Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rapla
Rapla (est. Rapla) — Estoniyanın qərbində, Raplamaa bölgəsində şəhər.
Zaynulla Rasulev
Zaynulla Rasulev (başq. Зәйнулла Рәсүлев; d. 25 mart 1833 – ö. 2 fevral 1917) — başqırdların XIX əsrdə və XX əsrin əvvəllərində yaşamış dini lideri; işan. Cədidiyənin ən əhəmiyyətli nümayəndələrindən biri və ilk cədidi mədrəsəsinin qurucusu. 1859-cu ildə nəqşibəndi olmuş, 1869-1870-ci illərdə İstanbulda şeyx Əhməd Ziyaüddindən təlimat almışdır. Zaynulla Rasulev 25 mart 1833-cü ildə indiki Uçalı rayonunun Şaripova kəndində molla ailəsində anadan olmuşdur. Əvvəlcə öz doğma kəndində, daha sonra digər kəndlərdə mədrəsədə oxumuşdur. 2 fevral 1917-ci ildə indiki Çelyabinsk vilayətinin Troitsk şəhərində vəfat etmişdir. O, həmin şəhərdəki qədim müsəlman qəbiristanlığında dəfn edilmişdir.
Zaynulla Rasulev məscidi
Zaynulla Rasulev məscidi və yaxud da Zeynulla-İşan məscidi (başq. Зәйнулла ишан исемендәге мәсет) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Uçalı şəhərinin "Tsarskoe selo" səmtində yerləşən məscid. Məscid 2009-cu ildə tikilmişdir O vaxta qədər Uçalı şəhərində bir məscid – Uçalı məscidi var idi. Uçalı şəhərinin əhalisinin əksəriyyəti başqırdlar olduğu üçün burada ikinci məscid də tikildi. Adını daşıdığı Zaynulla Rasulev başqırdların XIX əsrdə və XX əsrin əvvəllərində yaşamış dini lideri olmuşdur. O, cədidiyənin ən əhəmiyyətli nümayəndələrindən biri və ilk Cədidi mədrəsəsinin qurucusudur. 1859-cu ildə nəqşibəndi olmuş, 1869-1870-ci illərdə İstanbulda şeyx Əhməd Ziyaüddindən təlimat almışdır. Eyni adda məscid 2016-cı ildə Dağıstanın Mahaçqala şəhərində də açılmışdır. Zeynulla-İşan məscidində üç minarə var. Əsas minarənin hündürlüyü 20 metr yüksəkliyindədir.
Braslav Gölləri Milli Parkı
"Braslav Gölləri" Milli Parkı — Belarusun şimal-qərbində yerləşən milli park. Park unikal təbiət komplekslərini insanların təsərrüfat fəaliyyətlərində qorumağa xidmət edir. Milli park 1995-ci ilin avqustunda yaradılmışdır. Parkın əsas özəyi Braslav gölləri qrupudur. Milli parkın ərazisinə həm də Braslav rayonunun cənub hissəsi, bataqlıq və meşə massivləri daxildir. Ümumi sahəsi 71500 hektardır. Milli park şimaldan cənuba doğru 56 km məsafə uzanır. Eni isə 7 və 29 km arasında dəyişir. Ümumi park ərazisinin 17 %-ni göllər təşkil edir. Meşə sahələri isə ümumi sahənin 46 %-ni təşkil edir.