Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ramen
Ramen (yap. ラーメン, 拉麺, 老麺) - buğdadan hazırlanmış yapon əriştə şorbası. Yapon sayılsada Yaponiyaya Çindən gəlib. Yapon dilində ramen sözü Çin 拉麺 (pinyin: lāmiàn), mənşəlidir və "dartılmış makaron" mənasını verir.
Ər-Rahmən
Ər-Rahmən (ər. الرحمن) — Allahın adlarından biri. Rəhman dünyada yaxşı da olsa, pis də olsa, aralarında fərq qoymadan nemətini bütün bəndələrinə verən, hamısına qarşı sonsuz mərhəmətini göstərən anlamına gəlir. Bu ad Allahın sonsuz mərhəmətini ifadə edir. Rəhman adı daha çox bu dünya ilə bağlıdır. Rəhman - mömin ya, kafir olsun bütün insanlara Allahın mərhəmət göstərməsi deməkdir. Rəhman ismi Qurani-Kərimdə 57 dəfə təkrarlanmışdır. "İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur.Ət-Tövbə surəsi istisna, bütün surələr Allahın bu adları ilə başlayır: “Bismilləhir-rəhmanir-rəhim”. Rəhman Allahın həm ismi, həm də sifətidir.
Vaqif Sadıxov (cazmen)
Vaqif Sadıxov (6 iyun 1946, Bakı) — Azərbaycanlı cazçı. == Həyatı == 1946-cı il iyun ayının 6-da Bakı şəhərində anadan olub. Hələ Bülbül adına məktəbdə təhsil alarkən, Vaqif Sadıxovu ona görə vunderkind adlandırırdılar ki, o, çox çətin əsərləri öz yaşına uyğun olmayan bacarıq və asanlıqla ifa edir və musiqini mütləq qavrama qabiliyyətinə malik idi, və eləcə də onun çox gözəl xarici görünüşü bu ada layiq idi. Ağ sifətli, toppuş, tamamilə ev uşağı, saçının səliqə ilə daranması buna sübut idi. Vaqifin atası — məşhur həkim, oğlunun nailiyyətlərinə hədsiz sevinir və oğlunu babası, məşhur tar ifaçısı Sadıxcanın davamçısı kimi görürdü. Lakin Vaqifin əmisi oğlu, caz həvəskarının maqnitofon kasetini qulaq asmaq üçün gətirməsi ilə hər şey dəyişdi. Oskar Piterson… Mən onun musiqisini eşidəndə başım gicəlləndi, və sonralar mən özümü onsuz təsəvvür etmirdim. Vaqif məktəbdə simfo-caz təşkil edir və bununla da atasını məyus edir. O konservatoriyada oxuyarkən cazı ifa edirdi. Ümumiyyətlə, Vaqif haqqında "konservatoriyada oxuyarkən" ifadəsi o qədər də düzgün olmazdı, belə tələbə Vaqifə qədər və ondan sonra da olmamışdır.
Drammen
Drammen — Norveçin cənub-şərqində şəhər. Buskerud fülkesinin inzibati mərkəzi. Əhalisi 64,8 min (2015). Oslo şəhərindən 40 km cənub-qərbdə, Drammenfyord çayı sahilində port (yük dövriyyəsi 1,6 mln. t, 2005). Dəmiryol qovşağı. == Ümumi məlumat == İndiki Drammenin yerində ilk məskənlər - Bragemes (Drammenelva çayının şimal sahilində) və Strömsö (Stromso; cənub sahilində) XIII əsrdə salınmışdır; 1715-ci ildə hər ikisi şəhər statusunu almışdır. Onların Tangen şəhəri ilə birləşməsindən sonra Drammen şəhəri meydana gəlmişdir (1811); meşə və taxta-şalban materialları ticarəti üzrə ixtisaslaşmış dəniz portu kimi inkişaf etmişdir. 1866-cı ildə yanğın nəticəsində, demək olar ki, tamamilə məhv olmuş, sonralar yenidən tikilmişdir. Şəhərin baş meydanı Bragernes-torqdur (Skandinaviya ölkələrində ən irilərindən biri; XIX əsrin sonlarına aid memarlıq ansamblı saxlanılmışdır), Bragernes kilsəsi (1871), şəhər Ratuşası (1871), Kütləvi kitabxana (1916), Muzey (1908; nəzdində açıq səma altında tarix muzeyi, təsviri sənət muzeyi və s.), Teatr (1870, bir neçə yanğından sonra 1993-cü ildə bərpa edilmişdir), “Spiralen” tuneli (1961; vintvarı, Bragernes təpəsinin içindədir, uzunluğu 1650 metrdir) var.
Parmen
Parmen (fr. Parmain) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Lisl-Adam. Əhalisi — 5.397 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 31 km şimalda, Serji belediyyənin 14 km şimal-şərqdə yerləşir.
Ramzes
Ramzes — Ad. I Ramzes — Misir fironu. II Ramzes — XIX sülalənin III fironu. III Ramzes — Qədim Misir fironu. IV Ramzes — Qədim Misir fironu. III Ramzesin oğlu. V Ramzes — Qədim Misir çarı. VI Ramzes — Qədim Misir fironu. III Ramzesin oğlu. XI Ramzes — Qədim Misir fironu.
Razdan
Razdan və ya Aşağı Axta — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Razdan rayonunun mərkəzi. Razdan şəhəri Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 30.06.1959-cu il tarixindən adı dəyişdirilərək Hrazdan adlandırılıb. 1959-cu ildən respublika tabeli şəhərdir. == Tarixi == Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Toponim fərqləndirmə mə'nasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30.VI.1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Razdan qoyulmuşdur.
Ramin
Ramin — Azərbaycan kişi adı. Ramin Hacılı — Azərbaycanlı siyasi aktivist Ramin Şıxəliyev — Azərbaycan aktyoru. Ramin Mahmudzadə — Ramin Hacıyev — Azərbaycan rejissoru, aktyor.
Rayen
Rayen — İranın Kirman ostanının Kirman şəhristanının Rayen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,623 nəfər və 2,405 ailədən ibarət idi.
Razan
Razan (fars. رزان‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 216 nəfər yaşayır (65 ailə).
Rəzən
Rəzən — İranın Həmədan ostanında şəhər. Həm də Rəzən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,390 nəfər və 2,871 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Samen
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Abdul Rahman
Tunku Abdul Rahman Putra əl-Xəcc (malay Tunku Abdul Rahman Putra Al-Haj ibni Almarhum Sultan Abdul Hamid Halim Shah); 8 fevral 1903[…], Alor-Setar[d], Kedah sultanlığı – 6 dekabr 1990, Pinanq) — müstəqil Malay Federasiyasının ilk Baş Naziri, 1963-cü ildən Malayziya şahzadəsi (putra) == Tərcümeyi-halı == Kedah sultanının (şərqi Malay) qardaşı Tunku Abdul Rahman 8 fevral 1903-cü ildə anadan olmuşdur. O. 1920–1931-ci illərdə Kembric Universitetində oxumuşdur. Malayziyanın Yaponiya tərəfindən işğalı dövründə (dekabr 1941–1945) Kedah sultanlığının inzibati orqanlarında işləmişdir. Tunku Abdul Rahman 1951-ci ildə ölkənin Malay icmasını təmsil edən siyasi qüvvəyə — Birləşmiş Malay Milli Təşkilatına (BMMT — UMNO) rəhbərlik edirdi. 1955-ci ildə 3 müxalifət partiyasının (Birləşmiş Malay Milli Təşkilatı, Malayziyanın Çin Assosiasiyası və Malayziyanın Hindistan Konqresi) İttifaq Partiyası halında birləşdikdən sonra bu təşkilatın sədri oldu. 1955-ci ildə parlament seçkilərində qələbədən sonra Tunku Abdul Rahman Malay Federasiyasının Baş Naziri və daxili işlər naziri olmuşdur. 1956-cı ildə o, Londonda Malaya təxirəsalınmadan daxil özünüidarə hüququnun, daha sonralar isə müstəqillik verilməsi ilə bağlı danışıqlara başçılıq etmişdir. 1957-ci il 31 avqustda müstəqillik elan edildikdən sonra Malay Federasiyasının (1963-cü ildən Malayziyanın) Baş Naziri və daxili işlər naziri vəzifələrini tutaraq hökumətin rəhbəri vəzifəsində qalmışdır. 1961-ci ildə Malay Federasiyasının və Böyük Britaniya müstəmləkələri olan Sinqapur, Sabaxa, Saravaka, Bruneyin Malayziya Federasiyası halında birləşdirilməsi planını irəli sürdü. 16 sentyabr 1963-cü ildə birləşmə baş tutdu.
Emomali Rahmon
Emomali Rahmon və ya İmaməli Rəhman (tac. Эмомалии Раҳмон, 21 mart 2007-ci ilədək — Emomali Şaripoviç Rahmonov, tac. Эмомалӣ Шарӣпович Раҳмонов; 5 oktyabr 1952) — Tacikistan Respublikasınının 3-cü Prezidenti. == Həyatı == Emaməli Rəhman 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971–1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976–1988 illərdə Kölab rayonu Dənğərə bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışmışıb.
III Ramzes
III Ramzes (təq. e.ə. 1217, Teben – təq. e.ə. 1155, bilinmir) — Qədim Misir fironu. Təxminən e.ə. 1185–1153 illərdə hakimiyyətdə olmuşdur. == Dövründə == III Ramzesin hakimiyyət illəri Qədim Misir dövlətinin Yeni padşahlıq erasının sonuncu yüksəliş dövrü olmuşdur.Qalibiyyətli müharibələr nəticəsində ölkənin varlığı saxlanılmış və özünün 3000 illik tarixdə sonuncu dəfə yenidən çiçəklənmə dövrünə daxil olmuşdur. == Adı == Xalq III Ramzesə "Ramzes-pa-nuter" deyirdilər.Bu isə "Ramzes-allah" deməkdir. == Hərbi kampaniyalar == III Ramzesin dəfn olunduğu Mədinət-Əbu məbədindəki yazılara əsasən hakimiyyətinin 5-ci illərində liviyalılar çarları Termerin başçılığı ilə Misirə qərb tərəfdən hücum etmişlər.Misir qoşunu Hesef-Thamhu adlanan yerdə liviyalıları darmadağın edir.
II Ramzes
II Ramzes (təq. e.ə. 1303 – e.ə. 1213) — eyni zamanda "Böyük" adlandırılan XIX sülalənin III fironu. Hökumranlıq müddəti e.ə. 1279-1213 ci illəri əhatə edən II Ramzes qədim Misirin ən əhəmiyyət kəsb edən və məşhur fironu sayılır. Onun hakimiyyəti zamanı Misir özünün çiçəklənən dövrünü yaşamışdır. Onun diplomatik səyləri Misirin 50 il qonşuları ilə sülh və firavanlıq içində yaşamasına səbəb olmuşdur. == Şəxs kimi == II Ramzes I Seti və Tuyanın oğludur. Güman edilir ki onun gənc yaşında vəfat etmiş Nebxasetnebet adlı qardaşı və Tia adlı bacısı olmuşdur.
IV Ramzes
IV Ramzes (e. ə. XII əsr, bilinmir – ən geci e.ə. 1145, bilinmir) — Qədim Misir fironu. III Ramzesin oğlu. E.ə. təxminən (e.ə. 1156-e.ə. 1150) illərdə hakimiyyətdə olmuşdur. == Dövründə == Sinay yarımadasında adı tapılmış sonuncu Misir çarı.Ondan sonra Sinay qəpiklerinin istehsalı dayandırıldı.
I Ramzes
I Ramzes (e. ə. XIII əsr – təq. e.ə.
Jasmen Qriqoryan
Jasmen (əsl adı: Mariya İosifovna Qriqoryan; 7 (19) iyun 1894, Tiflis – 18 yanvar 1978, İrəvan) — sovet teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1935), Ermənistan SSR xalq artisti (1963), Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Jasmen Qriqoryan 7 (19) iyun 1894-cü ildə Tiflisdə anadan olmuşdur.Dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.1920–1948-ci illərdə Bakıda fəaliyyət göstərən erməni teatrında işləmişdir. 1949-cu ildə teatr bağlandıqdan sonra o, Ermənistan SSR hökumətinin dəvəti ilə İrəvana köçmüşdür. Burada Sundukyan adına İrəvan dram teatrında çalışmışdır.Jasmen Qriqoryan 18 yanvar 1978-ci ildə İrəvanda vəfat etmişdir.
Karmen (opera)
Karmen (fr. Carmen) — fransız bəstəkarı Jorj Bizenin Lüdovik, Halevi və Anri Melyakın librettosuna bəstələdiyi 4 pərdəli faciə janrında opera. Operanın librettosunun süjeti Prosper Merimenin eyniadlı novellasından götürülmüşdür. Opera 1874 cü ildə yazılmışdır. Onun primyerası 3 mart 1875 ci ildə Parisdə, “Opera-Komik”də baş tutmuşdur. Lakin opera tam iflasa uğrayır. O dövr üçün müasir sayılan parislilər opera səhnəsindəki çılpaq reallıqları həzm edə bilmir. Paris qəzetləri operanı tənqid atəşinə tutmaqda bir- biri ilə elə bir bəhsə girmişdilər. == Personajlar == == I Pərdə == Sevilya, siqar fabrikinin yanında suvari eskadronu düşərgə salır. Əsgərlər fabrikdə çalışan gözəl qızlarla əylənirlər.
Karmen Amaya
Karmen Amaya (isp. Carmen Amaya; d. 2 noyabr 1918[…] – 19 noyabr 1963[…]) — İspan rəqqasə, müğənni, film aktrisası, əfsanəvi flamenko rəqqasəsi. == Bioqrafiyası == Əslən qaraçı, gitaraçı Francisko Amayanın qızı (ləqəbi El Çino, Çinli). Altı yaşından bəri rəqs edir; atası ilə Barselonadakı "Yeddi qapı" restoranında çıxış edirdi. Onun istedadını ilk dəfə Kataloniya sənətşünası Sebastiyan Qaş görür. 1923-cü ildə Madriddə çıxış edir. 1929-cu ildə Parisdə debüt edir, Rakel Meler truppasındakı ifası böyük bir uğura səbəb olur. 1936-cı ildən bəri Portuqaliyada, ABŞ-da, Latın Amerikasında, Fransada, Böyük Britaniyada, Cənubi Afrikada yaşamış və ya səyahət etmişdir. O Arturo Toscanini və Leopold Stokovskidən yüksək qiymətləndirmələr almışdır.
Karmen Kas
Karmen Kas (est. Carmen Kass d. 14 sentyabr 1978, Tallin) — Estoniyanın top-modeli, aktrisası və siyasətçisi. Res Publica partiyasının üzvü, 2000-ci ildə Avropa Parlamentinə namizəd. 2004-cü ildə Estoniya Şahmat Birliyinin prezidenti seçilmiş və şahmat yarışlarında iştirak etmişdir. == Bioqrafiyası == Karmen bir Payde supermarketində bir italyan model agentliyi açılana qədər «Miss Payde» və «Miss Yarvamaa torpağı» daxil olmaqla bir sıra gözəllik müsabiqələrində qalib gəldi. Yeganə valideyni olan anası ofisiant işləyirdi və qızının üç ay Milana getməsi üçün icazə imzalamaqdan imtina etmişdi. Buna görə Kas sənədlərdə anasının yerinə saxta imza atmalı olmuşdur. == Karyerası == 14 yaşında Karmen yerli Baltic Models agentliyi üçün model olaraq çalışmağa başladı. Bununla yanaşı məşhur markaların üzü oldu:Calvin Klein, Chanel, Chloé, Christian Dior, Donna Karan, Dsquared2, Elle Sport, Emanuel Ungaro, Emilio Pucci, Fendi, General Motors, Givenchy, Gucci, Just Cavalli, Kenzo, Mango, MaxMara, Max Factor, Mercedes, Michael Kors, Omega, Ralph Lauren, Revlon, Salvatore Ferragamo, Swarovski, Tommy Hilfiger, Valentino, Versace, Victoria's Secret və Yves Saint Laurent.
Karmen Martinez
Karmen Martinez (26 dekabr 1982) — Paraqvaylı marafonçu. Karmen Martinez Paraqvayı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karmen Martinez birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 56 dəqiqə 43 saniyəyə qət edərək 157 marafonçu sırasında 115-ci yeri tutdu.
Kitakata pammen
Kitakata pammen (яп. 喜多方ラーメン) — əsas üç müxtəlif növ ramen növündən biridir. Bu yemək xüsusi olaraq Kitakataprefektur Fukusima şəhəri üçün hazırlanıb. == Yapon ramenin üç növündən biri kimi == Yaponiyada üç ramen növündən biri kimi çox məşhur yeməkdir. Hokkaydo və Xakata rameni kimi məşhurdur. Onlardan əsas fərqi isə gombul, asan ayrılan əriştəsinin və sardin bulyonunun olmasıdır. Bu yeməyin donuz əti ilə bişirilən növü də çox məşhur və dadlıdır. == Maraqlı faktlar == Kitakata şəhəri bütün Yaponiyada ramenə görə çox tanınıb. Bu şəhərin 37 min əhalisi var. Bu əhalinin 120 nəfərini ramenlər təşkil edir.
Peter Pazman
Peter Pazman (mac. panaszi Pázmány Péter; lat. Petrus Pazmanus; alm. Peter Pazman‎; slovak. Peter Pázmaň; 4 oktyabr 1570[…] – 19 mart 1637[…], Bratislava) — tanınmış filosof, ilahiyyatçı, kardinal, ədəbi təndiqçi və dövlət xadimi olan macar yezuit. O, Macarıstan Krallığında Kontrreformasiyanın ən nümayəndələrindən biri idi. Peter Pazmanın ən əhəmiyyətli irsi onun macar ədədi dilini yaratmasıdır. 1867-ci ildə Vyanada Pazmanitenqass küçəsi onun şərəfinə adlandırıldı. == Bioqrafiyası == === Erkən həyatı === Pazman 1570-ci ildə Macarıstan Krallığının Transilvasiya əyalətinin Oradya bölgəsində anadan olmuşdur. Təhsilini də orada almışdır.