Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nova Poçta
Nova Poçta (ukr. Нова пошта) — Sənədlərin, yüklərin və bağlamaların təcili çatdırılmasını təmin edən Ukrayna şirkəti. == Tarix == Şirkət 2001-ci ildə qurulmuşdur. Əsas həmtəsisçilər Vyaçeslav Klimov və Vladimir Popereşnyuk, eyni zamanda azlıqların həmtəsisçisi İnna Popereşnyukdur. Başlanğıc kapitalı 7000 ABŞ dollar olmuşdur. 2018-ci ildə şirkət Ukrayna daxilində 174 milyondan çox yük çatdırmışdır. 2018-ci ildə şirkət Ukraynanın nəqliyyat sənayesində vergi ödəyiciləri arasında 4-cü yer olan 1615,6 milyon qrivna vergi ödəmişdir. 2019-cu ilin sonuna qədər Nova Poçta şəbəkəsi, saatda 14 ilə 20 min bağlama işləməni nəzərdə tutan Kiyev, Xmelnytski və Lvov şəhərlərində çeşidləmə terminalları olan 6000-dən çox filialı əhatə edir. 2019-cu ilin sonunda Nova Poçta 2,7 milyard qrivnadan çox vergi ödəyib və vergi ödəmələrinin həcminə görə Ukraynanın ən böyük 100 şirkətinin siyahısında 27-ci yeri tutub.. == Xidmətlər == Nova Poşta qrupu, Nova Poşta MMC-yə əlavə olaraq Ukrayna və xarici şirkətləri, xüsusən NP Logistic, POST FINANCE və Nova Poshta International şirkətlərini əhatə edir.
Adskaya poçta (1769)
Adskaya poçta (rus. Адская почта) — 1769-cu ildə Sankt-Peterburqda Fyodor Emin tərəfindən nəşr olunan aylıq satirik jurnal. 6 nəşri işıq üzü görmüşdür. İki cin arasında yazışma şəklində məmurların, təhkimçilərin vəzifələrindən sui-istifadələrini ələ salmışdır. Rusiya hökuməti tərəfindən təqibə məruz qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Афанасьев А. Н. Русские сатирические журналы. 1769—1774. Берков П. Н. История русской журналистики XVIII. — М., Л. 1952. == Xarici keçidlər == Адская Почта // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Adskaya poçta (1906)
Adskaya poçta (rus. Адская почта) — karikaturaçı və naşir Zinoviy Qrjebin və rəssam Yevgeni Lansere tərəfindən həftəlik illüstrasiyalı siyasi satira ədəbi-bədii jurnalı. Baş redaktor vəzifəsini P. N. Troyanski tuturdu. Nəşr 1906-cı ildə Sankt-Peterburqda işıq üzü görmüş, cəmi 3 nömrəsi çıxmışdır. Dördüncü nörmə hazırlanmışdı, lakin mətbəədə müsadirə edilmişdir."Adskaya poçta" jurnalı Fyodor Emin tərəfindən 1769-cu ildə nəşr olunan eyni adlı aylıq nəşrin adını almışdır. Yeni "Adskaya poçta"nın əsl təsisçisi naşir və karikaturaçı rəssam Zinoviy Qrjebin idi. O, 1906-cı ilin əvvəlində Krestidə 13 aylıq həbs cəzasını çəkmiş və bu cəzanı əvvəlki jurnalı olan "Jupel"də sərt antimonarxist illüstrasiyaları və məqalələri dərc etdiyinə görə almışdı. Məhkəmənin qərarı ilə Qrjebin nəşriyyat fəaliyyəti hüququndan məhrum edilmiş, lakin həbsdə olduğu müddətdə qapalı jurnalın demək olar ki, bütün redaksiyasını və bir çox müəlliflərini saxlaya bilmiş, "Adskaya poçta" adı ilə nəşrini davam etdirmişdir. Rəsmi qadağadan keçmək üçün yeni jurnal təsisçi kimi rəssam Yevgeni Lanserenin adından istifadə edirdi.Yazıçılar Leonid Andreev, Konstantin Balmont, İvan Bunin, Vyaçeslav İvanov, Fyodor Sologub, Aleksandr Kuprin və başqaları"Adskaya poçta" ilə əməkdaşlıq edirdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Ипполитов С. С. Гржебин Зиновий Исаевич (1877 1929) // Новый исторический вестник (9).
Focca
Focca (it. Foggia) — İtaliyanın Puglia regionunda bir şəhər, bələdiyyə vahidi və Focca vilayəti adını daşıyan vilayətin mərkəzidir. İtaliyanın ana buğda yetişdirmə sahəsi olan Tavoliere ovasındaki ən əhəmiyyətli şəhər olub bu səbəblə ümumiyyətlə əkinçiliyə əsaslanan bir məskunlaşma mərkəzidir. Focca şəhəri Katolik Kilsəsi başpiskoposluk mərkəzidir. 1999-cu ildə yeni olaraq 7 fakültəli bir dövlət universiteti "Üniversità degli Studi di Foggia" qurulmuşdur və bu anda 10.000 şagirdi olmuşdur.
Moyva
Moyva (lat. Mallotus villosus) — Osmeridae fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 25 sm, çəkisi 52 q, maksimal ömür müddəti isə 10 ildir. Moyvaların olduqca kiçik pulcuq və dişləri olur. Onlara dünyanın bütün okeanlarında rast gəlinir: Arktika, Atlantik okean və Sakit okean , Norveç dənizindən tutmuş Şpisbergen adaları ətrafındakı ərazilər. Bəzi müəlliflər onlara bir necə yarımnövləri daxil edirlər: Mallotus villosos villosus Müller, 1776 və sakitokean moyvası Mallotus villosus catervarius Pennatt, 1784. Bəzən onları kapelan olaraq adlandırırlar. == Biologiya == Əsasən siyənək, lososların balaları və planktonlarla qidalanırlar. Okean və dənizlərin 300 metr bəzən isə 700m dərinliklərində müşahidə edilirlər. Kürüləmə ərəzisi nisbətən dayaz olur.
Opava
Opava (çex. Opava, alm. Troppau‎, pol. Opawa) — Çex Respublikasıda şəhər. Moraviya-Sileziya bölgəsində, Opava çayının sahilində yerləşir. Əhalisi - 59,4 min nəfər, sahəsi isə 90.6 km² == Tarix == Opavanın əsası 1224-cü ildə, Opava knyazlığının mərkəzi kimi göstərilir. 1348-ci ildən Opava Çex kralının və Çexiya Sileziyasının mərkəzinə çevrilmişdir. 1820-ci ildə burada Troppau konqresi keçirilmişdir. Tezliklə bu yerlər coğrafi cəlbediciliyinin qiymətləndirilməsi ilə, Opava çayının ətrafında məskunlaşmış qədim qəsəbə sakinləri (X c), Baltik dənizindən olan Adriatikaya yolun olduğunu bilmişlər. Sonralar orada çay ətrafı regionunda adına böyük bir ticarət mərkəzi, yaranmış - Opavanın ticarət sahələrində, anbar, həmçinin tacirlərin sex və evləri yarandı.
Phoca
Suiti (lat. Phoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. İki növü var: Ləkəli suiti, Phoca largha Adi suiti, Phoca vitulinaAdı suiti öz növbəsində iki yarımnövə bölünür: Avropa yarımnövü P. v. vitulina və Kuril yarımnövü (ya Steyneqer suitisi) P. v. stejnegeri. Kuril suitisi hazırda Rusiyanın Qırmızı kitabına daxildir. Suitilər balıqlarla, pinqvinlərlə qidalanan yırtıcı məməlilərdir. Tez-tez quruya çıxırlar, çoxalmaları quruda gedir. Bu canlılar geniş coğrafiyada yaşayırlar. Qütblərdə yaşayan suitilər buzda dəlik açırlar.
Phocea
Macaranga (lat. Macaranga) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Adenoceras Rchb.f. & Zoll. ex Baill. Mappa A.Juss Mecostylis Kurz ex Teijsm. & Binn. Pachystemon Blume Panopia Noronha ex Thouars Phocea Seem. Tanarius Kuntze == Növləri == Macaranga acerifolia Airy Shaw Macaranga advena Pax & K.Hoffm. Macaranga aenigmatica Whitmore Macaranga aetheadenia Airy Shaw Macaranga albescens L.M.Perry Macaranga alchorneifolia Baker Macaranga alchorneoides Pax & Lingelsh.
Picea
Küknar (lat. Picea) — şamkimilər fəsiləsinə aid bitki cinsi.
Poema
Poema — İri həcmli nəzm əsəri poema adlanır. Poemada, adətən, müəyyən bir hadisə və ya əhvalat təhkiyə üsulu ilə təsvir olunur, lakin poemada təsvir olunan hadisələrin gedişində lirik lövhələrə də geniş yer verilir. Məsələn, Füzulinin "Leyli və Məcnun" poemasında hadisələr əsas qəhrəmanların həyatı ilə bağlı vahid bir sujet əsasında inkişaf edir, lakin poemada qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də verilmişdir. Beləliklə, poemada hadisənin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Hadisələrin epik təsvirinə geniş yer verilən poemalar epik-lirik əsər adlanır. Lirik düşüncələrin üstünlük təşkil etdiyi əsərlərə isə lirik-epik əsər deyilir. Məsələn: Nizaminin "Xosrov və Şirin", Ş. İ. Xətainin "Dəhnamə", M. Füzulinin "Leyli və Məcnun" poemaları epik-lirik, M. F. Axundzadənin "A. S. Puşkinin ölümü haqqında Şərq poeması" şeiri, S. Vurğunun "Bəsti", H. Arifin "Yolda","Dilqəm", H. Cavidin "Azər" poemaları lirik-epik növə aiddir.
Poeza
Poeza (fr. Poëzat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03209. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 118 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 86 yaşında (15-64 yaş arasında) 62 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.1%, 1999-cu ildə 77.1%). Fəal olan 62 nəfərdən 54 nəfəri (27 kişi və 27 qadın), 8 nəfər işsiz (5 kişi və 3 qadın) idi. 24 fəaliyyətsiz 7 nəfər arasında şagird və ya tələbə, 12 nəfər təqaüdçü, 5 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Polşa
Polşa (pol. Polska; Polyakca tələffüz: [ˈpɔlska] ( dinlə)), tarixi mənbələrdə Lehistan və ya rəsmi adı ilə Polşa Respublikası (pol. Rzeczpospolita Polska; Polyakca tələffüz: [ʐɛtspɔˈspɔlita ˈpɔlska] ( dinlə)) — Mərkəzi Avropada dövlət. 312,696 kvadrat kilometr ərazini əhatə edən ölkə 16 inzibati bölgəyə bölünür və əsasən mülayim mövsümi iqlimə malikdir. Təxminən 38.5 milyon nəfər əhalisi olan Polşa, Avropa İttifaqının əhalisinə görə ən sıx 5-ci ölkəsidir. Polşanın paytaxtı və ən böyük şəhəri Varşavadır. Digər böyük şəhərlərə Krakov, Vrotslav, Poznan, Qdansk və Qdnya, Lodz, Şetsin aiddir.Polşa şimalda Baltik dənizi, Litva və Rusiyanın Kalininqrad vilayəti, şərqdə Belarusiya və Ukrayna, cənubda Slovakiya və Çexiya, qərbdən isə Almaniya ilə həmsərhəddir.Polşa torpaqlarında ilk insanların məskən salınmasının tarixi olduqca qədimdir. Antik dövrlərdə Mərkəzi Avropa düzənliyi bir çox mədəniyyət və xalqların məskunlaşma mərkəzi olmuşdur. Ancaq Polşaya öz adını verən qərbi polyanlar bu bölgəyə hakim olmuşdur. Polşa dövlətinin qurulmasının əsası 966-cı ildə xristian dininin qəbul edilməsi və yayılması ilə qoyulmuşdur.
Priva
Priva (lat. Priva) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Prorva
Dalğalı (əvvəlki adı: Prorva) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Neftçala rayonunun Sarıqamış kənd inzibati ərazi vahidi tərkibindəki Prorva kəndi Dalğalı kəndi adlandırılmışdır.
Pılva
Pılva (est. Põlva) — Estoniyaanın şərqində şəhər. Pılvamaa bölgəsinin inzibati mərkəzi. === Əhali === 2000-ci ilə əhalinin 96,4 %-i estonlar, 2,0 %-i ruslar, 0,6 %-i ukraynalılar, 0,3 %-ini isə finlər təşkil edirdi.
Toçka
Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO kod adı:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79–1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur. Kompleksə daxildir: 9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər; Atıçı qurğu 9P129 (9PП129М-1); Nəqledici-yükləyici maşın 9Т218; Nəqledici maşın 9Т238; Avtomatlaşdırılmış nəzarət-sınaq maşını 9V819–1; Texniki xidmət maşını 9V844; Arsenal qurğusu komlekti 9F370–1.Kolomna KBM-də dörd növ raket hazırlanmışdır: Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79 Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km uçuş məsafəsinə malikdir. 9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Uçuş məsafəsi 120–185 km-dir. 9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuşdur. Uçuş məsafəsi 120 km-dir.Sovet istehsalı yer-yer tipli operativ–taktiki raket kompleksi "Toçka-U". "Toçka –U" operativ–taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir.
Foça
Foça (türk. Foça) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 43 km-dir. İlçənin şərqində Əliağa, cənubunda Menəmən ilçələri, qərbində və şimalında isə Egey dənizi yerləşir. İlçənin sahəsi 251 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 32,264 nəfərdir.
Koça
Qoca
Qoca — ad, təxəllüs. Qoca Səmədov — Qoca Yasamalski — Qoca Sənan Paşa — Fikrət Qoca —Yaşayış məntəqələriQoca (Tikantəpə) — Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd.
Abies picea
Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur. Toxumları uzunsov (4 mm) , qəhvəyi, parıltılı sarımtıl (qırmızıyaçalan), qanadcıqlıdır. Toxum pulcuqları odunlaşmış, tərs yumurtavarı, azca qabarıq, kənarları batıq və ya dişlidir.
Aechmea prava
Aechmea prava (lat. Aechmea prava) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Agave picta
== Sinonim == Agave altissima Zumagl. Agave americana subsp. americana Agave americana var. americana Agave americana var. marginata Trel. Agave americana var. mediopicta Trel. Agave americana var. picta (Salm-Dyck) A.Terracc. Agave americana f.
Aloe picta
Xallı əzvay (lat. Aloe maculata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. == Sinonimləri == Aloe commutata Tod. Aloe commutata var. bicolor A.Berger Aloe disticha Mill. [Illegitimate] Aloe gasterioides Baker Aloe grahamii Schönland Aloe latifolia (Haw.) Haw. Aloe leptophylla N.E.Br. ex Baker Aloe leptophylla var. stenophylla Baker Aloe macracantha Baker Aloe maculosa Lam. Aloe obscura Mill.
Aygün (poema)
Aygün — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1951-ci ildə yazdığı poema. Şairin yazdığı mənzum romanı Azərbaycan poeziyasında xüsusi yer tutan epik ruhlu bir əsərdir. Əsərdə hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Ailə və məhəbbət problemlərinə həsr olunmuş əsərin əsas qəhrəmanı Aygündür. Şair onun timsalında öz azərbaycanlı qadın idealını ümumiləşdirmişdir. Əsərdə şair Azərbaycan qadınlarının ağır taleyini canlandırmış, qadının təkbaşına çətinlikləri adlayaraq, öz gücünə nail olduğu uğuru göstərmişdir. == Süjet == Səməd Vurğun Azərbaycan qadınlığının xüsusi xarakterinə, müqayisəyə gəlməz sədaqətinə və namusuna, təmənnasız möhnətkeşliyinə romantik şəkildə inanırdı. Şair Azərbaycan qadınlarını sədaqətli və ismətli, romantik bir ucalıq daşıyıcısı kimi görmək istəyirdi. Ədib bu görüşlərini "Aygün" romanında daha dərindən ifadə etmişdir. O inanırdı ki, Azərbaycan qadını istehsalatda, mədəniyyətdə fəal çalışsa da, bu onun milli əxlaqi simasında dəyişikliklər yaratmayacaq və yaratmamalıdır.
Azərbaycan poçtu
"Azərpoçt" MMC — Azərbaycan Milli poçt şəbəkəsinin operatoru, 1993-cü ildən Ümumdünya Poçt İttifaqının üzvü. == Tarixi == Azərbaycanda müasir formada poçtun yaranması XIX əsrin 1-ci yarısına təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə daşınması isə 9 may 1883-cü ildə Bakı-Tiflis, 1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanıb. 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini elan edərkən 6 oktyabr 1918-ci ildə hökumətin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılıb. === Poçt rabitəsinin inkişaf mərhələsi === 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə əlaqədar yeni yaranmış bütün müstəqil dövlətlərdə olduğu kimi Azərbaycanda da Poçt rabitəsinin inkişafı demək olar ki, tam dayandı və tənəzzül dövrü yaşanmağa başladı. Bununla yanaşı 1993-cü il 1 aprel tarixində Azərbaycan Poçt Müdiriyyəti Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzvlülüyünə qəbul edildi. Poçt rabitəsinin inkişaf mərhələsinin ən çətin dövrü hesab edilən bu dövr, 1997-ci il 1 yanvardan etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə başa çatdı. Elə bu ildən başlayaraq poçt rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. 1997-ci ilin mart ayında poçt rabitəsinin qısa müddətli "Dirçəliş və inkişaf proqramı" qəbul olundu, dekabr ayında isə "1998–2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası" təsdiq edildi.