Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prius
Toyota Prius — dünyanın ilk seriyalı istehsal olunan hibrid avtomobilidir. 2005-ci ildə Avropada ilin avtomobili seçilmişdir. Ölçüsü, təchizatı və qiymətinə müvafiq orta sinif avtomobil qəbul edilir. Gələcəyin motor texnologiyası olaraq görülən hibrid sistemində benzinli və ya dizel bir motor ilə elektrik motoru eynizamanlı çalışır. Toyota, 1997-ci ildən indiyə qədər dünyada 613300 hibrid avtomobil satışı həyata keçirib. Prius satışları Avropada əhəmiyyətli ölçüdə bir artım göstərərək 2004-cü ildə 8136 ədəddən 2005-ci ildə 18886 ədədə çatmışdır.
Prut
Prut (ukr. Прут, rum. Prut, mold. Prut) — Ukraynada, Moldovada və Rumıniyada çay, Dunay çayının sol qolu. Moldovanın Rumıniya ilə dövlət sərhəddi Prut çayından keçir. Çayın uzunluğu 989 km, hövzəsinin sahəsi isə 27.5 min km²-dir. Şərqi Karpat dağlarından başlanır. Yağış və qar suları ilə qidalanır. Yanvardan martadək (45-50 gün) donmuş olur (mülayim havada buz örtüyü əriyir). Əsas qolları Rakovets, Çuqur, Çeremoş, Jijiya, Baxluy çaylarıdır.
Toyota Prius
Toyota Prius — dünyanın ilk seriyalı istehsal olunan hibrid avtomobilidir. 2005-ci ildə Avropada ilin avtomobili seçilmişdir. Ölçüsü, təchizatı və qiymətinə müvafiq orta sinif avtomobil qəbul edilir. Gələcəyin motor texnologiyası olaraq görülən hibrid sistemində benzinli və ya dizel bir motor ilə elektrik motoru eynizamanlı çalışır. Toyota, 1997-ci ildən indiyə qədər dünyada 613300 hibrid avtomobil satışı həyata keçirib. Prius satışları Avropada əhəmiyyətli ölçüdə bir artım göstərərək 2004-cü ildə 8136 ədəddən 2005-ci ildə 18886 ədədə çatmışdır.
Prut müharibəsi
Prut müharibəsi — 1710—1711-ci illərdə Çar Rusiyası ilə Osmanlı İmperiyası arasında baş verən müharibə. == Səbəbləri == Əsrin əvvəllərindən etibarən Osmanlı imperiyasına qarşı olan düşmənçiliyi daha da artan, isti dənizlərə enmək və Qara dənizə çıxış əldə etmək istəklərini daha da qətiləşdirən Rusiya çarlığı Osmanlı ilə müharibə üçün bəhanə axtarırdı. Şimal müharibəsi zamanı İsveç kralı XII Karlın ordusunun Poltava döyüşündə ağır məğlubiyyətindən sonra Dəmirbaş ləqəbli XII Karl qaçaraq Osmanlı imperiyasına sığındı. Bu bəhanə edən I Pyotrun qoşunları Osmanlı ərazısınə daxil oldu. Sultan III Əhməd Rusiyaya müharibə elan etdi (1710). == Savaşın qazanılması == Yenicə Sədri-Əzəm təyin olunan Baltaçı Mehmed Paşa 200 minlik ordu ilə İstanbuldan rus qoşunlarına doğru göndərildi. Onun ardıyca Osmanlı donanması və Krım xanın qoşunları da səfərbərliyə alındı. Osmanlı qoşunları Rus qoşununu Prut çayı sahilindəki Stanileşti kəndi yaxınlığında mühasirəyə alır. Vəziyyətin ağırlığını görən I Pyotr sülh danışıqları təklif edir. Krım xanının və XII Karlın israrlarına baxmayaraq, Baltaçı Mehmed Paşa sülh bağlamaqla kifayətlənir(1711-ci il, avqust ayında).
Prut çayı
Prut (ukr. Прут, rum. Prut, mold. Prut) — Ukraynada, Moldovada və Rumıniyada çay, Dunay çayının sol qolu. Moldovanın Rumıniya ilə dövlət sərhəddi Prut çayından keçir. Çayın uzunluğu 989 km, hövzəsinin sahəsi isə 27.5 min km²-dir. Şərqi Karpat dağlarından başlanır. Yağış və qar suları ilə qidalanır. Yanvardan martadək (45-50 gün) donmuş olur (mülayim havada buz örtüyü əriyir). Əsas qolları Rakovets, Çuqur, Çeremoş, Jijiya, Baxluy çaylarıdır.
Arcut
Arçut (rus. Арчут) — Pəmbək mahalında, indiki Quqark rayonunda kənd. == Tarixi == Arçut İrəvan quberniyasının Pəmbək mahalında, Böyük Qarakilsə şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində Arçut kimi qeyd edilmişdirToponim artuç (ardıc) bitki adı əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca sadə toponimdir. == Coğrafiyası və iqlimi == Kəndi Arçut çayı 2 bölür.Bazum daglarının ətəyində yerləşir.Soyuq kontinental iqlimi var yayi +18,+28 qışı +4,-25 dərəcə olur. == İqtisadiyyatı == Əkinçilik və heyvandarlıq daha geniş yayılıb. Tikiş fabrikasında 1230 nəfər işçi olub. 2240 nəfər basqa yerlərdə işləyənlər olub.
Pamiut
Pamiut (əvvəlki adı Frederikşab) — Sermersooq bələdiyyəsində, Qrenlandiyanın cənub-qərbində şəhər. Pamiut bölgəsində insanlar eramızdan əvvəl 1500-cü ildən yaşayırlar. Şəhərin adı kalalisut dilindən tərcümədə "Fyordun ğzının sakinləri" mənasını verir.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Pirit
Pirit (kükürd kolçedanı, dəmir kolçedanı) — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Kobaltpirit, nikelli pirit, mərgümüşlü pirit. == Xassələri == Rəng – açıq bürüncü-sarı, tez-tez oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9-5,2; S – 6-6,5; Ayrılma – {100} və {111} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; termoelektrik xassəsi var; bəzən detektor xassələri təzahür edir; Morfologiya – kristallar: heksaedrik, pentaqon-dodekaedrik, hərdənbir oktaedrik, bəzən burulmuş; heksaedr üzləri üzrə kobud, başqa üzlər üzrə isə nazik ştrixlərin olması ilə səciyyələnir; İkiləşmə: {110} və {111} üzrə təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, müxtəlif süxurlarda püruzlar, böyrək- və salxımvari aqreqatlar; konkresiyalar, sekresiyalar, stalaktitlər, bəzən – druzalar, pirrotin, maqnetit, hematit və üzvi qalıqlar üzrə psevdomorfozalar, markazit üzrə paramorfozalar, isti bulaqların çöküntülərində qabıq, qaysaq və nazik təbəqələr. == Mənşəyi və yayılması == Ən geniş yayılmış sulfid olub, müxtəlif genetik tipli filiz və süxurlarda rast gəlir. Piritin ən iri yığınları hidrotermal-çökmə və hidrotermal-metasomatik kükürd kolçedanı, mis-kolçedan və kolçedan-polimetal obyektlərində yerləşir. Kobaltpirit isə geniş miqyasda Mərkəzi Afrikanın stratiform tipli mis yataqlarında yayılmışdır. Skarnlar və maqnetit filizləri üzrə inkişaf edən sulfidlərlə sıx assosiasiyada kontakt-metasomatik yataqlarda rast gəlir. Daş kömürlər içərisində, həmçinin çökmə mənşəli dəmir, manqan və alüminium filizlərində və çökmə süxurlarda qeyd olunur. Aksessor mineral kimi püskürmə süxurlarda müşahidə edilir.
Plimut
Plimut — Böyük Britaniyada, İngiltərədə şəhər.
Priap
Priap (yun. Πρίαπος; lat. Priapus) yunan mifologiyasında bolluq, bərəkət, artım (nəsiltörətmə) tanrısı, sürünün, arıların, balıqların və meyvələrin qoruyucusu, Dionisin Afroditadan olan oğlu; Dionisin nimfadan olan oğlu. Roma mifologiyasında o, əcaib, həddən ziyadə inkişaf etmiş, daimi ereksiyalı cinsiyyət üzvünə malik bir kişi cildində təsvir olunur. Qədim Misir mifologiyasında onun oxşarı bolluq, bərəkət tanrısı Osirisdir. Afrodita onu Lampsak yaxınlığında Abarnida adlanan yerdə dünyaya gətirmiş, lakin onun bu ədəbsiz görkəmini görcək dərhal ondan imtina etmişdir. == İstinadlar == == Mənbə == Hans Herter: Priapos. In: Der Kleine Pauly (KlP). Band 4, Stuttgart 1972, Sp. 1130–1131.
Primat
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. == Yarımdəstə və fəsilələri == Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae)Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) == Primatların xarakterik xüsusiyyətləri == Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Prins
Prins Rocers Nelson (ing. Prince Rogers Nelson; 7 iyun 1958 – 21 aprel 2016) — ABŞ müğənnisi və mahnı yazarıdır. Daha çox eklektik sənət nümunələri və geniş vokal imkanları ilə məşhur olmuşdur. 21 aprel 2016-cı ilə Minnestodakı evində ölü tapılıb. Onun ölümünə səbəb zökəm tutulması idi. Xanımı isə onun narkotik maddələrdən öldüyünü güman edir. Prince, "Rolling Stone" jurnalının təşkil etdiyi Bütün Zamanların Ən Yaxşı 100 Sənətçisi siyahısında iyirmi yeddinci sırada yer almışdır.
Priva
Priva (lat. Priva) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
İprit
İprit (kimyəvi adı: dixlordietilsulfid) — İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir. Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 °C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir. == Toksiki xassələri == İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4–24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2–3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3–5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur. Əgər iprit buxarları gözə düşərsə, 2–4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir. İprit buxarları tənəffüs yollarına düşdükdə 4–12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.
Orkut
Orkut — 2004-cü ildə Orkut Büyükkökten tərəfindən Google əhatəsində qurulan sosial dostluq saytıdır. Onun təxminən 15 milyon üzvü var idi, onlardan 11 milyonu Braziliyada vətəndaşı idi. Google-un verdiyi açıqlamaya görə, sosial şəbəkə 30 sentyabr 2014-cü ildə bağlanıb.
Body Paint
"Body Paint" — İngilis rok qrupu Arctic Monkeys-in yeddinci studiya albomu The Car-da ifa olunan mahnı. == Tanıtım == Qrup mahnını ilk dəfə 22 sentyabr 2022-ci ildə ABŞ-nin Bruklin şəhərindəki Kings Theatre-da baş tutan konserti zamanı nümayiş edib. Konsertdə telefon çəkilişinin qadağan olunmasına baxmayaraq, bəzi tamaşaçılar səsyazma istifadə edərək mahnını sosial şəbəkələrdə yayımladılar. Bir həftə sonra 29 sentyabr 2022-ci ildə Body Paint musiqi videosu ilə birlikdə sinql kimi buraxıldı, həmin gün qrup Cimmi Fallonun The Tonight Show televiziya şousunda mahnını canlı ifa etdi.
Britt Dahlen
Britt Marqareta Dahlen (isveçcə:Britt Dahlén) - İsveçli müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Britt İsveçin Örebro şəhərində doğulmuşdur. Karyerasına ifaçılıq ilə başlamışdır. Onun seçilən mahnısı "Try Me" mahnısı İsveç və Yaponiya kimi ölkələrdə məşhurluq qazanmışdır. Həmçinin, "Into The Night" və "Love Me Forever" mahnıları seçilən mahnılarının sırasındadır.
Briud (rayon)
Briud (fr. Bonneville) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Yuxarı Luara. Suprefektura — Briud. Rayonun əhalisi 2006-cı ildə 46 149 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 30 nəf / km² . Rayon ərazisi — 1529 km².
Chris Pratt
Kris Prett(ing. Christopher Michael Pratt , 21 iyun 1979, Los-Anceles, ABŞ) — Amerika aktyoru.
Danielle Prins
Danielle Prins (12 iyun 1992, Brisben) — Avstraliyanı təmsil edən bədii gimnast. Danielle Prins 2016-cı ildə Avstraliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Danielle Prins 2016-cı ildə Avstraliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 61.016 xal topladı və 25-ci yeri tutaraq mübarizəni dayandırdı.
E.Pritz.
Ernst Georq Pritzel (alm. Ernst Georg Pritzel‎ və ya alm. Ernst Pritzel‎; 15 may 1875 – 6 aprel 1946, Berlin) — Almaniya botaniki, pedaqoqu və müəllim.. == Şərəfinə adlandırılmış taksonlar == Pritzeliella Henn. bitki cinsi; Aşağıdakı bitki növləri: Podotheca pritzelii Acacia pritzeliana C.A.Gardner == Əsərləri == Fragmenta Phytographiae Australiae Occidentalis (Bot. Jahrb. 35, 662 pp. 1905). Südwest-Australien (Fischer, Jena, 1933). Wälder in Nordost-Queensland (Fischer, Jena, 1934).
Gənc pirat
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Judas Priest
Judas Priest — 1969-cu ildə İngiltərədə yaranan heavy metal qrupudur. == Qrupun tarixi == 1969-ci ildə KK Downing və Ian Hill tərəfindən qurulan "Metal Gods" (Metal Allahı) ləqəbli İngilis Heavy Metal qrupu. Qrupa gitarist Glenn Tipton'ın sonradan iştirakı ilə birlikdə tarixdə bir dönüş nöqtəsi yaşanmış və cüt gitaralı ilk Heavy Metal qrupu qurulmuş oldu. "New Wave of British Heavy Metal"-ın təməlini atan Judas Priestin ilk vokalisti Al Atkins'dir, lakin qrup, rəsmi albom qeydlərinə Rob Halford (The Metal God) ilə başlamışdır. Qrupun Al Atkins ilə hər hansı bir albomu yoxdur. Qrupa "Metal Gods" ləqəbini qazandıran hadisə isə 1980-ci illərdə çıxan "British Steel" albomundakı "Metal Gods" mahnısı idi. 1974–1992-ci illər arasında qrupun vokalisti olaraq vəzifə yerinə yetirən Rob Halford, "Painkiller" albomu sonrası artıq fərqli şeylər etmək istədiyini açıqlayıb qrupdan ayrılmışdır. Rob Halford, qrupdan ayrıldıqdan sonra solo qrupu olan Fight'ı quraraq daha fərqli bir musiqi hazırlamışdır. Judas Priest'in bütün albomları "Qızıl Val" mükafatı almışdır. Musiqili olaraq bir çox qrupa liderlik edən Judas Priest, Heavy Metalın ən böyük qrupu olaraq bir çox musiqi növlərini də kəşf etmişdir.
Kodi Prior
Kodi Prior (28 oktyabr 1999-cu ildə anadan olub) — Liqa Bir təmsilçilərindən olan Donkaster Rovers klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İrlandiya futbolçusudur. == Klub karyerası == === Donkaster Rovers === Prior Donkaster Rovers akademiyası vasitəsilə inkişaf etmişdir. O, peşəkar karyerasında debütünü 3 oktyabr 2017-ci ildə Sanderlend U-21 klubuna qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Niall Meysonu əvəz etmişdir. Futbol Liqası Trofeyi görüşündə Donkaster rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. 2018-ci ilin iyun ayında Prior klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.