Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prikvel
Sikvel (ing. sequel [siːkwəl] — davam) — süjetə görə bir sənət əsərin davamı. Nümunə: Aleksandr Dümanın «İyirmi il sonra» romanı «Üç muşketor» romanın sikvelıdır. Trikvel sikvelın sikvelıdır. Nümunə: «Vikont de Brajelon və ya on il sonra» romanı «İyirmi il sonra» romanın sikvelıdır. Deməli, o «Üç muşketor» romanın trikvelıdır. Seriyanın dördüncü hissəsi adlandırmaq üçün bəzən Kvadrikvel terminı istifadə edilir. Prikvel (ing. prequel) — orijinal əsərin hadisələrdən əvvəl olmuş hadisələr haqqında danışan, amma orijinal əsərdən sonra çıxan sənət əsəri. Nümunə: «Maqın bacı oğlu» «Narniya Xronikaları» seriyasının, «Harri Potter: Prikvel» isə «Harri Potter» seriyasının prikvelıdılər.
Primates
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae) Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Printer
Printer – kompüterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür. Kompüter üçün ilk printer 1834-cü ildə Çarl Bebbic tərəfindən ixtira edilmiş mexaniki “Fərqlər aparatı” üçün dizayn olunub. Hal-hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (ing. Line Printer Terminal) və ya USB portu vasitəsilə qoşulur. LPT portu vasitəsilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsilə də printerləri qoşmaq mümkündür.
3d printer
Üçölçülü çapetmə prinsipcə sinterləmə ilə oxşar olan bu üsul başqa birləşdirmə metodu ilə işləyir və fiziki əsasına görə adi çapetməyə (plotter üsulu) bənzədiyindən üçölçülü çapetmə - 3D Printing adlanır. İlkin material kimi burada qranulatlardan və tozlardan istifadə edilir. İşçi zonaya qat şəklində çəkilmiş toz, xüsusi birləşdirici komponentin püskürdülməsi ilə bir-birinə yapışdırılır. Bu işləmə prinsipi demək olar ki, birləşdirilən materialın xassələrindın asılı olmadığından material seçimini asanlaşdırır. == İşləmə prinsipi == 3D Printing qurğusu işçi zonada yerləşən iki çəndən, işçi kameradan və bunların üzərində düzxəttli hərəkət edən çapetmə mexanizimindən (plotterdən) ibarətdir. Bu çənlər proses zamanı işçi zonaya toz verilməsinə, kamera isə əsasən prosesin aparılması, yəni hissənin qurulmasına xidmət edir. Hər bir çən hərəkətsiz divarlardan və Z istiqamətində hərəkətli lövhədən (dibdən) ibarətdir. Toz çənlərinin dibi hər bir yeni qat çəkilməzdən əvvəl yuxarıya hərəkət etdirilərək lazımi miqdarda toz qarışığını işçi zonaya çıxarır. Sonra bu kütlə xüsusi diyircəyin vasitəsilə işçi platformanın üzərinə bərabər yayılır. İşçi kamera isə əksinə olaraq hər addımdan sonra aşağıya doğru hərəkət etdirilir.
LCD-printer
LCD printer – maye-kristal elementlər əsasında olan printer. Lazerli printer (LASER PRINTER) kimi, bu printer də elektrofotoqrafiya texnologiyasına əsaslanır. LCD-printerdə boyaq maddəsini (toneri) kağızda qeyd etmək üçün elektrostatik yüklənmiş barabandan istifadə olunur. LCD-printerlərlə lazerli printerlər arasında önəmli fərq işıq mənbəyindən ibarətdir. LCD-printerlərdə daha parlaq işıq mənbəyindən, adətən, halogen lampadan istifadə edilir ki, maye-kristal sürgülər matrisindən keçən işıq barabana düşür və, beləliklə, çap ediləsi görüntünü formalaşdırır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
LED printer
LED printer (en. LED printer - Light-Emitting diode printer) – LCD və lazerli printerlərə bənzəyən elektrofotoqrafik printer; onda da tozşəkilli boyaq maddəsinin (tonerin) köməyilə görüntünü formatlaşdırmaq üşün elektrostatik yüklənmiş barabandan istifadə olunur. Baraban görüntüyə uyğun olaraq şüa ilə işıqlandırma yolu ilə yüklənir. Buna görə də LED-printerləri çox zaman yanlış olaraq lazerli printerlər adlandırırlar, ancaq onlar işıq mənbələrinə görə fərqlənirlər. LED-printerlərdə istifadə olunan işıq-diodları massivi baraban fırlandıqca yanıb-sönməklə görüntünü onun üzərinə vurur. İşıq mənbələri massivindən istifadə olunduğundan, LED-printerlər bir işıq mənbəyindən istifadə edən lazerli printerlərə nisbətən daha çox elektrik enerjisi sərf edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Lazerli printer
Lazerli printer (ing. Laser printer) – fotokopiya qurğularındakı texnologiyanın tətbiq olunduğu elektroqrafik printer. Fokusa yığılmış lazer şüası fırlanan güzgülü fotohəssas barabanın səthinin sahələrini elektrostatik yükləməklə səhifənin çap olunası görüntüsünü yaradır, baraban kağız vərəqi boyunca diyirlənir və kağızın üzərinə toz şəkilli boyaq maddəsi tökülür ki, onların hissələri kağızın yalnız yüklənmiş hissəsinə yapışır. Sonra tonerli kağız qızdırılır, boyaq maddəsi əriyir və bununla da vərəqin səthində qeyd olunur. Adətən, bundan sonra elektrik yükü barabandan kənarlaşdırılır, artıq toner isə yığılır. Yalnız toneri vurmaq və kağız verməyi təkrarlamaqla printer çoxlu kağız çap edə bilər. Lazerli printerlərin yeganə ciddi çatışmazlığı matrisli printerlərdəki kimi kağızla manipulyasiyada az çeviklikdir. == Xarakteristikaları == Lazer printerlərinin əsas parametrlərinə aşağıdakılar aiddir: düymdə nöqtələri yerləşdirmə imkanı, dpi (dots per inch-düymdə nöqtələr) məhsuldarlıq (dəqiqədə səhifələr); istifadə olunan kağızın formatı; özünün operativ yaddaşının həcmi. Lazer printerlərinin əsas üstünlükləri yüksək keyfiyyətli təsvirlərin alınması imkanları ilə bağlıdır. Orta sinif modellər 600 dpi çap, yarı peşəkar modellər-1200 dpi, peşəkar modellər 1800 dpi çap imkanını təmin edir.
Ləçəkli printer
Ləçəkli printer (ing. daisy-wheel printer, rus. лепестковый принтер), türk. papatya çarklı yazıcı) – çap hissəsi "qızçiçəyi" şəklində olan printer. Belə printerlərdə boyayıcı və ya qrafit lentdən istifadə edildiyindən, çap olunmuş hərflər aydın və azca qabarıq alınır, həm də simvollar yazı makinasında çap olunmuş kimi görsənir. Lazer printerlərinin geniş istifadəsinədək ləçəkli printerlər yüksək keyfiyyətli çap almaq üçün əsas vasitə olub. Qızçiçəyi çarxı (ing. daisy wheel, rus. лепестковый литероноситель, türk. papatya çarklı) – ləçəkli printerlərdə istifadə olunan çarxşəkilli çap elementi; liter formalarından ibarətdir və onların hər biri mərkəzi topa bərkidilmiş qolda yerləşirlər; bütün konstruksiya ləçəkli qızçiçəyinə oxşayır.
Printer üsküyü
Üsküklü printer – thimble printer ~ принтер со шрифтовыми наконечниками ~ yüksüklü yazıcı ~ çap ucluğu üskük şəklində olan printer. Bu printerlərdə, yazı makinalarında olduğu kimi, hazır literlərdən istifadə olunduğundan, onlarda çap olunan yazılar öz yüksək keyfiyyəti ilə seçilirdi. Lazer printerlərinin qiyməti çox baha olanda üsküklü printerlər populyar idi. Hazırda isə istifadədə olan üsküklü printerlərə rast gəlmək çox çətindir. Üskük – thimble ~ напёрсток ~ yüksük ~ hər bir simvolu ayrıca liter qoluna yerləşdirilmiş olan, qızçiçəyi çarxına (DAISY WHEEL) bənzəyən çap elementi. Qızçiçəyi çarxında olduğu kimi, bütün liter qolları mərkəzi çarx topunda birləşib, ancaq üskükdə liter qolları 90 dərəcə qatlanıb. Çap zamanı printer üsküyü elə fırladır ki, lazım olan liter çap olunacağı yerin qarşısında olsun və arxadan toxmaqcıqla liter qoluna zərbə endirərək literi kağıza vurur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Termal printer
Termal printer – thermal printer ~ термографический принтер ~ termal yazıcı ~ təmassız səssiz printer. Termik çap başcığına malikdir və xüsusi emal olunmuş kağıza çap edir. Belə kağızda çoxlu sayda tez qızan kiçicik noqtələr olur və çap həmin nöqtələrin qızdırılması ilə həyata keçirilir. Termal printerlər az baha printerlərdəndir və onlardan çox zaman kalkulyatorlarda və ucuz faks maşınlarında istifadə olunur. Bu printerlərdə çap olunmuş kağızlar zaman keçdikcə solur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şırnaqlı printer
Şırnaqlı printer (en. ink-jet printer ~ ru. струйный принтер ~ tr. mürekkep püskürtmeli yazıcı) – simvolları çap etmək üçün çox kiçik mürəkkəb damcılarını kağıza sıçradan printer. Mürəkkəb mayesini tullayan “forsunka” ya çap başcığının bir hissəsi olur, ya da onunla borucuq vasitəsilə bağlanır. Mürəkkəb buxara çevrilənədək çalxalanır və ya qızdırılır və çap başcığının kağızın üzərindən keçdiyi müvafiq anda çox kiçik “forsunka”lardan sıçradılaraq simvollar və ya qrafika formalaşdırır. Aşağı keyfiyyətli sürətli şırnaqlı printerlər verilənlərin emalı sistemlərində uzun müddət istifadə edilib. Son zamanlar çap keyfiyyəti yüksək olan şırnaqlı printerlər qiymət və funksional çeviklik baxımından lazerli printerə “meydan oxuyur”, baxmayaraq ki, onların sürəti ikincilərinkinə nisbətən aşağıdır. Standart kağızlardan istifadə etdikdə mürəkkəb çox zaman yayılır, bu da çapın dəqiqliyini aşagı salır. Bundan başqa, şırnaqlı printerdə yenicə çapdan çıxmış kağıza toxunduqda o, yayılır.
Ernst Georq Pritzel
Ernst Georq Pritzel (alm. Ernst Georg Pritzel‎ və ya alm. Ernst Pritzel‎; 15 may 1875 – 6 aprel 1946, Berlin) — Almaniya botaniki, pedaqoqu və müəllim.. == Şərəfinə adlandırılmış taksonlar == Pritzeliella Henn. bitki cinsi; Aşağıdakı bitki növləri: Podotheca pritzelii Acacia pritzeliana C.A.Gardner == Əsərləri == Fragmenta Phytographiae Australiae Occidentalis (Bot. Jahrb. 35, 662 pp. 1905). Südwest-Australien (Fischer, Jena, 1933). Wälder in Nordost-Queensland (Fischer, Jena, 1934).
Yüksək keyfiyyətli printer
Yüksək keyfiyyətli printer (ing. letter-quality printer) – işgüzar yazışmalar üçün məqbul çap keyfiyyətini (NEAR-LETTER-QUALITY) təmin edən hər hansı bir printer. Bu sıraya lazerli, kontakt (adətən, ləçəkli) printerlər, eləcə də tam formalaşdırılmış simvollardan istifadə edən bəzi matrisli printerlər aiddir. Yaxşı matrisli printerlər yüksək keyfiyyət almaq üçün hər bir sətri ikiqat çap edir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Virtual Private Network
VPN (ing. virtual private network) — iki kompüter arasında məlumatları virtual tunel vasitəsilə şifrələyərək ötürən əlaqə vasitəsidir. Azərbaycancaya "Virtual Şəxsi Şəbəkə" olaraq tərcümə olunur. VPN bağlantısi üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. Yəni VPN qurulmuş iki nöqtə arasında bir nöqtədən digərinə informasiya göndərilərkən həmin paket şifrələnir və digər tərəfdə deşifrələnir və informasiya açıq şəkildə təqdim olunur. Məhz buna görə bu texnologiya təhlükəli zonalarda daha geniş istifadə olunur. Yəni qoşulmaya kimsə müdaxilə etsə, əldə edəcəyi məlumat şifrələnmiş olur, amma bu cür hallar davamlı təkrar olunmur, çünki əgər VPN server məlumat sızması müşahidə edərsə, həmin əlaqəni başqa yolla marşrutlayır. Bəzi hallarda VPN istifadəçiləri evlərində, ofislərində köhnə kabellər işlətdiklərindən məlumat transferində paketlərin itməsi baş verir ki, VPN serveri də bunu xaker hücumu olaraq başa düşür və davamlı olaraq VPN əlaqəsini regenerasiya edir. İki cür VPN bağlantısı mövcuddur: Remote access VPN Site-to-site VPN Remote access VPN əlaqələri — evdə, yolda və ya səfərdə olan istifadəçilərin internet vasitəsilə şəbəkə tərəfindən təmin edilən infrastrukturu istifadə edərək xüsusi şəbəkə üzərindəki bir serverə qoşulmalarına imkan yaradır.
Amişa Patel
Amişa Patel (9 iyun 1975, Bombey) — Hindistanın kino aktrisası. == Həyatı == Amişa Patel 9 iyun 1976-cı ildə Hindistanın Mumbay şəhərində anadan olmuşdur. Valideynləri Amit və Aşa Pateldir. Ailədə 2 uşaqdırlar. Bir qardaşı (Aşmit Patel) var.
Dev Patel
Dev Patel (23 aprel 1990) — Böyük Britaniya aktyoru. Gənclik serialı "Skins"də Ənvər Xarral rolunu canlandıraraq karyerasına başlayıb. O, "Xarabalıqdan çıxmış milyonçu" filmi ilə şöhrət qazanmışdır, bu filmə görə o, "BAFTA" mükafatına namizədlik əldə etmişdir. "Sonuncu hava maqı" filmində Dev Patel Zuko rolunda oynayıb. == Həyatı == Dev Patel 23 aprel 1990-cı ildə Londonda anadan olub. Onun anası Anita qulluqçu, atası Raju isə İT sahəsində işləyib. Patelin valideynlərinin hər ikisi qucarat hindlisidir və gənc yaşlarında Londona köçüblər. Patel qücərat dilində azca da olsa danışa bildiyini bildirir.
Ratel (PDM)
"Ratel" ("ratel" — bal porsuğu) — 1968-ci ildə Cənubi Afrika şirkəti Sandock-Austral tərəfindən yaradılmış piyadanın döyüş maşını. Gövdəsi 6 ilə 20 mm qalınlığında olan polad zireh plitələrindən hazırlanır. Zirehli gövdənin alt hissəsi V-şəkillidir.
The Pirate Bay
The Pirate Bay (bəzən TPB kimi qısaldılır) — əyləncə mediası və proqram təminatının onlayn rəqəmsal məzmun indeksidir. 2003-cü ildə İsveçin Piratbyrån araşdırma mərkəzi tərəfindən qurulan Pirate Bay ziyarətçilərə BitTorrent protokolu istifadəçiləri arasında peer-to-peer fayl mübadiləsini asanlaşdıran maqnit bağlantıları və torrent faylları arasında axtarma, endirmə və töhfə vermə imkanları yaradır. Pirate Bay fayl paylaşımı, müəllif hüquqları və vətəndaş azadlıqlarının hüquqi aspektləri ilə bağlı mübahisələrə səbəb oldu və müəyyən edilmiş əqli mülkiyyət qanunlarına qarşı siyasi təşəbbüslər platformasına və müəllif hüquqları əleyhinə hərəkatın mərkəzi fiquruna çevrildi. Veb sayt fəaliyyətini davam etdirmək üçün bir sıra yeni veb ünvanlarına keçərək bir neçə dəfə bağlanma və domenlərin müsadirə olunması halları ilə üzləşdi. 2009-cu ilin aprelində saytın təsisçiləri (Piter Sunde, Fredrik Neyc və Qotfrid Svartholm) İsveçdə Pirate Bay işində müəllif hüquqlarının pozulmasına kömək etməkdə təqsirli bilinərək bir il həbs və cərimə cəzasına məhkum edildilər. Bəzi ölkələrdə internet provayderlərinə (ISP) vebsayta girişi bloklamaq tapşırılıb. Daha sonra proksi saytlar vasitəsi ilə bu saytla giriş əldə olundu. Təsisçilər Svartholm, Neyc və Sunde qısamüddətli cəza çəkdikdən sonra 2015-ci ildə azadlığa buraxıldı.
Age of Pirates: Captain Blood
Age of Pirates: Captain Blood (azərb. Quldurlar Dövrü: Kapitan Qanı‎) — "THQ" tərəfindən hazırlanan, "MTV Games" tərəfindən nəşr edilən və döyüş-macəra janrında olan ləğv edilmiş videooyunu. Oyun Rafael Sabatininin "Kapitan Bladanın odisseyası" romanına əsaslanmışdı. Oyunçu bir 1685-ci ildə Amerikanın İspaniya sahillərində yaşamış bir gəmi kapitanını idarə edəcəkdi. == Geympley == "Captain Blood" dəniz qulduru-mövzulu missiya-əsaslı strukturu olan bir hack and slash döyüş oyunu olacaqdı. Oyunçular həm quruda, həm də dənizdə çoxlu düşmənlərlə, gəmilərlə döyüşəcəkdi. Oyunda əlbəyaxa döyüş üçün düşmən gəmisinə abordaj etmək xüsusiyyəti olacaqdı. Oyunçular düşmənləri məğlub edərək xüsusi ballar toplaya, bu ballarla yeni silahlar və döyüş yolları əldə edə biləcəkdi. Oyun 2006-cı ildə orijinal Xbox konsolu üçün satışa çıxarılacaqdı, ancaq 2005-ci ildə 7-ci nəsil videooyun konsolları üçün hazırlanmağa başlandı.
Sonuncu hava maqı. Prikvel: Zuko Əhvalatı
Zuko Əhvalatı (ing. Zuko's Story); tam adı Sonuncu hava maqı. Prikvel: Zuko Əhvalatı (ing. The Last Airbender Prequel: Zuko's Story) — M. Nayt Şyamalanın Sonuncu hava maqı filmin prikvel komiksi.
Pirates of the Caribbean: Armada of the Damned
Pirates of the Caribbean: Armada of the Damned (azərb. Karib dənizinin quldurları: Lənətlənmişin Armadası‎) — "Propaganda Games" tərəfindən hazırlanan və "Disney Interactive Studios" tərəfindən nəşr olunan ləğv edilmiş döyüş-macəra rol videooyunu. Oyun Xbox 360, PlayStation 3 və Microsoft Windows platformaları üçün hazırlanırdı. Oyun "Karib dənizinin quldurları" film franşizası əsaslı ilk açıq-dünya videooyunu olacaqdı. Oyun 1 fevral 2011-ci il tarixində satışa çıxarılacaqdı, ancaq "Propaganda Games"in bağlanmasından bir neçə ay əvvəl, 2010-cu ilin oktyabr ayında ləğv olunmuşdur. "Qara mirvarinin lənəti" filmindən əvvəl keçən oyunun baş qəhrəmanı hörmət qazanmaq üçün Karib dənizini səyahət edən quldur kapitan Ceyms Sterlinq idi. Oyun məzmunu haqda az məlumatın elan edilməsinə baxmayaraq, filmin əsas hekayəsindən müstəqil olması və yeni personajlar ehtiva etməsi nəzərdə tutulurdu. Geympley gerçək-zamanlı döyüş və silah özəlləşdirmə kimi rol videooyunu elementlərinə sahib idi. "2009 Electronic Entertainment Expo"da elan olunmasından sonra oyun jurnalistlərdən müsbət rəylər almışdır. "IGN" işçisi Demon Hetfild oyunun "ümidverən bir ekşen rol oyunu olacağını" düşünürdü, "GamesRadar" isə oyunun geympleyini "Assassin's Creed" ilə müqayisə edərək tərifləmişdir.