POÇTA

[ pol. poczta, əsli ital. ]
1. Adresatlara pul, məktub və s. göndərməklə məşğul olan rabitə idarəsi və həmin idarənin yerləşdiyi bina. Poçt işçiləri. Poçt binası.
– Poçta yolum düşdü və bir açıq kağız alıb kəndimizə, Molla Cəfər rəfiqimizə müxtəsər yazdım… C.Məmmədquluzadə.

2. Həmin idarə vasitəsilə alınan məktub, bağlama və s. Poçtu nəzərdən keçirmək.
– Qız, bu nədir, bu nə poçtadır belə? – deyə Zahidoğlu təəccüblə soruşdu. S.Rəhimov.

POÇT
POÇTALYÓN
OBASTAN VİKİ
Nova Poçta
Nova Poçta (ukr. Нова пошта) — Sənədlərin, yüklərin və bağlamaların təcili çatdırılmasını təmin edən Ukrayna şirkəti. == Tarix == Şirkət 2001-ci ildə qurulmuşdur. Əsas həmtəsisçilər Vyaçeslav Klimov və Vladimir Popereşnyuk, eyni zamanda azlıqların həmtəsisçisi İnna Popereşnyukdur. Başlanğıc kapitalı 7000 ABŞ dollar olmuşdur. 2018-ci ildə şirkət Ukrayna daxilində 174 milyondan çox yük çatdırmışdır. 2018-ci ildə şirkət Ukraynanın nəqliyyat sənayesində vergi ödəyiciləri arasında 4-cü yer olan 1615,6 milyon qrivna vergi ödəmişdir. 2019-cu ilin sonuna qədər Nova Poçta şəbəkəsi, saatda 14 ilə 20 min bağlama işləməni nəzərdə tutan Kiyev, Xmelnytski və Lvov şəhərlərində çeşidləmə terminalları olan 6000-dən çox filialı əhatə edir. 2019-cu ilin sonunda Nova Poçta 2,7 milyard qrivnadan çox vergi ödəyib və vergi ödəmələrinin həcminə görə Ukraynanın ən böyük 100 şirkətinin siyahısında 27-ci yeri tutub.. == Xidmətlər == Nova Poşta qrupu, Nova Poşta MMC-yə əlavə olaraq Ukrayna və xarici şirkətləri, xüsusən NP Logistic, POST FINANCE və Nova Poshta International şirkətlərini əhatə edir.
Adskaya poçta (1769)
Adskaya poçta (rus. Адская почта) — 1769-cu ildə Sankt-Peterburqda Fyodor Emin tərəfindən nəşr olunan aylıq satirik jurnal. 6 nəşri işıq üzü görmüşdür. İki cin arasında yazışma şəklində məmurların, təhkimçilərin vəzifələrindən sui-istifadələrini ələ salmışdır. Rusiya hökuməti tərəfindən təqibə məruz qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Афанасьев А. Н. Русские сатирические журналы. 1769—1774. Берков П. Н. История русской журналистики XVIII. — М., Л. 1952. == Xarici keçidlər == Адская Почта // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Adskaya poçta (1906)
Adskaya poçta (rus. Адская почта) — karikaturaçı və naşir Zinoviy Qrjebin və rəssam Yevgeni Lansere tərəfindən həftəlik illüstrasiyalı siyasi satira ədəbi-bədii jurnalı. Baş redaktor vəzifəsini P. N. Troyanski tuturdu. Nəşr 1906-cı ildə Sankt-Peterburqda işıq üzü görmüş, cəmi 3 nömrəsi çıxmışdır. Dördüncü nörmə hazırlanmışdı, lakin mətbəədə müsadirə edilmişdir."Adskaya poçta" jurnalı Fyodor Emin tərəfindən 1769-cu ildə nəşr olunan eyni adlı aylıq nəşrin adını almışdır. Yeni "Adskaya poçta"nın əsl təsisçisi naşir və karikaturaçı rəssam Zinoviy Qrjebin idi. O, 1906-cı ilin əvvəlində Krestidə 13 aylıq həbs cəzasını çəkmiş və bu cəzanı əvvəlki jurnalı olan "Jupel"də sərt antimonarxist illüstrasiyaları və məqalələri dərc etdiyinə görə almışdı. Məhkəmənin qərarı ilə Qrjebin nəşriyyat fəaliyyəti hüququndan məhrum edilmiş, lakin həbsdə olduğu müddətdə qapalı jurnalın demək olar ki, bütün redaksiyasını və bir çox müəlliflərini saxlaya bilmiş, "Adskaya poçta" adı ilə nəşrini davam etdirmişdir. Rəsmi qadağadan keçmək üçün yeni jurnal təsisçi kimi rəssam Yevgeni Lanserenin adından istifadə edirdi.Yazıçılar Leonid Andreev, Konstantin Balmont, İvan Bunin, Vyaçeslav İvanov, Fyodor Sologub, Aleksandr Kuprin və başqaları"Adskaya poçta" ilə əməkdaşlıq edirdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Ипполитов С. С. Гржебин Зиновий Исаевич (1877 1929) // Новый исторический вестник (9).
Poçtalyon
Poçt (rus. Почта, lat. posta) — rabitə və məktub, açıqca, kiçik əşyalar və bəzən insanların nəql edilməsi. Nəqliyyat vasitələri ilə mütamadi olaraq məktub, dövri mətbuat, pul köçürmələri, banderolun göndərilməsini təmin edir. Daha çox dövlət müəssisəsi olurlar. Tarixən məktub, kitab, məhsul nümunələri və pul göndərilməsi nəticəsində yaranıbdır. Bir çox poçt təçkilatları Beynəlxalq Poçt İttifaqının üzvləridir. == "Japan Post" == Yapon poçtu sürətli və keyfiyyətlidir. 70-ci illərdə kredit xidmətinin təqdimatı da poçta həvalə edildi. "Japan Post" 30% paya malik olaraq nəhəng bank və sığorta şirkətini özəl sektora vermək niyyətindədir.
Taqanroq poçtamtı
Taqanroq poçtamtı və ya Bankir Davidoviçin evi — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regiolaq əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. 1911-ci ildə inşa edilmişdir. Bina modern stilinə sahibdir. Adres: Taqanroq ş, Frunze küçəsi, 38. == Tarixi == Taqanroq şəhərinin əsas poçt binası 1911-ci ildə A. А. Davidoviçin vəsaiti hesabına inşa edilmişdir. Binanın tikintisi zamanı əsasən kərpiçdən istifadə edilmişdir. Binanın birinci mərtəbəsində "E. Fiçini və K" bankının filialı yerləşirdi. Filialın rəsmi açılışı 20 yanvar 1912-ci ildə gerçəkləşmişdir. Bu filialın rəhbəri Emmanuil Karloviç Façini olur.
Çapar (tarixsəl poçtaçı)
Çapar (Farsca:چاپار) və ya Çaparlar yol boyu hər stansiyada təzə ləvazimatlar və atlarla təmin olunan təcili kuryerlər idilər ki, özləri tədarük almadan və ya atlarının dincəlməsini gözləmədən yollarını tez bir zamanda tamamlasınlar. Herodot eramızdan əvvəl 440-cı ildə yazır: "Nə qar, nə yağış, nə istilik, nə də gecənin qaranlığı bu məmurların işlərini tez bir zamanda yerinə yetirməsinə mane ola bilməz. Birinci Çapar tez bir zamanda ikinci Çapara çatdırır, ikinci üçüncünə çatdırır və ... beləliklə məktub məqsədə çatır, Yunanların Hefest məbədinə çatdırmaq üçün əllərində tutduqları Olimpiya məşəli kimi. "Əhəmənlər bu növ ata "Aq Qaroy" (Yunanca: Ἀγγαρήιον) deyirlər."Çaparların "Çapar Xana" binalarında yeni ləvazımları təmin edilərdi. "Çapar Xana" Əhəmənlər dövründə istifadə olunan poçt xidməti üçün bina adı. Sistem, Əhəmən İmperiyasının qurucusu II Kir tərəfindən icad edildi və daha sonra I Dara tərəfindən inkişaf etdirildi və imperyada kral ünsiyyət üsulu olaraq quruldu. Hər bir "Çapar Xana", əsasən Sardisdən Susaya qədər uzanan, imperyada böyük şəhərlərinin əksəriyyətini birləşdirən 2500 km uzunluğundakı qədim magistral yol olan Kral Yolu boyunca yerləşən bir stansiya idi.

Значение слова в других словарях

гарниро́вка де́спот иллюзо́рный иллюстрацио́нность инсектици́ды фити́н арсена́льный бас геодези́ст корре́ктно куламеситься рюмка таник autocritical Brighton chase up chilling-room corruption kaki kaleyard коломбина ломка накрывать распустёха творение