Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Proteza
Proteza — Azərbaycan dilinin əlamətdar xüsusiyyətlərindən biri budur ki, söz daxilində saitlər, sözün başında və sonunda isə samitlər yanaşı gəlməz. Buna görə də qrammatik dəyişmədə və alınma sözlərdə səs yanaşmaları olduqda yanaşı həmcins səsləri bitişdirmək üçün müəyyən səs əlavə olunur. Beləliklə də, dilin fonetik sistemində səsartımı adlanan hadisə yaranır. Səsartımı hadisəsi məqamına və vasitəsinə görə 2 cür formalaşır: Müxtəlif məqamda yanaşı düşən saitləri bitişdirmək üçün vasitəçi halında saitlər arasına müəyyən samit əlavə olunur. Samitartımı iki cürdür: Yazıda sabitləşən, yazıda sabitləşməyən. Yazıda sabitləşən samitartımı əsasən saitlə bitən sözə saitlə başlanan şəkilçinin bitişdirilməsi üçün istifadə olunan səsartımıdır. Yazıda sabitləşmiş samitartımı qanununun formalaşmasında, əsasən, üç bitişdirici samitdən istifadə olunur. N:aşağıdakı məqamlarda işlənir: 1)Saitlə bitən sözlərə təsirlik və yiyəlik hal şəkilçiləri bitişdiriləndə: ata-n-ı, ata-n-ın, güzgü-n-ü, güz-gü-n-ün və s. 2)Üçüncü şəxs mənsubiyyət şəkilçisi qəbul etmiş sözlərə hal şəkilçiləri bitişdiriləndə: onun qardaşı-n-a onun qardaşı-n-ı və s. 3)Bu, o əvəzliklərinə hər cür şəkilçi bitişdirildikdə: bu-n-a, o-n-a, bu-n-dan, o-n-da və s.
Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti
Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti (APYC; Азәрбајҹан Пролетар Јазычылар Ҹәмијјәти) — Azərbaycan SSR-də ədəbi təşkilat. Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti 1928-ci ildə Bakıda "Qızıl qələmlər" cəmiyyəti əsasında yaradılmışdır. 1928 və 1929-cu illərdə iki qurultayı olmuşdur. Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin fəaliyyətində proletar ədəbiyyatının hegemonluğu uğrunda və burjua ideologiyası əleyhinə mübarizə ilə yanaşı, ədəbi inkişafa maneə olan qrupbazlıq, inzibatçılıq halları nəzərə çarpır, vulqar sosioloji səhvlərə yol verilirdi. Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin "Ədəbi-bədii təşkilatların yenidən qruplaşması haqqında" 23 aprel 1932-ci il tarixli qərarına əsasən Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti ləğv edilmiş və Azərbaycan Yazıçılar İttifaqı yaradılmışdır.
Fəxri Proletar Döş Nişanı
"Fəxri proletar" döş nişanı
Fəxri Proletar Döş Nişanı — Azərbaycan SSR-in ilk dövlət mükafatı. 1920-ci ilin yayında təsis edilmiş və 1921-ci ilin sonunadək mövcud olmuşdur. Ovalşəkilli formada gümüşdən düzəldilmiş və qızıl suyuna çəkilmiş bu nişanın ölçüsü 3,5 x 4,5 sm olmuş, hər iki tərəfdən yarpaqlarla haşiyələnmişdir (soldan hərbi xidmətləri simvolizə edən dəfnə yarpağı ilə, sağdan isə mülki xidmətləri simvolizə edən palıd yarpaqları ilə). Fəxri nişanın aşağısında qırmızı rənglə mina qatı çəkilmiş lentin üzərində "АССР" (yəni — rus. Азербайджанская Советская Социалистическая Республика) abreviaturu həkk olunmuşdur. Nişanın ortasında Yer kürəsinin mavi və sarı rənglərlə minalanmış qabarıq təsviri üzərində üzüyuxarı şəkildə qırmızı rəngli ay-ulduz yerləşdirilmişdir. Nişanın yuxarı hissəsində 1920 rəqəmi yazılmışdır. Nişanın çevrəsi boyu ərəb qrafikası ilə "Azərbaycan Şura Cümhuriyyəti" sözləri yazılmışdır. Nişan Bakı zərgərləri tərəfindən əllə hazırlanırdı. Mükafat Azərbaycan İnqilab Komitəsinin qərarı ilə təltif edilirdi.
Azad Proletar Ədəbiyyatı Akademiyası
Azad Proletar Ədəbiyyatı Akademiyası (ukr. Вільна Академія Пролетарської Літератури) və ya qısaca VAPLİTE (ВАПЛІТЕ) — Ukrayna SSR-də ədəbi ittifaq. İttifaq 1926-cı ilin fevralında Xarkovda təsis edilmişdir. Faktiki lideri Mikola Xvılevoy, prezidenti Mixail Yalovoy və sonradan Nikolay Kuliş, katibi isə Arkadi Lyubçenko olmuşdur. Təşkilat Qərbi Avropa mədəniyyətinin ən yaxşı nailiyyətlərini mənimsəməklə yeni Ukrayna ədəbiyyatının yaradılmasının təməlində dayanmışdı. Kommunist Partiyasının rəsmi tələblərini qəbul edərək, ədəbi siyasət məsələlərində VAPLİTE müstəqil mövqe tutmuş və yeni Ukrayna ədəbiyyatının ixtisaslı müəlliflər tərəfindən yaradılması ideologiyası üzərində dayanmışdır. Xvılovinin fikirləri Ukrayna SSR-in partiya və hökumət nümayəndələri tərəfindən VAPLİTE-nin tənqidinə səbəb olmuşdur. Xvılovinin "Odunçular" əsəri xüsusilə kəskin hücuma məruz qalmışdı. 28 fevral 1928-ci il tarixində davamlı təqiblərə görə VAPLİTE öz-özünü ləğv etmək məcburiyyətində qalmışdır. Təşkilatın üzvləri fəaliyyətlərini "Literaturniy yarmarok" antologiyasında (1928–1929) və "Prolitfront" təşkilatında davam etdirmişlər.
Proletar Bakısının Sovetlərini Möhkəmləndirək (1934)
Kinoxronikanın xüsusi buraxılışı Bakı Sovetlərinin fəaliyyətindən danışır. Film saxlanılmayıb.
Proletar Bakısının sovetlərini möhkəmləndirək (film, 1934)
Kinoxronikanın xüsusi buraxılışı Bakı Sovetlərinin fəaliyyətindən danışır. Film saxlanılmayıb.