Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Korça
Korça — Albaniyanın cənub-şərqində yerləşən şəhər. Eyniadlı vilayətinin inzibati mərkəzidir.Əhalisi- 86 min nəfərdir. Bu şəhər ən azı XV əsrdən mövcuddur. Korçada aqrar sənayesi ciddi şəkildə inkişaf oldu.Habelə burada bir neçə təhsil ocağı var. Yerli futbol klubu ''Skanderbeu'' artıq dalbadal üçüncü dəfədir ki, Albaniya çempionudur- (2011, 2012, 2013).
Parça
Düz xətt parçası – düz xəttin üst-üstə düşməyən 2 nöqtəsi və bu nöqtələr arasında qalan hissəsi adlanır. İki A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələrini birləşdirən düz xətt parçası ya [ A ; B ] {\displaystyle [\;A;\;B]} , yaxud A B {\displaystyle \;A\;B} kimi işarə olunur. A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələri A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri, onlar arasındakı nöqtələr isə daxili nöqtələri adlanır. A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri arasındakı məsafə onun uzunluğu adlanır və | A B | {\displaystyle \;|AB|} kimi işarə olunur. Düz xətt üzərində n sayda nöqtə olduqda həmin düz xətt üzərində parçaların sayı (N) kimi işarə olunur.
Şorca
ErmənistandaŞorca (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonuna aid bir kənd. Aşağı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd. Yuxarı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd.
Perca
Xanı (lat. Perca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Aşağı Şorca
Aşağı Şorca — Göyçə mahalında kənd. == Tarixi == Aşağı Şorca toponiminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. Bəzi tarixçilər Şorca toponiminin şoran yer mənasını bildirdiyini söyləyir. Ancaq Göyçədə yaşayanlar bilirlər ki, Göyçədə mövcud olmuş Şorca kəndlərindən heç birində şoran torpaqlar olmamışdır. Ona görə də bu fərziyyə inandırıcı görsənmir. Aşağı Şorca rayon mərkəzindən 12 km şərqdə yerləşir. Yuxarı Şorca, Daşkənd kəndi, Sarıyaqub, Qaraqoyunlu kəndləri ve Kəlbəcər rayonu ilə həmsərhəd olub. Kəndin 2757 ha torpaq sahəsi olub ki, bunun 570 ha Yellidərə dövlət sapalaq torpağı, 1250 ha biçənək sahəsidir. Əhalisi isə 1800 nəfərə yaxın olub. 1988-ci ilə qədər isə sovxozda 22 yük maşını, 1 avtobus, 3 “UAZ”, 1 “Moskviç”, 1 ekskvator, 4 kombayn, əlavə müxtəlif texnika, 6 min xırdabuynuzlu heyvan, 550 baş iribuynuzlu mal, əhalidə isə 8 minə yaxın xırdabuynuzlu, 1000-dən artıq iribuynuzlu heyvan olub.
Birra Korça
Birra Korça — adını 1928-ci ildə Albaniyanın Korça şəhərində qurulan pivə zavodu və markasıdır. 2004-ci ildən bəri IHB Group-un tərkibində istehsala davam edir. Albaniyadakı üçüncü ən böyük pivə istehsalçısıdır. == Tarixi == Birra Korça Albaniyada çıxarılan ilk pivədir. Zavod 1928-ci ildə Korça şəhərində açılmışdır. Qurucuları İtalyan Umberto Umberti və yerli sahibkar Səlim Mboriyadır. Şirkət ilk olaraq 950,000 frank sərmayə ilə qurulmuşdur. Qurulduğu illərdə ildə 20000 hektolitr istehsal gücü olan zavod, sarı və qara pivə ilə şüşələnmiş su və buz istehsal edirdi.İkinci Dünya Müharibəsindən sonra 1946-cı ilin Yanvar ayının 11-də Albaniyada kommunist rejimin qurulması ilə zavod dövrün qanunları ilə dövlət idarəsinə keçdi. 1955, 1957 və 1965-ci illərdə edilən yeniləmə işləri ilə istehsal gücü yüksəldildi. Albaniyadakı siyasi şərtlərin dəyişməsi, iqtisadi durğunluq, ictimai narahatlıqlar nəticəsində bazarın liberallaşması nəticəsində zavod 1994-ci ilin Aprel ayında auksion ilə bir qrup biznesmenə satıldı.
Corca Meloni
Giorgia Meloni 22 oktyabr 2022-ci ildən İtaliyanın baş naziri vəzifəsini icra edən italyan siyasətçi və bu vəzifədə olmuş ilk qadındır. 2006-cı ildən Deputatlar Palatasının üzvü, 2014-cü ildən İtaliyanın Qardaşları (Fdl) siyasi partiyasının başçısı və 2020-ci ildən Avropa Mühafizəkarlar və İslahatçılar Pariyasının prezidentidir.
Força Sindical
Força Sindical (port. Força Sindical) və ya qısaca FS — Braziliyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Qurumun baş qərargahı San-Pauloda yerləşir. == Tarixi == Força Sindical 1991-ci ildə Latın Amerikası Əməkçiləri Birliyinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi konqresdə təsis olunub. Həmin konqresdə qitənin aparıcı həmkarlar ittifaqlarının 2 500 nəfərə yaxın lideri və fəalı iştirak edirdi. FS qısa müddətdə ətrafına böyük sayda üzv toplayır. == Fəaliyyəti == Qurumun əhali arasında qazandığı nüfuz onun bütün aktual məsələləri hər zaman gündəmdə saxlaması ilə bağlıdır. İşçilərin bütün yaş qruplarının gündəlik həyatında baş verən sosial məsələlərə böyük diqqət göstərir; baş qaldıran problemlərin həlli istiqamətində bacardığını edir. Son zamanlar təşkilat öz siyasətində hüquqi resursların qorunması sahəsində fəaliyyyətini gücləndirib. Bununla yanaşı, iş yerlərində diskriminasiyanı aradan qaldırmaq məsələsi də təşkilatın gündəmindədir.
Parça Xələc
Parça Xələc — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Parça bozbaş
Bozbaş və ya Bozartma - Azərbaycanın milli yeməyi. Azərbaycan mətbəxinin şah yeməklərindən sayılan bozbaş sözü heç də bəzilərinin düşündüyü kimi "boz" və "baş" sözlərindən yaranmayıb. Qədimdə bütün yeməklərə "aş" deyilirdi. Əslində "bozbaş" sözü == Tərkibi == 1 nəfərlik 150 qr qoyun əti, 15 qr ərinmiş yağ, 30 qr noxud, 100 qr kartof, yarım baş soğan, 15 qr tomat püre, quru nanə və tam üçün duz, istiot == Hazırlanma qaydası == Bozbaş üçün qoyun ətindən 50 – 60 qr – lıq 2 – 3 tikə ət götürülür. Noxud arıtlanıb 3 – 4 saat ərzində soyuq suda isladılır. Ət və noxud qazana qoyulub üstünə soyuq su tökülür və bişirilir. Kəfi alınır. Xörəyin hazır olmasına bir az qalmış içinə doğranmış baş soğan, soyulub doğranmış kartof və yağda qızardılmış tomat – püre qatılaraq bişirilir. Süfrəyə verilən zaman bozbaşın üstünə quru nanə səpilir. "Aşpaz" sözü də əslində "aşpəz" sözündən meydana gəlib.
Perca fluviatilis
Çay xanısı (lat. Perca fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin xanı cinsinə aid heyvan növü. == Yayılması == Koladan Kolımayadək Şimal Buzlu okeanın çaylarında, Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrində, Baykal gölündə yayılmışdır. Xəzərdə bütün çayların aşağı axarlarında, az miqdarda onların mənsəb hissələrində qeydə alınır. Azərbaycanda Küryanı göllərdə, Dəvəçi limanında, bəzən Samurçaydan Bakıya qədər dənizin sahil zonasında yaşayır. Kiçik körfəzdə nisbətən çoxsaylıdır. Qumbaşı çayında belə qeydə alınır. == Morfoloji əlamətləri == DXIII–XV, I-III 13-14, A II 8-9, fəqərələrin sayı 41, birinci qəlsəmə qövsünün alt şəxəsindəki dişcikləri sayı 15-20-dir. Pulcuqları ktenoiddir, başının örtük sümükləri üzərində sikloid pulcuqlar da olur. Yanaqları pulcuqlarla örtülüdür, buradakı eninə pulcuq sıralarının sayı 20-dən 23-ə qədərdir.
Tafta (parça)
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV-XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Tül (parça)
Tül — qapı, pəncərə və digər yerlərdən asılan, yüngül olmaqla setka toxunuşlu parça növü.
Yuxarı Şorca
Yuxarı Şorca — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Yuxarı Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin digər adları Tatar Şorcası, Başkeyti, Şorcalı Keyti olmuşdur. İ.Şopenin əsərində Baş Keyti adı formasında qeyd edilmişdir. Kəndin ilkin adı məhz Baş keyti olmuşdur. XIX əsrin 80-cı illərində kəndin adı artıq Şorca formasında öz əksini tapmışdır. Rayonun ərazisindəki Aşağı Keyti, Təzə (Yeni) Keyti kəndi XIX əsrin 80-cı illərində Şorcalı, XX əsrin əvəllərində Aşağı Şorca kəndi adlarıdırıldıqdan sonra, Şorca kəndi də Yuxarı Şorca adlandırılmışdır. Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Toponim fərqləndirici əlamət bildirən yuxarı sözünün və "duzluq, şoranlıq" mənasında işlənən şor sözünə sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca şəkilçisinin artırılması ilə düzəlib. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Şal (parça)
Şal — xalçaya oxşar sıx yun parça növü, zərif yundan və yaxud dəvə yunundan əllə yer hanasında toxunur. Şal nazik, yumşaq yun parça növüdür. Vaxtı ilə Hindistanın Kəşmir vilayətindən gətirilən zərif, yuşaq və spesfik naxışlı yun şal (parça) Kəşmiri şal adlandırılırdı.
Şorca (Bükan)
Şorca (fars. ‎‎‎شورجه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (6 ailə).
Şorca (Göyçə)
Şorca — Göyçə mahalıda Çəmbərək rayonuna aid bir kənddir. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri). Hazırda Geğarkunik marzında (vilayət) yerləşir. == Tarixi == Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 13 km cənub-şərqdə Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XIX əsrin 40-cı illərində kəndə ruslar (malakanlar) köçürüləndən sonra kənd həm də Nadejdino adlandırılmışdır. Kəndin adı erməni mənbələrində Şor Əli, Şorjalı, rus mənbələrində Şorcalı (Şordjalu) formalarında qeyd edilmişdir. Toponim şorcalı tayfa adının əsasında yaranmışdır. Toponimin sonundakı -lı şəkilçsi sonralar ixtisar edilmiş və sənədlərdə Şorca kimi rəsmiləşmişdi.
Şorca (Xudabəndə)
Şorca (fars. شورجا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (45 ailə).
Bella Porç
Bella Porç (ing. Bella Poarch; 9 fevral 1997, Filippin) — Filiipin əsilli amerikalı internet ulduzu və müğənni. == Həyatı == Porç 9 fevral 1997-ci ildə Filippində anadan oldu və orada böyüdü. Bella 13 yaşında olanda ailəsi ABŞ-nin Texas ştatına köçdü. == Fəaliyyəti == === Fenomen və müğənni === Porç 2020-ci ilin yanvarında TikTok hesabı açdı. 2020-ci ilin aprelindən etibarən oyun və cosplay məzmunlarında TikTok-da aktiv olaraq videolar paylaşdı. 2020 avqust ayında — 18 yaşında ingilis reper Milli B-nin "Soph Aspin Send" mahnısına dodaq sinxronzasiyası etdiyi TikTok videosu ən çok bəyənilən TikTok videoları siyahısında birinci sıraya çatmışdır. Həmçinin 7 iyun 2021-ci ildə TikTok platformasında 71.9 milyondan çox izləyici ilə ən çok izləyicisi olan Çarli Damelio və Addison Raedən sonra ən çox izlənən üçüncü şəxs olmuşdur.14 may 2021-ci ildə sinql "Build a B*tch" mahnısını yayımladı. Bu mahnı Warner Records tərəfindən "tarixin ən böyük çıxışı" olaraq adlandırıldı. 100 Thieves adlı YouTube kanalının yayımladığı podkastların bir hissəsində mahnısının uşaqlığında yaşadığı şiddətlərə əsaslandığı deyilmişdir.Porç 2020-ci ildə geyimlərini "RIPNDIP x Paca" adı altında bazara çıxardı.
Kunya-Pora
Kunya-Pora (port. Cunha Porã) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 10680 nəfərdir. Ərazisi 220,293 km²-dir. Əhalinin sıxlığı 44,6 nəfər/km²-dir. Bələdiyyə 20 iyul 1958-ci ildə yaradılmışdır. Bələdiyyənin bayramı 20 iyulda qeyd edilir.
Orca gladiator
Qatil balina (lat. Orcinus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin cütdırnaqlılar dəstəsinin delfinlər fəsiləsinə aid heyvan cinsi.
Orcinus orca
Qatil balina (lat. Orcinus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin cütdırnaqlılar dəstəsinin delfinlər fəsiləsinə aid heyvan cinsi.
Parça döşəmə plov
== Tərkibi == Qoyun əti–221 q, düyü–150 q, əridilmiş yağ–50 q, kişmiş–30 q, ərik qurusu –25 q, şabalıd–50 q, zəfəran–1 q, zirə–0,1 q, baş soğan–20 q, darçın–0,1 q, istiot– 0,1 q, duz == Hazırlanma qaydası == Qoyun əti bütöv tikə şəklində qovurulur və sümükdən ayrılır. Yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, zirə və bulyon əlavə edilib hazır vəziyyətə gətirilir. Ayrıca bişirilmiş düyü boşqaba təpəcik şəklində tökülür, üstünə qoyun əti, şabalıd və qazmaq qoyulur. Yağ tökülüb darçın səpilir.
Skenderbu Korça FK
Skenderbu – Albaniyanın Korça şəhərini təmsil edən futbol klubu.
Şorca Allahamanlı (Çaroymaq)
Şorca Allahamanlı (fars. شورجه اله امانلو‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (3 ailə).
Aorta
Aorta — (yun. άορτή – qaldırmaq) – Böyük qan dövranının ən böyük qoşa olmayan arterial damarları. Onurğalılarda qan-damar sisteminin əsas arteriyası. Aorta divarlarının elastikliyi qan cərəyanının fasiləsizliyini və bədənin bütün orqan və toxumalarının arterial qanla təchiz olunmasını təmin edir. Quşlarda və məməlilərdə Aorta qan dövranının əsas damarıdır. O, ürəyin sol mədəciyindən başlayır, lap başlanğıc hissədə genişlənmə əmələ gətirərək (Aorta soğanağı), yuxarı qalxır (qalxan Aorta), arxaya və sola (məməlilərdə), yaxud arxaya və sağa (quşlarda) dönür (Aorta qövsü) və bədənin aşağı hissəsinə doğru istiqamətlənir (enən və ya onurğa Aortası). Sürünənlərdə Aortanın 2 qövsü var: ürəyin sol mədəciyindən çıxan – sağ arterial və sağ mədəcikdən çıxan sol – venoz. Onlar birləşərək, qarışıq qanı olan ümumi onurğa Aortasını əmələ gətirir. Suda-quruda yaşayanlarda ürəyin yeganə mədəciyindən sərbəst yığıla bilmək qabiliyyətinə malik arterial konus, ondan isə bir (quyruqsuzlarda) və ya iki (quyruqlularda) cüt Aorta qövsü çıxır və birləşərək onurğa Aortasını əmələ gətirir. Balıqlarda və girdəağızlılarda mədəcikdən, yaxud ürəyin arterial konusundan arterial qövs sistemindən venoz qanı qəlsəmələrə (balıqlarda) və ya qəlsəmə kisəciklərinə (girdəağızlılarda) daşıyan qarın Aortası çıxır.
Aporia
Aporia [alm. = fr. Aporie; ing. Aporia; yun. Aporia; a = sız, poros = yol, körpü, çıxış; ər. يغؤنح حؤل لؤتم غ شُ ] — Bir məsələdə ortaya çıxan problemin həllinin tapıla bilməməsi vəziyyəti, çıxış yolunun olmaması. Ümumiyyətlə natiqin mövzunun hansı istiqamətindən getməsi lazım gəldiyini, mövzuya haradan başlanıb harada qurtaracağı, nə deyiləcəyi haqqında yolunu itirdiyi vəziyyətin adı olaraq ya da natiqin nə söyləyəcəyini yaxud nə düşünəcəyini bilmədiyi bir vəziyyətdə müraciət etdiyi, ümumiyyətlə ediləsi şübhə ifadəsi olaraq təyin olunar. Apriya paradoksun bir növüdür.
Borçu
Borçu (Monqolca: Bo'orču, Boγorču, Farsca: بورچى نويان Būrchī Nūyān, بوغورچى نويان Būghūrchī Nūyān, Çincə: 孛斡兒出, 博爾朮), ?-?)— Çingiz xanın andası. Çingiz xanın ən məşhur dörd sərkərdəsindən biri. == Həyatı == Borçu Naxu-bayan oğlu idi. O, Arulat tayfasından çıxmışdı. Temuçinin uşaqlıq dostu idi. 1204-cü ilin qışında Çingiz xan keşik adlı şəxsi qvardiyasını yaratdı. Bu qvardiyanı dörd hissəyə böldü. Hissələrin birinə Borçu başçılıq edirdi.