Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fano
Fano — İtaliyanın Marke regionunda şəhər.
Rado
"Rado" firması 1957-ci ildə yaranıb. 1962-ci ildə dünyada ilk dəfə cızılmaya dözümlü saatı məhz bu firma istehsal edib. Daima həm keyfiyyətinə, həm də dizaynına görə bir-birindən fərqlənən modellər istehsal edir. "Rado" həmişə klassik formalara üstünlük verir. Təsis edildiyi vaxtdan "Rado" bərk metal, Sapfir, kristial, keramika, brilyant kimi materiallardan istifadə edərək yeni saat növləri yaradır. Demək olar ki, hər bir ölkədə fəaliyyət göstərən saat satışı mərkəzlərində "Rado"nun markalarına rast gəlmək mümkündür.
Reno
Ranault (fr. Renault) və ya Reno — fransız avtomobil istehsalçısı. Avtomobil, yük maşını, traktor, tank, qatar, təyyarə, motosiklet, velosiped, avtobus kimi bir çox fərqli ölçüdə vasitələr istehsal edir. == Tarixi == Lui Reno 1877-ci ildə Parisdə doğulan bir bəyzadə idi. Atası yaxşı qazanan bir yun taciri idi. Lui maşın xəstəsi idi və hələ 5 yaşında yoldaşlarından eşitdiyi lokomotivi görmək üçün stansiyaya qaçardı. Buxar qazanını, porşenlərin, bacaları, necə düzəldiyini bilməyə çalışardı. 15 yaşında bir şagirdkən matorlu vasitələrə maraq salır, hətta xərcliyindən yığdığı pullarla 0.75 at gücündə De Dion bouton markalı bir avtomobil alır. Hələ 21 yaşında ikən (1898) qardaşları Fernand və Marsellə birlikdə "Reno Freres" şirkətini qurur. 1899-ci ildə Paris-Trouville arasında 170 kilometri aşan bir yarış hazırlanır.
Ramo
Ramo - İlk bölümü 14 yanvar 2020-ci ildə yayımlanan, rejissoru Çağatay Tosun, ssenari müəllifi Toprak Karaoğlu, Seda Karaoğlu və Birol Tezcan üçlüyü olan türk aksiyon və dram televiziya serialıdır. Serialın baş rol aktyoru Murat Yıldırımın canlandırdığı Ramo realda olan bir insandan təsvir olunmuşdur. 2 sezondan ibarət olan serial 16 aprel 2021-ci ildə yayımlanan 40-cı bölümü ilə sona çatdı. == Mövzu == Seriala adını verən Ramo (Murat Yıldırım) cəsur, ağıllı və haqsızlığa dözməyən quruluşa malikdir. O, ailəsi ilə birlikdə Adanada, Çukurovada illərlə fəhlə işləsə də, bu gün nüfuzlu bir ailənin qeyri-qanuni biznesi ilə məşğuldur. Ailəsinin etirazına baxmayaraq, Ramo üsyan etmək qərarına gəlir. Bununla belə, onunla müdirin qızı Sibel (Esra Bilgiç) arasında cazibə artır. Onun əsas məqsədi atasının ölümünü əmr edən Cihangir (Olgün Şimşek) adlı şəxsə çatmaqdır. Bunun üçün ilk növbədə özünü Adanada sübut etməsi və Cihangirin köməkçisi Yavuzu (Yiğit Özşener) arxasına alması şərtdir. Ailəsi və dostları ilə Adana ilə İstanbul arasında üsyan hekayəsi başlayacaq.
Ran Ran Şou
Ran Ran Şou və ya Şao Jenlen (d. 19 noyabr, 1907, Tsin imperiyası – ö. 7 yanvar, 2014, Honkonq, Çin) — Honkonq mediamaqnatı, milyarder, mesenat, Ran Ran Şou mükafatının təsisçisi. == Həyatı == 19 noyabr 1907-ci ildə anadan olub. Şou adlı qardaşı ilə Shaw Organisation adlı beynəlxalq media şirkətini təsis edib və 1958-ci ildə onu Shaw Brothers adlı aparıcı Asiya kinostudiyasına çevirib. 1967-ci ildə dünyada ən iri teleşirkət olan TVB-ni yaradıb. Mesenatlıqla məşğul olmuş, xeyriyyə, tibbi və təhsil təşkilatlarına kömək etmişdir. 2002-ci ildə öz adına təsis etdiyi nüfuzlu elmi mükafatı "Asiyanın Nobel mükafatı" da adlandırırlar. Mükafatın həcmi bir milyon dollardır və riyaziyyat, astronomiya və tibb sahəsi üzrə verilir.
Al Bano
Al Bano(Al Bano Karrizi) 20 may 1943) — məşhur İtalyan müğənnisi, aktyor və şərabçı. == Həyatı == Al Bano Karrizi 1943-cü ildə İtaliyada Puglia bölgəsinin Brindisi vilayətində çox kasıb italyan ailəsində doğulub. Anası evdar qadın Atası əkinçilik və maldarlıqla məşğul olurdu. Anası İolanda Ottino ona Albano adını verdi, çünki o, doğulduğu zaman, atası Carmelo Karrisi II Dünya müharibəsi dövründə Royal İtaliya Ordusu üçün Albaniya ilə döyüşürdü. Sonralar müğənni öz adından utanaraq onu iki hissəyə ayırır və Al Bano Karrizi olur. Albanonun digər qardaşı isə tanınmış pop musiqiçisi Franko Karrisdi. Al Bano müğənnilik fəaliyyətinə qədər ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyib. Al Bano ilk mahnısını 12 yaşında yazır, 16 yaşında isə müğənnilik karyerası üçün Milana gəlirO, 1965-ci ildə Adriano Çelentanonun təşkil etdiyi konkursda iştirak edənədək ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyir.1966-cı ildə müğənni olaraq, Delle Rose-de və televiziyada yayımlanan musiqi festivalında çıxış edir,1968-ci ildə "Pensando a te" qrupu ilə birlikdə İtalyan mahnısı olan "L'Estate" Disko musiqisi ilə birciliyi qazanır. O, "La siepe" və "Nel sole" kimi bir sıra böyük hitləri qeyd etdi. "Nel sole" 1967-ci ildə üç ay azadlıq dövründə İtaliyada 600 min nüsxə satdı və nəticədə 1 milyondan çox nüsxə və 1968-ci ilin iyulunda qızıl diskə layiq görülmüşdür.
Alisa Kano
Alisa Kano (d. 7 noyabr 1994) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Alisa Kano, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Kano həmdə 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. == Karyerası == Alisa Kano 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Kiana Eide, Natalie McQiffert, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Arno Breker
Arno Breker (ing. Arno Breker; 19 iyul 1900[…] – 13 fevral 1991[…], Düsseldorf) — alman heykəltaraşı, qrafik və memar. Faşist Almaniyasında ictimai əsərləri ilə tanınan ən yaxşı alman memarı və heykəltaraş idi. == Həyatı == Heykəltəraş olan qardaşı Hansla (1906–93) birlikdə atasından (daşyonan) dərs almış, sonra Düsseldorf Rəssamlıq Akademiyasında (1920–25) oxumuşdur. 1927–33-cü illərdə Parisdə işləmişdir; yaradıcılığına O. Rodenin təsiri olmuş, K. Brınkuşi, E.A. Burdel, A. Mayol, J. Kokto və b. ilə dostluq etmişdir. 1933-cü ildə İtaliyada olmuş, antik heykəltaraşlığı və Mikelancelo yaradıcılığını öyrənmişdir. V.K. Rentgen (Remşaydda, 1930) və H. Heynenin (eskiz 1932, 1982-ci ildə Düsseldorfda qoyulmuşdur) abidələrinin müəllifidir. == Fəaliyyəti == 1936-cı ildə Berlində Olimpiya stadionu üçün heykəllər işləmişdir. Breker Üçüncü reyx incəsənətinin əsas fiqurlarından olmuşdur.
Arno Danjua
Arno Danjua (fr. Arnaud Denjoy;5 yanvar 1884[…] – 21 yanvar 1974[…], Paris) — fransız riyaziyyatçısı,Fransa Elmlər Akademiyasının Prezidenti (1962) == Həyatı və təhsili == Arno Danjua 5 may 1884-cü ildə Oş,dep-t Jerdə anadan olmuşdur. Paris Ali normal məktəbi bitirmişdir. === Vəfatı === 21 fevral 1974-cü ildə Paris şəhərində vəfat etmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Monpelye (1909-1917), Utrexta (1917-19), Strasburq (1919-22) və Paris (1922-25) universitetlərində dərs demişdir. Paris Univeristetinin professoru olub. === Elmi fəaliyyəti === Əsas elmi işləri həqiqi və kompleks dəyişənli funksiyası nəzəriyyəsi, kvazi-analitik funksiyalar, topologiya, çoxluqların deskriptiv nəzəriyyəsinə aiddir. Analiz məsələlərinin həlli üçün həm topoloji, həm də metrik üsullardan istifadə etmişdir. İnteqral anlayışının ümumiləşdirilmələrindən biri Danjuanın adı ilə bağlıdır.
Arno Nordin
Arno Nordin (17 iyun 1998, Paris, Fransa) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen AS klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Sent-Etyen === Nordin Sent-Etyen AS akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü Sent-Etyen klubu ilə 25 sentyabr 2016-cı ildə Lill klubuna qarşı oyunda etmişdir. == Şəxsi həyatı == Nordin Fransada anadan olmuşdur. Valideynləri isə Martinika vətəndaşlarıdır.
Ayn Rand
Ayn Rand (ilk adı: Alisa Zinovyevna Rosenbaum; 2 fevral 1905[…], Sankt-Peterburq – 6 mart 1982[…], Manhetten, Nyu-York ştatı və ya Nyu-York, Nyu-York ştatı) — qurduğu obyektivizm fəlsəfəsi və yazdığı "Yaşamaq istəyirəm" (We the Living), "Mən" (Anthem), "Həyatın Qaynağı" (The Fountainhead) və "Atlas silkələndi" (Atlas Shrugged) kitabları və obyektizm fəlsəfəsiylə tanınan yazar. Fəlsəfəsi və kitabları öz fərdiyyətçilik, şüurlu eqoizm və kapitalizm məfhumlarını vurğulayır. Dövlətin azad bir cəmiyyətdə qanuni, amma minimal bir rola sahib olduğuna inanan Rand qatı bir minarxistdir. Liberteryenler və Amerikalı mühafizəkarlar arasında əhəmiyyətli bir təsiri olmuşdur. Romanları özünə xas meydana gətirdiyi bir qəhrəmanın təqdimatını mərkəz alır, Qəhrəman öz qabiliyyəti xüsusiliyi və müstəqilliyi üzündən cəmiyyətlə zidd düşür, amma bu qarşıdurmalar onun səhvləri üzündən deyil, şüurlu davrandığı və ürəkdən gələn bir şəkildə öz mənfəətinə görə çalışdığı üçün olur. Rand'a görə rasional düşünən ağıllar üçün qarşıdurma söz mövzusu deyil. Qəhrəman yenə də idealları istiqamətində davam edir. Rand bu qəhrəmanı ideal insan olaraq görür və ədəbiyyatının bu tip insanlar üçün bir təqdimat yeri olmasını məqsəd hesab edir. Ona görə, İnsan yerlərini və hərəkətlərini məntiqdən istifadə edərək seçməlidir, Fərdlərin özlərini başqaları üçün fəda etmədən və eynisini başqalarından gözləmədən öz məqsədləri üçün yaşamağa haqları var, Kimsənin bir başqasının hüquqlarına güc istifadə edərək təcavüz etməyə ya da güc istifadə edərək ona öz fikirlərini təlqin etməyə haqqı yoxdur. == Bioqrafiyası == === Gənclik illəri === Ayn Rand Rusiyada Sankt-Peterburqda anadan olmuşdur.
Ciqoro Kano
Kano Ciqoro (ing: Kanō Jigorō, yap.: 嘉納 治五郎), (28 oktyabr 1860, Mikaqe[d] – 4 may 1938) — Yapon maarifçi, tədqidatçı, idmançı. Cüdo idmanını və terminini elmə gətirən ilk insan. Cüdo üzrə kəmərləri yaradan şəxs, professor, alim. Şotakan və Şido-Ryu termini elmə gətirən ilk insan, cüdonun banisi, Üçüncü İmperiya Dərəcəsi laureatı, Doğan Günəş sinin Xidmətləri və Grandorder-in İlk xadimi, Kano 14 May 1999 Cüdo Federasiyasının (İJF-in) Zalında ilk üzv olub. 1901-ci ildən 1920-ci ilə qədər Tokio Ali Normal Məktəbinin prezidenti. 1909-cu ildən 1936-ci ilə qədər ilk Asiya üzvü, 1912-ci ildən 1936-cı ilə qədər Olimpiya Oyunlarında Yaponiyanı təmsil edən, 1936-cı ilə qədər Yaponiya aparıcı mətbuat katibi vəzifəsində çalışıb. Bu idman döyüş sənətinin təməlini Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Ciqaro Kano qoyub.
Hiroko Sano
Hiroko Sano (d. 5 fevral 1983) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Jan Reno
Jan Reno (fr. Jean Reno) — Fransa aktyoru. == Həyatı == İspan mənşəli fransız aktyoru Jan Reno 30 iyul 1948-ci ildə Kasablankada anadan olmuşdur. O zaman onun adı Xuan Moreno idi. 1960-cı ildə Moreno ailəsi Avropaya qayıdır. Onlar general Frankonun idarə üsuludan xilas olmaq üçün Andalusiyadan Mərakeşə qaçmış və Fransaya köçmüşdülər. Jan Reno vətəndaşlıq əldə etmək üçün fransız ordusunda xidmət etməli olmuşdur. 1970-ci ildə o, Rene Simonun studiyasında aktyor sənətini öyrənmişdir. O, debütünü 1974-cü ildə televiziyada etmiş, sonradan teatrda işləmiş, 1978-ci ildə isə rejissor Raul Ruisin "Oğurlanmış şəklin fərziyyəsi" filmində çəkilmişdir. Jan Renonun kino karyerası o qədər də uğurlu olmur.
Kano Ciqoro
Kano Ciqoro (ing: Kanō Jigorō, yap.: 嘉納 治五郎), (28 oktyabr 1860, Mikaqe[d] – 4 may 1938) — Yapon maarifçi, tədqidatçı, idmançı. Cüdo idmanını və terminini elmə gətirən ilk insan. Cüdo üzrə kəmərləri yaradan şəxs, professor, alim. Şotakan və Şido-Ryu termini elmə gətirən ilk insan, cüdonun banisi, Üçüncü İmperiya Dərəcəsi laureatı, Doğan Günəş sinin Xidmətləri və Grandorder-in İlk xadimi, Kano 14 May 1999 Cüdo Federasiyasının (İJF-in) Zalında ilk üzv olub. 1901-ci ildən 1920-ci ilə qədər Tokio Ali Normal Məktəbinin prezidenti. 1909-cu ildən 1936-ci ilə qədər ilk Asiya üzvü, 1912-ci ildən 1936-cı ilə qədər Olimpiya Oyunlarında Yaponiyanı təmsil edən, 1936-cı ilə qədər Yaponiya aparıcı mətbuat katibi vəzifəsində çalışıb. Bu idman döyüş sənətinin təməlini Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Ciqaro Kano qoyub.
Kano Eytoku
Kano Eytoku (狩野 永徳, 16 fevral 1543, Heyan-kyo[d] – 12 oktyabr 1590, Heyan-kyo[d]) – Momoyama dövründə yaşamış yapon rəssam. XVI əsrin dekorativ şirma rəssamlığındakı qalın, rəngli stili ilə tanınır. Dövrünün aparıcı və ən nüfuzlu rəssamlarından biri olmuşdur. == Həyatı == 1543-cü ildə Kiotoda incəsənət ailəsində doğulmuşdur. Rəssamlıq təhsilini atası Kano Şoey və babası Kano Motonobudan almışdır. İkisi də XVI əsrin birinci yarısının tanınmış incəsənət xadimləri idi. Eytokunun ilk əsas işi Kiotonun əsas Zen məbədlərindən biri olan Daytoku məbədinin Cukoin dekorasiyası idi. O, bu dekorasiyası 1566-cı ildə atası ilə birlikdə yerinə yetirmişdir. Eytoku məşhurlaşdıqdan sonra Oda Nobunaqanın sevimli rəssamı olmuş və onun bir çox sifarişini yerinə yetirmişdir. Bu sifarişlərin arasında Nobunaqanın Azuçi qəsrinin dekorasiyası və Kioto şəhərini əks etdirən şirma dəstləri də var idi.Nobunaqanın 1582-ci ildəki ölümündən sonra Toyotomi Hideyoşi Eytokuya hamilik etməyə başlamışdır.
Kano Kristales
Kano Kristales (isp. Caño Cristales) — Kolumbiyanın Meta əyalətində olan çaylardan biri. Çay adətən "Beş Rənglər çayı", "Maye Göy qurşağı" və "Dünyanın ən gözəl çayı" adlanır.
Kano ştatı
Kano ştatı (ing. Kano State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Kişo Yano
Kişo Yano (d. 5 aprel 1984) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib, 2 qol vurub.
Klaudio Kano
Klaudio Kano (18 dekabr 1965 — 1 iyul 1996) — Braziliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Klaudio Kano Braziliyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Klaudio Kano Braziliyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Kyoko Yano
Kyoko Yano (d. 3 iyun 1984) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 74 oyun keçirib, 1 qol vurub.
Lui Reno
Lui Reno (21 may 1843[…] – 8 fevral 1918[…]) — Fransız hüquqşünası və müəllim. 1907-ci ildə Ernesto Moneta ilə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. Lui Reno 1843-cü il mayın 21-də Fransanın Autun şəhərində anadan olmuşdur. 1868-73-cü illər arasında Dijon Universitetində Roma və ticarət hüququ professoru, 1873-cü ildən ölümünə qədər isə Paris Hüquq Fakultəsində professor kimi fəaliyyət göstərmişdir. 1890-cı ildə Fransa Xarici İşlər Nazirliyinin hüquq məsləhətçiliyinə təyin edilmişdir. Bu vəzifə əsnasında Fransanın xarici siyasətini beynəlxalq hüququn işığında diqqətlə araşdırdı. Aralarında 1899 və 1907-ci illərdəki Lahey sülh konfransı ilə London dəniz konfransının yer aldığı bir sıra konfranslarda iştirak etmişdir. Müvəffəqiyyətli bir hakim də olan Reno 1905-ci ildəki Yapon Mülk Vergisi, 1909-cu ildə Kasablanka, 1911-ci ildə Savarkar və 1913-cü ildə Karfagen ilə Manouba iddiaları kimi bir çox problemin həllinə kömək etdi. Bu vaxt beynəlxalq hüququn xüsusi məsələlərinə dair çox sayda məqalə və monoqrafiya yazdı. C.Lyon-Caen ilə birlikdə iki cildlik bir ticarət hüququ və səkkiz cildlik bir araşdırma kitabı çap etdirmişlər.
Nano morfostrukturlar
Nanomor­fostruk­turlar (rus. наноморфоструктуры, ing. nanomorphostructure) geoloji struk­turların ən xırda elementlərinə uy­ğun gələn relyef formalarıdır. Palçıq vulkanı sopkaları, salzaları, qrifonları nümunələrdən bəziləridir.
Page Rank
Page Rank, Google-un veb səhifələrə 0-dan 10-a qədər verdiyi dəyər şkalasıdır. Bu dəyər ümumi olaraq xüsusi bir məzmuna bağlantı və keçid verən səhifə keyfiyyətinə bağlıdır. Page Rank dəyəri saytınızın Google axtarış mühərrikində internet istifadəçiləri tərəfindən axtarış aparıldığında ilk 10 nəticənin daxilində olmasını təmin edir. Google axtarış mühərriki, Stendford Universitetində doktoranturanı müdafiə edən iki tələbə Larri Peyc və Sergey Brin tərəfindən 1998-ci ildə qurulduğu zaman axtarış nəticələrini patentli Page Rank texnikası üzərində inkişaf etdirdilər, buna görə də Page Rank patenti də Google-a deyil Stendford Universitetinə məxsusdur. Google Page Rank A səhifəsindən B səhifəsinə keçid olduğunda bunu qeyd edər. Eyni zamanda səhifənin haqqının yeyilməməsi üçün bəzi məzmun analizləri də edər. Page Rank yəni səhifə dəyəri saytın təbii quruluşuna və link məzmununa uyğun olaraq saytın dəyərinin bir göstəricisidir. Google, eyni zamanda spam məqsədli saytları Google ban ilə cəzalandırıb bütün indexlərini silərkən, yeni açılan saytlarında sürətli bir şəkildə axtarış nəticələrində yüksəlməsinə maneə törədən Google Sandbox sistemlərini də istifadə etməkdədir. Sandbox-a girən bir veb səhifə 3-6 ay boyunca nə qədər yaxşı olursa olsun, Google tərəfindən sınanır və müəyyən bir müddətin sonunda axtarış nəticələrində daha yaxşı bir yerə gətirilir. Google PageRank Google un istifadə etdiyi alqoritm nəticəsində saytınıza verdiyi qiymətdir.Bu qiymət bir sayta verildiyi kimi saytın səhifələrinə də verilir.Misal üçün: webmasterik.com/forum və ya http://www.webmasterik.com/google.html PageRank Google da axtarış zamanı saytınızın yerini müəyyən etmək üçün lazımdır.Misal üçün Google da “Azərbaycan“ yazaraq axtarış versək ilk olaraq qarşımıza azerbaijan.az saytı, ikinci yerdə isə tr.wikipedia.org/wikiAzerbaycan səhifəsi gələcək… azerbaijan.az ın PageRank dəyəri – 7 az.wikipedia.org/wiki/Azerbaycan səhifəsinin PageRank dəyəri isə – 5 dir.
Rihey Sano
Rihey Sano (21 sentyabr 1912 - 26 mart 1992) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.