Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Priva
Priva (lat. Priva) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Priva (rayon)
Priva (fr. Privas) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ardeş. Suprefektura — Priva. Rayon əhalisi 2006-cı ildə 82 679 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 47 nəf / km². Rayon sahəsi — 1742 km².
Priva auricoccea
Priva auricoccea (lat. Priva auricoccea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin priva cinsinə aid bitki növü.
Priva socotrana
Priva socotrana (lat. Priva socotrana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin priva cinsinə aid bitki növü.
Sen-Priva - Qravelot döyüşü
Seynt - Priva- Qravelot vuruşu (Saint - Privat - Gravelotte) - Fransa–Prussiya müharibəsi gedişində 18 avsqust 1870-ci ildə Mets şəhərindən 12 km şim.-qərb və qərbdə yerləşən bu iki kənd ərazisində fransız Reyn ordusu ilə 1-ci və 2-ci alman orduları arasında baş vermiş döyüş. == Döyüşün gedişi == Vuruşun başlanmasına marşal A. Bazenin Reyn ordusu(130 min adam 450 top) yaxşı təchiz olunmuş Ronkur, Sen - Priva, Qravelot mövqelərini tuturdu. Mövqenin sol cinahı Metsın fortlarına dayanırdı. Qoşunlarının əsas qüvvələrini Bazen mövqenin mərkəzində və sol cinahında yerləşdirmişdi. Prus kralı I Vilhelmin komandanlığı( faktiki olaraq - qərargah rəisi X.Moltkenin) altında 1-ci alman ordusu və 2-cinin yarısı(ümumiyətlə 220 min adam 726 top), kəşfiyat işini təşkil etmədən, şimala hərəkət edərkən franszı ordusu ilə qarşılaşdılar. Moltke, franszı qoşunlarının dislokasiyasını yanlış müəyyən edərək, öz qoşunlarının əsas zərbəsini fransız mövqelərinin mərkəzinə yönəltdi. 9-cu, sonra 8-ci və 7-ci korpuslar cəbhə hucumları ilə müdafiyəni yarmaq və fransız mövqelərini tutmağa çalışırdılar. Lakin onların sıx rota sütunları yivli Şaspo tüfəngləri ilə silahlanmış fransız atıcılarının atəşindən böyük itki verirdilər. Ancaq axşama yaxın alman qvardiya korpusu və 9 -10-cu korpusların briqadaları, atıcı zəncirlərə səpələnərək, artilleriyanın əzici üstünlüyü şəraitində, franszıları sıxışdıra bildilər, Sen-Priva və Qravelotu tutdular. == Vuruşun sonu == Vuruşun sonunu, franszı mövqelərini dərin yandan alma təhlükəsi altına qoyan 12-ci alman korpusunun Ronkura hucumu həll etdi.
Primat
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. == Yarımdəstə və fəsilələri == Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae) Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) == Primatların xarakterik xüsusiyyətləri == Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Privzak
Privzak (fr. Privezac, oks. Privasac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12191. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 32 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 325 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 176 nəfər arasında (15-64 yaş) 127 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.2%, 1999-cu ildə 68.2%).
Ərkvaz
Ərkvaz — İranın İlam ostanının şəhərlərindən və Məlikşahi şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 14,225 nəfər və 2,771 ailədən ibarət idi.
Priap
Priap (yun. Πρίαπος; lat. Priapus) yunan mifologiyasında bolluq, bərəkət, artım (nəsiltörətmə) tanrısı, sürünün, arıların, balıqların və meyvələrin qoruyucusu, Dionisin Afroditadan olan oğlu; Dionisin nimfadan olan oğlu. Roma mifologiyasında o, əcaib, həddən ziyadə inkişaf etmiş, daimi ereksiyalı cinsiyyət üzvünə malik bir kişi cildində təsvir olunur. Qədim Misir mifologiyasında onun oxşarı bolluq, bərəkət tanrısı Osirisdir. Afrodita onu Lampsak yaxınlığında Abarnida adlanan yerdə dünyaya gətirmiş, lakin onun bu ədəbsiz görkəmini görcək dərhal ondan imtina etmişdir. == İstinadlar == == Mənbə == Hans Herter: Priapos. In: Der Kleine Pauly (KlP). Band 4, Stuttgart 1972, Sp. 1130–1131.
Admirallıq prikazı
Admirallıq prikazı (rus. Адмиралте́йский прика́з) — Rusiyanın Mərkəzi Dövlət Qurumunun Hərbi Dəniz Administrasiyasının prikazı. Onun səlahiyyətlərinə donanmanın hazırlanması, silahlanması, təchizatı və ekipajlara adi dəniz qulluqçularının cəlb edilməsi daxildir. Ədəbiyyatda Admirallıq İşləri Prikazı (Приказ адмиралтейских дел) da adlanır. Prikaza Voronej Admirallıq Məktəbi də daxil idi. == Başçıları == Aleksandr Protasyev (1696–1700) Fyodor Apraksin (18 fevral 1700–17??) Qriqori Plemyannikov (1700–17??) == İstinadlar == == Əlavə ədəbiyyat == С. Елагин, История русского флота. Период Азовский, издание 1864 года и 2 тома приложений. В. Чубинский, Историческое обозрение устройства управления морским ведомством в России. Издание 1869 года. Материалы для истории русского флота, тома I, II, III и IV, Sankt-Peterburq; Ф. Ф. Веселаго, Очерк русской морской истории, ч.
Aqnes Primas
Aqnes Primas (5 mart 1980, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Aqnes Primas, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Aqnes Primas, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Krivan dağı
Krivan (slovak. Kriváň, pol. Krywań) — Slovakiya ərazisində yerləşən, Yüksək Tatra dağlarının ən yüksək zirvələrindən biri. Zirvə ümumən Karpat dağlarına aiddir. Krivan 200 ildir Slovakiyanın simvolu və milli qürur mənbəyidir. 2009-cu ildən dövrüyyədə olan ölkənin 1, 2 və 5 qəpiklərinin üzərində Krivan dağı təsvir olunmuş. == Adın mənası == İlk dəfə Krivan adına 1639-cu ildə rast gəlinir. Sözün kökü kriv olub əyri, çevrilmiş mənası verir. == Coğrafiyası == Dəniz səviyyəsindən hündürlüyü - 2494 metrdir. Üç Stydniçki qəsəbəsindən hündürlük - 1353 metrdir.
Prisad adası
Prisad adası (bolq. остров Присад, ‘Ostrov Prisad’ \'os-trov 'pri-sad\) — Cənubi Şetland adalarının Lou adaları arxipelaq qrupuna daxil olan adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 520 m, cənub-şimal istiqamətində eni 640 metrdir. Limets yarımadasından 60 m məsafədə yerləşmişdir. Ada Şimal-şərqi və cənub-şərqi Bolqarıstanda yerləşən Prisad şəhərinin adını daşıyır. == Yerləşməsi == Prisad adası 63°13′55″ c. e. 62°10′38″ q. u.
Aechmea prava
Aechmea prava (lat. Aechmea prava) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Dorçə Piyaz
Dürçə Piyaz – İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,183 nəfər və 12,038 ailədən ibarət idi.
Dürçə Piyaz
Dürçə Piyaz – İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,183 nəfər və 12,038 ailədən ibarət idi.
E.Pritz.
Ernst Georq Pritzel (alm. Ernst Georg Pritzel‎ və ya alm. Ernst Pritzel‎; 15 may 1875 – 6 aprel 1946, Berlin) — Almaniya botaniki, pedaqoqu və müəllim.. == Şərəfinə adlandırılmış taksonlar == Pritzeliella Henn. bitki cinsi; Aşağıdakı bitki növləri: Podotheca pritzelii Acacia pritzeliana C.A.Gardner == Əsərləri == Fragmenta Phytographiae Australiae Occidentalis (Bot. Jahrb. 35, 662 pp. 1905). Südwest-Australien (Fischer, Jena, 1933). Wälder in Nordost-Queensland (Fischer, Jena, 1934).
Eva Rivas
Eva Rivas (emənicə: Եվա Ռիվաս; rusca: Ева Ривас; 13 iyul 1987) — erməni-rus müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edib. == Avroviziya 2010 == Ermənistanı Avroviziya 2010 mahnı müsaqibəsində fevralın 14-də keçirilmiş Milli Finalın SMS və münsif səsverməsinin nəticələrinə görə Eva Rivas təmsil edəcək. Lakin Milli Finalda Evanın rəqibləri olan Emmi-Mihran cütlüyü, eyni zamanda müğənni Razmik Amyan SMS səsverməsinin nəticələrinin saxtalaşdırıldığını bildiriblər. Evanın təmsilçi seçildiyi açıqlanarkən etiraz olaraq Emmi-Mihran və Razmik Amyan səhnəni tərk ediblər. Eva RivasAvroviziya 2010 yarışmasının ikinci yarım finalında "Apricot Stone" (Qaysı çəyirdəyi) adlı mahnı ilə yarışıb.
Kriva Palanka
Kriva Palanka — Şimali Makedoniyanın şərqində, Bolqarıstan sərhəddindən təxminən 5 km uzaqlıqda, Kriva Palanka bələdiyyəsinin mərkəzi olan şəhərdir. Əhalisi 14558 nəfərdir. Kriva Palanka şəhəri 21,000 əhalisi olan Kriva Palanka Bələdiyyəsinin ərazisində yerləşir. Şəhər respublikanın şimal-şərqində, Osogovo dağ silsiləsindən bir qədər uzaqda, Kriva çayının hər iki sahilində yerləşir. Şəhər Kumanovo şəhərindən 60 km, ölkənin paytaxtı Skopye şəhərindən isə 100 km məsafədə yerləşir. Çayın kənarında yerləşən şəhərin adı, Osmanlı İmperiyası dövründə "Eğri-Dərə" (əyri çay), sonralar isə "Eğri-Palanka" adlanıb. == Tarixi == Kriva Palanka ölkənin "ən gənc" şəhərlərindən biridir. Şəhər 1633-cü ildə Bayram Paşanın göstərişi ilə türklər tərəfindən qurulmuşdur. 20-ci əsrin əvvəllərində şəhərin çoxmillətli əhalisi var idi: 1900-cü ildə Vasil Kançevin "Makedoniya. Etnoqrafiya və statistika" kitabında şəhərdə 1,5 min xristian bolqar, 2,5 min türk, 20 Vlax və 320 qaraçı yaşadığı göstərilir.
Ravaz (Çaldıran)
Ravaz (fars. روض‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (21 ailə).
Revaz Asayev
Revaz Asayev (oset. Асаты Никъалайы фырт Реуаз; 15 may 1923, Kutsaxta[d], Axmeta rayonu – 2007) — Sovet və Cənubi Osetiya şairi, publisist və tərcüməçi. Cənubi Osetiyanın Əməkdar Mədəniyyət İşçisi. == Bioqrafiya == 1921-ci ildə (digər mənbələrə görə 1923 -cü ildə) Gürcüstanın Kutsaxta kəndində kasıb bir kəndli ailəsində anadan olmuşdur. 1930-cu ildə valideynləri ilə birlikdə Cənubi Osetiyaya köçür və burada 1938-ci ildə bitirdiyi yeddi illik məktəbə daxil olur. Elə həmin il Stalinir Pedaqoji Məktəbə daxil olur. Tələbəlik illərində, ilk şeir əsərlərini 1938-ci ildə Cənubi Osetiyanın dövri mətbuat səhifələrində nəşr etdirir. Çap olunan ilk şeirini Stalinə həsr edir. 1941-ci ildə pedaqoji məktəbdə təhsilini başa vurur və Stalinir aeroklubunun pilot məktəbinə daxil olur. Cəbhəyə könüllü olaraq gedir.
Revaz Cocuaşvili
Revaz Dzodzuaşvili (tam adı: Revaz Mixayloviç Dzodzuaşvili, gürc. რევაზ მიხეილის ძე ძოძუაშვილი, translit. Revaz Mixeylis dze Dzodzuaşvili; 10 aprel 1945 və ya 15 aprel 1945, Kutaisi) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş SSRİ və Gürcüstan futbolçusu, futbol məşqçisi. SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1972). 49 dəfə SSRİ milli futbol komandasının formasını geyinmiş; bu yığmanın tərkibində 1970-ci ildə Futbol üzrə Dünya Çempionatında, 1972-ci ildə isə Futbol üzrə Avropa Çempionatında və Münhendə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmişdir. SSRİ milli futbol komandası ilə Yay Olimpiya Oyunlarında bürünc, Futbol üzrə Avropa Çempionatında isə gümüş medal qazanmışdır. Futbol üzrə Avropa Çempionatında komanda yoldaşları — Murtaz Xurtsilava və Yevgeni Rudakovla birgə turnirin rəmzi komandasına seçilmişdir. == Bioqrafiya == === Oyunçu karyerası === Torpedo Kutaisi futbol məktəbinin yetirməsidir. 9-cu sinifdən etibarən (1962), İmereti komandasında oynadı.
Revaz Davidoviç
Rezo Davidoviç Çxeidze (gürc. რევაზ ჩხეიძე; 8 dekabr 1926, Kutaisi – 3 may 2015, Tbilisi) — Gürcüstan kinorejissoru, SSRİ Xalq artisti == Həyatı == Rezo Davidoviç Çxeidze 8 dekabr 1926-cı ildə Kutaisidə anadan olmuşdur. 1943-1946-cı illərdə Çxeidze Şota Rustaveli adına Tbilisi teatr institutunun rejissorluq fakültəsində oxumuşdur. 1953-cü ildə ÜDKİ-nin rejissorluq fakültəsini bitirmişdir. Onun sənət müəllimi Mixail Romm olmuşdur. 1953-cü ildə Çxeidze öz ssenarisi əsasında "Boris Pançadze" sənədli filmini çəkir. 1954-cü ildə Tengiz Abuladze ilə birlikdə o, iki sənədli film çəkir. 1955-ci ildə o, "Maqdananın Lurcası" filmini çəkir və 1956-cı ildə bu filmə görə Kann kinofestivalında mükafat alır. Rezo Çxeidze "Əsgər atası" filminə görə Gürcüstanın Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1980-ci ildə SSRİ xalq artisti adını və 1986-cı ildə "Sənin oğlun – Torpaqdır" filminə görə Lenin mükafatını almışdır.
Revaz Dzodzuaşvili
Revaz Dzodzuaşvili (tam adı: Revaz Mixayloviç Dzodzuaşvili, gürc. რევაზ მიხეილის ძე ძოძუაშვილი, translit. Revaz Mixeylis dze Dzodzuaşvili; 10 aprel 1945 və ya 15 aprel 1945, Kutaisi) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş SSRİ və Gürcüstan futbolçusu, futbol məşqçisi. SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1972). 49 dəfə SSRİ milli futbol komandasının formasını geyinmiş; bu yığmanın tərkibində 1970-ci ildə Futbol üzrə Dünya Çempionatında, 1972-ci ildə isə Futbol üzrə Avropa Çempionatında və Münhendə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmişdir. SSRİ milli futbol komandası ilə Yay Olimpiya Oyunlarında bürünc, Futbol üzrə Avropa Çempionatında isə gümüş medal qazanmışdır. Futbol üzrə Avropa Çempionatında komanda yoldaşları — Murtaz Xurtsilava və Yevgeni Rudakovla birgə turnirin rəmzi komandasına seçilmişdir. == Bioqrafiya == === Oyunçu karyerası === Torpedo Kutaisi futbol məktəbinin yetirməsidir. 9-cu sinifdən etibarən (1962), İmereti komandasında oynadı.
Revaz Laqidze
Revaz İliç Laqidze (gürc. რევაზ ილიას ძე ლაღიძე; 10 iyul 1921, Baqdati[d], İmereti – 16 oktyabr 1981, Tbilisi) — Sovet, gürcü bəstəkarı, müəllimi. Gürcüstan SSR xalq artisti (1961), Gürcüstan SSR əməkdar mədəniyyət xadimi (1958). == Həyatı == Revaz Laqidze 1921 -ci il iyulun 10-da Rusiya imperiyasının Kutaisi quberniyasının Bağdati kəndində anadan olub. 1948-ci ildə Laqidze Tiflis Konservatoriyasının bəstəkarlıq sinfini bitirib. Bəstəkarlıq fakültəsində məşhur gücü bəstəkarı Andrey Balançivadzenin kursununda təhsil alıb. Revaz Laqidze yaradıcılıq fəaliyyətinə 1940-cı ildə başlayıb. Onun kinoda ilk iş 1951-ci ildə “On bir zirvəyə fırtına” sənədli filmi olub. Revaz Laqidze Tbilisi Filarmoniyasının simfonik orkestrlərində (1941-1945), sonra isə Gürcüstan Radiosunda (1945-1949) skripka ifaçısı kimi çalışıb. O, musiqi fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olub.
Revaz Qabaşvili
Revaz Aleksandroviç Qabaşvili (gürc. რევაზ გაბაშვილი ;6 noyabr 1882, Tiflis – 14 mart 1969) — Gürcü siyasətçisi və alimi Gürcüstan Milli Demokrat Partiyasının yaradıcılarından biri. == Həyatı == Məşhur gürcü yazıçısı Yekaterina Qabaşvili və məşhur hüquqşünas Aleksandr Qabaşvilinin oğludur. Ailənin on uşağı var idi, amma onlardan ilk beşi erkən yaşlarda ölmüşdü. Revaz Qabaşvili ilk təhsilini Tiflisdəki gimnaziyada almış, 1902-ci ildə Belçikaya oxumağa getmişdi. 1905-ci ildə Revaz Belçikanın Lyej şəhərindəki Montefior Elektrik Mühəndisliyi İnstitutunda təhsilini yarımçıq qoyaraq Gürcüstana qayıtmaq və rus idarəçiliyinə qarşı inqilabi üsyanlarda iştirak etmək istəyir. Polis təqbindən Parisə qaçır. 1907-ci ildə Rusiyaya qayıdır və Bakıda yaşamağa başlayır. Burda Revaz Qabaşvili neft-kimya sənayesində çalışmağa başlayır. O ailə quraraq tədricən siyasi mübarizədən uzaqlaşır.