlarının fikrincə, pornoqrafiya qadın cinsiyyətini alçaldır, norma ilə bağlı təhrif olunmuş təsəvvürlər verir və gender zorakılığına səbəb olur. Amerikalı feminist və yazıçı Robin Morqan bu ideyanı "pornoqrafiya — nəzəriyyə, zorlama — təcrübə" kimi ifadə etmişdir. Feminizm nəzəriyyəsində antipornoqrafik feministlər Karl Marksın ideyalarına, o cümlədən fetişləşmə və qadının əmtəəyə çevrilməsi ideyalarına əsaslanırlar. Pornoqrafiya və fahişəlik onlar tərəfindən qadınların istismarı ilə işləyən iki bərabər kommersiyalaşdırılmış sahə olaraq görülür. Feminizmin bu istiqamətinə seksual liberal feminizmə qarşı qoyulur.
Bölgələrə görə pornoqrafiya qanunları
Pornoqrafiya qanunları bölgələrə görə Bütün dünyada fərqlidir.