Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Narval
Narval (lat. Monodon monoceros) — ağızdan bayıra çıxan böyük dişə sahib orta ölçülü dişli balina. Qrenlandiya, Kanada və Rusiya ətrafındakı arktik sularında yaşayır. Narval ağ balina kimi təkbuynuzlular fəsiləsinin nəsli kəsilməmiş iki növündən biridir. Narvalların erkəkləri uzun düz spiralvari dişlə fərqlənir, hansı ki, əslində uzanmış yuxarı sol köpək dişidir. Narval 1758-ci ildə Karl Linney tərəfindən Systema Naturae çapında təsvir edilmiş bir çox növdən biridir. Ağ balina kimi narvallar da orta ölçüdədirlər. Dişilər və erkəklər üçün, erkəklərin uzun dişi istisna olmaqla, ümumi boy ölçüsü 3.95 metrdən 5.5 metrə qədər dəyişir; erkəklər dişilərdən bir az daha böyükdürlər. Yetkin narvalın orta çəkisi 800-1600 kiloqramdır. Təqribən 11-13 yaşlarında erkəklər cinsi yetkinliyə çatırlar; dişilərdə isə bu 5-8 yaşlarında baş verir.
Razdan
Razdan və ya Aşağı Axta — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Razdan rayonunun mərkəzi. Razdan şəhəri Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 30.06.1959-cu il tarixindən adı dəyişdirilərək Hrazdan adlandırılıb. 1959-cu ildən respublika tabeli şəhərdir. == Tarixi == Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Toponim fərqləndirmə mə'nasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30.VI.1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Razdan qoyulmuşdur.
Rizvan
Rizvan — Kişi adı, təxəllüs. Rizvan Abasov — Azərbaycan Respublikasının əməkdar mühəndisi. Rizvan Cəbiyev — Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı. Rizvan Hümbətov — “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş döyüşçü Rizvan Qarabağlı — Azərbaycan memarı, memarlıq namizədi Rizvan Məmmədov — Rizvan Muradov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Rizvan Paşayev — fizika-riyaziyyat elmləri doktoru, professor. Rizvan Piriyev — coğrafiyaşünas, professor (1972). Rizvan Rəsulov — SSRİ idman ustası Rizvan Teymurov — Azərbaycanın Milli Qəhrəmanı;Bu təxəllüsü olanlarƏləsgər Rizvan — Təbriz teatrının aparıcı səhnə ustalarından olub.
Rəzvan
Rəzvan — Azərbaycan Respublikasının Lənkəran rayonunun Biləsər inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 12 nəfərdir. == Toponimiya == Bu toponim Rezvan variantında da qeydə alınmışdır. Oykonim rəz (talış, “cır üzüm tənəyi”) və van (yer) komopnentlərindən düzəlib, “tənəklik” mənasındadır. Masallı rayonununda bu sözlə bağlı Rəzoba mikrotoponimi qeydə alınmışdır.
Sadval
Sadval (ləzgi dilində Birlik) — Ləzgi xalqının azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı təşkilat. == Tarixi == Sadval təşkilatı 1990-cı ildə Dərbənddə yaradılmışdır. Təşkilatının ilkin məqsədi Rusiyanın cənub və Azərbaycanın şimal bölgələrinin hesabına Ləzgistan adlı dövlət yaratmaq olmuşdur. Politoloq və Azərbaycanın keçmiş dövlət müşaviri Vəfa Quluzadə Sadval təşkilatının Rusiya xüsusi xidmət orqanları tərəfindən yaradıldığını iddia edirdi.Ermənistan dövləti tərəfindən ələ alınan Sadval təşkilatı üzvünün 1994-cü ildə Bakı metrosunda partlayış törətməsi nəticəsində 27 nəfər həlak olmuşdur. 1990-cı illərin ortalarında Azərbaycan hakimiyyəti "Sadval"ın ölkə ərazisində fəaliyyətinin qarşısını aldı. Bakı metrosunda baş verən terror aktına görə təşkilatın bir neçə üzvü həbs edildi.2015-ci ildə təşkilatın aktiv üzvlərindən biri Ruslan Maqomedrəhimov Dağıstanda öldürüldü. Bir il sonra Sadvalın rəhbəri Nazim Hacıyev də Dağıstanda öldürüldü. Hacıyev 1961-ci ildən etibarən ləzgilərə məxsus muxtar respublikanın qurulmasına çağırışlar edirdi. Onun ölümünün siyasi fəaliyyəti ilə ələqadər olmadığı iddia edilir. Bu hadisələrin istintaqı haqqında heç bir rəsmi xəbər verilmədi.
Laval
Laval (Mayen)
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. == Quruluşu == Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. == Azərbaycan musiqisində qaval == Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Rafal
Rafal (isp. Rafal) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 1,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4181 nəfərə çatmışdır.
Razan
Razan (fars. رزان‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 216 nəfər yaşayır (65 ailə).
Reval
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. == Coğrafiya == Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Ramal
Ramal — ad. Ramal Hüseynov — Azərbaycan futbolçusu. Ramal Aslanov — Azərbaycan kikboksçusu. Ramal Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Ramal Amanov — Boksçu, 3 dəfə dünya, 1 dəfə avropa çempionu. Ramal İsrafilov — Azərbaycanlı müğənni, bəstəkar.DigərRamal (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Fəxrülmülk Rizvan
Fəxrülmülk Rizvan (XI əsr – ən tezi 1113 və ən geci 1114) — 1095-ci ildən vəfatına qədər Hələbin səlcuq əsilli əmiri. Rizvan qardaşı Böyük Səlcuqlu sultanı I Məlikşahın göstərdiyi xidmətlərə görə bir mükafat olaraq bölgəni və ona bitişik əraziləri verdikdən sonra Suriyada bir bəylik quran Tutuşun ailəsində anadan olmuşdur. Məlikşahın ölümündən sonra Tutuş Səlcuqlu tacına iddiasını qalmışdır, ancaq İranın Rey şəhəri yaxınlığında qardaşı oğlu Börküyarıqın qüvvələri tərəfindən qılıncdan keçirilmişdir. Bunun ardınca Rızvan Hələb şəhərinə getmiş və özünü ərazinin yeni əmiri elan etmişdir. Qardaşı Dukakın Dəməşq şəhərində yeni bir əmirlik elan etməsi ilə Suriya Səlcuqlu Dövləti iki hissəyə bölünmüş və qardaşlar arasında rəqabət başlamışdır ki, bu da 1097-ci ildə Birinci Səlib yürüşü başladıqdan sonra belə davam etmişdir. Rızvan səlibçiləri qızılla qovmağa çalışmış və 1098-ci ildə Antioxiyanın mühasirəsinin bitməsindən sonra qurulan bir səlibçi dövləti olan Antioxiya knyazlığına qarşı vuruşmuşdur. I Boemund Rızvanın idarəsindəki ərazisini işğal etmiş, Hələbin ətraflarına qədər irəliləmişdi. Boemondun xələfi Antioxiya regenti Tankred də Rizvana qarşı vuruşmuşdur. Buna baxmayaraq, onlar daha sonra Edessa qrafı II Balduin və Telbəşir hakimi I Joslenin dəstəklədiyi Mosul əmiri Çavlu Sakavuya qarşı müttəfiq olmuşdur. Rizvanın şəxsiyyəti müəmmalı idi.
Nazim Rizvan
Rizvanov Nazim Abbas oğlu (Nazim Rizvan) — şair, ədəbiyyatşünas, yazıçı, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi. == Həyatı == Nazim Rizvan 1951-ci il mayın 12-də Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini,1981-ci ildə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat institunun aspiranturasını bitirmiştir. 1981-1987-ci illərdə institutun "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsində kiçik elmi işçi, 1987-2003-cü illərdə isə böyük elmi işçi vəzifələrində çalışmışdır. 1985-ci ildə "Məhəmməd Hüseyn Şəhriyar yaradıcılığında vətənpərvərlik" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1996-2003-cü illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Cəmiyyətinin ağsaqallar şurasının sədri olmuşdur. 2003-cü il oktyabrın 3-də Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Bədii yaradıcılığa 1963-cü ildə "Göy-göl" şeiri ilə başlamışdır. İlk mətbu şeiri 1967-ci ildə Azərbaycan Demokrat Firqəsinin organı olan "Azərbaycan" qəzetində dərc olunmuşdur. Bundan sonra "Çinar pöhrələri", "Odlu misralar", "Azərbaycan", "Yaşıl budaqlar", "Yeni səslər" ədəbi almanaxlarında, qəzet və jurnallarda çıxış etmişdir.
Razavi Xorasan
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Razdan (dəqiqləşdirmə)
Razdan — Ermənistanda şəhər. Aşağı Axta da adlanır. Razdan çayı — Zəngiçayın erməni dilindəki adı. Razdan rayonu — Ermənistanda rayon. Əvvəlki adları Axta və Dərəçiçək olmuşdur. Razdan İES — Razdan şəhərində yerləşən istilik elektrik stansiyası. Razdan standionu — İrəvan şəhərində stadion.
Razdan rayonu
Razdan rayonu (1930–1959-cu illərdə Axta rayonu) — Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon. Qərbi Azərbaycanın tarixi Dərəçiçək mahalı ərazisində yerləşirdi. == Tarixi == 1930-cu il sentybarın 30-da yaradılıb. 1959-cu il iyunun 30-na qədər Axta rayonu, həmin tarixdən etibarən isə Razdan rayonu adlandırılıb. Ərazisi 936 kv.km-dir. Rayon mərkəzi Razdan şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 50 km-dir. Axta rayonu ərazisindən Zəngiçay və onun qolu Böyükçay (dəyişdirilmiş adı Marmarik) axıb gedir. Axta rayonunun aid olduğu Dərəçiçək mahalının adı Aşağı Axtadan Şərqə doğru uzanan meşənin içərisində, Əlibəy dağının ətəyində yerləşən Dərəçiçək kəndinin adından götürülüb. Bu yerlər həmişə İrəvan xanlarının diqqət mərkəzində olub.
Razdan standionu
"Razdan" (erm. Հրազդան մարզադաշտ) — Ermənistanın paytaxtı İrəvandakı universal stadion. Ermənistandakı ən böyük və yeganə iki mərtəbəli stadion. == Tarixi == "Razdan" 1970-1971-ci illərdə adını aldığı Razdan çayı yaxınlığındakı ərazidə. Qalust Qülbekyan Vəqfinin dəstəyi ilə 11 aya inşa edilmişdir. Stadionun açılışı 19 may 1971-ci ildə baş verir. Sovet dövründə SSRİ-nin ən geniş və iki mərtəbəli stadionlardan biri idi. Məhz bu stadionda Ararat klubunun futbol azarkeşləri klubun 1973-cü ildə SSRİ çempionatının qızıl medal alması və 1973, 1975-ci ildə SSRİ kubokundakı qələbələrini gördülər. SSRİ millisi 1978-ci ilə stadionda cəmi iki oyun keçirdi: aprel ayında Finlandiya yığmasına qarşı yoldaşlıq oyununda (10:2, SSRİ-nin lehinə) və altı aydan sonra Avropa çempionatının seçmə oyununda Yunanıstan yığmasına qarşı (Sovet millisinin 2:0 qalibiyyəti) oyunda. Finlandiya ilə oyuna 12.000 tamaşaçı qatıldı, Yunanıstanla matça isə 40.000 azarkeş gəlir.
Razdan çayı
Zəngi çayı və ya Razdan çayı (erm. Հրազդան գետ və ya erm. Զանգու գետ) — Zəngibasar toponimi tarixi şəxsiyyət Zəngi ibn Mədudun hidronimləşmiş adı ilə bağlıdır. Tarixi mənbələrə görə, "Təxti-Süleyman"dan əvvəl Zəngi çayına Çıldırçay demişlər. Qızıl Arslanın dövründə "İrəvan Çuxuruna" vassal təyin edilən Zəngi adını bu çaya verib özünü əbədiləşdirməyə nail olmuşdur. Bəzi tədqiqatçıların gəldikləri qənaətə görə, Zəngi çayı başlanğıcını dəniz səviyyəsindən hündürlükdə yerləşən və qədim adı türk mənşəli "Çıldır" olan Göyçə gölündən götürüb aşağı axdıqca zəng səsi çıxarır. Elə bu çılğınlığına görə də ona "zəng" adı verilmişdir. Xatırlatmaq yerinə düşər ki, bu çay Ağrı dağı düzənliyindəki yatağından çıxaraq aşıb-daşır, ətraf düzənliyi su basır. Zəngibasar adının isə bununla bağlı olduğunu güman etmək olar. Xatırlatmaq yerinə düşər ki, bu çay Ağrı dağı düzənliyindəki yatağından çıxaraq aşıb-daşır, ətraf düzənliyi su basır.
Razdan İES
Razdan İES — Kotayk mərzindəki Razdan şəhəri yaxınlığında yerləşən Ermənistanın ən böyük istilik elektrik stansiyası. Razdan Enerji Şirkətinə (enerji blokları 1-4) və Gazprom-Armenia şirkətinə (enerji bloku 5) məxsusdur. Stansiyaya həm beş qazan, həm də dörd kojenerasiya turbinli blok olmayan bir hissə (kombinə edilmiş istilik və elektrik stansiyası) və 5 kondensasiya güc bloku daxildir. Bu elektrik stansiyası 1963–1974-cü illərdə inşa edilmiş və ilk blok 1966-cı ildə fəaliyyətə başlamışdır. 2013-cü ildə yeni bir blok ona əlavə edilmişdir. İstehsal olunun elektrik enerjisi Ermənistan tərəfindən işğal olunun Dağlıq Qarabağa və İrana, 2007-ci ilə qədər Gürcüstana tədarük olunurdu. == İdarəetmə == === Güc aqreqatları 1-4 === Razdan Enerji Şirkəti ASC (RazTES) Ermənistanın altı böyük istehsalçı şirkətindən biridir və Ermənistanın enerji sistemində balanslaşdırma stansiyası rolunu oynayır. Yalnız daxili bazarda çatışmazlıq olduqda elektrik enerjisi istehsal edir. RazTES ASC Rusiya Federasiyası Federal Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin 1 sentyabr 2004-cü il tarixli sərəncamına əsasən, dövlətin borcunu ödəmək üçün Ermənistan tərəfindən Rusiya Federasiyasının mülkiyyətinə verilmiş Hrazdan İstilik Elektrik Stansiyasının əmlak kompleksinə şirkətin nizamnamə kapitalına töhfə verməklə qurulmuşdur. Sonradan İnterRAO-ya məxsus olur.
Razgah (Sərab)
Razgah (fars. رزگاه‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 164 nəfər yaşayır (39 ailə).
Razgah (Sərdəşt)
Razgah (fars. ‎‎رازگاه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (36 ailə).
Rizvan Abasov
Rizvan Abasov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. == Həyatı == Rizvan Fərman oğlu Abasov 23 noyabr 1958-ci ildə Puşkin rayonunun Təzəkənd kəndində anadan olmuş və 1965-1976-cı illərdə Ağalıkənd orta məktəbində təhsil almışdır. 1977-1979-cu illərdə Sverdlovsk vilayətində daxili qoşun hissəsində hərbi xidmətdə olmuşdur. 1980-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna daxil omuş və oranı 1986-cı ildə mühəndis-hidrotexnik ixtisası ilə bitirmişdir. 1986-cı ildən "Xəzərdənizneftqaztikinti" trestinin 3 saylı tikinti qurşdırma idarəsində işə başlamış və 1997-ci ilədək quraşdırıcı, usta, iş icraçısı, sahə rəisi vəzifələrində işləmişdir. 1997-2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin istehsalat şöbəsinin rəisi, baş mühəndisin müavini və 2003-cü ildən 2006-cı ilin fevral ayına kimi trestin baş mühəndisi və müdiri vəzifələrində işləmişdir. 2006-cı ilin fevral ayından ömrünün sonunadək "Neftqaztikinti" trestinin müdiri vəzifəsində çalışmışdır. Elmi-tədqiqat islərinin yerinə yetirilməsində iştirak edirdi, 2 elmi əsərin müəllifi idi. Dövlət əhəmiyyətli "Bakı-Supsa" neft kəmərinin, "Çıraq-Səngəçal" sualtı qaz saxlama anbarı, Dübəndi xam neftin yığılması, hazırlanması, nəqli mərkəzi məntəqəsi, kompressor stansiyası "Azərtrans Terminalı və Səngəçal Terminalı arası birləşdirici boru kəmərlərinin və boruların təmizlənməsi stansiyası, "Saquramo-Qırmızı körpü" magistral qaz kəmərinin Qardabani-Navtludi sahəsində bərpa işlərinin aparılmasında və digər obyektlərin tikintisində, fəal iştirak etmişdir. Son zamanlar onun rəhbərliyi ilə Respublikada qeyd olunan obyektlərin dünya standartlarına uyğun yeni texnologiyalar gətirilməsini təmin etmişdir.
Rizvan Abbasov
Rizvan Qəşəm oğlu Abbasov (1975 – 22 aprel 1994, Ağdərə rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Abbasov Rizvan Qəşəm oğlu 1975-ci ildə Gədəbəy rayonunun Pərizamanlı kəndində anadan olmuşdur. O, 1982-ci ildə Pərizamanlı kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1992-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılmışdır. 22 aprel 1994-cü ildə Ağdərə bölgəsində torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Rizvan Abdullayev
Rizvan Abdullayev (Abdullayev Rizvan Yusif oğlu) — Tibb elmləri doktoru, professor. Rusiya Tibb Elmləri Akademiyası Mərkəzi Elmi‑Tədqiqat Vərəm İnstitutunun aparıcı elmi işçisi, biokimya laboratoriyasının müdiri. == Həyatı == Abdullayev Rizvan Yusif oğlu 1961-ci il aprelin 30-da Azərbaycan Respublikasının Ağstafa şəhırində anadan olub. 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) sanitariya-gigiyena fakültəsinə daxil olub. 1984-cü ildə institutu bitirib və təyinatla Dəvəçi (indiki Şabran) şəhərinin Mərkəzi rayon xəstəxanasının kliniki diaqnostika laboratoriyasına göndərilib, orada əvvəlcə həkim-laborant, sonra isə laboratoriya müdiri vəzifəsində çalışıb. 1988-ci ildə müsabiqə yolu ilə Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ftiziopulmonologiya İnstitutunun kiçik elmi işçisi vəzifəsinə keçib. 1990-cı ildə Rusiya Tibb Elmləri Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun (RTEA METVİ) aspiranturasına daxil olub.Sonrakı dövrdə R.Abdullayevin əmək fəaliyyəti və formalaşması RTEA METVİ ilə bağlıdır. 1993-cü ildə o, “Ağciyər vərəminə tutulmuş xəstələrdə kimyəvi terapiya prosesində energetik mübadilə göstəricilərinin və eritrositlərin oksigen ötürmə funksiyasının klinik əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edib. Kliniki-eksperimental xarakterə malik olan bu tədqiqat ftiziatriyanın aktual probleminə – ağciyər vərəminə tutulmuş xəstələrin müalicəsinin effektivliliyinin artırılmasına həsr edilib. Dissertasiya işində müəyyən olunub ki, ağciyər vərəminin inkişafı bioenergetika, antioksidant müdafiə sistemlərində və eritrositlərin oksigen ötürmə funksiyasında pozuntularla müşayiət olunur.
Rizvan Baxşıyev
== Həyatı == Rizvan Baxşiyev 1963-cü ilin mart ayının 28-i Masallı rayonunun Hacıtəpə kəndində anadan olub.