Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paqo-Paqo
Paqo Paqo — Amerika Samoasının paytaxtı.
Paqo Paqo
Paqo Paqo — Amerika Samoasının paytaxtı.
Adaq
Afaq
Afaq — qadın adı və təxəllüs. Afaq Bəşirqızı - teatr və kino aktrisası Afaq Hüseynova - Azərbaycan rəssamı Afaq Gəncəli - televiziya aparıcısı və sənətçi. Afaq Məsud - yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Afaq Şıxlı - həkim, şairə, publisist, tərcüməçi Afaq Məlikova - Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in xalq artisti Afaq Rüstəmova - fəlsəfə elmləri doktoru Afaq Sultanova - Azərbaycanlı para-cüdoçu Afaq Nəbiqızı - yazıçı.
Araq
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Ayaq
Ayaq — bir çox onurğalıda olan orqandır. Ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır. == Quruluşu == İnsan ayağı 26 sümük, 33 oynaqdan (onlardan 20-si fəal şəkildə ifadə olunur) və yüzdən çox əzələ, vətər və liqamentdən ibarət olan güclü və mürəkkəb bir mexaniki quruluşdur. Şimali Amerikalı və avropoid irqindən olan 1197 yetkin kişinin (orta yaş 35.5) antropometrik tədqiqatında, insan ayağının uzunluğu 1,2 sm standart xəta ilə 26,3 sm olduğu müəyyən edilmişdir. Ayaq arxa ayaq, orta ayaq və ön ayaq olaraq 3 yerə bölünür: Arxa ayaq ayaq biləyi sümüyü və topuq sümüyündən ibarətdir. Qıçın qamış və incik sümükləri talus ilə birləşərək ayaq biləyini əmələ gətirir. Orta ayaqda olan 5 sümük və amortizator rolunu oynayan ayaqdarağını təşkil edir. Orta ayaq vasitəsilə arxa və ön ayağa bağlanır. Ön ayaq beş barmaqdan və beş proksimal uzun sümüyün əmələ gətirdiyi metatarsal sümüklərdən ibarətdir.
BTAQ
JSAG
ESƏD və ya "Erməni soyqırımına ədalət döyüşçüləri" (ing. Justice Commandos against Armenian Genocide) — erməni terror təşkilatı. 1975–1982-ci illərdə fəaliyyət göstərib, məqsədi erməni soyqırımının tanınmasına nail olmaq və müstəqil erməni dövlətini qurmaqdır. Təşkilat əsasən Avropa və Şimali Amerika ölkələrində fəaliyyət göstərmişdir. Təşkilat bir sıra türk diplomatına hücumlar və onların qətllərini törədmişdir. Bəzi tədqiqatçıların fikrinə görə, təşkilat Daşnaktutyun partiyası ilə sıx əlagədə olub. 1982-ci ildə təşkilatın rəhpəri Abram Asçan qətlə yetiriləndən sonra, təşkilat öz fəaliyyətini dayandırmışdır. İstisnə etmək olmaz ki, təşkilat "Erməni inqilab ordusu" adı altında fəaliyyətini davam etdirmişdir. ESƏD-in əsas aksiyaları: (bəzi hallarda terror aktına görə məsuliyyəti ASALA öz boynuna götürürdü). 1975-ci il Oktyabr, Türkiyənin Fransadakı səfiri İsmail Erezin öldürülməsi.
Ocaq
Ocaq və ya soba — cihazın içərisində və ya üstündə istilik yaratmaq üçün yanacaq yandıran və ya elektrikdən istifadə edən cihaz.
Oraq
Oraq — kənd təsərrüfatı aləti. Taxıl, qismən də ot biçinində istifadə edilir. Kiçik polad tiyədən və ağac sapdan ibarətdir. Dişsiz olması ilə çindən fərqlənir. Tiyənin arxa tərəfi ağac sapa geydirilir. Neolit dövründə yaranmışdır İlk dəfə Ön Asiyada tapılmışdır. Oraq gövdəsi ağac, sümük və gildən olurdu, sonralar isə tunc, dəmir və poladdan da hazırlanırdı. Arxeoloji qazıntılar zamanı Azərbaycanda tapılmış qədim oraqlarla XX əsrdə istifadə olunan oraqlar arasında oxşarlıq var. Oraq "urak" adı ilə bir sıra türkdilli xalqlar arasında da yayılmışdır. Həyətyanı təsərrüfatda işlədilir.
Otaq
Otaq — Evin və yaxud hər hansısa bir tikilinin daxilində yerləşən məkanlar. Otaqlar dincəlmək, işləmək, yatmaq və digər məqsədlər üçün istifadə edilməkdədir. Yaşayış binalarında yerləşən evlərdə adətən qonaq otağı, yataq otağı, uşaq otağı və hamam otağı olmaqla müxtəlif təyinatlı otaqlar olur.
PIAT
Projector Infantry Anti Tank (Azərbaycanca Piyadanın Anti Tank Layihəsi) Böyük Britaniya tərəfindən istehsal edilmiş olan anti-tank silahıdır. Silah dünya müharibəsində ingilis ordusunun daha güclü bir anti-tank silahına olan ehtiyaclarına görə yaradılmışdır. Mərminin çıxış sürəti: 76 m/s Effektiv məsafə: 110 m Maksimal məsafə: 320 m Mərmi ağırlığı: 1.1 kq PIAT mərmi quyruğunda bir kartuşdan istifadə edərək 1.1 kq-lıq bomba atan havalı minaatan sisteminə əsaslanır. PIAT öz dövrünün digər anti-tank silahları ilə müqayisədə daha çox üstünlüyə malik idi və Böyük Britaniya ordusu ilə yanaşı millətlər cəmiyyətinin üzvlərinin və müttəfiq qüvvələrinin üzvlərinə də verilmişdi.
PJAK
PJAK (kürd. Partiya Jiyana Azad a Kurdistanê) — İranda fəaliyyət göstərən terror təşkilatı. PJAK, PKK-nın əsas silahlı qanadlarından biridir. Təşkilatın məqsədi, İran ərazilərinin kürdlər yaşayan mərkəzlərini ələ keçirmək və buranı Kürdistan adlanan dövlətə qatmaqdır. PJAK 2009–2011-ci illərdə, İran Silahlı Qüvvələri ilə aparılan şiddətli döyüşlərdə xeyli zəifləmişdir. Terror təşkilatının bir çox səhra komandirləri öldürülmüş və İraqla sərhəddə yerləşən partizanların yaşadığı mağaralar bombalanmışdır. == Pjak terror təşkilatının törətmiş olduğu terror aktları == == 2005 == 20 iyul İran qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 6 İran əsgəri həlak olmuş və 8-i yaralanmışdır. 21 iyul İran qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 10 İran əsgəri öldürülmüşdür. 26 iyul İran qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 16 İran əsgəri öldürülmüşdür. == 2006 == 3 aprel Terrorçuların İranın Maku şəhərində təhlükəsizlik qüvvələrinə hücum etmələri nəticəsində 24 təhlükəsizlik qüvvəsi həlak olmuşdur.
PUBG
PUBG: Battlegrounds (əvvəlki adı PlayerUnknown's Battlegrounds ilə bilinir) — Cənubi Koreya videooyun şirkəti "Krafton" şirkətinin bir hissəsi olan "PUBG Studios" tərəfindən hazırlanan və nəşr olunan onlayn multipleyer döyüş oyunu. 2000-ci ilin yapon filmi "Battle Royale"-dan ilhamlanaraq yaradılmış oyunda, 100 oyunçu paraşütlə bir adaya atlayaraq müxtəlif silah və vasitələrdən istifadə edərək digər oyunçuları öldürüb həyatda qalan son oyunçu olmağa çalışır. Oyun ərazisi vaxt keçdikcə daralmağa başlayır, oyunçular xəritənin təhlükəsiz adlanan ərazisinə daxil olmağa məcbur edilirlər, həyatda qalan yeganə oyunçu və ya komanda matçın qalibi olur. Xəritələr : Erangel,Livik,Shanok,Miramar,Vikendi,Nusa 2021-ci ilin sonuna qədər fərdi kompüterlərdə və oyun konsollarında 75 milyon nüsxədən çox satılan "PUBG: Battlegrounds", PC və Xbox One üçün ən çox satılan videooyunu, eləcə də bütün zamanların beşinci ən çox satılan videooyunudur. Oyunun mobil versiyası "PUBG Mobile" 1 milyarddan çox endirmə toplamış və 8,42 milyard ABŞ dollarından çox gəlir əldə edərək dördüncü ən yüksək gəlirli mobil oyun olmuşdur. PC və konsol oyunlarından qazandığı ümumi gəliri 4,65 milyard dollara bərabər olan "PUBG: Battlegrounds", 2022-ci ilin may ayına olan ümumi gəliri 13,07 milyard dollardır ki, bu da onu bütün zamanların ən çox gəlir gətirən videooyunlarından birinə çevirir. Oyun 12 yanvar 2022-ci ildən etibarən pulsuzdur. "PUBG: Battlegrounds" ilk dəfə 2017-ci ilin martında Steam-in erkən giriş beta proqramı vasitəsilə Windows üçün buraxıldı, tam buraxılışı isə 2017-ci ilin dekabrında edildi. Oyun həmin ay Microsoft Studios tərəfindən Xbox One üçün Xbox Game Preview proqramı vasitəsilə buraxıldı, rəsmi olaraq 2018-ci ilin sentyabrında yayımlandı. 2018-ci ildə Android və iOS üçün pulsuz oynaya bilən mobil versiyası "PUBG Mobile" PlayStation 4 üçün portlanmış versiyası ilə birlikdə buraxıldı.
Papaq
Papaq — baş geyimi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər kişilər arasında populyar milli baş geyimi. Digər Qafqaz xalqları arasında da geniş yayılmışdır. Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. Araqçını kənddən kənarda papaqsız taxmaq ədəbsizlik hesab olunurdu, bu, yalnız uşaqlara icarə verilirdi. == Papağın növləri == Motal papaq — əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu. Şələ papaq — forma etibarı ilə azca domba olub gen sağanağa malik idi. Ona "Yastı papaq", "Çoban papağı", "Yapba papaq", "Kopan papaq" da deyirdilər.
Plan
Plan — Yer səthinin kiçik bir sahəsinin üfüqi müstəvidə iri miqyasda təsviri.. Plan (Coğrafiya) — Plan (En) — Fransada kommuna.
Pong
Pong – ilk videooyunlardan biri. Pong 2D (ikiölçülü) qrafikə sahib stolüstü tennis oyunudur.Computer space kimi videooyunlarından daha sonra çıxmasına baxmayaraq Pong populyarlıq qazanan ilk videooyunlarından biridir.Məqsəd masa tennisi oyununda daha yüksək xal qazanaraq rəqibi məğlub etməkdir. Birinci nəsil oyun konsolları üçün nəzərdə tutulmuş oyun, Atari firması tərəfindən 1972-ci ildə orjinal olaraq satışa çıxarılıb.Allan Alcorn tərəfindən Atari-nin həmtəsisçisi Nolan Bushnell tərəfindən ona verilən bir məşq olaraq yaradılan ilk arcade videooyunlarından biri idi. Bushnell, oyunun konsepsiyasını ilk ev videooyun konsolu olan Magnavox Odyssey-ə daxil olan elektron bir stolüstü tennis oyununu əsas götürdü. Buna cavab olaraq, Magnavox daha sonra Atari'yi patent pozuntusuna görə məhkəməyə verdi. Bushnell və Atari-nin həmtəsisçisi Ted Dabney, Alcorn-un işinin keyfiyyətinə təəccübləndilər və oyunu istehsal etməyə qərar verdilər.
Pran
Pran (tam adı: Pran Krişan Sikand; 12 fevral 1920, Yeni Dehli – 12 iyul 2013) — hind aktyoru. == Həyatı == Pran Bollivudun tanınmış aktyorlarından olub. 70 illik karyerasında o, yüzlərlə kinofilmə çəkilib. Həm mənfi, həm də müsbət rolları oynayıb. 1960–1980-ci illərdə Pran demək olar ki, Bollivudun bütün iri həcmli filmlərində baş rol alıb. Karyerası boyu çoxsaylı mükafatlara layiq görülüb. Kino sahəsində fəaliyyətinə görə Hindistanın dövlət mükafatını da alıb. Pran Krişan Sikand 93 yaşında Mumbayda vəfat edib.
Praqa
Praqa (çex. Praha, ing. Prague) — Çex Respublikasının paytaxtı. 31 dekabr 2007-ci il məlumatına əsasən əhalisi 1.212.097 nəfər (meqapolisdə 2.300.000 nəfər), sahəsi 496 km²-dir. Praqa zəngin tarixə və Roma, Qotika, İntibah və Barokko memarlıqlarına malikdir.Mərkəzi Avropanın siyasi, mədəni və iqtisadi mərkəzidir. Praqa, Bohemiya Krallığının paytaxtı və bir neçə Roma İmperatorlarının, xüsusən də IV Karlın (1346–1378-ci illər) iqamətgahı olmuşdur. Praqa, Habsburq monarxiyası və Avstriya-Macarıstan İmperiyası üçün əhəmiyyətli bir şəhər idi. Şəhər Bohemiya və Protestant İslahatlarında, Otuz İllik Müharibədə və 20-ci əsr tarixində Dünya Müharibələri ilə müharibədən sonrakı kommunist dövrü arasında Çexoslovakiyanın paytaxtı kimi böyük rol oynamışdır. Praqada bir çox tanınmış mədəni abidələr var, onların bir çoxu 20-ci əsr Avropasının təcavüz və dağıntılarından sağ çıxıb. Əsas görməli yerlərə Praqa qalası,Karl körpüsü, Praqa astronomik saatı olan Köhnə Şəhər Meydanı, Yəhudi Məhəlləsi, Petrin təpəsi və Vişehrad daxildir.
Ptah
Ptah — Qədim Misirdə kainatı və bütün varlığı yaradan tanrı. Araşdırmaçılar onun örnəyində Qədim Misirdə monoteizmin əlamətlərinin olmasını güman edirlər. == Kimliyi == Memfis yaradılış əsatirləri Ptah adlı tanrı haqqında bəhs edirlər. O yunanların ilk oda çevirilmiş dəmirçiliyin tanrısı olan Hefestosun bənzəridir. Bu əsatirlər Misirin uzun müdət baş şəhəri olmuş Memfisdə yaranmışdırlar. Oradan fironlar ölkəni idarə edirdilər. Şəhərin adı VI-cı sülalınin fironu I Pepinin dəfn olunduğu "Mennefer Pepi" adlı məzarlığından əmələ gəlmişdir. Ptah Böyük Enneadanı (tanrılar doqquzluğunu) yaratmışdır. Bu doqquzluq Misirin ən yüksək tanrıları idi. Bunlar Atum, Şu, Tefnut, Nut və Geb, Osiris, Isis (İsida), Set, Nephfis tanrıları idilər.
İnaq
İnaq — monqollarda ən yaxşı xidmətçilər (nökərlər) inak adlanırdı. Monqolca inak – yaxın dost, inanılmış, sevimli adam.
İraq
İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir.
Ping
ping İnternet Protokolu (IP) şəbəkəsində hostun əlçatanlığını yoxlamaq üçün istifadə edilən kompüter şəbəkəsinin idarəedici proqram təminatıdır. O, şəbəkəyə qoşulma qabiliyyətinə malik olan faktiki olaraq bütün əməliyyat sistemləri, o cümlədən ən çox quraşdırılmış şəbəkə idarəetmə proqramları üçün mövcuddur. Ping, mənbəyə əks-səda (echo) verən mənbə hostundan təyinat kompüterinə göndərilən mesajlar üçün gediş-gəliş vaxtını ölçür. Adı səs nəbzini göndərən və su altında obyektləri aşkar etmək üçün əks-sədaya qulaq asan aktiv sonar terminologiyasından gəlir. == Tarix == Ping yardım proqramı Mike Muuss tərəfindən 1983-cü ilin dekabrında Balistik Tədqiqatlar Laboratoriyasında, indiki ABŞ Ordusunun Tədqiqat Laboratoriyasında işlədiyi müddətdə yazılmışdır. David Millsin IP şəbəkə diaqnostikası və ölçmələri üçün ICMP əks-səda (echo) paketlərindən istifadə ilə bağlı qeydi Muussu şəbəkə problemlərini həll etmək üçün yardım proqramı yaratmağa sövq etdi. Müəllif onu sonarın çıxardığı səsə görə adlandırmışdır, çünki onun metodologiyası sonarın əks-sədalanmasına bənzəyir. PING üçün Packet InterNet Groper backronimi 30 ildən artıqdır ki, istifadə olunur, və Muuss, onun nöqteyi-nəzərindən PING-in qısaltma kimi nəzərdə tutulmadığını söyləsə də, Millsin adının genişlənməsini etiraf etdi. İlk buraxılmış versiya ictimai domen proqramı idi; bütün sonrakı versiyalar BSD lisenziyası altında lisenziyalaşdırılmışdır. Ping ilk dəfə 4.3 BSD-ə daxil edilmişdir.
İsaq
İsaq — ad. İsaq Məmmədov — tarix elmləri doktoru, professor İsaq Opoku — Qananı təmsil edən stolüstü tennisçi. İsaq Əmənullayev — Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Təxəllüs İradə İsaq — elmi işçi, ANS TV-nin aparıcısı.
Piar
İctimaiyyətlə əlaqələr və ya PR, piar (ing. PR – public relations) — insanın, şirkətin, ictimai hərəkatın, partiyanın, qeyri hökumət təşkilatının və s. ictimai informasiyanın verilməsi və onunla əməkdaşlığa əsaslanan irəliyə hərəkəti üzrə kompleks tədbirlərdir. Biznesdə ictimaiyyətlə əlaqələr – marketinq kommunikasiyalarının növlərindən biridir. İctimaiyyətlə əlaqələr BTL-tədbirlərin tərkib hissəsidir. PR anlayışı təbliğat və reklam terminləri ilə sıx əlaqədardır. == Anlayış == Bu gün PR-ın 500-ə qədər tərifi vardır. Onlardan daha ümumiləşdirilmiş olanı aşağıdakıdır: "Pablik rileyşin" - təşkilat və ictimaiyyət arasında qarşılıqlı faydalı, ahəngdar münasibətlərin qurulmasına yönəldilmiş idarəetmə fəaliyyətidir ki, həmin təşkilatın uğurlu fəaliyyəti məhz ondan asılıdır. Daha lakonik PR – hər hansı mal, insan, şirkət, hadisə haqqında ictimai rəyin formalaşmasıdır. Tərifin daha bir variantı mövcuddur ki, piarın yalnız bir tərəfini müəyyən edir: PR – şirkətin mənfəət əldə etməsi üçün deyil, yalnız alıcının maraqlarına uyğun mallar buraxması və satması haqqında təsəvvür yaratmaq yolu ilə ictimaiyyətin şirkətə yaxşı münasibətini formalaşdırmaq bacarığıdır.