Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazirun
Kazirun — İranın Fars ostanının şəhərlərindən və Kazirun şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 84,594 nəfər və 20,810 ailədən ibarət idi.
Raşidun
Raşidun (ərəb. الراشدون‎) və ya dörd xəlifə — Məhəmmədin ölümündən sonra müsəlman cəmiyyətinə rəhbərlik edən ilk dörd xəlifə. Onlar Əbu Bəkr (632–634), Ömər (634–664), Osman (644–656) və Əlidir (656–661). Raşidi xilafəti (632–661) adlanan bu xəlifələr hakimiyyəti sünni islamında "doğru yolda" (raşid) hesab edilir, yəni bu, dini baxımdan təqlid edilməli bir modeli (sünnə) təşkil edir. Məhəmməddən sonra gələn ilk dörd xəlifə Raşidun adlanır. Onlar: Əbu Bəkr (təq. 573–634) Ömər ibn Xəttab (təq. 583–644) Osman ibn Əffan (təq. 573–656) Əli ibn Əbu Talib (təq. 600–661) Məhəmmədin varisliyi müsəlman cəmiyyətini parçalayan əsas məsələdir. Müəllif Karl Ernstə görə, sünni islam, ədliyyəsindən asılı olmayaraq, onların varisliklərinin siyasi status-kvonunu qəbul edir, halbuki şiə müsəlmanları ilk üç xəlifənin legitimliyini böyük ölçüdə rədd edir və Məhəmmədin Əlini onun varisi təyin etdiyini iddia edirlər. Xəlifənin varisliyi mütləq yeni ilin ilk gününə təsadüf etmir. Əşareyi-Mübəşşirə Dörd sadiq səhabə Fayda, Mustafa. HULEFÂ-yi RÂŞİDÎN - An article published in 18th volume of Turkish Encyclopedia of Islam (türk).
Kafirun Surəsi
109-cu surə əl-Kafirun (Kafirlər) surəsi (Məkkədə nazil olmuşdur, 6 ayədir). Surə adını ilk ayədə işlənən və kafirlər mənasını verən "kafirun" sözündən almışdır. Surə kafir olanların xüsusiyyət və vəziyyətlərindən bəhs edir.
Kazirun şəhristanı
Kazirun şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kazirun şəhəridir. 2019-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 204,500 nəfər və 58,036 ailədən ibarət idi.
Moş Krakiun
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Rakiura Milli Parkı
Rakiura Milli Parkı (ing. Rakiura National Park) — Yeni Zelandiyanın Stüard və ya digər adı ilə Rakiura adasında yerləşən milli park. Milli park Yeni Zelandiyanın ən yeni milli parkıdır. 2002-ci ildə açılmışdır. Stüard adasının ərazisinin 85 %-ni əhatə edir. Rakiura Milli Parkı Yeni Zelandiyanın 14-cü milli parkıdır. Rəsmi olaraq 9 mart 2002-ci ildə Yeni Zelandiyanın baş naziri Elen Klark, mühafizə naziri Sandra Li və alpinist Edmund Hillari tərəfindən açılmışdır. Yeni Zelandiyanın ən yeni milli parkıdır. Milli park Yeni Zelandiyanın üçüncü ən böyük adası olan Stüard adasının 85 %-ni — 1570 km2 ərazini əhatə edir. Milli parkın yaxınlığında Halfmun körfəzində Oban şəhəri yerləşir.
Rokbrün-Kap-Marten
Rokbrün-Kap-Marten (fr. Roquebrune-Cap-Martin, oks. Ròcabruna Caup Martin) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Mentona kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Mentona-Uest kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 9,33 km², əhalisi — 13 067 nəfərdir (2006) artım tendensiyası ilə: 12 641 nəfər (2012), əhalinin sıxlığı 1354,9 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 12 450 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 12 641 nəfər.
Qasım bəy Zakirin evi
Qasım bəy Zakirin evi — XVIII əsrdə tikilmişdir
Qasım bəy Zakirin evi (Ağdam)
Qasım bəy Zakirin evi — 1815-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində inşa olunan bu binada bu günə qədər uşaq musiqi məktəbi fəaliyyət göstərirdi. Son günlərədək musiqi məktəbi kimi istifadə olunan bina 1830-cu ildə, Xurşudbanu Natəvanın atası Mehtiqulu xan tərəfində Qasım bəy Zakirə hədiyyə edilib. O vaxtlar bir mərtəbədən ibarət olan evin ikinci qatı 1904-cü ildə əlavə olunub. Sovet hakimiyyəti illərində, tikili anbar, xəstəxana, məktəb və ən nəhayət musiqi məktəbi rolunu oynayıbSovet hakimiyyəti illərində, tikili anbar, xəstəxana, məktəb və ən nəhayət musiqi məktəbi rolunu oynayıb. Yaşı iki əsrə yaxın olan bəy evi son illər təhlükəli vəziyyətə düşdüyündən onun yenisi ilə əvəzlənməsi nəzərdə tutulub. Qəzalı vəziyyətdə olan tarixi binanın yerində yeni musiqi məktəbi tikilib. Ağdam Rayon Mədəniyyət şöbəsi binanın təmiri üçün binaya baxış keçirən mütəxəssisləri təmir məqsədilə müdaxiləni məqbul hesab etməyiblər. Ona görə də, bina sökülüb. Həmin ərazidə yeni məktəb məktəb binası inşa edilib. Evin damında iki daş kitabə var.
Qasım bəy Zakirin evi (Şuşa)
Qasım bəy Zakirin evi — XVIII əsrdə tikilmişdir
Qasım bəy Zakirin qəbirüstü abidəsi
Qasım bəy Zakirin qəbirüstü abidəsi — 1984-cü ildə Şuşada Mirzə Həsən qəbiristanlığında mütəfəkkir Qasım bəy Zakirin qəbirüstündə ucaldılmış abidə. Abidə Şuşa şəhəri işğal edilən zaman erməni vandalizminin qurbanı olmuşdur. Görkəmli şair Qasım bəy Zakirin anadan olmasının 200 illiyi ilə əlaqədar olaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi qərarına əsasən 1984-cü ildə Şuşada Mirzə Həsən qəbiristanlığında onun qəbirüstündə abidə ucaldılmışdır. Əvvəllər şairin qəbirinin üzərində türbə olmuş sonra isə qəbirüstü abidəsi qoyulmuşdur. Qasım bəy Zakirin qəbirüstü abidəsinin müəllifi Əməkdar rəssam, heykəltaraş, Azərbaycan Rəssamlar İttifaqının üzvü Namiq Dadaşov olmuşdur. Qasım bəy Zakirin qəbirüstü abidəsi kiçik bir təpə üstündə - Cavanşir nəslinə mənsub olan sahədədir. Qasım bəy Zakirin qəbrinin ətrafında dəfn olunmuş XIX əsrdə yaşamış tanınmış şəxslərinin də məzarları bərpa edilmiş, kiçik təpəcikdə gül-çiçək və ağaclar əkilmiş, çəmənzar salınmışdı. Qəbirüstü abidə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra dağıdılmışdır. Abidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.