Arazbar qəzası

ArazbarSəfəvilər dövründə qəza, Osmanlıların müvəqqəti istilası zamanı sancaq.

Arazbar dəqiq sərhədləri olan tarixi bölgədir. Araz çayının hər iki yaxası boyunca uzanan bu bölgə quzeydə Xudafərindən başlayıb Beyləqanda bitir. Güneydə isə tarixi Qərbi Dizmar mahalından başlayıb tarixi Ultan qalası ərazisində tamamlanırdı. Quzey Arazbara Qarabağ Arazbarı, güney Arazbara Qaradağ Arazbarı deyilirdi.

Mənası[redaktə | mənbəni redaktə et]

Arazbar toponimi "Araz" və "bar" sözlərinin birləşməsindən yaranmışdır. Araz adının kifayət qədər yozumu olduğundan bu məqalədə geniş bəhsə lüzum görmürük. Arazbar yer adının ikinci komponenti "bar" sözünü açıqlamaq üçün lüğət və araşdırıcılara müraciət edək. Ünlü bilgin Ələkbər Dehxuda "Lüğətmə" əsərində yazır ki, "bar" sözü "sahil", "kənar" anlamında olub, Arazbar – Arazkənarı yurd deməkdir. XIX əsrə bağlı qaynaq və ədəbiyyatlarda göstərilir ki, "bar", "var" sözləri Azərbaycan dilində "oba yeri", "hər hansı bir icmanın yurdu" mənalarını ifadə edir. "Bar", "var" sözləri nominativ mənada "alaçıq yeri", geniş anlamda isə "yaylaq icmalarına məxsus yurd, məskən, otlaq" anlayışlarını da bildirir. Ümumi qənaət budur ki, Arazbar – Araz yaxası yurddur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Arazbar əski yunan müəlliflərində Araksena kimi xatırlanır. Məşhir coğrafiyaçı Strabon yazır: "Araza aiddir: quzeyə tərəf axır, Atropatenayadək, sonra qərbə dönür... nəhayət, Araksena düzündən keçərək, Kaspi dənizinə tökülür" Qeyd edək ki, Araksena Arazan adının yunanca tələffüz şəklidir. Onlar bu biçimi farslardan götürmüşlər. Əski farslar Arazbara Ərəsən demişlər. Çağdaş farsdilli tarixi-coğrafi ədəbiyyatlarda Arazbar Ərəsbaran adlanır. Arazbardan inzibati ərazi kimi bəhs edən tarixçilərdən biri də Fəzlullah Rəşidəddindir. Tarixçi oğlu Məcidəddinə yazdığı məktubunda bildirir ki, Dizmar və Arazbar vilayətləri 15 min man nar tədarük edir. XVIII əsrdən sonrakı tarixi-coğrafi əsərlərdə və dövlət fərmanlarında Arazbar adı tez-tez hallanır. XVI əsr tarixçisi Zeynəddin bin Həmdullah Qəzvini "Zeylə-tarixe-qozide" adlı əsərində 1392-ci il olaylarından bəhs edərkən yazır: "Xürrəm Muğan, Aran və Arazbar vilayətlərini zəbt etdi." Qaraqoyunlu hökmdarlarından Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arasbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Arazbar adlı inzibati ərazi vardı. Şah İsmayıl Səfəvinin hökmlərində də Arasbar adı xatırlanır. Tarixçi Şərəf xan Bitlisi "Şərəfnamə" adlı əsərində Osmanlıların Azərbaycana yürüşündən bəhs edərkən yazır: "Fərhad paşa Heydər paşanı bu vilayətin gözətçisi qoydu və müzəffər qoşunu ilə Arasbarda olan qacarların üzərinə hücumuma keçdi". Tarixçi İskəndər bəy Türkman Münşi öz məşhur "Tarixi-aləm-arayi-Abbasi" adlı əsərində Arazbardan bir neçə dəfə söz açmışdır. Anonim "Təzkirət əl-mülk" adlı əsərdə Arazbar haqqında özəl bilgi var. Əsərdə qeyd edilir ki, Arazbar və Bəyazidli elinin ölkəsi 3.002.945 dinar vergi ödəyir, savaş zamanı ortaya 300 nəfərlik dəstə çıxarır. 1586-cı ildə Qızılbaşlar məmləkətinə qarşı yürüşə başlayan Osmanlı ordusu 1587-ci ildə Qarabağı ələ keçirirdi. 1590-cı ildə İstanbul sülhü səbəbi ilə Azərbaycanı bütövlükdə ələ keçirən Sultan Murad yerlərdə bürokratik idarəetmə aparatı yaratdı. Vergi toplamaq məqsədilə 1593-cü ildə "Gəncə-Qarabağ əyalətinin icmal dəftəri" hazırlandı. Həmin dəftərdə Dizaq sancağına bağlı Arasbar nahiyəsindən geniş bəhs olunur. Dəftərdə Arazbar nahiyəsində qərar tutan kənd, oymaq və arxların siyahısı verilib. Həmin siyahını verməyi məqsədəuyğun bildik.

Yurd və oymaqları[redaktə | mənbəni redaktə et]

Dizaq sancağına tabe olan Arasbar nahiyəsi

 
1. Nəhri Kavkoşan
2. Nəhri Əgri
3. Nəhri Herellan
4. Nəhri Cayırlı Canqan
5. Nəhri Xanlıq
6. Nəhri Xərgalan
7. Nəhri Okçu
8. Nəhri Şıpartu
9. Nəhri Əlğallı
10. Nəhri Əlyan
11. Nəhri Bulalu Böyük və kiçik
12. Nəhri Sultan
13. Şəkərabad
14. Nəhri Murquzlu
15. Nəhri Qaracalı
16. Nəhri Çakırlı
17. Nəhri Qızqala
18. Türkə/ Nürkə
19. Sekiz tənkə
20. Zaviyayi Babı
21. Nəhri Ərəl hisargiri
22. Şərəfabad
23. Yuxarı Xatunabad
24. Aşağı Xatunabad
25. Nəhri Ayaş başqa adı Cilavxan
26. Kələçi
27. Qaraqazılı
28. Kavallı
29. Röşənli
30. Nəhri Cünün
31. Nəhri Gülban
32. Nəhri Kexan
33. Beycəli
34. Nəhri Xəlilabad
35. Nəhri Aralıq
36. Nəhri Dərviş Cəlal
37. Nəhri Aruzlu Qaraca
38. Nəhri Salucaq
39. Nəhri Bürcü
40. Nəhri Bayta
41. Nəhri Sərkabad
42. Nəhri Torqad
43. Asvahan
44. Nəhri Qızoğlu
45. Nurbaşə
46. Nəhri Alaqarğu
47. Nəhri Dovşanlı
48. Nəhri Təlli Sultan
49. Nəhri Qəzənfərabad
50. Nəhri Xazəlan
51. Nəhri Atabək
52. Nəhri Cehyabad
53. Nəhri Cəfərabad
54. Nəhri Əmirabad
55. Nəhri Kərimabad
56. Nəhri Talışabad
57. Nəhri Xanabad
58. Nəhri Hüseynabad
59. Nəhri Camalabad
60. Nəhri Şeyxloğman
61. Nəhri ağaalı
62. Nəhri Gülücan
63. Nəhri Xırnavan
64. Nəhri Səncərabad
65. Nəhri Xurşedabad
66. Nəhri Rayta
67. Nəhri Dəlmə
68. Nəhri Samurgəldi
69. Nəhri Dəryabənd
70. Nəhri Kərimabad
71. Nəhri Sənkabad
72. Nəhri Əligönc
73. Nəhri Səkbanlar
74. Nəhri Tulan
75. Nəhri Gülbar
76. Nəhri Horadiz
77. Nəhri Kərimtəpə
78. Nəhri Mansurabad
79. Nəhri Mirçarıq
80. Nəhri Livadbad
81. Nəhri Mahmud Leman
82. Nəhri Kərdəsərə
83. Nəhri Sərdar
84. Nəhri Çəribad
85. Nəhri İstisular
86. Nəhri Kəlladan
87. Nəhri Mahmudəkabad
88. Nəhri Bədəlçıxanə
89. Nəhri Kələdyəxanə
90. Nəhri Qılıcabad
91. Nəhri Səmərabad
92. Nəhri Heyvalıq
93. Nəhri Saruvan
94. Nəhri Küçük
95. Nəhri Yarıbıçaq
96. Nəhri Xürrəmabad
97. Nəhri Şeyxabad
98. Nəhri Sinanabad
99. Nəhri Sunqurabad
100. Nəhri Risəli
101. Nəhri Bulbars
102. Nəhri Sofi Həsən
103. Nəhri Taşqay
104. Nəhri Kəmərabad
105. Nəhri Çəsirə başqa adı Gablıvan
106. Nəhri balıçaq aşağı və yuxarı
107. Nəhri İgidli (taşqayın yaxınlığında)
108. Nəhri Xürrəmabad
109. Nəhri Sinanabad
110. Nəhri Süngərabad
111. Nəhri Səmabad
112. Nəhri Mədən aşağı və yuxarı
113. Nəhri Şəmşəddinli
114. Nəhri Keşəli

Arasbarda bir çox el-oyamaqlar da yaşayırdı:

1723-cü ildə Osmanlı ordusu Qızılbaşlar məmləkətinə qarşı yeni yürüşə başlayır. 1725-ci ildə yürüşü uğurla başa çatdırıb Azərbaycana sahib olur. 1727-ci ildən Sultan Əhmədin fərmanı ilə vergi dəftəri hazırlanır. Bu dəfəki reest "Gəncə-Qarabağ əyalatinin müfəssəl dəftəri" adlanır. Bu dəftərdə Arazbar inzibati ərazi vahidi kimi artıq sancaqdır. İşimizə söykək olduğu üçün Arazbar sancağında qərar tutan kənd və oymaqların siyahısını verməyi gərəkli bildik:

1. Larican kəndi
2. Riyan kəndi
3. Nurpaşa kəndi
4. Sultanlı kəndi
5. Qızqələ kəndi
6. Aşağı Bulğay kəndi
7. Davudan kəndi
8. Çaxırlı kəndi
9. Babı kəndi
10. Göyşatlı kəndi
11. Yuxarı Yalıncaq kəndi
12. Aşağı Yalıncaq kəndi
13. Balağay kəndi
14. Xanarxı kəndi
15. Seyidabad kəndi
16. Taşqay kəndi
17. Kələçi Keşli kəndi
18. Köhərli kəndi
19. Keyik kəndi
20. Amadili (başqa adı Onaltı) kəndi
21. Arslandüz kəndi
22. Qasımabad kəndi
23. Qütuşan kəndi
24. Qaraqovaq kəndi
25. Alaqayıq kəndi
26. Xatunabad kəndi
27. Xəzalan Kəbirli kəndi
28. Şəkərabad kəndi
29. Ərisə kəndi
30. Qazılı kəndi
31. Yenili kəndi
32. Yenicə kəndi
33. Dərvişbulaq kəndi
34. Dəlmə kəndi
35. Çırğın və Cərkəlan kəndləri
36. Mahmudabad kəndi
37. Firovsabad kəndi
38. Düvəxanlı kəndi
39. Nehrabad kəndi
40. Çatı kəndi
41. Dəstəçi kəndi
42. Tərkibal kəndi
43. Ənhari Nəsriyyə kəndi (Nəsriyyə çayları)
44. Kələdən kəndi
45. Kərmədən kəndi
46. Diri kəndi
47. Yuxarı Yaylaq kəndi
48. Nəsri Surxay (Qırmızı çay) kəndi
49. Siyasi kəndi (Qarabaş)
50. Abdulla kəndi
51. Kavdar kəndi
52. Cəcirli kəndi
53. Arığalı kəndi
54. Daniyal kəndi
55. Balçaq Əmir seyid kəndi
56. Kəlli Karalabsad kəndi
57. Yuxarı Kələci kəndi
58. Aşağı Kələci kəndi Dərbənd kəndi
59. Fətəhsabad kəndi
60. Aşağı Bala Nürkü kəndi
61. Məmmədcəlil kəndi
62. Əbülfatan kəndi
63. Qaraxanlı kəndi başqa adı Çoban
64. Mədətli kəndi
65. Cünan kəndi
66. Soyuqaş kəndi və Donqud çayı
67. Sarıxan kəndi
68. Cəyirli kəndi
69. Qaşqa və İncili kəndləri
70. Kələc və Çobanbəyi kəndləri
71. Sarısu kəndi
72. Yazılmərə kəndi
73. Əmirməhəmməd qışlağı

Arazbar sancağında yaşayan el-oymaqlar:

  • Cavanşir elinə bağlı oymaqlar: I Yağlavənd, Dədəli, Tamətli, Gecəgözlü, Seyidəhmədli, Qarıbənd, Qarıbənd, Dəmirli, Seyidmahmudlu, II Yağlavənd, III Yağlavənd, IV Yağlavənd, Mollafazili, Köçərli, Qaraburunlu.
  • Otuziki elinə bağlı oymaqlar: Barani, Qaraqoyunlu, Mollalar, Eymirli, Ozan.
  • Kəngərli elinin bir oymağı.
  • Şahsevən elinin Hacıəlili oymağı.

Arazbar adı folklorda[redaktə | mənbəni redaktə et]

Arazbar bir coğrafi ünvan kimi folklor nümunələrində də işlənmişdir. Nümunə üçün hissələr vermək yerinə düşər:

Qoşmalarda:

Guya müntəzirsən çoxdan əyalə,
Arazbar gülüsən, dağlarda lala,
Qüssəylə özünü vermə xəyalə,
Gülgəz yanaqların saralı, Sədəf!..

(Bağban Məhəmməd)

Biz əvvəllər Arazbarda olardıq,
Haramıda ceyran-cüyür ovlardıq,
Kəklik-turac xurcunlara dolardı,
Nədən indi yediyimiz cad olsun....

(Həsənalı bəy Kovxa)

Gəraylılarda:

Xançobanam Arazbardan,
Baxçalarım doldu bardan.
İgid qalsa gər qatardan,
Tay-tuşuna çata bilməz...

(Arazbarlı Xançoban)

Bayatılarda:

Mən aşıq, Təklədənəm,
Tək evli Təklədənəm,
Arasbar tərlanlıyam,
Sonalar təklədəm.

Mən aşığam həşəmdi,
Dərmə gülü, həşəmdi,
Arasbar tərlanlıyam,
Sona almaq peşəmdi.

Bayatının zilinnən,
De, danış xoş gününnən.
Yardan bir xonça gəldi,
Arasbarın gülünnən.
 
Bir söz çıxdı dilimdən,
Ayrı düşdün elindən.
Sən yayalaqdan qar göndər,
Mən Arasbar gülündən...

Nəğmələrdə:

Geymisən al Arazbarı,
Xan çobanın nazlı yarı.
Necə yatım sənnən ayrı,
Sal yanında döşək mənə...

Deyimlərdə:

Əssin Arazbarı, artsın xırmanın varı...

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Hacılılar, "Soy" dərgisinin özəl buraxılışı, Bakı, 2004.
  • Ənvər Çingizoğlu. Qarabağın Aran ağzı-Arazbar. Bakı: "Ozan", 1998.
  • Ənvər Çingizoğlu. Arazbar bölgəsinin mənəvi mədəniyyəti, Bakı, "Mütərcim", 2011, 236 səh.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]