Piar

İctimaiyyətlə əlaqələr və ya PR, piar (ing. PR – public relations) — insanın, şirkətin, ictimai hərəkatın, partiyanın, qeyri hökumət təşkilatının və s. ictimai informasiyanın verilməsi və onunla əməkdaşlığa əsaslanan irəliyə hərəkəti üzrə kompleks tədbirlərdir. Biznesdə ictimaiyyətlə əlaqələr – marketinq kommunikasiyalarının növlərindən biridir. İctimaiyyətlə əlaqələr BTL-tədbirlərin tərkib hissəsidir. PR anlayışı təbliğat və reklam terminləri ilə sıx əlaqədardır.

Bu gün PR-ın 500-ə qədər tərifi vardır. Onlardan daha ümumiləşdirilmiş olanı aşağıdakıdır: "Pablik rileyşin" - təşkilat və ictimaiyyət arasında qarşılıqlı faydalı, ahəngdar münasibətlərin qurulmasına yönəldilmiş idarəetmə fəaliyyətidir ki, həmin təşkilatın uğurlu fəaliyyəti məhz ondan asılıdır. Daha lakonik PR – hər hansı mal, insan, şirkət, hadisə haqqında ictimai rəyin formalaşmasıdır. Tərifin daha bir variantı mövcuddur ki, piarın yalnız bir tərəfini müəyyən edir: PR – şirkətin mənfəət əldə etməsi üçün deyil, yalnız alıcının maraqlarına uyğun mallar buraxması və satması haqqında təsəvvür yaratmaq yolu ilə ictimaiyyətin şirkətə yaxşı münasibətini formalaşdırmaq bacarığıdır. Çox vaxt "İctimaiyyətlə əlaqələr"i PR-mütəxəssislərin işinin gedişində istifadə olunan məlum texnika və üsullardan irəli gələrək müəyyən edirlər. Bu zaman "kadr arxasında" qalan odur ki, ictimaiyyətlə əlaqələr bütöv bir prosesdir və çoxlu incə və son dərəcə mühüm cəhətlərdən yaranır. Bura tədqiqat və analitik iş, siyasətin formalaşması, proqramın tərtibi, çoxsaylı auditoriya ilə kommunikasiya və əks əlaqənin saxlanması və s. daxildir. Son illər "ictimaiyyətlə əlaqə" ümumi termini ilə adlandırdığımız ifadənin çoxlu tərifi təqdim edilmişdir. Müasir təcrübəyə daha adekvat və yararlı olan professorlar Lourens V.Longi və Vinsent Hazelton tərəfindən təqdim olunan tərifdir. Onlar ictimaiyyətlə əlaqələri "idarəetmənin kommunikativ funksiyası" kimi təsvir edirlər ki, bunun vasitəsilə "təşkilatlar ətraf mühitə uyğunlaşır, onu təşkilati məqsədlərinə nail olmaq üçün dəyişirlər (və ya saxlayırlar)". Bu yanaşma ictimaiyyətlə əlaqə probleminə ən yeni nəzəri baxışdır ki, bundan irəli gələrək, onlar sadəcə məslək kimi deyil, daha böyük mahiyyət kimi başa düşülür.

İctimaiyyətlə əlaqə – XX əsrin fenomenidir ki, onun kökləri o mənada qədim tarixə gedib çıxır. Bu əlaqələr də insanlar arasında kommunikasiya qədər qədimdir. Hələ Babilistan, Qədim YunanıstanQədim Roma kimi sivilizasiyaların çiçəklənməsi dövrlərində insanları inandırmağa çalışırdılar ki, onlar öz hökumətlərini və öz dinlərini qəbul etməlidirlər və onlara itaət etməlidirlər. Bu təcrübə indiyə kimi mövcuddur: şəxslərarası kommunikasiya, natiqlik sənəti, ədəbiyyat, xüsusi tədbirlərin təşkili, pablisiti (reklam) və s. Əlbəttə, bu fəaliyyət heç vaxt "ictimaityyətlə əlaqələr" adını daşımamışdır, lakin bu gün həmin fəaliyyətlə məşğul olanlar qarşısında da həmin məqsədlər durur.

Piarın növləri

[redaktə | mənbəni redaktə et]
  • Qara piar — rəqib partiyanın, qrupun və s. ləkələnməsi, məhv edilməsi üçün "qara texnologiyalardan" istifadə edilməsi, onun adından təhqiredici və ya iqtisadi təhlükəli bəyanatların edilməsi və s. yayılmasıdır. Bəzən nüfuzdan salan bir yazının dərci ilə məhdudlaşmaq kifayət edir. Bu söz birləşməsi "qara təbliğat" ifadəsi ilə eyni yaranmışdır. Belə güman edilir ki, rus dilində Viktor Pelevinin "Generation P" romanı çapdan çıxdıqdan sonra meydana gəlmişdir.
  • Sarı piar — diqqəti cəlb etmək məqsədilə həmin dövlətin əksər əhalisi üçün təhqiramiz elementlərdən istifadə (adlarda qadağa qoyulmuş sözlər, təsvirlərdə seksual məzmunun tətbiqi, erotikadan – pornoqrafiyaya, kütləvi hərəkətlərdə – yalançı homoseksualizm, irqçi, ksenofob bəyanatların deyilməsi və s.).
  • Boz piar — mənbəyini gizli saxlayan reklam (müsbət və ya mənfi). "Qara piar"dan fərqli olaraq, öz mənşəyi haqqında birbaşa yalan nəzərdə tutmur.
  • Ağ piar — bu söz birləşməsi qara piara zidd olan anlayışın nümayişi üçün, yəni öz adından açıq reklamdan meydana gəlmişdir.
  • Özünüpiar — öz-özünün anonim tərifidir.
  • Qəhvəyi piar — neofaşist və faşist təbliğatı ilə yaxın bir şeydir.
  • Yaşıl piar — sosial məsul piardır.
  • Viruslu piar — hazırkı formada "viruslu" anlayışı avtonom xarakter daşıyır. İnsanların öz aralarında, dostları və tanışları ilə maraq dairəsinə aid müxtəlif ideya, düşüncə, fikirlə bölüşmək mənasında işlədilir.
  • Sosial piar — bu fəaliyyət pozitiv, müsbət modellərin formlaşdırırılmasına, dəstəyinə hesablanmış təbliğatdır. Piarın bu sferasına ən-ənəvi olaraq xeyriyyəçi təşkilatlar, qeyri-kommersiya ictimai təşkilatları və xeyriyyəçi layihələri olan biznes-struktrular aiddir.
  • Sem Blek. Pablik Rileyşnz. Bu nədir? - M.: Xəbərlər, 1990. - 239 с. - ISBN 5-7020-0370-5
  • İvançenko, Q. V. Pablik Rileyşnz. — M: Məna, 1999. — ISBN 5-89357-050-2
  • Vuyça А. Qara PR. Biznesdə müdafiə və hücum. — SPb.: BXB, 2005. — ISBN 5-94157-771-0
  • Hall Fil. (2007) The New PR. Mount Kisco, N.Y.: Larstan Publishing.
  • Filip Qurov. İnternetdə biznesin təşkili: şəbəkədə PR və reklam haqda hər şey. — M.: "Zirvə", 2008. — 136 с. — ISBN 978-5-9626-0408-4
  • Şaron Beder (2002) 'Global Spin: the corporate assault on environmentalism', Totnes, Green Books.
  • Музалевский М. Е. "PR-проект: от проблемы к результату". — Саратов: "Научная книга", 2003. — 96 с. — ISBN 5-93888-121-8

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Sənayə haqda