UFC
UFC (tam adı: Ultimate Fighting Championship) — tərcümədə "son hədd mübarizə çempionatı" deməkdir.
UFC qarışıq döyüş növlərinin ilk beynəlxalq çempionat kimi 12 noyabr 1993-cü ildə yaradılmışdır. Çempionatın təşkilatçısı Dana Whitedir. Yarışlar ABŞ-nin Las-Veqas şəhərində keçirilir. Bu günə qədər bir çox idmançılar bu çempionatda güclərin sınayıblar və qalib olublar, bunlara misal olaraq məşhur Ciu-citsu döyüşçüləri yetirən Qreysi ailəsinin nümayəndəsi Roys Qreysi, Ken Şemrok, Anderson Silva, Corc Sen-Pier, Joze Aldu, Dominik Kruz və s. kimi göstərmək olar.
Bu çempionatda da başqa idman yarışlarında olduğu kimi idmançılar öz çəkilərindəki idmançılarla döyüşürlər (120 kq, 93 kq, 84 kq, 77 kq, 70 kq, 66 kq, 61kq).
Döyüşlər qəfəsdə keçirilir və bu qəfəs 8 künclü olur.
Çempionatı hakimlər idarə edir, tanınmış hakimlərdən biri də Con Makkartidir. Döyüş başlamamışdan əvvəl hakim idmançılara qadağan olunmuş zərbələri və qadağan olunmuş yerlərə zərbə vurulmasını başa salır və kənar şəxslər qəfəsdən xaric olduqdan sonra döyüşə başlamaq əmrini (fight) verir.