Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pulpit
Pulpit (lat. pulpitis) - diş pulpasının iltihabıdır. Bir çox amillərin təsiri nəticəsində yaranır. Əsasən müxtəlif yollarla pulpaya daxil olmuş mikroorqanizmlər tərəfindən törədilir. Bu mikroorqanizmlər pulpaya dişin zirvə dəliyindən daxil olmuşsa, əmələ gələn iltihabı proses qalxan pulpit adlandırılır. Əgər mikroorqanizmlər qan cərəyanı vasitəsilə pulpaya düşmüşsə hematogen pulpit əmələ gəlir. Əsas simptomları ağrıdır. Ən xarakterik ağrıları bunlardır: əlavə qıcıqlandırıcıların təsiri olmadan öz-özünə (spontan) başlayan ağrılar, gecə ağrıları, güclənən və arabir kəsən ağrılar, lokallaşan və ya irradiasiya edən ağrılar, xarici qıcıqların (temperatur, mexaniki və kimyəvi qıcıqlar) təsirindən əmələ gələn və uzun müddət davam edən, eyni zamanda sızıldayan, küt sancılı ağrılar və s. Pulpa sinir lifləri və qan damarları ilə zəngin olan mürəkkəb birləşdirici toxuma quruluşudur. Statistikaya görə, diş xəstəlikləri arasında pulpit kariesdən sonra ikinci yeri tutur, onun bir fəsadıdır.
Mullit
Mullit — mineral, Al4[6]Al4[4][O3(O0,5OHF)ïSi3AlO16]. Qatışıqları: Fe3+, Ti. Mullit - rombik. Habitus prizmatik. Ayrılması {010} üzrə orta. Rəngi rəngsiz, bənövşəyi, qırmızı. Sərtliyi 6. Xüsusi çəkisi 3,03. Lavalar içərisində olan fillit və gil süxurların ksenolitlərində, şlaklarda və odadavamlı məmu­lat­larda rast gəlinir. Geologiya terminlərinin izahlı lüğəti.
Pelit
Pelit — <0,001 mm və ya <0,005 mm ölçülü hissəciklərdən təşkil olunmuş (mənşəyi və tərkibliindən asılı olmayaraq) çökmə süxurların ümumi adı. Hissəciklərinin ölçüləri <0,01 mm-dən kiçik olan dib çöküntüləri (lillər) də pelit adlanır. Pelit fraksiyası çökmə süxurların və dib çöküntülərinin ölçüləri <0,01 mm hissəciklərdən ibarət olan fraksiyası. Pelit quruluş çox kiçik ölçülü (<0,01 mm) hissəciklərindən (95%-dən çox) ibarət çökmə süxur quruluşu; gil və gil şistləri, argillit və mergellər, vulkanik tuflar və bəzi klastik süxurlar üçün səciyyəvidir. Pelitləşmə — kaliumlu çöl şpatlarının epimaqmatik proseslər, yaxud aşınma nəticəsində dəyişilməsinin ilk mərhələsi. Nəticədə pelit (kaolin və b.) yaranır, minerallar şəffavlığını itirir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
19 Puppis
19 Puppis, Yeni Baş Kataloqda qeydə alınmış ulduzdur. Göy üzündə Göyərtə bürcü istiqamətində yerləşir. * tipli qalaktikadır. İngilis astronomu Con Herşel tərəfindən 1836-cı ildə 47.5 sm (18.7 inç) ölçülü reflektor vasitəsilə kəşf edilmişdir.
Bullit missiyası
Bullit missiyası — Rusiyada hərbi əməliyyatların dayandırılması məqsədilə Paris sülh konfransında (1919–1920) ABŞ nümayəndə heyətinin üzvü Uilyam Kristian Bullitin rəhbərliyi ilə 1919 ilin martında sovet Rusiyasına göndərilmiş nümayəndə heyəti. == Tarixi == ABŞ prezidenti V. Vilson və B. Britaniyanın baş naziri C. Lloyd Corcun təklifi ilə 1919-cu il martın 19-da Moskvaya gələn Bullit Leninlə görüşmüş, atəşkəs haqqında razılıq əldə etmişdi. Görüş nəticəsində hazırlanmış layihədə göstərilirdi ki, keçmiş Rusiya imperiyası və Finlandiya ərazisində faktiki surətdə mövcud olan hökumətlər öz hakimiyyətlərini saxlayır, Rusiyanın iqtisadi blokadası dayandırılır, sovet respublikaları ilə xarici dövlətlər arasında rəsmi nümayəndələrin mübadiləsi bərpa olunur, Rusiya imperiyası və Finlandiya ərazisindəki dövlətlər xarici ölkələr qarşısında, bu ölkələrin vətəndaşları qarşısında Rusiya imperiyasının maliyyə öhdəlikləri üçün məsuliyyət daşıyır və s. Lakin sonradan Antanta dövlətləri və ABŞ admiral Kolçakın hücumunun başlanması ilə əlaqədar razılaşmadan imtina etdilər. Osmanlı imperiyasının ABŞ-nin protektoratlığına verilməsi layihəsinin də müəllifi Bullit olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı 2004 История дипломатии, 2 изд., т. 1–5, M., 1959–74.
Natrium sulfit
Natrium sulfit Na2SO3 – natrium və sulfit turşusunun duzudur. Rəngsiz kristal maddədir. Natrium karbonatın məhlulunun kükürd(IV) oksidlə reaksiyasından: Na2CO3+SO2 → Na2SO3+ CO2 Natriumhidrosulfit məhlulunu NaOH məhlulu ilə neytrallaşdırmaqla: NaHSO3+ NaOH → Na2SO3 + H2O Natrium hidroksidin kükürd(IV) oksidlə reaksiyasından : 2NaOH +SO2 → Na2SO3 + H2O Natrium sulfit güclü reduksiyaedicidir. Adi temperaturda su məhlulundan Na2SO3∙7H2O kristalhidrat şəklində ayrılır. Natrium sulfitin məhlulu havanın oksigeni ilə asanlıqla oksidləşir: 2Na2SO3+ O2 → 2Na2SO4 2. Natrium sulfit məhlulunu kükürdlə qızdırdıqda natrium tiosulfat alınır: Na2SO3+ S → Na2S2O3 Natrium sulfitin sulfat turşusu ilə reaksiyası kükürd(IV)oksidin alınması üçün istifadə olunur: Na2SO3 + H2SO4 → SO2+Na2SO4+ H2O Natrium sulfiti qızdırdıqda disproporsiya reaksiyası nəticəsində sulfid və sulfat alınır: 4 Na2SO3 →t Na2S + 3Na2SO4 Natrium sulfit pestisidlərin istehsalında, tərkibində xrom olan axar suların zərərsizləşdirilməsində, ağardılmış parçadan xlorun artığının çıxarılmasında, əlvan metal filizləri üçün flotoreagent kimi, həmçinin kinofoto sənayesində geniş tətbiq olunur.
Rud Qullit
Ruud Qullit (nid. Ruud Gullit) — Niderlandlı futbolçu və məşqçi. 1988-ci ilin Avropa çempionu. 1992-ci il Avropa çempionatının bürünc mükafatçısı. 1987-ci ilin Qızıl top mükafatının sahibi. Milan futbol klubu və Niderland millisindəki çıxışları ilə tanınır. Ruud Qullit 1 sentyabr 1962-ci il tarixində Amsterdam şəhərində anadan olmuşdur. Qullitin valideynləri Surinamdan olan emiqrantlar idi. Atası Corc Qullit məktəbdə iqtisadiyyatdan dərs deyirdi və öz rəsmi ailəsi ilə yaşayırdı. Ruudun anası isə Corc Qullitin məşuqəsi Mariya Dil idi.
Ruud Qullit
Ruud Qullit (nid. Ruud Gullit) — Niderlandlı futbolçu və məşqçi. 1988-ci ilin Avropa çempionu. 1992-ci il Avropa çempionatının bürünc mükafatçısı. 1987-ci ilin Qızıl top mükafatının sahibi. Milan futbol klubu və Niderland millisindəki çıxışları ilə tanınır. Ruud Qullit 1 sentyabr 1962-ci il tarixində Amsterdam şəhərində anadan olmuşdur. Qullitin valideynləri Surinamdan olan emiqrantlar idi. Atası Corc Qullit məktəbdə iqtisadiyyatdan dərs deyirdi və öz rəsmi ailəsi ilə yaşayırdı. Ruudun anası isə Corc Qullitin məşuqəsi Mariya Dil idi.
Sulfit anhidridi
Sulfat anhidridi, kükürd 6-oksid, SO3—otaq temperaturunda rəngsiz qazdır. Bərk sulfat anhidridi alfa-, beta-, qamma- və delta- modifikasiyalarında olur. Onların ərimə temperaturları müvafiq olaraq 16.8, 32.5, 62.3 və 95 °C-dir. Həmin modifikasiyalar bir-birindən SO3 kristallarının forması və polimerləşmə dərəcələri ilə fərqlənir. Rütubətli havada SO3 tüstülənir (buxarlanaraq havada H2SO4 damcıları əmələ gətirir). Sulfat anhidridi sənayedə kükürd qazını katalitik oksidləşdirmə yolu ilə alınır. Ondan sulfat turşusu, oleum, susuz HNO3 və s. hazırlanmasında istifadə olunur.
Sulfit turşusu
Sulfit turşusu – H2SO3 orta qüvvətli iki əsaslı turşudur, çox zəif, davamsız turşudur və ancaq duru məhlullarında mövcuddur. Qatı məhlullarında o, kükürd dioksidə və suya parçalanır. Kükürd dioksidi suda həll etdikdə sulfit turşusu əmələ gəlir: SO2 + H2O ←→ H2SO3 Sulfit turşusu davamsız maddə olduğundan yalnız məhlulda mövcuddur. Suda iki mərhələdə dissosiyasiya edir: H2SO3 ←→ H++HSO3- HSO3←→H++SO32- Və iki cür duz – sulfitlər və hidrosulfitlər əmələ gətirir: 2NaOH + H2SO3 →Na2SO3 + 2H2O NaOH + H2SO3 → NaHSO2 + H2O Sulfit turşusu qüvvətli reduksiyaedicidir H2SO3 + Cl2 + H2O → 2HCl + H2SO4 Çox qüvvətli reduksiyaedicilərlə H2SO3 özünü oksidləşdirici kimi aparır: 2H2S + H2SO3 → 3S↓ + 3H2O Hidrosulfitləri qızdırdıqda pirosulfitə. Pirosulfit turşusu H2S2O5 (disulfit turşusu) sərbəst halda məlum deyil. 2KHSO3 → K2S2O5 + H2O Polyar SO2 molekulları suda yaxşı həll olur. Sulfit turşusu, kükürd dioksid kimi reduksiyaedici kimi xassəyə malikdir. Güclü reduksiyaedicilər iştirak etdikdə isə özünü oksidləşdirici kimi aparır. Sulfit turşusunun duzlarından Na2SO3 natrium-tiosulfatın alınmasında, NaHSO3 - ağardılmış parçadan xlorun artığının çıxarılmasında,həmçinin kalsium – hidrosulfitlə Ca(HSO3)2 birlikdə-oduncaqdan sellülozanın çıxarılmasında istifadə olunur. N.A. Verdizadə, K.Ə. Quliyev, Ş.Ə. Quliyev və b.
Trichocephalus vulpis
Trichocephalus vulpis (lat. Trichocephalus vulpis)- dəyirmi qurdlar tipinin nematodlar sinfinə aid olan növ. Ayrı cinslidirlər. Dişi və erkək fərdləri var. Baş tərəfi nazik, quyruq hissəsi genişlənmişdir. Ağız dəliyi başın uc tərəfində olmaqla vahid hüceyrələr zəncirindən ibarət qida borusuna açılır. Boyun əmzikləri yoxdur. Erkəklərinin uzunluğu 45 – 60,5 mm, maksimal eni 0,525 – 0,647 mm – dir. Qida borusu bədənin geri hissəsində azca genişlənir və onun uzunluğu 30,62 – 37,62 mm, maksimal eni 0,108 – 0,192 mm olur. Quyruq küt uclu konus şəklindədir.
Luici Pulçi
Luici Pulçi (15 avqust 1432, Florensiya – 11 noyabr 1484, Padova) — XV əsr italyan şairi. == Həyatı == Lorenso Mediçi və Ancelo Politsiano ilə birlikdə Luici Pulçi (1432–1484) Kvatroçento dövrünün Florensiya şairlərinin triumviratını (üçlük) təşkil edir. Bu şairin ən məşhur əsəri olan "Nəhəng Morqante" — yeni tipli epopeya Lorenso Mediçinin via Larqa adlı malikanəsində yazılmışdır. Görkəmli italyan şairi Luici Pulçi qədim qvelf ailəsində anadan olmuşdur. Gənc yaşlarından başlayaraq o, taleyini Mediçi ilə bağlamışdır. 1467-ci ildə Pulçi diplomatik missiya ilə Pizaya, sonra isə Neapol kralının sarayına getmiş, burada araqonluları türklər əleyhinə ittifaq bağlamağa dəvət etmişdir. 1473-cü ildə o, Lukretsiya dela Albitsi ilə evlənmiş, ancaq bu da onun narahat həyatına təsir etməmişdir. Onun səfərləri davam etmiş, bu səfərlərin birində o, Paduyada vəfat etmişdir. == Yaradıcılığı == L.Pulçi öz gücünü müxtəlif janrlarda sınamışdır. O, 1469-cu ildə Lorensonun yarışda qələbəsi şərəfinə "Kostra Lorenso" adlı poema yazmışdır.
Fritillaria uva-vulpis
Fritillaria uva-vulpis (lat. Fritillaria uva-vulpis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Sen-Sülpis (En)
Talisyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Puli Alam
Puli alam — Əfqanıstanın Lövgər vilayətində şəhər. Məşhur əfqan kriketçilər Məhəmməd Nəbi və Gülbəddin Nayib burada anadan olub.
Pupi Avati
Pupi Avati (it. Pupi Avati) və ya Cüzeppe Avati (it. Giuseppe Avati) — İtaliya kinorejissoru, prodüser və ssenarist. Pupi Avati 3 noyabr 1938-ci ildə İtalyanın Bolonya şəhərində anadan olmuşdur. 1968 - "Qan qohumluğu" / Balsamus, l'uomo di Satana 1969 - "Tomas və tilsimlənmişlər" / Thomas... gli indemoniati 1974 - La mazurka del barone, della santa e del fico fiorone 1976 - "Gülən pəncərəli ev" / La casa dalle finestre che ridono 1976 - Bordellо 1977 - "Bütün rəhmətliklər... ölülərdən başqa" / Tutti defunti... tranne i morti 1978 - "Caz-bend" (TV) / Jazz band 1979 - Le strelle nel fosso 1980 - Cinema (TV serial) 1981 - "Mənə yatmağa kömək edin" / Aiutami a sognare 1982 - Dancing Paradise 1983 - "Zeder — o biri dünyadan səslər" /Zeder (Voices From The Beyond) 1983 - "Tələbə yürüşü" / Una gita scolastica 1984 - "Üç nəfər / Noi tre 1984 - Impiegati 1985 - "Buraxılış axşamı" / Festa di laurea 1986 - Hamburger Serenade (TV serial) 1986 - Regalo di Natale 1986 - "Son dəqiqədə" / Ultimo minuto 1986 - Storie Incredibili 1987 - Sposi 1989 - "Oğlanların və qızların hekayəsi" / Storia di ragazzi e di ragazze (titrlərdə yoxdur) 1989 - È proibito ballare 1991 - "Qardaşlar və bacılar" / Fratelli e sorelle 1991 - "Biks" / Bix 1993 - "Maqnifikat" / Magnificat 1994 - Dichiarazioni d'amore 1994 - "Uşaqlıq dostu" / L'amico d'infanzia 1995 - Voci notturne 1996 - "Cadugər" / L'arcano incantatore 1996 - "Festival" / Festival 1998 - "Sağdış" / Il testimone dello sposo 1999 - "Mələklərin yolu" / La via degli angeli 2001 - "Səlib yürüşü cəngavərləri" / I cavalieri che fecero l'impresa 2003 - "Ürək səninlə deyil" / Il cuore altrove 2004 - La rivincita di Natale 2005 - "Qızlar axı nə vaxt gələcək?" / Ma quando arrivano le ragazze?
Puli-Xümri
Puli-Xümri — Əfqanıstanda şəhər.
Sen-Sülpis-de-Rivuar
Sen-Sülpis-de-Rivuar (fr. Saint-Sulpice-des-Rivoires) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Juar-an-Valden kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38460. Kommunanın 2006-cı il üçün əhalisi 451 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 511 ilə 780 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 33 km şimalda yerləşir.
Mark Ulpi Trayan
Mark Ulpi Trayan (18 sentyabr 53[…] – ən tezi 7 avqust 117 və ən geci 9 avqust 117, Selinus, Roma imperiyası[…]) — Roma imperatoru, Antoninlər sülaləsindən, romalı olmayan ilk Roma imperatorudur. Təcavüzkar xarici siyasət yeritmişdir. Dakların torpağını (Dakiya əyaləti adı ilə), Nabatiyyə padşahlığını (Ərəbistan vilayəti adı ilə) Romaya birləşdirdi. Trayan Parfiya padşahlığının paytaxtı Ktesifonu (Mədəini) ələ keçirmiş, Ermənisitan və Mesopotamiyanı bütünlüklə işğal etmişdi. Trayan dövründə Romada böyük tikinti işləri görülmüşdü. == Həyat hekayəsi == Trayan İspaniyada, romalı ailəsində anadan olmuş, atası ilə Romanın İudeya və Parfiya hərbi kompaniyalarında sıravi bir legioner kimi iştirak etmişdi. İmperator Narva bu gənc konsulu oğulluğa götürmüş, Reyndə döyüşlərin komandiri kimi göstərdiyi rəşadətə görə ona «Germanski» titulunu vermişdi. 98-ci ildə Narvanın ölümündən sonra Trayan imperator seçilib, ilk növbədə quruculuq işlərinə başlamış məhkəmə sistemini qaydaya salıb təkmilləşdirmiş, yeni küçələr və kanallar çəkdirməklə kommunikasiya sistemini bərpa etmiş, Romanı yeni əzəmətli tikintilərlə bəzəmişdi. Bunlar onun texniki işləri idi. Lakin Trayan tarixə daha çox ölkədə siyasi-mənəvi mühitin təmizləməsi ilə daxil olmuşdu.