Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rasək
Rasək — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sərbaz şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,931 nəfər və 1,102ailədən ibarət idi.
RANK
RANK (ing. receptor activator of nuclear faktor kappa B) – preosteoklastların üzərində yerləşən reseptordur, RANK-L birləşib, osteoklastları formalaşdırır.
AEK
AEK BK —
Page Rank
Page Rank, Google-un veb səhifələrə 0-dan 10-a qədər verdiyi dəyər şkalasıdır. Bu dəyər ümumi olaraq xüsusi bir məzmuna bağlantı və keçid verən səhifə keyfiyyətinə bağlıdır. Page Rank dəyəri saytınızın Google axtarış mühərrikində internet istifadəçiləri tərəfindən axtarış aparıldığında ilk 10 nəticənin daxilində olmasını təmin edir. Google axtarış mühərriki, Stendford Universitetində doktoranturanı müdafiə edən iki tələbə Larri Peyc və Sergey Brin tərəfindən 1998-ci ildə qurulduğu zaman axtarış nəticələrini patentli Page Rank texnikası üzərində inkişaf etdirdilər, buna görə də Page Rank patenti də Google-a deyil Stendford Universitetinə məxsusdur. Google Page Rank A səhifəsindən B səhifəsinə keçid olduğunda bunu qeyd edər. Eyni zamanda səhifənin haqqının yeyilməməsi üçün bəzi məzmun analizləri də edər. Page Rank yəni səhifə dəyəri saytın təbii quruluşuna və link məzmununa uyğun olaraq saytın dəyərinin bir göstəricisidir. Google, eyni zamanda spam məqsədli saytları Google ban ilə cəzalandırıb bütün indexlərini silərkən, yeni açılan saytlarında sürətli bir şəkildə axtarış nəticələrində yüksəlməsinə maneə törədən Google Sandbox sistemlərini də istifadə etməkdədir. Sandbox-a girən bir veb səhifə 3–6 ay boyunca nə qədər yaxşı olursa olsun, Google tərəfindən sınanır və müəyyən bir müddətin sonunda axtarış nəticələrində daha yaxşı bir yerə gətirilir.
Radek Matula
Radek Matula — Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-cü ilə qədər)
Raed Həmdan
Raed Həmdan (7 yanvar 1962) — Səudiyyə Ərəbistanını təmsil edən stolüstü tennisçi. Raed Həmdan Səudiyyə Ərəbistanını 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Rael Cons
Rael Cons (1 may 1982, Lids, Qərbi Yorkşir[d]) — ingilis bəstəkarı və multiinstrumental ifaçısı. O daha çox Mrs. Harris Goes to Paris, My Cousin Rachel, Suite Française və Harlots kimi ekran işlərindəki bəstələri ilə tanınır. Rael 2004-cü ildə Surrey Universitetini Musiqi və Səs Yazma üzrə Tonmeister dərəcəsi ilə bitirmişdir. O rejissor Mat Uaytkros ilə Oasis: Supersonic və Coldplay: A Head Full of Dreams filmlərində əməkdaşlıq edib.
RANK-L
RANK-L – RANK-a birləşən liqanddır, osteoblastlar tərəfindən sintez edilir, sümüyün osteoklastik rezorbsiyasını stimulə edir.
AEK BK
AEK (yunan dilində:Αθλητική Ένωσις Κωνσταντινουπόλεως), Athlitiki Enosis Konstantinoupoleos - Yunanıstanın Afina şəhərini təmsil edən kişilərdən ibarət basketbol komandası.
Derek Rae
Derek Rae (1967, Aberdin) — Şotlandiya televiziya aparıcısı və idman şərhçisi. == Həyatı == === Erkən illəri === Gənc yaşlarında şərhləri üzərində işləmək üçün lent yazıçısı ilə futbol matçlarına gedirdi.
Rak Bishvilo
Rak Bishvilo (azərb. Yalnız onun üçün‎) — İsrailin 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
RAK Studios
RAK Studios — İngiltərənin London şəhərində yerləşən səsyazma studiyası kompleksi. Studiya 1976-cı ildə ingilis musiqi prodüseri Miki Most tərəfindən təsis edilmişdir.
Kim Taek-Su
Kim Taek-Su (25 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Taek-Su Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medalın, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kim Taek-Su Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Kim Taek-Su Cənubi Koreyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub.
Paek Myonq-çol
AEK Afina FK
AEK (Afina) FK — Yunanıstanın futbol klubu. == Tarixi == 13 aprel 1924-cü ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 37 dəfə Avropa kuboklarında iştirak edib.
AEK Larnaka FK
AEK Larnaka FK – Kiprin futbol klubu.
ARXK
Azərbaycan Respublikası Xatirə Kitabı — İkinci dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabı. == Kitab haqqında == Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib. Kitab dövlət büdcəsindən maliyyələşdiyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır.
Arank
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Areka
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Areq
Pirmələk (Areq, Tatul) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim dini məna ifadə edən pir sözü ilə Mələk şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Areq qoyulmuşdur. Hal-hazırda kəndin adı Tatul adlanır.
Ares
Ares — Yunan mifologiyasında cəsarət və müharibə ilahı. Zevs və Heranın oğludur. Simvolu kərkəsdir. 12 Olimp ilahından biridir. Afrodita ilə sevgi macəraları ilə məşhurdur. Qədim Roma mifologiyasında Mars kimi tanınır. Spartalılar ona sitayiş edir, afinalılara qarşı onlara kömək etməsini istəyirdilər. == Ares və Afrodita == Apollon Ares və Afroditanı sekslə məşğul olarkən gördü. Apollon bunu Afroditanın əri Hefestə xəbər verdi. Onları bu vəziyyətdə görən Hefest onları biabır etmək qərarına gəldi.
Arsk
Arça və ya Arsk (tatar. Арча; rus. Арск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Artek
"Artek" (rus. Арте́к) — Ukrayna ərazisində, Krım yarımadasında beynəlxalq uşaq mərkəzi. Krım yarımadasının cənub sahilində, Qurzuf qəsəbəsinin yaxınlığında yerləşir. Vaxtilə keçmiş SSRİ-nin ən məşhur pioner düşərgələrindən biri olmuşdur. Uzun müddət sosialist ölkələrindən gələn deleqasiyaların və xarici dövlət rəhbərlərinin qaldığı yer olmuşdur. == Adın mənşəyi == Düşərgə öz adını yerləşdiyi yerin adından götürmüşdür. Həmçinin yaxınlıqdan eyniadlı çay axır. "Artek" sözünün mənşəyi isə mübahisəlidir. Daha əsaslı versiyalar arasında bu sözün yunan dilindəki άρκτος ("ayı", yaxınlıqda Ayu-dağ adlı dağ yerləşir), oρτύκια (bildirçin), άρτος (çörək) və ya tatar dilindəki "artık" (artıq, əlavə) sözündən yaranması qeyd edilə bilər. Düşərgənin özündə "bildirçin" versiyası daha populyardır və "Artek — bildirçin adacığı" deyimi və bu adda mahnı mövcuddur.
Arəş
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir. 10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür.
Babək
Babək və ya Babək Xürrəmi və ya Babək Xürrəmdin (fars. بابک خرمدین‎; 1 iyul 798, Ərdəbil – yanvar 838, Səmərra, Səlahəddin mühafəzəsi) — Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə. Fars mənbələrində adı "Bapak", erməni mənbələrində "Bab", "Baban" kimi də qeyd edilir. == Həyatı == Babəkin həyat və fəaliyyəti ilə bağlı olan başlıca əsər Baqid ibn Əmr ət-Təmiminin "Babəkin tarixi" əsəridir. Dövrümüzə qədər gəlib çatmamış bu əsər haqqında X əsr ərəb müəllifi İbn İshaq ən-Nədim özünün "əl-Fehrist" əsərində məlumat vermişdir. O, təqribən 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Onun atasının adı Abdulla idi. Əbu Hənifə Dinavərin "Əxbar-ət tival" adlı əsərində isə belə yazır: "Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir. Və xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur". Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub.
Bank
Bank (fr. Banque) — fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatı. Hüquqi status baxımından hüquqi şəxsdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə sərrafxana (صرافخانه) adlandırılmışdır. Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır. Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Bank halidən əmanət qəbul edir və eyni zamanda kreditlər verərkən tələb olunan depozit yaradır. Kredit fəaliyyəti birbaşa bank tərəfindən və ya dolayısı ilə kapital bazarları vasitəsilə həyata keçirilə bilər. Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər.
Arev
Arev bu mənaları ifadə edə bilər: == Nəşrlər == Arev (qəzet) — Misir, Qahirədə gündəlik erməni dilində nəşr olunan erməni qəzeti. == Şəxslər == Arev Petrosyan (1972 təvəllüdlü) — Ermənistan rəssamı.