pornofilm
pornoqrafik
OBASTAN VİKİ
Anti-pornoqrafik feminizm
Antipornoqrafik feminizm — feminizmdə, o cümlədən pornoqrafiyanı inkar edən və onu qadınlara qarşı zorakılığın növlərindən biri hesab edən radikal budaqdakı cərəyanlar. Antipornoqrafik feminizm tərəfdarlarının fikrincə, pornoqrafiya qadın cinsiyyətini alçaldır, norma ilə bağlı təhrif olunmuş təsəvvürlər verir və gender zorakılığına səbəb olur. Amerikalı feminist və yazıçı Robin Morqan bu ideyanı "pornoqrafiya — nəzəriyyə, zorlama — təcrübə" kimi ifadə etmişdir. Feminizm nəzəriyyəsində antipornoqrafik feministlər Karl Marksın ideyalarına, o cümlədən fetişləşmə və qadının əmtəəyə çevrilməsi ideyalarına əsaslanırlar. Pornoqrafiya və fahişəlik onlar tərəfindən qadınların istismarı ilə işləyən iki bərabər kommersiyalaşdırılmış sahə olaraq görülür. Feminizmin bu istiqamətinə seksual liberal feminizmə qarşı qoyulur.
Bölgələrə görə pornoqrafiya qanunları
Bölgəyə görə pornoqrafiya qanunları bütün dünyada dəyişir. Pornoqrafik filmlərin istehsalı və yayılması bir çox ölkələrdə qanuni fəaliyyətdir, lakin pornoqrafiyaya müəyyən yaşdan (adətən 18 yaşdan) yuxarı olan iştirakçı cəlb olunduğu halda bütün ölkələrdə qanuni deyildir. Çox vaxt bu cür materiallara məhdudiyyət qoyulur. Bu səhifə uşaq pornoqrafiyasını və heyvan pornoqrafiyasını əhatə etmir. Əksər hallarda uşaq pornoqrafiyasının qanuniliyi və heyvan pornoqrafiyasının qanuniliyi ayrı məsələlər kimi nəzərdən keçirilir və çox vaxt öz qanunları ilə tənzimlənir.
MILF pornoqrafiyası
MILF pornoqrafiyası (ing. Mother I'd Like to Fuck; azərb. sikmək istədiyim ana‎) — pornoqrafiyanın bir forması. Bu, ümumiyyətlə pornoqrafiya sənayesində 35–50 yaş arasında və böyük döşləri olan qadınlar üçün istifadə edilən termindir. Pornoqrafik film mükafatlarında MILF kateqoriyası mövcuddur. == Oxşar terminlər == Yummy mummy termini MILF ilə müştərək istifadə olunur. Oksford İngilis dili lüğəti bu termini "cəlbedici və gözəl gənc ana" kimi müəyyən etmişdir. Həmçinin, DILF ("Dad I'd Like to Fuck") və ya FILF ("Father I'd Like Fuck") termini, (azərbaycanca "sikişmək istədiyim ata" kimi tərcümə oluna bilər) əsasən yaşlı kişini (adətən ata), əsasən cinsi baxımdan cəlbedici olan bir insanı müəyyən edir.
Panda pornoqrafiyası
Panda pornoqrafiyası və ya panda pornosu – pandaların cütləşmə anlarını əks etdirən videomaterial. Panda pornoqrafiyası zooparklarda saxlanılan böyük pandaların cinsi istəklərini gücləndirmək üçün istifadə olunur. Zooparklarda saxlanılan heyvanlarda çoxalma istəyi azaldığı üçün nadir heyvan növləri nəsilkəsilmə təhlükəsi ilə qarşı-qarşıya qalır. Panda pornoqrafiyasından istifadə 2009-cu ildə Tailand zooloqları tərəfindən aparılmış eksprementdən sonra populyarlaşmışdır. Onlar Çanmai zooparkında saxlanılan bir neçə böyük pandaya başqa pandaların cütləşmə anını əks etdirən videolar göstərmişdilər. Təcrübəni aparan tədqiqatçılar heyvan pornoqrafiyasının çoxalmağa müsbət təsir göstərdiyini və belə bir uğurun heç Çində əldə olunmadığını bildirmişdirlər. Təcrübəin həyata keçirilməsindən 10 aylıq period ərzində 31 panda balası doğulmuşdur. Pandaların cinsi istəklərini artırmaq üçün viaqradan istifadə etmək kimi metodlar isə uğursuz olmuşdu.
Pornoqrafik film
Pornoqrafik film, pornoqrafiya filmi, porno filmi, pornofilm, pornoqrafik məzmunlu film, pornoqrafik xarakterli film, erotik film və ya seks filmi izləyicini və ya tamaşaçıları seksual cəhətdən razı salmaq üçün hazırlanmış ədəbsiz filmlərdirlər. Pornoqrafik filmlərdə müntəzəm olaraq cinsi əlaqə və ya çılpaqlıq kimi erotik stimullaşdırıcı xarakterli materiallar mövcuddur və bunlara seksual fantaziyalar da əlavə olunur. 1900-cü illərin əvvəllərində, film istehsalının ixtirasından qısa bir müddət sonra belə filmlərin də ilk nümunələri meydana çıxmışdır. Porno filmlərin digər pornoqrafiya formaları ilə çoxlu müştərək cəhətləri mövcuddur. Cinsi əlaqəni açıq şəkildə göstərməyən filmlər softkor, cinsi əlaqəni açıq şəkildə göstərən və ya bəzi ekstremal əlaqələrdən bəhs edən filmlər isə hardkor adlandırılır. Qlobal olaraq, porno film sənayesi onunla əlaqədar olan məhsul və xidmətləri ilə bərabər 100 milyard dollarlıq sənaye sahəsi hesab olunur. Erotik filmlərin istehsalı kinofilmin ixtirasından dərhal sonra başlanmışdır. İlk qabaqcıllardan ikisi fransız Eugène Pirou və Albert Kirchner idi. Kirchner ("Léar" adı ilə) Pirou üçün hal-hazırda həyatda sağ-salamat qalmış ən qədim erotik məzmunlu filmi çəkmişdir. 1896-cı ildə çəkilmiş 7 dəqiqəlik Le Coucher de la Mariée filmində Louise Willy vanna otağında striptiz etmişdir.
Pornoqrafiya
Pornoqrafiya (yun. πόρνη — fahişə, zina; γράφω — yazıram, çəkirəm; πόρνη < πέρνημι — satıram) — cinsi arzuları oyatmaq məqsədi olan erotik video, şəkil və ya yazılar. Pornoqrafiya erotikadan fərqlənir: Pornoqrafiyadan fərqli olaraq erotikaya naturalizm və diqqəti cinsiyyət orqanlarına yönəltmək xas deyil. Adətən, erotika və pornoqrafiya arasındakı sərhədləri zərif və kobud, ruh və bədən arasındakı fərq kimi izah edirlər. Klassik ədəbiyyatda pornoqrafiya elementləri azlıq təşkil edir. Çünki erotika daha çox oxucunun yaradıcı qabiliyyətinə hesablanıb, yəni az-çox düşüncəsi, təxəyyülü yetən oxucu müəllifin demədiklərini duymaq iqtidarındadır. Bu baxımdan erotikada söylənməyənə, təsvir olunmayana vurğu daha güclüdür. Hesab olunur ki, pornoqrafiya estetik zövq deyil, yalnız fiziki həzz yaşada bilər. Bu səbəbdən onu ümumiyyətlə, incəsənət hesab etməyən müəlliflər də çoxluq təşkil edir. Suzan Zontaqın sözlərinə görə, erotika istənilən ekstaz növü kimi düşünülmüş, qurulmuş, mədəni bir nəsnədir və heç bir bayılmaya səbəb olmur.
Pornoqrafiyaya dini baxışlar
Əksər dünya dinlərinin müxtəlif səbəblərdən pornoqrafiyaya qarşı mövqeləri var. Pornoqrafiya, daha yaxşı özünü idarə etmək üçün Taqva tərəfindən vurğulanan İslam təlimlərinin əslinə birbaşa ziddir. Bütün fəqih və din alimlərinə görə, əxlaqsız şəkillərə və təhrikedici və şəhvətsevərlərə baxmaq qadağandır. Quran 24: 30 -da buyurulur: "Tanınan kişilərə de ki, gözlərini aşağı salsınlar və eyblərini qorusunlar, çünki bu onlar üçün daha təmizdir.
Pornoqrafiyaya qarşı çıxmaq
Pornoqrafiyaya qarşı çıxma səbəbləri arasında dini etirazlar, feminist narahatlıqlar və pornoqrafiya asılılığı kimi zərərli təsirlərin sübutları var. Əksər dünya dinlərinin müxtəlif səbəblərdən pornoqrafiyaya qarşı mövqeləri var. Bütün fəqih və din alimlərinə görə, əxlaqsız şəkillərə və təhrikedici və şəhvətsevərlərə baxmaq qadağandır. Quran 24: 30 -da buyurulur: "Tanınan kişilərə de ki, gözlərini aşağı salsınlar və eyblərini qorusunlar, çünki bu onlar üçün daha təmizdir. Allah nə etdiklərinizdən xəbərdardır." Bəzi feministlər, qadınları istismar edən və qadınlara qarşı zorakılığın ortağı olan bir sahə olduğunu iddia edərək, pornoqrafiyaya qarşı çıxırlar. 1982 -ci ildə Zillman tərəfindən edilən bir araşdırma, pornoqrafiyaya uzun müddət məruz qalmağın həm kişiləri, həm də qadınları cinsi şiddət qurbanlarına qarşı həssaslaşdırdığını göstərdi. Zillman kimi bəzi tədqiqatçılar, pornoqrafiyanın cinsi təcavüz nisbətlərini artıraraq cəmiyyətə birmənalı ziyan vurduğuna inanırlar.
Sərt pornoqrafiya
Sərt pornoqrafiya və ya Hardkor pornoqrafiya — XX əsrin ikinci yarısında meydana çıxmış; Cinsi məzmunlu filmlərdə və şəkillərdə qeyd-şərtsiz senzuranı müdafiə edən hərəkatdır. Bu cərəyan xüsusilə ABŞ və İngiltərədə yayılmışdır. Bu hərəkatın təsiri altında inkişaf etmiş əyləncə sənayesi formalaşmışdır. Bu, XX əsrin ikinci yarısından bəri yumşaq pornoqrafiyaya qarşı hazırlanmış bir üslubdur. Adətən jurnallarda fotoşəkillər və filmlərdə isə videolar şəklində olur. Hollivudda bu tip pornoqrafiya üçün xüsusi studiyalar mövcuddur. Bu üslub xüsusilə 1990-cı illərin əvvəllərindən etibarən internetdə yayılmağa başlanmışdır. Əvvəlcə bir çox ölkələrdə onun yayılması qadağan edilsə də, sonradan bir çox liberal demokratik ölkələrdə onun nəzarət altında yayılmasına icazə verilmişdir. Nəzarət məqsədləri üçün hər nə qədər yaş hədləri qoyulmuşdursa da, internet vasitəsi ilə geniş şəbəkəyə müraciət edən bu pornoqrafiya üslubu pornoqrafiyanın asanlıqla əldə edilə bilən formasına çevrilmişdir. Bir çox dövlətlər bu vəziyyətə qarşı tədbirlər görməyə çalışsalar da, bu tədbirləri effektiv olmamışdır.
Uşaq pornoqrafiyası
Uşaq pornoqrafiyası — ümumilikdə 18 yaşından kiçik qız və oğlanların cinsi istismarını özündə əks etdirən film və fotoşəkillərdən ibarət olan və beynəlxalq səviyyədə qadağan edilmiş pornoqrafiya növüdür. Bu cür filmləri və fotoşəkilləri çəkmək, hazırlamaq, yükləmək, yaymaq və paylaşmaq ağır cinayət işi hesab olunur. Uşaq pornoqrafiyası isə uşaqların pornoqrafiya vasitəsi kimi istifadə edildiyi nəşrlərdir. Bir çox ölkələrdə bu cür nəşrlərin yayılmasının qanunsuz olmasına baxmayaraq adıçəkilən sənaye sahəsi çox böyük sürətlə inkişaf etməkdədir. Hər il 2 milyon uşağın seks köləsi edildiyi və bu bazarın ümumi dəyərinin 20 milyard dollara çatdığı təxmin edilir. Bu işdə təkcə polisin gördüyü tədbirlər yetərli deyildir.
Yumşaq pornoqrafiya
Yumşaq pornoqrafiya — mövzusu cinsilik ehtiva edən vizuallar (film və fotoşəkillər) olan bir pornografi növü. Hardcore pornografiyə görə daha az cinsilik ehtiva etdiyindən "yüngül" olaraq xarakterizə edilməkdədir. Yumşaq pornoqrafiya bu xüsusiyyətiylə "Harcore" pornosunun erotik forması olaraq da bilinər. Yüngül pornografiya: çılpaq, yarı-çılpaq təsvirlər və nümayişləri, keçici ictimai çılpaqlıq və ya çılpaqlıq olmayan cazibədar cinsi əlaqə formalarını istifadə edə bilər. Bu cür pornoqrafiyaya: vaginal, anal və açıq boşalma tipi cinsəlliyin açıq nümayişləri göstərilmir. Tam çılpaqlıq isə son zamanlarda bəzi yüngül pornolarda da iştirak etməkdədir. Ümumiyyətlə, tam çılpaq olsa belə pornoçuların cinsi orqanları bölgələri kamuflyaj edilməkdədir. Son vaxtlarda pornoqrafinin daha senzurasız yayınlana bilməsiylə, bəzi televiziyalarda günün müəyyən saatlarında yüngül porno nəşrinə icazə verilir. Ayrıca bu cür səhnələr təması cinsəllik olmayan gedərək daha çox filmdə iştirak etməkdədir. Cinsilik mövzulu olmayan filmlərdə yüngül porno, ümumiyyətlə, saçlarla və ya qaranlığı istifadə edərək genital bölgələrin görülməsini maneə törətmə texnikalarıyla istifadə edilər.

Значение слова в других словарях