Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nani
Luiş Nani (17 noyabr 1986, Praya) — (Port. Luís Carlos Almeida da Cunha) Portuqaliyalı futbolçu. Valensiya klubunda oynayır.
Nuzi
Nuzi və ya indiki adı ilə Yorqantəpə — Şimali Mezopotamiyada Kərkük şəhərindən 13 km cənub-qərbdə yerləşən qədim yaşayış məskənidir. Yorqantəpə yaşayış yerində arxeoloji tədqiqatlar zamanı eneolit dövrünə (e.ə. IV minilliyin ikinci yarısı) aid təbəqələr aşkarlanmışdır. Bundan əlavə buradan xeyli sayda gil lövhələrin tapıldığı Şumer-Akkad yaşayış məntəqəsi olan Qasur şəhərinin qalıqları (e.ə. III minilliyin ikinci yarısı) aşkarlanmışdır.
Nui
Nui (ing. Nui) — Tualuya daxil olan atollardan və inzibati vahidlərdən biridir. 21 adadan ibarətdir: Fenua-Tapu (ən irisi, 1,38 km²), Meanq, Matupuakaka, Pakantou, Piliavieve, Ponqalei, Talalolae, Tokinivae, Unimai və 12 kiçik adacıq. Yerli əfsanəyə görə Nui adasının sakinləri Gilbert adalarından gəlmişlər. Avropalılardan isə ilk olaraq ispan səyyahı Alvaro de Mendana de Neyra adaya ayaq basmışdır. 1568-ci ildə adada olan səyyah atolu İsa adası (isp. Isla de Jesús) olaraq adlandırır. 2002-ci ildə Nui adasının əhalisi 548 nəfər təşkil etmişdir.Yerli əhali kiribati və tualu dillərindən istifadə edirlər.
Huni (gəmi)
Huni, əlavə və gəminin əsas göyərtəsində hazırlanmış bir başlıq, verilmiş dizayndır. Bu qazan və ya motor işlənmiş qazların his və tüstü aradan qaldırılması üçün istifadə olunur. O, həmçinin adətən baca adlanır. == İstifadə == Gəmi hunisinin əsas funksiyası gəminin strukturunu və göyərtəsini çirkləndirməmək və ekipajın işləmə qabiliyyətini pozmamaq üçün mühərriklərdən və digər mexanizmlərdən işlənmiş qazları dağıtmaq üçün egzoz borularının və ya egzozların hündürlüyünü artırmaqdır. öz funksiyalarını yerinə yetirirlər.
Mehrdad Nuri
Mehrdad Nuri — İran futbolçusu, Traktor Sazi klubunun yarımmüdafiəçisi.
Məhəmməd Nuri
Məhəmməd Nuri (22 dekabr 1929, Rəşt – 31 iyul 2010, Tehran) — İranın qabaqcıl xalq və pop müğənnilərindən biri idi. O, Tehran Universitetində ingilis dili və ədəbiyyatı öyrənmişdir, lakin öz peşəkar karyerasını musiqidə davam etdirdi.. O,Fars dili ilə yanaşı, Azərbaycan dilində də mahnılar ifa edib."Nazənin-e-Məryəm" ya "Can-e Məryəm" onun fars dilinəki ən gözəl mahnılarındandır.
Nani Breqvadze
Nani Georgiyevna Breqvadze (gürc. ნანი გიორგის ასული ბრეგვაძე; 21 iyul 1936, Tbilisi, Gürcüstan SSR, SSRİ) — sovet və gürcü müğənnisi, pianoçu, pedaqoq. SSRİ xalq artisti (1983). Nani Breqvadze 21 iyul 1936-cı ildə (digər mənbəyə əsasən, 1938-ci ildə) Tbilisidə anadan olmuşdur. Musiqiçi ailəsində böyüyüb. Hələ altı yaşı olarkən, qədim rus mahnı və romanslarını ifa edirdi. Əvvəlcə musiqi məktəbini, sonra isə musiqi texnikumunu bitirib. 1956-cı ildən Gürcüstan Politexnik İnstitutunun özfəaliyyət estrada orkestrində iştirak edib. 1957-ci ildə Moskvada "Mən şamı söndürdüm" (rus. Потушила я свечу) 6-cı Ümumdünya gənclər və tələbələr festivalının laureatı olub.
Nunu Triştan
Nuri Dəmirağ
Məməd Nuri Dəmirağ (1886, Sivas – 13 noyabr 1957, İstanbul) — Türk iş adamı, siyasətçi. Türkiyə Respublikası Dövlət Dəmiryolları tikintisinin ilk mütəxəssislərindən biri. Türkiyənin 10 min km-lik dəmiryolu şəbəkəsinin 1250 km-lik hissəsinin tikintisini reallaşdırmış və bu səbəblə Mustafa Kamal Atatürk tərəfindən "Dəmirağ" soyadı verilmişdir. Respublika dövrünün saylı zənginləri arasına girmiş və xeyriyyəçiliyi ilə tanınmış bir iş adamıdır. Türkiyədə ilk təyyarə zavodunun quruluşu, ilk siqaret kağızı istehsalı, ilk yerli paraşüt istehsalı kimi böyük işləri həyata keçirən, İstanbul boğazı üzərində körpü inşa edilməsi, Kebana böyük bir anbar edilməsi düşüncələrini ilk dəfə gündəmə gətirən adamdır. Xüsusilə aviasiya sənayesində müvəffəqiyyətləri ilə xatırlanır.Türkiyə Respublikasının ilk müxalifət partiyası olan Milli İnkişaf Partiyasının qurucusudur. 1886-ci ildə, Sivasın Divriği mahalında dünyaya gəldi. Möhrdarzadə Ömər bəyin oğludur, anasının adı Aişə xanımdır. Üç yaşında ikən atasını itirdi, anası tərəfindən böyüdüldü. Orta məktəbii Divriği Rüştiyə məktəbində tamamladıqdan sonra məktəbdəki müvəffəqiyyəti səbəbiylə müəllim köməkçisi olaraq bir müddət öz məktəbində işlədi.
Nuri Oxudan
Nuri Oxudan (6 dekabr 1962) — Türk dövlət xadimi. Əvvəllər Gönen Kənd İnstitutu olaraq bilinən indiki adı ilə Gönen Anadolu Müəllim Liseyini bitirib. 1986-cı ildə Mülküyə Məktəbi, İş idarəçiliyi bölməsini bitirib. Uludağ Universiteti, Sosial Elmlər Fakültəsi, İdarəetmə-Təşkilat şöbəsində magistr dərəcəsini oxuyub. 1989–1990-cı illərdə İngiltərədəki Canterbury və Margate-də bir il peşəkar bilik, ədəb və dil təhsili aldı. 1986-cı ildə Daxili İşlər Nazirliyinin açdığı bir aylıq planlaşdırma idarəetmə kursuna qatılıb. 1986-cı ildə 6 ay bir planlaşdırma mütəxəssisi olaraq işlədikdən sonra Bitlis bölgə qubernatoru, Amasya-Taşova bölgə baş məmuru, Bursa-Harmancıq, Van-Baxçasaray, Ərzurum-Narman, Gümüşxana-Kəlkid rayonlarında namizəd olmuşdur. Taşovada qubernator köməkçisi, Harmancıq, Baxçasaray, Narman, Kəlkit də bölgə qubernatorluğu, Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyi daxilində şöbə müdiri, ümumi müdir köməkçisi, Sakarya qubernatoru olmuşdur. 7 mart 2007-ci ildə Trabzon qubernatoru təyin edilib. Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyinin 10 iyun 2009-cu il tarixli 10030 nömrəli məktubu və Nazirlər Kabinetinin 11 iyun 2009-cu il tarixli qərarı ilə Şanlıurfa qubernatoru təyin edilmişdir.
Nuri Saryal
Nuri Saryal (2 sentyabr 1929, Bakı – 22 dekabr 2020) — Azərbaycan əsilli türk elm adamı, maşınqayırma mühəndisi, Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin fəalı və Orta Doğu Texniki Universitetinin keçmiş rektoru. 1929-cu ilin 2 sentyabrında Bakı şəhərində anadan olmuşdur. Atası Azərbaycanın tanınmış mühəndislərindən və cümhuriyyət tələbələrindən olan Mir İsmayıl Seyidzadədir. Anası isə alman Elena Hoffmanndır. Anası Elena 1935-ci ildə İslamı qəbul edərək adını Leyla olaraq dəyişdirmişdir. Ailə 1931-ci ildə Türkiyə Respublikası vətəndaşlığına keçərkən Saryal soyadını qəbul etmişdir. Nuri Saryal, 1941-ci ildə Ankara Türk Maarif Cəmiyyətinin ibtidai məktəbini bitirmişdir. Bundan sonra 1947-ci ildə Ankara Atatürk Liseyini bitirmişdir. 1947–1948-ci illərdə Robert Kollecində ingilis dili təhsili almışdır. 1948–1952-ci illərdə Robert Kollecinin Mühəndislik Məktəbini əla qiymətlərlə bitirmiş və maşınqayırma mühəndisi diplomunu almışdır.
Nuri Səid
Nuri Səid (ərəb. نوري السعيد‎‎; dekabr 1888 və ya 1888, Bağdad – 15 iyul 1958[…], Bağdad) — İraq siyasi və dövlət xadimi. 1930–1958-ci illərdə fasilələrlə 8 dəfə İraq hökumətinə başçılıq etmiş, dəfələrlə xarici işlər naziri və hərbi nazir olmuşdur. Nuri Səid 1888-ci ilin dekabr ayında Osmanlı imperiyası tərkibində olan Bağdad şəhərində anadan olmuşdur. O, hakimiyyət dövründə İraqda İngiltərə ağalığının mənafeyinin qızğın tərəfdarı olmuşdur. Səid Bağdad paktının yaradılmasının təşəbbüsçülərindən idi. O, ölkədə kommunist hərəkatı boğmaq siyasəti yeritmişdir. Səid 1958-ci il İraq inqilabı zamanı, 15 iyulda, 69 yaşında, anadan olduğu Bağdad şəhərində üsyançılar tərəfindən öldürülmüşdür. Batatu, Hanna: The Old Social Classes and New Revolutionary Movements of Iraq, al-Saqi Books, London, 2000, ISBN 0-86356-520-4 Gallman, Waldemar J.: Iraq under General Nuri: My Recollection of Nuri Al-Said, 1954–1958, Johns Hopkins University Press, Baltimore, 1964, ISBN 0-8018-0210-5 Lukutz, Liora: Iraq: The Search for National Identity, pp. 256-, Routledge Publishing, 1995, ISBN 0-7146-4128-6 O'Sullivan, Christopher D. FDR and the End of Empire: The Origins of American Power in the Middle East.
Nuri Sərinləndirici
Nuri Sərinləndirici və ya əsl adı ilə Vüqar Nuriyev (29 iyun 1979, Culfa rayonu) — Azərbaycan və Rusiya musiqiçisi; estrada müğənnisi. Nuri Sərinləndirici 1979-cu il iyun ayının 29-da Azərbaycanın Naxçıvan MSSR-in Culfa rayonunda anadan olub. Nuri özü "Sərinləndirici" təxəllüsü haqqında demişdir: "Naxçıvanın Culfa rayonunda doğulub böyümüşəm. Uzun illərdir Rusiyada yaşayıram. Rusiyada ən çox öz həmyerlilərimizlə sıx əlaqə və ünsiyyətdə oluruq. Orda el şənlikləri və tədbirlərdə iştirak edəndə dostlarım deyirdilər ki, Nuri gəlsin oxusun sərinləyək (gülür). Elə bundan sonra elə mənə "Sərinləndirici" deməyə başladılar. 2017-ci ilin aprel ayında Dominikanda duet ortağı Jane Şirokih ilə ailə həyatı qurub. Ailədə musiqiçi olmamasına baxmayaraq Nuri 6 yaşından musiqiyə böyük maraq göstərib. 7 yaşında Nuri Culfa rayon musiqi məktəbinə (qarmon sinfi) daxil olub.
Nuri Yamut
Mehmet Nuri Yamut (1890, Saloniki – 5 iyun 1961, İstanbul), Türk Silahlı Qüvvələrinin 6-cı Ordusu. Baş Qərargah rəisidir . 1908-ci ildə Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. Manastır 6. Korpus 50. Alay 3. Eskadronda olarkən 1912-ci ildə tutuldu. Əsirlikdən qayıdaraq 1913-cü ildə Hərbi Akademiyaya daxil oldu. 1 il oxuduqdan sonra təhsilini tərk edib Ordu sıralarına girdi. Balkan müharibəsinə və Birinci Dünya Müharibəsinə qatıldı.
Nuri Şahin
Nuri Şahin (5 sentyabr 1988) — karyerasını "Borussiya Dortmund"da davam etdirən Almaniyada doğulan türk əsilli futbolçu. Qismən də olsa Almaniya vətəndaşlığına sahibdir. Kırşəhərli işçi bir ailənin 2 övladınnan biridir. Ufuk adında qardaşı var.
Pedru Nuniş
Pedru Nuniş (port. Pedru Nunes, lat. Petrus Noniusı 1502[…] – 11 avqust 1578[…], Koimbra, Portuqaliya krallığı) — Portuqal riyaziyyaçı. Pedro Nuniş öz dövrünün ən məşhur riyaziyyatçısıdır. Onun əsas nailiyyəti naviqasiya üzrədir. O həmçinin bir neçə alət, vernier hansı ki, onun şərəfinə adlanmışdır. Onun ailəsi yəhudidir. Nuniş Salamanki Universitetini 1521–1522-ci illərdə oxuyub və sonra Lissabonda universitete daxil olub, 1525-ci ildə tibb üzrə dərəcə alıb. Həmçinin astronomiya, astrologiya və riyaziyyat üzrə mütəxəssisdir. Tibb təhsili aldığı zaman universitetdə filosofiya, məntiq və metafizika üzrə dərs deyib.
Puni (En)
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Quni (Urmiya)
Quni (fars. قوني‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 898 nəfər yaşayır (140 ailə).
Roberto Nani
Roberto Nani (14 dekabr 1988 Sondalo, İtaliya) — İtaliyalı dağ-xizək idmançısı. Roberto Nani İtaliyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. Roberto Nani birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. 1:22.65 saniyəlik nəticəsi ilə 109 atlet arasında 12-ci yeri tutdu. Lakin ikinci mərhələdə oyundan kənarlaşdırıldı.
Saak Süni
Saak Süni — 821-831/832 - ci illərdə Qeqarqunik hakimi. Sünik knyazı Vasakın kiçik oğlu olan Saak atası Vasakın ölümündən sonra Sünikin şimal-qərb ərazisində yerləşən Qeqarqunik ərazisində və Göyçə gölünün ətrafında hakimiyyətə gəlmiş və Sünik sülaləsinin bir qolu olan Qeqarqunik Haykazunları nəslinin əsasını qoymuşdur. 831-832-ci illərdə ərəblərə qarşı Zəngiçay sahilində Kavakert döyüşündə öldürülmüş və nəşi katolikos II David Kakagetsi tərəfindən dəfn edilmişdir. Ölümündən sonra taxta oğlu I Qriqor Supan keçmişdir. “Kavakert dastakerti qarşısında Xurastan çayı sahilində böyük ərlər onları qarşıladılar. Hulun onların üzərinə hücum əmri verməsindən sonra tərəflər arasında vuruşma başlandı və bir çoxlarının qanı töküldü. Öldürülənlər arasında Sünik teri (zadəganı) Saak da var idi. Smbat və Sevada isə qaçaraq canlarını qurtara bildilər. Hul yenidən Dvinə döndü. Sünik teri Saakın cəsədi böyük patriarx David tərəfindən müqəddəs patriarxlıq evinə gətirilərək müqəddəs məbəd yaxınlığında dəfn edilmişdir.
Axinoam Nini
Achinoam Nini (ivr. ‏אֲחִינוֹעַם נִינִי‏‎, 23 iyun 1969, Tel-Əviv, İsrail) — İsrailli müğənnidir. Noa adı ilə məşhurdur. == Həyatı == Achinoam Nini 23 iyun 1969-cu ildə İsrailin paytaxtı Təl-Əviv şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində İsraili Mira Awad ilə "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7-ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16-cı olmuşdur.
Runi Eva
Runi Eva (25 dekabr 1996, Duala) — Azərbaycan Premyer Liqasında çıxış edən Turan-Tovuzun futbolçusu.
Noni Madueke
Noni Madueke (10 mart 2002, Barnet borosu, Böyük London) — İngiltərə Premyer Liqasında çıxış edən Çelsinin futbolçusu.
Nuno Mendes
Nuno Mendes (19 iyun 2002, Sintra[d], Lissabon dairəsi[d]) — Fransa Liqa 1-də çıxış edən Paris Sen-Jermenin portuqaliyalı müdafiəçisi.
Süni zəka
Süni intellekt (Sİ; ing. artificial intelligence, abr. AI) — insanların və ya heyvanların intellektindən fərqli olaraq maşın və ya proqram təminatının intellekti. Süni intellekt tətbiqlərinə qabaqcıl veb axtarış mühərrikləri (Quql axtarış sistemi), tövsiyə sistemləri ("YouTube", "Amazon" və "Netflix" tərəfindən istifadə olunur), virtual assistentlər ("Siri" və "Alexa" kimi), özügedən avtomobillər ("Waymo"), generativ və ya yaradıcı alətlər ("ChatGPT" və süni intellekt incəsənəti), strateji oyunlarda (şahmat və Qo kimi) ən yüksək səviyyədə yarışmaq daxildir. Süni intellekt 1956-cı ildə akademik fənn kimi təsis edilmişdir. Bu sahə optimizm dövrlərindən keçmiş, sonradan məyusluq və maliyyə itkisi yaşamış, lakin 2012-ci ildən sonra dərin öyrənmə bütün əvvəlki süni intellekt üsullarını üstələmiş, beləliklə bu sahədə maliyyələşmə və maraqda böyük artım müşahidə edilmişdir. Süni intellekt tədqiqatının müxtəlif alt sahələri xüsusi məqsədlər və xüsusi alətlərdən istifadə ətrafında cəmlənir. Süni intellekt tədqiqatının ənənəvi məqsədlərinə əsaslandırma, biliyin təqdim edilməsi, planlaşdırma, öyrənmə, təbii dilin emalı, qavrayış və robototexnikaya dəstək aiddir. Ümumi intellekt (ixtiyari problemi həll etmək bacarığı) sahənin uzunmüddətli hədəfləri arasındadır. Bu problemləri həll etmək üçün süni intellekt tədqiqatçıları axtarış və riyazi optimallaşdırma, formal məntiq, süni neyron şəbəkələri və statistika, ehtimal və iqtisadiyyata əsaslanan metodlar daxil olmaqla geniş spektrli problem həlli üsullarını uyğunlaşdırıb və inteqrasiya etmişdilər.
Rasputin
Qriqori Yefimoviç Rasputin (rus. Григорий Ефимович Распутин; 9 (21) yanvar 1869, Pokrovsk[d], Tobolsk quberniyası[d], Rusiya imperiyası – 17 (30) dekabr 1916, Petroqrad, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası) — uzaqgörənliyi və xəstələrə verdiyi şəfa ilə məşhurlaşmış mistik. O, Rus Pravoslav Kilsəsinə mənsub olmuşdur. Qriqori Rasputin Rusiya imperiyasının Tobolsk quberniyası Tümen qəzasının Pokrovsk kəndində 1869-cu ilin 22 yanvar tarixində sadə bir kəndli ailəsində anadan olmuşdur. Atası Efim Vilkin və anası Anna Parşukova sadə Sibir kəndliləri idilər. Rasputinin anadan olduğu tarix Xristianlıqda müqəddəs Qriqori gününə təsadüf etdiyindən, ona Qriqori adı verilir. Rasputinin uşaqlıq dövrü haqqında məlumatlar geniş deyil. Əsas məlum olan məlumatlardan biri Rasputinin rahat və qayğısız uşaqlıq keçirməsidir. Bir müddət Sibirdə fəaliyyət göstərdikdən sonra Sankt-Peterburq şəhərinə gəlmişdir. Rasputin burada çar II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnanın etimadını qazanmışdır.
Qriqori Rasputin
Qriqori Yefimoviç Rasputin (rus. Григорий Ефимович Распутин; 9 (21) yanvar 1869, Pokrovsk[d], Tobolsk quberniyası[d], Rusiya imperiyası – 17 (30) dekabr 1916, Petroqrad, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası) — uzaqgörənliyi və xəstələrə verdiyi şəfa ilə məşhurlaşmış mistik. O, Rus Pravoslav Kilsəsinə mənsub olmuşdur. Qriqori Rasputin Rusiya imperiyasının Tobolsk quberniyası Tümen qəzasının Pokrovsk kəndində 1869-cu ilin 22 yanvar tarixində sadə bir kəndli ailəsində anadan olmuşdur. Atası Efim Vilkin və anası Anna Parşukova sadə Sibir kəndliləri idilər. Rasputinin anadan olduğu tarix Xristianlıqda müqəddəs Qriqori gününə təsadüf etdiyindən, ona Qriqori adı verilir. Rasputinin uşaqlıq dövrü haqqında məlumatlar geniş deyil. Əsas məlum olan məlumatlardan biri Rasputinin rahat və qayğısız uşaqlıq keçirməsidir. Bir müddət Sibirdə fəaliyyət göstərdikdən sonra Sankt-Peterburq şəhərinə gəlmişdir. Rasputin burada çar II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnanın etimadını qazanmışdır.
Valentin Rasputin
Valentin Qriqoryeviç Rasputin (rus. Валентин Григорьевич Распутин; 15 mart 1937[…] – 14 mart 2015[…], Moskva) — rus yazıçısı. Valentin Qriqoryeviç Rasputin 15 mart, 1937-ci ildə anadan olub. Görkəmli rus yazıçısı Valentin Rasputin sağlığında klassik adlandırılan müəlliflərdən biridir. Onun «Mariya üçün pul» (1967), «Son möhlət» (1970), «Fransız dili dərsi» (1973), «Yaşa və xatırla» (1974), «Matyora ilə vida» (1976), «Yanğın» (1985) və başqa povestləri Rusiya mətbuatında ədəbi hadisə kimi qiymətləndirilib.