Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ravşana Kurkova
Ravşana Kurkova (özb. Ravshana Kurkova; d. 22 avqust 1980, Daşkənd, SSRİ) — rusiyalı teatr və kino aktrisası, prodüser, model. == Həyatı == Ravşana Kurkova (qızlıq soyadı Matçanova) 1980-ci il avqustun 22-də Daşkənddə, aktyor ailəsində anadan olub. Onun atası Bəhram Matçanov "İlhom" teatrında aktyor, anası Rano Kubaeva isə kinoaktrisa və rejissor idi. Dayısı Rauf Kubaev rejissor və ssenarist olub.Ravşana uşaqlıda balerina olmaq istəyirdi, lakin boyu balerina üçün hündür olduğundan, onu o zamanlar bütün Orta Asiyada ən nüfuzlu musiqi məktəblərindən biri olan, Daşkənddəki Uspenski adına musiqi məktəbinə qoyublar.1992-ci ildə, 12 yaşında ikən "Özbəkfilm" kinostudiyasında istehsal olunmuş "Qıjıların sirri" (özb. «Kirk Kulok Siri») filmində çəkilir. Bir müddət sonra Ravşananın valideynləri ayrılır və o, anası ilə birlikdə Moskvaya köçür. Burada o, musiqi məktəbinə daxil olaraq fortepiano və vokal dərsləri alır. Sonralar London Universitetinin filialı olan liseyə daxil olur.
Abdul Rahman
Tunku Abdul Rahman Putra əl-Xəcc (malay Tunku Abdul Rahman Putra Al-Haj ibni Almarhum Sultan Abdul Hamid Halim Shah); 8 fevral 1903[…], Alor-Setar[d], Kedah sultanlığı – 6 dekabr 1990, Pinanq) — müstəqil Malay Federasiyasının ilk Baş Naziri, 1963-cü ildən Malayziya şahzadəsi (putra) == Tərcümeyi-halı == Kedah sultanının (şərqi Malay) qardaşı Tunku Abdul Rahman 8 fevral 1903-cü ildə anadan olmuşdur. O. 1920–1931-ci illərdə Kembric Universitetində oxumuşdur. Malayziyanın Yaponiya tərəfindən işğalı dövründə (dekabr 1941–1945) Kedah sultanlığının inzibati orqanlarında işləmişdir. Tunku Abdul Rahman 1951-ci ildə ölkənin Malay icmasını təmsil edən siyasi qüvvəyə — Birləşmiş Malay Milli Təşkilatına (BMMT — UMNO) rəhbərlik edirdi. 1955-ci ildə 3 müxalifət partiyasının (Birləşmiş Malay Milli Təşkilatı, Malayziyanın Çin Assosiasiyası və Malayziyanın Hindistan Konqresi) İttifaq Partiyası halında birləşdikdən sonra bu təşkilatın sədri oldu. 1955-ci ildə parlament seçkilərində qələbədən sonra Tunku Abdul Rahman Malay Federasiyasının Baş Naziri və daxili işlər naziri olmuşdur. 1956-cı ildə o, Londonda Malaya təxirəsalınmadan daxil özünüidarə hüququnun, daha sonralar isə müstəqillik verilməsi ilə bağlı danışıqlara başçılıq etmişdir. 1957-ci il 31 avqustda müstəqillik elan edildikdən sonra Malay Federasiyasının (1963-cü ildən Malayziyanın) Baş Naziri və daxili işlər naziri vəzifələrini tutaraq hökumətin rəhbəri vəzifəsində qalmışdır. 1961-ci ildə Malay Federasiyasının və Böyük Britaniya müstəmləkələri olan Sinqapur, Sabaxa, Saravaka, Bruneyin Malayziya Federasiyası halında birləşdirilməsi planını irəli sürdü. 16 sentyabr 1963-cü ildə birləşmə baş tutdu.
Ravand (Xoy)
Ravand (fars. روند‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 236 nəfər. yaşayır (52 ailə).
Ravşan İrmatov
Ravşan Sayfiddinoviç İrmatov (özb. Ravshan Sayfiddinovich Ermatov; 9 avqust 1977-ci il, Daşkənd, Özbəkistan SSR, SSRİ) — futbol hakimi, təlimatçı və futbolçu. Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti (15 iyul 2019-cu ildən). Doqquz dəfə Özbəkistanda ilin yaxşı hakimi, beş dəfə Asiyada ilin ən yaxşı hakimi, dünyanın ən yaxşı hakimi kateqoriyasında «Global Soccer Awards» mükafatının qalibi. 2013-cü ildə IFFHS görə dünyanın ən yaxşı 10 hakimi sırasına daxil oldu. Özbəkistanın ən yüksək mükafatlarının və ordenlərinin sahibi. == Bioqrafiyası == === Futbolçu karyerası === 1996-cı ildə Özbəkistan çempionatının Birinci Liqasında, Daşkənd vilayətinin "Qazalkent" klubunda oynamış, lakin ciddi zədədən sonra futbolçu kimi karyerasını başa vurmuşdur. Ravşanın atası Sayfiddin İrmatov SSRİ çempionatının tanınmış futbol hakimi idi. O Ravşana gələcək hakimlik karyersının qurmasında böyük dəstək olmuşdur. === Məşqiçilik karyerası === Əvvəlcə Özbəkistan çempionatının birinci liqasının, daha sonra bu ölkənin əsas liqasının oyunlarına hakimlik etməyə başladı.
Rəhşan Ecevit
Zəkiyə Rəhşan Ecevit (17 dekabr 1923, Bursa – 17 yanvar 2020, Ankara) — Türk rəssam, yazıçı və siyasətçisi. O, Demokratik Sol Partiyası və Demokratik Sol Xalq Partiyasının qurucusu və ilk prezidentidir. Onun təklifi ilə 2000-ci ildə qüvvəyə minən Amnistiya Qanunu Rəhşan Amnistiyası kimi tanınır. == Həyatı == Salonikidən Şəbinkarahisara köçən, sonradan İstanbulda məskunlaşan ailədə anadan olub. Atası Namiq Zəki Aral, anası Zahide Araldır. Arnavutköy Amerikan Qızlar Kollecinin məzunudur. 1946-cı ildə Bülənd Ecevitlə ailə həyatı qurub. 1985-ci ildə Bülənd Ecevitə siyasi qadağa qoyulduğu zaman qurulan Demokratik Sol Partiyasının (DSP) qurucusu və sədri olub. O, 1987-ci ilə qədər Bülənd Ecevitin siyasi qadağası qaldırılana qədər sədr vəzifəsində çalışıb. Rahşan Ecevitin təklifi ilə DSP, MHP və ANAP Koalisiyası dövründə (22 dekabr 2000-ci il) qüvvəyə minən və dövlətə qarşı törədilən cinayətlərdən başqa cinayətlərə möhlət və şərti azadlığı gətirən "Şərti azadlığa buraxılma və möhlət qanunu" ictimaiyyətə açıqlandı.