Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məryəm Kromah
Məryəm Kromah (d. 1 yanvar 1994) — Liberiyanı təmsil edən yüngül atlet (sprinter). Məryəm Kromah Liberiyanı 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Məryəm Kromah birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qaçış yarışlarında Kromah 52.79 saniyə nəticəyə imza atdı və 5-ci yeri tutdu.
Primat
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. == Yarımdəstə və fəsilələri == Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae)Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) == Primatların xarakterik xüsusiyyətləri == Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Prokat
Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s). == Prokat istehsalı == Prokat istehsalı poladdan və digər metaldan yayma yolu ilə müxtəlif məmulat və yarımfabrikat (prokat) alınması, habelə onların keyfiyyətini artırmaq məqsədilə təkrar emal edilməsi (termiki emal, örtük çəkmə və s.). Sənaye ölkələrində əridilən poladın 4/5 hissəsindən çoxu yayma üsulu ilə emal edilir. Prokat istehsalı adətən metallurgiya (az hallarda maşınqayırma) zavodlarında təşkil edilir və bir qayda olaraq (xüsusilə qara metallurgiyada) istehsal dövrünün sonuncu mərhələsi olur. Əsas prokat növlərinə aşağıdakılar aiddir: yarımməhsul və ya pəstah, vərəq və çeşid prokat, yayma boruları, maşın detalları pəstahları (xüsusi prokat növləri) — təkər, halqalar, oxlar, burğular, kürələr, dəyişən en kəsikli profillər və s. Ölçüləri göstərilməklə yayılan məmulatlar prokat çeşidi (sortamenti) adlanır. Prokatın əsas hissəsi azkarbonlu poladdan, bəzi hissəsi legirlənmiş va tərkibində karbonun miqdarı artırılmış (0,4%-dən çox) poladlardan hazırlanır. Əlvan metal (alüminium, mis, maqnezium, sink və onların ərintiləri) prokatları başlıca olaraq vərəq, lent və məftil şəklində istehsal olunur (əlvan metallardan boru və çeşidli profillər başlıca olaraq pressləmə yolu ilə hazırlanır). Müasir metallurgiya zavodlarında polad prokat iki üsulla istehsal olunur. Birinci üsulda başlanğıc material kimi metal qəlibə tökülmüş külçələrdən istifadə edilir.
Promil
Promil (lat. pro mille – hər minə) — hər hansı kəmiyyətin mində bir hissəsi. Promil faizin onda birinə bərabərdir və ‰ işarəsi ilə qeyd olunur. Bu işarənin üç ədəd sıfır rəqəmindən tərtib edilməsi Promilin tərifi ilə əlaqədardır. Bəzi kəmiyyətlər ənənəvi olaraq Promil ilə ölçülür; məsələn, dəniz suyunun şorluğu ‰ ilə göstərilir. Suyun şorluğunun 35 Promil olması onun kütləsinin 0,035 hissəsinin duzlardan ibarət olduğu deməkdir (hər litrə 35 qram). Dəmir yollarının meyilliliyi kiçik olduğundan onu da Promil ilə hesablayırlar.
Propan
Propan, C3H8 — Alkanlar sinfindən üzvi maddə. Təbii qazın tərkibində mövcuddur və neft məhsullarının parçalanması zamanı əmələ gəlir. Zəhərlidir. == Fiziki xassələri == Propan rəngsiz, iysiz qazdır. Suda çox az miqdarda həll olur. Qaynama temperaturu -42,1 °S. Buxar konsetntratları 2,1%-dən 9,5%-ə qədər olan hava ilə qatışığı partlayış təhlükəsi yaradır. 0,1 MPa təzyiqdə (760 mm c.süt.) öz-özünə yanma temperaturu 466°S-dir. == Kimyəvi xassələri == Alkan sırasının digər nümayəndələri ilə eyni kimyəvi xassələrə malikdir (dehidridləşmə və s.).
Xroman
Xroman (benzodihidropuran) - heterotsiklik quruluşa malik üzvi birləşmədir və kimyəvi formulu: С 9 Н 10 О Daha mürəkkəb quruluşa malik törəmələri vardır: tokoferol,tokotrienol. Dianin birləşməsi, eləcə də dərman preparatları- troqlitazon, ormeloxifene və nebivolol. Bu maddələr çox vaxt elə xromanlar adlanır. Xromane, 2 və 3 mövqelərində orto əridilmiş bir benzol halqa olan bir piran halqadan ibarət olan bir benzopirandır == Alınması: == Fenolun və asetonun kondesləşməsindən alınır .Mezitil fenolun oksidləşməsindən Dianin birləşməsi alınır. Dianin bu reaksiyanı turş mühitdə aparmışdır 2,2,4-trimetil-4-4(oksifenil)xroman adlandırmışdır == Fiziki Xassələri == Qaynama temperaturu: 215 °C Molekul kütləsi: 268,3 q\mol Alışma temperaturu: 156,4 oC == Kimyəvi xassələri == Sərbəst oksi qrupun iştirakı ilə β-(o-oksifenil) etilalkil (XXXV və XLII) və ya arilketon təsiri il γ-xromen (XLIII) əmələ gəlir ki, buda katalizator iştirakı ilə xromana bərpa olunur(VI). Natrium amalqaması və spirt qüvvətli reduksiyaedicidir və ketonların xromanlara reduksiya edilməsində istifadə edilir(XLVII-XLVIII) == Tədbiqi == Tibbdə və yüngül sənayedə istifadə edilir. == Mənbə == Кан Р., Дермер О. Введение в химическую номенклатуру = Introduction to Chemical Nomenclature / Пер. с англ. Н. Н. Щербиновской, под ред. В. М. Потапова, Р. А. Лидина.
PROMT
PROMT tərcümə proqramı (PROject MT) — "Promt" eyniadlı şirkəti tərəfindən Sankt-Peterburq şəhərində 1991-ci ildə yaradılmışdır. Bu proqram həm lüğət vəzifəsini görür, həm də tərcüməçi. PROMT maşın tərcümə proqramı vasitəsi ilə istənilən mətn tərcümə edilə bilər. Tərçümə istiqamətləri: İngilis-Rus,Rus-İngilis Alman-Rus, Rus-Alman Fransız-Rus, Rus-Fransız İspan-Rus, Rus-İspan İtalyan-Rus"Promt 8.0" adlanan yeni versiya şirkətin mütəxəssisləri tərəfindən 2 il müddətində sınaqdan keçirilmiş tərcümə alqoritmləri əsasında hazırlanmışdır. Yeni versiya mətnin mənaca bitmiş olan hissəsinin təhlil edilməsinə, bir çox linqvistik strukturlarının və qəlibləşmiş söz birləşmələrinin dəqiq tərcümə olunmasına imkan verir. Söz ehtiyatlarının zənginləşdirilməsi məqsədilə proqram daim yeniləşən Multitran tərcümə bazasına malikdir. == Əsas imkanlar == İstənilən həcmdə fərdi sözlərin və mətnlərin tərcüməsi. Struktur və formatlaşdırma ilə sənədlərin tərcüməsi. Bütün populyar formatlar dəstəklənir: doc(x), xls(x), ppt(x), rtf, html, xml, txt, ttx, pdf (skan edilmiş daxil olmaqla), odt, ods, jpeg, png, tıff. Struktur və hiperlinklərin qorunması ilə bütün saytların tərcüməsi.
Roman
Roman — yazılı ədəbiyyatın və epik növün ən irihəcmli janrı. XII-XIII əsrlərdə ispan, italyan, fransız dillərində yazılmış hər bir nəsr əsərinə roman deyilirdi. == İzahı == "Roman" sözü fransız, ispan, italyan və s. dillərinin daxil olduğu roman dil qrupunun adı ilə bağlıdır. Bu dillərdə təhkiyə üsulu ilə qələmə alınan hər hansı bədii əsər XII-XIII əsrlərdə roman adlandırılsa da, sonralar roman xüsusi janr kimi formalaşmışdır. Roman epik növün həcm etibarilə ən böyük janrdır. Romanda təsvir edilən hadisələr və surətlər povestlə müqayisədə xeyli çoxdur. Hekayə və povestdə yazıçı, adətən, qəhrəmanın həyatının müəyyən bir mərhələsini təsvir etdiyi halda, romanda yazıçı qəhrəmanı dinamik inkişafda göstərmək, bəzən onun bütün ömür yoluna nəzər salmaq imkanı qazanır. Silsilə təşkil edən iki hissəli roman dilogiya, silsilə təşkil edən üç hissəli roman trilogiya adlanır. Mehdi Hüseynin "Abşeron" və "Qara daşlar" romanları birlikdə dilogiya təşkil edir.
Aleks Proyas
Aleksandr Proyas (yun: Αλέξανδρος Πρόγιας) yunan əsilli Avstraliya kinorejissoru, ssenarist və prodüserdir.
Aqnes Primas
Aqnes Primas (5 mart 1980, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Aqnes Primas, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Aqnes Primas, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Aroman dili
Arumın dili (yun. Κουτσοβλάχικη γλώσσα ή Βλάχικη γλώσσα) — Hind-Avropa dillərinin Roman qrupuna aid olan dildir. Arumın dili Cənub-şərq Avropada yaşayan arumınların danışan dilidir. Bu dilin rumın dili ilə kök və dil tərkibinin ortaq olmasına baxmayaraq rumın dili, slavyan dillərindən və arumın dili yunan dilindən təsir alıblar və bir-birindən dəyişiliblər. == Nümunə == Aroman dilində bir dua Tatã a nostru cai eshci pi tser, s-ayisascã numa a Ta, s-yinã Amirãrilja a Ta, s-facã vreare-a Ta, cum pi tserlu, ashi sh-pisti loc. Pãne-a nostrã atsea di cathi dzuã dã-nã-u sh-azã shi ljartã-nã amãrtiile-a noastre ashi cum lji-ljirtãm sh-a amãrtoshlor a noshci. Shi nu nã-du la pirazmo, ala aveaglji-nã di atsel arãulu. Cã a Ta easte Amirãrilja shi puteare a Tatãlui shi Hiljlui shi a Ayului Spirit, torã, totãna shi tu eta-a etilor. Amen.
Roma
Roma (it./lat. Roma) — İtaliyanın paytaxtı, eyni zamanda Roma əyalətinin və Latsio regionunun inzibati mərkəzi. 2,8 milyon nəfər əhalisi olan şəhər Tibr çayı üzərində yerləşir. Roma İmperiyasının paytaxtı olmuş Roma Avropanın ən qədim şəhərlərindən olub çox vaxt "əbədi şəhər", yaxud yeddi təpə üzərində yerləşdiyindən "yeddi təpə şəhəri" adlandırılır. == Tarixi == Rəvayətə görə e.ə. 21 aprel 753-cü ildə Romul tərəfindən bünövrəsi qoyulmuşdur. Qədim Roma səlnaməçisi Liviusa görə hər şey latınların paytaxtı Alba Lonqanın hakimi Numitorun qardaşı Amuli tərəfindən devrilməsindən başlanmışdır. Qisasdan ehtiyat edən Amuli Numitorun qızı Rea Silvianın və Marsın oğulları Romul və Remi toxunma səbətə qoyaraq Tibr çayına atır. Xoşbəxtlikdən çayın sahilinə yan almış səbəti bir canavar taparaq əkizləri əmizdirir. Bir qədər sonra çoban Faustul canavarın əmizdirdiyi əkizləri aşkar edərək övladlığa götürüb böyüdür.
1984 (roman)
1984 (ing. Nineteen Eighty-Four) — Corc Oruell tərəfindən 1949-cu ildə yazılmış roman. 2009-cu ildə The Times qəzeti onu son 60 il ərzində yaradılmış 60 ən yaxşı kitab siyahısına daxil etmiş, == Tarixi == 1948-ci ilin oktyabrın 22-nə aid olan Fred Uorburqa ünvanladığı məktubunda, Oruell yazıb ki, bu romanı yazmağa fikri ilk dəfə 1943-cü ildə ağlına gəlib. O, həmçinin o vaxt onun adını ya 1984, ya da Avropada son adam (ing. Last Man in Europe) qoymaq istədiyindən yazırdı.Öz nəşr tarixi boyu, 1984 Yevgeni Zamyatinin Biz, Oldos Hakslinin Heyrətamiz yeni dünya, Artur Kostlerin Günorta qaranlığı və Rey Bredberinin 451 Fahrenheyt kimi başqa antiutopiya janrında yazılmış əsərlər kimi də qadağan olunurdu və ya məhkəməyə verilirdi. Bəzilərin fikrincə, Oruell 1984-ü Zamyatinin Biz romanın təsiri altında olaraq yazıb. 1944-cü ilin fevralın 17-də Qleb Struveyə göndərdiyi məktubunda Oruell Biz romanı haqqında belə yazırdı: Mən bu cür kitab ilə maraqlanıram və hətta gec-tez yazıla bilən bir kitab üçün özüm qeydlərimi yazıram == Yazı və nəşr == === İdeya === London Universitet Kollecindəki Orwell Arxivində min doqquz yüz səksən dördə çevrilən ideyalar haqqında tarixsiz qeydlər var. Qeyd dəftərlərinin "1944-cü ilin yanvarından gec tamamlanma ehtimalı azdır" və "onlarda olan bəzi materialların müharibənin əvvəlinə aid olduğuna dair güclü şübhələr var".[1] 1948-ci il məktubunda Oruell “[kitab] haqqında ilk dəfə 1943-cü ildə düşündüyünü” iddia edir, digərində isə bu barədə 1944-cü ildə düşündüyünü deyir və 1943-cü il Tehran Konfransından ilham mənbəyi kimi qeyd edir: “Əslində məqsədi dünyanın “Təsir zonalarına” bölünməsinin nəticələrini müzakirə edin (mən bunu 1944-cü ildə Tehran konfransının nəticəsi kimi düşündüm) və əlavə olaraq totalitarizmin intellektual nəticələrini onlara parodiya edərək göstərin”. Oruell 1944-cü ilin mayında Avstriyanı gəzdi və onun fikrincə, Sovet və Müttəfiqlərin ayrı-ayrı işğal zonalarına aparacaq manevrləri müşahidə etdi. 1944-cü ilin yanvarında ədəbiyyat professoru Qleb Struve Oruelli Yevgeni Zamyatinin 1924-cü ildə yazdığı "Biz" distopiya romanı ilə tanış etdi.
2312 (roman)
2312 – Kim Stenli Robinson tərəfindən yazılmış və 2012-ci ildə nəşr olunmuş elmi fantastika romanı. Cəmiyyətin bütün Günəş sisteminə yayıldığı 2312-ci ildən bəhs edir. Roman 2013-cü ildə Ən yaxşı roman kateqoriyasında Nebula mükafatını qazanmışdır. == Məzmun == Romanda hadisələr 2312-ci ildə baş verir. Terminator Merkuri planetində dəmiryolları üzərində hərəkət edən (planetin yaşanıla bilən bölgəsində sabit qalması üçün) müasir kosmik şəhərdir. Rəssam və keçmiş asteroid terrariumu dizayneri Svan Er Hon Terminator şəhərinin tanınmış sakinlərindən, ögey nənəsi Aleksin ölümünün yasını tutur. Dəfn mərasimindən sonra ailə üzvləri və Aleksin yaxın dostları (onların arasında Svanın bəyənmədiyi Titan peykinin sakini Fits Uahram da var) arasında görüş baş tutur. Görüşdən sonra Svan Yupiterin İo peykində yaşayan, ən yaxşı kub və kvant kompüteri dizaynerlərindən biri, Aleksin yaxın dostlarından biri olmuş Vanqı ziyarət etməyə qərar verir. Svan Vanqı İoda ziyarət edərkən qəfildən uğursuzluqla nəticələnən bir hücum baş verir. Qısa müddət sonra isə naməlum şəxs və ya şəxslər tərəfindən Terminator şəhərinin meteorit hücumu təşkil edilir.
ALJİR (roman)
ALJİR — Ülviyyə Tahirin Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi barədə tarixi romanı. == Məzmun == Tarixin bu səhifəsinə ən güclü insani duyğular həkk olunub; doğmalarından zorla qoparılmağın dözülməz ağrısı, övladının, sevdiyi insanın aqibətinin məchulluğu... Bir günün içində əzizlərinə “xalq düşməni” damğası vurulmuş, hər şeyini itirərək qula çevrilmiş, təcavüzə uğrayan ziyalı qadınlar, analar... Qışda qarı, yayda qumu göyə sovuran səhra küləkləri, ucsuz-bucaqsız Qazaxıstan çölləri – Akmola düşərgəsi. Qəddar rejim kölələri və şəfqətli yerlilər. Ana qayğısından məhrum edilərək manqurtlaşdırılan körpələr... Bütün bu dəhşətlər 1937-1938-ci illər ərzində Sovet ölkələrindən Qazaxıstanın Akmola düşərgəsinə toplanan 18.000-dən yuxarı qadının başına gətirilir. Bu qadınlardan 44 nəfəri azərbaycanlı idi; Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Fətəli xan Xoyskinin qızı Tamara xanım, Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova və onlarla digər ziyalı qadın. Tariximizin ən qaranlıq səhifələrindən olan ALJİR hadisəsi və yaşanan o faciələr yazıçı və tarixçi Ülviyyə Tahirin qələmi ilə arxiv sənədlər əsasında işıqlandırılır. Bu tarixi romanı oxuduqca Sovet hakimiyyətinin millətimizin kökünə çaldığı baltanın izləri bütün çılpaqlığı ilə gözlər önündə canlanır.
AVAVA (roman)
Avava romanı Azərbaycan türkcəsində yazılmış, yazarı isə Nasir Mənzuri dir. Bu roman ilk dəfə 2005-ci ildə Tehranda çap olunub. Romanın adı Sonay gecələrində çağırış səsi olan “AVAVA”-dan alınıbdır. == Həmçinin bax == AVAVA Qaraçuxa (roman), Nasir Mənzuri. Qaraçuxa Sonay == qaynaq == ədəbiyyat qəzetində səxavət sahil'dən AVAVA haqında yazılan bir məqalə.
A (roman)
A — Qaraqan tərəfindən yazılmış roman. Milli Kitab Mükafatı laureatı. == Məzmun == Tam xaos. Paranoya. Həyatdan bezmiş bir qrup gənc dünyanın xilasını onun məhvində görür. Müasir Bakı, cağdaş problemlər. "Biz dünyaya niyə gəlmişik?" Ən dərin fəlsəfi suallara ən sərt cavablar. A kimdir? O nə etmək istəyir? Kontrkultura, alternativ düşüncə.
Abay (roman)
Abay — qazax yazıçısı Muxtar Auezovun Abay Kunanbayev haqqında epopeyası. == Mövzu == Muxtar Auzeovun "Abay" romanında məqsəd qazax xalqının tarixi taleyinin inkişafında mühüm rol oynamış Abayın həyat və yaradıcılığını, onun şair kimi formalaşaraq kamilləşməsini, maarifçiliyini və xalqın həyat, düşüncə tərzini, dünyagörüşünü, adət-ənənəsini və s. təsvir etmək olmuşdur. Əsərdə bir-biri ilə qarşılıqlı əlaqədə olan və biri digərini tamamlayan iki obraz vardır: Abay və xalq. Romandakı bütün hadisələr bu iki obrazla əlaqəlidir və bunların dolğun, hərtərəfli və koloritli təsvirinə səfərbər edilmişdir. Səciyyəvi digər cəhətlərdən biri də romandakı hər iki obrazın müəllifin mövqeyinin öncədən, yəni yaradıcılıq aktına başlamamışdan əvvəl müəyyənləşdirilməsinə səbəb olmasıdır. Muxtar Auezov sənətkar kimi böyük sələfinin obrazını yaratmağı və xalqının özünəməxsusluqlarını qabarıq şəkildə çatdırmağı qarşısına məqsəd qoymuşdur. Yazıçının konkret məqsədi əsərdə müəllif mövqeyini və əsərin epik vüsətinin səbəbini müəyyənləşdirməkdə mühüm rol oynamışdır. Xalq-Abay və Abay-xalq cütlüyünün qarşılıqlı əlaqələrinin və şairin həyatının kiçik yaşlarından müdriklik çağlarına qədər təsviri istər-istəməz təfərrüatlara geniş yer verilməsini zəruri etmişdir. Yazıçı Abayın portretini yaradarkən, onun mənəvi dünyasındakı psixoloji yaşantıları təsvir edərkən detallara nə qədər üstünlük vermişdirsə, xalq obrazını canlandırarkən təfərrüatlara bir o qədər xüsusi meyil göstərmişdir.
Acacia aroma
Ətirli akasiya (lat. Acacia aroma) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Aclıq (roman)
"Aclıq" (norv. "Sult") — Norveç yazıçısı Knut Hamsunun 1890-cı ildə nəşr edilmiş ilk romanı. Bu kiçik əsər yazıçını Avropada tanıtmışdır. Əsərdə çoxlu avtobioqrafik detallara rast gəlmək olar. Romanın bəzi hissələri 1888-ci ildə anonim adla Ny Jord adlı Danimarka jurnalında nəşr edilmişdir. Roman, XX əsrin ədəbi kəşfi elan edilmiş və müasir psixoloji ədəbiyyatın ən gözəl nümunələrindən biri kimi dəyərləndirilmişdir. "Aclıq" romanında, intriqant, bəzən də yumoristik tərzdə insan zəkasının irrasionallığından bəhs edilmişdir. "Aclıq" romanını azərbaycan dilinə böyük şair Əhməd Cavad tərcümə etmişdir. Lakin bu tərcümə 30-cu illərdə edildiyindən, həmin dövrün ədəbi dilindədir və ərəb-fars sözləri, tərkibləri ilə zəngin olduğu üçün müasir oxucu onun dilini anlamaqda çətinlik çəkir. 2004-cü ildə Knut Hamsunun 6 romandan ("Aclıq", "Viktoriya", "Pan", "Nağıllar diyarında", "Torpağın bərəkəti", "Misteriyalar") ibarət əsərlərinin 2 cildiliyini dilimizə tərcümə edən Nadir Qocabəyli (Quliyev) bunu nəzərə alaraq "Aclıq" romana yenidən müraciət etmişdir.
Ageratina proba
Ageratina proba (lat. Ageratina proba) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Alatoran (roman)
Alatoran (ing. Twilight) — Stefani Mayer tərəfindən yazılmış vampir-sevgi romanıdır. Alatoran romanlar seriyasının birinci kitabı olan əsərdə Feniks, Arizonadan Forks, Vaşinqtona köçən on yeddi yaşlı İzabella “Bella” Svonun vampir Edvard Kallenə aşiq olmasından sonrakı həyatı təsvir olunur. “Alatoran” romanındakı hadisələr “Yeni ay”, “Tutulma” və “Sübh” romanlarında davam etdirilir. 2005-ci ildə ilk dəfə sərt üz qabığında nəşr edildikdən sonra, satışa çıxarılmasının bir ayında, roman New York Times Best Seller siyahısında beşinci yerdə qərarlaşır, qısa müddət sonra isə birinci yerə kimi yüksəlir. Həmin il, “Alatoran” “Publishers Weekly” tərəfindən 2005-ci ilin Ən Yaxşı Uşaq Kitabı adlandırılır. Roman həmçinin 2008-ci ilin ən çox satılan kitabı, 2009-cu ilin ikinci ən çox satılan kitabı olmaqla, yalnızca davamı olan “Yeni ay” romanından geri qalır. Roman 37 dilə tərcümə edilib.İlk nəşr edildiyi dövrdə roman tənqidçilər tərəfindən əsasən müsbət qarşılanır. Tənqidçilər romanı tez-tez “insanın ruhunun daxilinə sızan qaranlıq romantika” kimi təsvir edirlər və "yeniyetmələrin seksual hisslərini və yalnızlıqlarını yaxşı əks etdirməsi”ni qeyd edirlər. Digər tərəfdən, tənqidçilər qeyd edirlər ki, Bellanın Edvardla tanış olması səhnəsi “obrazın özündən daha magik” təsvir edilib və Bella zəif qadın obrazıdır.
Altunsaç (roman)
Altunsaç (alm. Das Mädchen vom Goldenen Horn‎; azərb. Qızıl buynuzdan olan qız‎) — Qurban Səid təxəllüsü ilə yazılmış 2-ci əsər. Yusif Vəzir Çəmənzəminli Azərbaycan Yazıçılar İttifaqından çıxarılmazdan 3–4 ay əvvəl yazdığı "Altunsaç" adlı kinossenarisini də Azərfilmə vermişdi. Geniş mütəxəssis müşavirəsində oxunub bəyənilməsinə baxmayaraq "Azərfilm"in direktoru Merkel son mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi: "Studentlər" romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm. == Məzmun == Adı Avropada XX yüzilin 100 ən çox oxunan yazarları siyahısına düşmüş Azərbaycanın emiqrant yazıçısı Qurban Səidin "Altunsaç" romanının süjeti həyata Şərq-Qərb baxışının toqquşmaları və ziddiyyətləri üzərində qurulmuşdur. Tarixi qaynaq və məlumatlarla zəngin olan bu romanı müəllif özünəməxsus bir üslubla alman dilində yazmışdır. == Nəşr və tərcümə == Əsər ilk dəfə 1938-ci ildə Zinnen nəşriyyatı tərəfindən Vyanada nəşr olunub.Roman Çərkəz Qurbanlı tərəfindən alman dilindən Azərbaycan dilinə tərcümə olunub, 2018-ci ildə Bakıda Bakı Kitab Klubunda 272 səhifədə, 100 tirajla çap edilib. == İstinadlar == == Həmçinin bax == Əli və Nino == Xarici keçidlər == Bakı Kitab Klubu. "Altunsaç (roman)" ( (az.)).
Amerika (roman)
Amerika və ya əsil adı ilə İtkin düşmüş (alm. Der Verschollene‎) — Frans Kafka tərəfindən yazılmış yarımçıq roman. Əsər onun vəfatından sonra dostu Maks Brod tərəfindən çap halına salınmış, tamamlanmış və bu adla nəşr etdirilmişdir. Romanın əsl adı "İtkin düşmüşlər"dir. == Məzmun == On altı yaşlı Karl, qulluqçularından birinin hamilə qalması ilə əlaqədar ailəsində baş vermiş qalmaqaldan sonra Amerikaya göndərilir. Burada o, öz evində alışmış hadisələrdən tamamilə fərqli həyati situasiyalarla qarşı-qarşıya gələcək. Romanda Kafka ilk dəfə özünəməxsus ədəbi nəqletmə üsulundan istifadə edir: real hadisələrin təsvirini hər-hansı müəllif şərhi olmadan personajların təfəkkür süzgəcindən keçirərək verir. == Nəşr və tərcümə == Roman Elxan Rzayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2017-ci ildə Bakı Kitab Klubunda, 256 səhifədə nəşr edilib. == İstinadlar == == Xarici keçidlər == DigBib. Org: Amerika Arxivləşdirilib 2012-08-19 at the Wayback Machine romanının almanca tam mətni.
Ağlasığmaz (roman)
Ağlasığmaz (ing. Improbable) — Adam Faver tərəfindən yazılmış və 2005-ci ildə yayımlanmış elmi fantastika romanı. Ən yaxşı roman kateqoriyasının da aralarında olduğu çox sayıda mükafat qazanmışdır. Kitab Devid Keyinin bir neçə eksperimental müalicələr nəticəsində əldə etdiyi inkişaf etmiş ehtimal hesablama bacarığı vasitəsilə fərziyyələrinin gələcəyi görmə halına gəldiyinin başa düşməsilə baş verən hadisələr haqqındadır. Qısa olaraq kitabın qəhərmanı Pyer Simon Laplasın yaratdığı bir nəzəriyyə olan Laplasın şeytanı halına keçmişdir. == Obrazlar == David Caine Jasper Caine Nava Vaner Dr.