Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Rabor şəhristanı
Rabor şəhristanı— İranın Kirman ostanında şəhristan. Şəhristanın inzibati mərkəzi Rabor şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 33 718 nəfər və ya 7 664 ailədən ibarət idi.
Arazbar
Arazbar — Səfəvilər dövründə qəza, Osmanlıların müvəqqəti istilası zamanı sancaq. Arazbar dəqiq sərhədləri olan tarixi bölgədir. Araz çayının hər iki yaxası boyunca uzanan bu bölgə quzeydə Xudafərindən başlayıb Beyləqanda bitir. Güneydə isə tarixi Qərbi Dizmar mahalından başlayıb tarixi Ultan qalası ərazisində tamamlanırdı. Quzey Arazbara Qarabağ Arazbarı, güney Arazbara Qaradağ Arazbarı deyilirdi. == Mənası == Arazbar toponimi "Araz" və "bar" sözlərinin birləşməsindən yaranmışdır. Araz adının kifayət qədər yozumu olduğundan bu məqalədə geniş bəhsə lüzum görmürük. Arazbar yer adının ikinci komponenti "bar" sözünü açıqlamaq üçün lüğət və araşdırıcılara müraciət edək. Ünlü bilgin Ələkbər Dehxuda "Lüğətmə" əsərində yazır ki, "bar" sözü "sahil", "kənar" anlamında olub, Arazbar – Arazkənarı yurd deməkdir. XIX əsrə bağlı qaynaq və ədəbiyyatlarda göstərilir ki, "bar", "var" sözləri Azərbaycan dilində "oba yeri", "hər hansı bir icmanın yurdu" mənalarını ifadə edir.
Razoom
Tabor
Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır. Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir. Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir. == Motaatıcı tabor == Əsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor. 3 motaatıcı bölük Minaatan batareya Artilleriya batareya Yükdaşıyan avtomobil taqımı Tankəleyhinə taqım Qumbaraatan taqım Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Tank taboru == Əsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor. 3 tank bölüyü Rabitə taqımı Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Rabitə taboru == Əsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir. Tabor qərargahı Radio bölüyü Estafet bölüyü Təmir dəstəsi == Təmir taboru == Baxım təmir taboru, briqada tabeçiliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir.
Zabor
Zabor adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 700 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 4 km cənub-şərqdə, Bazovıy adası 2 km cənub-qərbdə və Kolosov adaları 3 km cənub-qərbdə, Blizkiy adası 4,35 km şimal-şərqdə, Pustoy adası 6,4 km şimalda yerləşir. == Xüsusiyyətləri == Qərbdən-şərqə 1,1 km uzunluğa, 450 metr enə malikdir. Hündülüyü böyük deyil. dür. Sahilləri alçaqdır. Ada alcaqboylu otlarla örtülü olur.
Arazbar (Ağcabədi)
Arazbar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Arazbarı/Arazbar/Arasbar Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sağ sahilində, Mil düzündədir. İlk dəfə XIII əsrə aid mənbələrdə (Fəzlullah RəŞidəddin "Məktublar") Arasbar Şəklində qeydə alınmışdır. XVI əsrdə türk səyyahı Ovliya Çələbinin yazdığına görə, Araz çayının nisbətən yuxarıdan töküldüyü ərazi yerli əhali arasında Arazbar adlanırmış. XVIII əsrdə Arazbar Qarabağ xanlığının banisi Pənahəli xanın atası İbrahim ağanın otlaq yeri olmuşdur. XIX əsrə aid mənbələrin birində Araz çayının Ordubad və Mehri arasında Arasbar adlı dar dərədən axdığı göstərilir. Həmin əsrə aid başqa bir mənbədə isə Arazbarlı kəndi qeydə alınmışdır. 1917-ci ildə Cəbrayıl və Şuşa qəzalarında Arasparlı, 1917 və 1933-cü illərdə Goyçay qəzasında Arazbəyli yaşayış məntəqəsi olmuşdur. 1933-cü ildə Ağcabədi rayonundakı Arazbar kəndinin adı Araspar Şəklində qeydə alınmışdır.
Arazbar bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Arazbar döyüşü
Arazbar livası
Arasbar sancağı və ya Arasbar livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Arazbar idi. Arazbar sancağı iki nahiyəyə bölünürdü.
Arazbar nahiyəsi
Arasbar nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. XIV əsr Elxanilər dövlətinin Arazbar tüməninin Arazbar nahiyəsi 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Dizaq sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə Osmanlı dövləti Arazbar nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış belədir == Kəndləri == Babı (Zaviyəyi-Babı)Şah I. Abbas dönəmində Arazbar nahiyəsini Bayburtlu oymağı idarə etmişdir.1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində Arazbar livası inzibati–ərazi nahiyə == Kəndləri == 73 Kənd bulunmaqta 62 kənd boşdur və vergi verən 1 Larican 2.Riyan kəndi 3.Nurpaşa kəndi 4.Sultanlı kəndi 5.Qızqələ kəndi 6.Aşağı Bulğay kəndi 7. Davudan kəndi 8. Çaxırlı kəndi 9. Babı kəndi 10. Govşatlı kəndi 11. Yuxarı Yalıncaq kəndi 12. Aşağı Yalıncaq kəndi 13.Balağay kəndi 14.
Arazbar qəzası
Arazbar — Səfəvilər dövründə qəza, Osmanlıların müvəqqəti istilası zamanı sancaq. Arazbar dəqiq sərhədləri olan tarixi bölgədir. Araz çayının hər iki yaxası boyunca uzanan bu bölgə quzeydə Xudafərindən başlayıb Beyləqanda bitir. Güneydə isə tarixi Qərbi Dizmar mahalından başlayıb tarixi Ultan qalası ərazisində tamamlanırdı. Quzey Arazbara Qarabağ Arazbarı, güney Arazbara Qaradağ Arazbarı deyilirdi. == Mənası == Arazbar toponimi "Araz" və "bar" sözlərinin birləşməsindən yaranmışdır. Araz adının kifayət qədər yozumu olduğundan bu məqalədə geniş bəhsə lüzum görmürük. Arazbar yer adının ikinci komponenti "bar" sözünü açıqlamaq üçün lüğət və araşdırıcılara müraciət edək. Ünlü bilgin Ələkbər Dehxuda "Lüğətmə" əsərində yazır ki, "bar" sözü "sahil", "kənar" anlamında olub, Arazbar – Arazkənarı yurd deməkdir. XIX əsrə bağlı qaynaq və ədəbiyyatlarda göstərilir ki, "bar", "var" sözləri Azərbaycan dilində "oba yeri", "hər hansı bir icmanın yurdu" mənalarını ifadə edir.
Arazbar sancağı
Arasbar sancağı və ya Arasbar livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Arazbar idi. Arazbar sancağı iki nahiyəyə bölünürdü.
Arazbar savaşı
Arazbar tüməni
Arazbar tüməni — Elxanilər dövrünə yaranmış inzibati ərazi vardı. Arazbardan inzibati ərazi kimi bəhs edən tarixçilərdən biri də Fəzlullah Rəşidəddindir. Tarixçi oğlu Məcidəddinə yazdığı məktubunda bildirir ki, Dizmar və Arazbar vilayətləri 15 min man nar tədarük edir. XVIII əsrdən sonrakı tarixi-coğrafi əsərlərdə və dövlət fərmanlarında Arazbar adı tez-tez hallanır. XVI əsr tarixçisi Zeynəddin bin Həmdullah Qəzvini "Zeylə-tarixe-qozide" adlı əsərində 1392-ci il olaylarından bəhs edərkən yazır: "Xürrəm Muğan, Aran və Arazbar vilayətlərini zəbt etdi." Qaraqoyunlu hökmdarlarından Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arazbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Arazbar adlı inzibati ərazi vardı. Şah İsmayıl Səfəvinin hökmlərində də Arasbar adı xatırlanır. Tarixçi Şərəf xan Bitlisi "Şərəfnamə" adlı əsərində Osmanlıların Azərbaycana yürüşündən bəhs edərkən yazır: "Fərhad paşa Heydər paşanı bu vilayətin gözətçisi qoydu və müzəffər qoşunu ilə Arasbarda olan qacarların üzərinə hücumuma keçdi".
Arazbar ölkəsi

Baccharis ramboi
Baccharis ramboi (lat. Baccharis ramboi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
David Harbor
David Kenneth Harbour (10 aprel 1975, Uayt-Pleyns[d], Vestçester[d], Nyu-York ştatı, ABŞ) — Amerikan aktyoru. == Həyatı == 1975-ci il 10 apreldə doğulmuşdur.
Paul Rayber
Paul Rayber (alm. Paul Reiber‎; 15 noyabr 1904 – 1992) — almaniyalı Yunan-Roma güləşçisi, Almaniya çempionu və Avropa Çempionatının mükafatçısı. 1904-cü ildə anadan olmuşdur. 1922-ci ildə Vürtemberq torpağının çempionu oldu. 1925-ci ildə Almaniya çempionatında qızıl medal qazandı və Avropanın Çempionatında 4-cü yeri tutdu. 1926-cı ildə Avropa Çempionatının gümüş mükafatçısı oldu və Almaniya çempionatında 2-ci yeri tutdu. 1927-ci ildə Almaniya çempionatının bürünc mükafatçısı oldu. 1929-cu ildə yenidən Avropan çempionatında iştirak etdi, amma orada yalnız 6-cı oldu.
Ranbir Kapur
Ranbir Kapur - (d. 28 sentyabr 1982, Mumbay, Hindistan) Bollivud filmlərində rol alan tanınmış Hindistanlı aktyor. Məşhur aktyor Rişi Kapur və aktrisa Nitu Sinqin oğludur. Ranbir aktyorluq karyerasına rejissor Sancay Lila Bhansalinin köməkçisi olaraq başlamışdır.
Raşmor dağı
Raşmor dağı (ing. Mount Rushmore National Memorial) — ABŞ-nin Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranitində hündürlüyü 18,6 metr olan barelyef düzəldilib. Barelyefdə ABŞ-nin dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkoln təsvir edilib. Amerikanın avropallar tərəfindən məskunlaşdırılmasına qədər dağ yerli hinduların dilində "altı baba" (ing. Six Grandfathers) adlanırdı. Ancaq 1935-ci ildə daş 1885-ci ildə bura ekspedisiya təşkil etmiş biznesmen Çarlz Raşmorun adı ilə adlandırılıb. O barelyefin hazırlanmasına o dövr üçün ən böyük məbləğ — $5000 ayırmışdı. Fiqurun hazırlanmasına 14 il, 1927-dən 1941-ci ilədək vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı.
Şambor qəsri
Şambor qəsri (fr. Château de Chambord) — Fransanın Lotaringiya departamentində yerləşən qəsr. Qəsr Blua şəhərinin 15 kilometr şərqində yerləşir. XVI əsrin ikinci yarısında Kral I Fransisk tərəfindən ov qəsri kimi inşa etdirilmişdir. Şambor qəsri Lotaringiyada yerləşən qəsr və saraylar arasında ən mühümü hesab olunur. == Tarixi == === XVI və XVII əsrlər === İtaliyada yaranmış Renesans mədəniyyəti Fransada öz təsirlərini göstərməyə başlayırdı. Renesans mədəniyyəti Fransada ilk olaraq Lotaringiya departamentində yaranmış və inkişaf etmişdir. Bu bölgədə tikilən qalalar, qəsrlər və digər bu növ tikililər Renesans mədəniyyətinin ilkin nümunələrindən hesab olunur. Kral I Fransisk Şambor qəsrini 1519-cu ildən etibarən inşa etdirməyə başlatdırmışdır. Həmin vaxt kralın cəmi 25 yaşı vardı.
Ann-Arbor
Ann - Arbor, Enn - Arbor – ABŞ-nin şimalında, Miçiqan ştatında şəhər. Əhalisi 114 min (2000). Dəmir yolu stansiyası. Nəqliyyat qovşağı. EHM-lər istehsal olunur. Avtomobil, radio elektrotexnika, cihazqayırma, kimya-əczaçılıq, poliqrafiya sənayesi müəssisələri var. Miçiqan universiteti buradadır. 1824-cü ildə salınmışdır.
Ann - Arbor

Berqman (tabor)
Berqman — İkinci dünya müharibəsi zamanı Vermaxta tabe olan tabor. Tabor ermənilər, gürcülər və azərbaycanlılardan təşkil olunmuşdu. Tabor İkinci dünya müharibəsinin gedişində almanlara əsir düşən əsgərlərdən təşkil edilmişdi. Taborun əsası azərbaycanlı və erməni əsgərlədən ibarət idi. Sonderverband Bergmann 1941-ci ilin 14 noyabrında Aşağı Sileziyanın Vehrau kəndində yaradılmışdır. Sonralar tabor Vermaxta tabe olan Ahuverin tabeliyinə keçmişdir. Taborda az sayıda tatar əsgələri də vardı. 1942-ci ildə Fransada hitler tərəfdarı bir qrup qafqazlı döyüşcü, könüllü olaraq tabora qoşulmuşdur. Bergmann taboru Teodor Oberlanderin rəhbərlik etdiyi Bau-Lehr z.b. V 800 adlı hərbi birləşmənin tərkibinə qatılmışdır.