Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parker Solar Probe
Parker Solar Probe — ABŞ-nin Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) “ Parker Solar Probe ” peykini Günəşə göndərib.Florida ştatının Kanaverel kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır.Parker Solar Probenin yeddi il ərzində 24 dəfə Günəş ətrafında hərlənərək ona rekord yaxın məsafədə - 8.86 Günəş radiusu və ya 6.1 milyon kilometr yaxınlaşması planlaşdırılır.Dəyəri 1,5 milyard ABŞ dolları olan peykin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.
CROBEX
CROBEX — Zaqreb fond birjasına əsaslanan Xorvatiyanln əsas fond indeksi. 2017-ci ildə indeksə 25 şirkət daxil idi. Hər bir elementin çəkisi onun kapitallaşdırılmasına əsasən müəyyən edilir, lakin 20%-dən çox ola bilməz. == Tarixi == İndeks 1 sentyabr 1997-ci ildən hesablanmağa başlandı, lakin 1000 bal baza dəyəri kimi birjanın 1 İyul 1997-ci ildə olan vəziyyəti qəbul olunub. 4500 baldan ibarət olan ən yüksək həddə 2007-ci ilin aprel ayında çatmışdır.
Problem
Problem (q.yun. προβλήμα) — öyrənilməsini və həllini tələb edən mürəkkəb və praktiki situasiya; hansısa vəziyyətin, obyektin, qeyri-müəyyənliyin mürəkkəbliyinin nəzəri isahını gözləyən hal. Həllində əsas məsələ onun düzgün izah edilməsidir. Düzgün izah edilməyən problem onun istinad nöqtəsindən uzaqlaşmasına səbəb olur.Problem məsələdən onunla fərqlənir ki, onun həll üçün öz resursları yoxdur və kənardan dəstəyə ehtiyacı vardır. Qarşılıqlı problemlərin məcmusu problematika adlanır. == Təsnifat == === Bəşəriyyətin problemləri === ekologiya, sağlamlıq, qida, energetika, nəqliyyat problemləri; demoqrafik problemlər; təbiətin talan edilməsi; planetə qarşı diqqətsizlik; cinayətkarlıq; regionların qeyri-bərabər inkişafı; əmək bazarındakı problemlər; ailə institunun problemləri; yeni texnologiyaların tətbiqinin problemləri; === Proqnozlaşdırma imkanları === proqnazlaşdırıla bilinmir ( təbii fəlakətlər, insan faktoru); poqnozlaşdırılır.
Proloq
Proloq yunanca πρόλογος — müqəddimə: Proloq — Hər hansı mətnin, yazılı mülahizənin girişi; Proloq — pravoslav kitab qiraəti, o Sinaksaridə adlanır; Proloq — çoxgünlük velosiped yarışmasıını kiçik start mərhələsi; Proloq dili — məntiqi proqramlaşdırma dili.
Proses
Proses (lat. processus) — obyektin zaman çərçivəsində vəziyyətin kəmiyyət və keyfiyəət baxımından tədricən dəyişməsi; bir birinə bağlı olan hərəkətlərin cəmi, hansısa bir işin gedişi. == Fizika və riyaziyyatda == Termodinamik proses Təsadüfi proses == Geologiyada == Relyefəmələgəlmə prosesi == İnformatikada == İnformatikada proses abstrakt anlayışdır. Kliyent prosesi Server prosesi Sinxron proses Asinxron proses Фоновый процесс == Hüquqda == Məhkəmə prosesi — hüquqi termin, prosessual qanunvericiliyə uyğun olaraq məhkəmədə məhkəmə işinin baxılması.
Protea
Proteya (lat. Protea) — proteyakimilər fəsiləsinə aid bitki cinsi.
Protez
Protez, əskik olan bədən üzvlərininin yerinə işlədiləcək şəkildə edilmiş cihazların ümumi adıdır. Xəsarət, şiş cərrahiyələri, qanqren, iltihab və bunun kimi digər orqan ziyanları nəticəsində vücudun geri qalanının sağlamlığını qorumaq məqsədi ilə ziyan görən orqan çıxardılar. Bu orqanın funksiyasının və şəklinin yerinə işlənən protezler bu orqandan geriyə qalan bədən boşluğuna köməkçi materiallar vasitəsi ilə taxılar. Protezler yerinə işlədildiyi bölgəyə görə adlandırılırlar: çənə-üz protezləri, diş protezləri, qol, əl, ayaq protezləri, qulaq protezləri, saç protezləri, göz protezləri və s. Çoxu protez orqanının funksiyasının və görünüşünün yerinə tam olaraq işlədilə bilməz, amma bir dərəcəyə qədər köməkçi ola bilər. Ancaq yenə də protez istehsalı ilə xəstənin psixologiyası xeyli düzələ bilər. Protezler kauçuk, vinil, titan, qızıl və bunun kimi müxtəlif maddələrdən hazırlanır. Protezləri vücuda tutdurmağın bu kimi yolları var: Orqan ziyanının olduğu qisimdə protezin girib tutuna biləcəyi bir mexaniki mühafizəkar sahəsində mexaniki mühafizəkarlıqla, Mexaniki mühafizəkarlığın az olduğu vəziyyətdə sap, klemp, məngənə, qarmaqlar, kroşe kimi köməkçi vasitələrlə, Bəzi toxuma vasitələri ilə.
Proşek
Proşek (xorv. Prošek) — şirin desert şərabı. Şərab Xorvatiyada və ölkənin cənub hissəsindəki Dalmasiya regionunda ənənəvi olaraq istehsal edilir. Adının mənşəyi tam məlum deyilş Amma güman olunur ki, ad xorvat sözü olan prošli (son) sözündən götürülmüşdür. Bu adın qoyulmasına səbəb şərab üçün istifadə edilən üzümün çox gec qıcqırmasıdır. == Təsviri == Şərab üzüm giləmeyvələrinin kollarından passito (həsir şərabı) üsulu ilə qıcqırmasından alınır və istehsal edilir. Proşek çox keyfiyyətli şərab hesab olunur. Ona görə də, digər şərablara nisbətən daha bahalıdır. Buna səbəb onun istehsalına orta hesabla digər şərablardan yeddi dəfə daha çox üzüm tələb olunmasıdır. İstehsalçılar şərab istehsalı zamanı spirtin yüksək həddindən istifadə edirlər.
Abrazion proses
Abraziya (geomorfologiya)
Adiabat proses
Adiabatik proses (yun. adiabatos - bağlı) - havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. == İzahı == Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Adiabatik proses
Adiabatik proses (yun. adiabatos - bağlı) - havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. == İzahı == Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Coğrafi proses
Coğrafi proses təbii və ya təbii-antropogen səbəblərin təsiri altında ərazinin landşaft xassələrinin tədricən, lakin bəzən kəskin dəyişməsi. Dəyişkənlik fiziki-coğrafi ola bilər və ya iqtisadi və sosial coğrafi hadisələrə toxuna bilər. Coğrafi proses təsərrüfat və cəmiyyətin həyatı üçün pozitiv və neqativ ola bilər. Ora həmişə bir sıra geosistemlərdə, iyerarxiyanın aşağı səviyyələrində baş verən dəyişikliklər daxil olur, böyük ərazilərdə inkişaf etdikdə isə bütün təbii sistemlərə təsir göstərə bilər. Coğrafi prosesin gedişində həm dağıdıcı dəyişikliklər, həm də bərpaedici suksessiyalar baş verir, belə ki, Coğrafi proses bir-birinə zidd olan qarşılıqlı təsir transformasiyası, özününizamlayıcı və özünübərpaedici təbii sistemlər kimi təzahür olunur.
Denudasion proses
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. == Denudasion proses == Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür.
Ekoloji problem
Ekoloji problem — bəşəriyyətin yaşaması və mövcud olmasının əsas problemlərindən biridir. Bu problemin həll edilməsinin xüsusi əhəmiyyəti onunla izah olunur ki, hazırda antropogen fəaliiyət nəticəsində qlobal iqtisadi-ekoloji sistemin deqradasiyası geniş miqyas almışdır. Öz növbəsində bu proses təbiətdən səmərəsiz istifadə edilməsi (mineral ehtiyatların tükənməsi, torpaqların eroziyası, səhralaşma, meşələrin qırılması)həm də insanların istehsal və qeyri-istehsal fəaliyyətinin tullantıları ilə ətraf mühitin çirklənməsinin nəticəsində baş verir. İnsanlar dünyanı təmiz saxlamağa çalışmalıdır. === Qlobal ekoloji problem === Tropik meşələrin qırılması, səhraların genişlənməsi su və mineral xammal ehtiyatlarının azalması, havanın temperaturunun artması, ozon qatının deşilməsi, kəskin iqlim dəyişiklikləri və s. qlobal ekoloji problemlərdir. Dünyanın müxtəlif ölkələrində və regionlarında böhranlı, ağır və fəlakətli ekoloji vəziyyətə malik olan rayonlar yaranmışdır. Onlardan bir çoxunda yaşamaq mümkün deyildir, hətta yaşayış üçün çox təhlükəlidir. Belə rayonlara Çernobıl AES və Mərkəzi Asiyada Aral gölünün ətrafı aid edilə bilər. İstixana effektinin təhlükəsi artmışdır, təhlükə mövcud olan ərazilər genişlənir, təbii fəlakətlər daha tez-tez baş verir, İEOÖ-də ekoloji vəziyyət daha mürəkkəbdir və böhran həddinə çatmış, insanların normal yaşayışı üçün təhlükə mənbəyinə çevrilmişdir.
Kriogen proses
Kriogen proses - torpağın mənfi dərəcəyə qədər soyuması, donması və donunun açılması vaxtı baş verən fiziki, fiziki-kimyəvi və bioloji proseslərin məcmusu. == Xüsusiyyəti == Torpağın çat verməsi Torpaq donarkən torpaq kütləsinin qarışması və torpaq nəmliyinin miqrasiyası Çınqıl və daş qırıntılarının torpaq kütləsindən çıxarılıb onun səthində paylanması və strukturu-oliqonal törəmələrin çoxkünclü daşlar, tor və s.-nin formalaşması Şaxta - don qabarmaları və s.
Lesya Orobes
Lesya Yuriyevna Orobes (3 may 1982-ci il, Kiyev) — Ukrayna siyasətçisi, Ukrayna xalq deputatı, Batkivşina partiyasının üzvü.
Politrop proses
Politrop proses - xüsusi istilik miqdarı dəyişməz qalan termodinamik prosesə deyilir.
Probka ağacı
Probka qaraağac
Proloq dili
Proloq dili-Proloq məntiqi proqramlaşdırma dilidir ki Süni intellekt və Hesablamalı dilçilik ilə əlaqədardır. Sadə proloq proqram faktlardan və qaydalardan təşkil olunmuşdur. Məsələn: pisik(qacir). Şəklində bir fakt təyin edək. İndi proloqla bu faktı çağırdıqda bizə doğru qiymət qaytaracaq. ?- pisik(qacir). Əgər "qacir" əvəzinə bir dəyişən daxil etsək, bizə bu dəyişənin qiymətini qaytaracaq. ?- pisik(X). X = qacir.
Protea angolensis
Protea angolensis (lat. Protea angolensis) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea aristata
Protea aristata (lat. Protea aristata) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea aurea
Protea aurea (lat. Protea aurea) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea auriculata
Protea eximia (lat. Protea eximia) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Protea bauerii
Protea caffra (lat. Protea caffra) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.