Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəzan
Ryazan — Rusiyada şəhər. Ryazan vilayətinin mərkəzi. Bressuire, Fransa. Kruševac, Serbiya. Loveç, Bolqarıstan. Münster, Almaniya. New Athos, Abxaziya. Omiš, Xorvatiya. Ostrów Mazowiecka, Polşa. Xuzhou, Çin.
Nikolay Rezanov
Nikolay Petroviç Rezanov (rus. Николай Петрович Резанов; 28 mart (8 aprel) 1764, Sankt-Peterburq – 17 fevral (1 mart) 1807, Krasnoyarsk) – Rusiya zadəganı, siyasi xadimi və Rus-Amerika şirkətinin qurucularından biri. Rezanov Rusiyanın Kuril və Aleut adalarındakı postları üçün Yaponiya ilə ticarəti dəstəkləmişdir. Adam Yohan fon Kruzenşternin başçılıq etdiyi dünya ekspedisiyası zamanı Rusiya çarı I Aleksandr Rezanovu Yaponiyaya rəsmi rus nümayəndəsi kimi göndərmişdir. Rezanov 1804-cü ilin oktyabrında "Nadezhda" gəmisi ilə Naqasakiyə çatmışdır. O, qəzaya uğramış bir çox yapon dənizçini və Rusiya istehsalı hədiyyələri Yaponiya hökumətinə təqdim etmişdir. 1793-cü ildə şoqun tərəfindən leytenant Adam Erikoviç Laksmana verilən Naqasaki icazəsinə əsasən ruslar düşünürdülər ki, Yaponiya ilə ticarət edə biləcəklər. Lakin əslində bu sənəd sadəcə rusların Naqasaki limanına daxil olmasına icazə verirdi. Bir neçə ay gözlədikdən və danışıqlar apardıqdan sonra Yaponiya hökuməti rusların hədiyyələrini və tələblərini rədd etmişdir. Bu qərara qəzəblənən Rezanov həm Rusiya adına qisas almaq, həm də Yaponiyanı ticarət əlaqələri qurmağa məcbur etmək üçün Yaponiya hökumətinin icazəsi olmadan Rus-Amerika şirkətinin iki üzvünü (Nikolay Aleksandroviç Xvostov və Qavril İvanoviç Davidov) basqına göndərmişdir.
Möhsün Rezayi
Mohsen Rezayi Mirqaed (1 sentyabr 1954, Məscid Süleyman, Xuzistan ostanı) — İran hərbçisi. 1981–1997-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah-e pasdaran-e enqelab-e eslami) 16 il müddətinə komandanı olmuşdur. 1997-ci ildən İİR Məsləhət Şurasının katibidir.
Rəzavi Xorasan
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
İlya Reznik
İlya Raxmieleviç (Leopoldoviç) Reznik (rus. Илья́ Рахми́элевич (Леопольдович) Ре́зник; 4 aprel 1938, Leninqrad) — Rusiya nəğməkar şairi, iş adamı, Rusiya Federasiyasının xalq artisti (2003), Rusiya Bədaye Akademiyasının fəxri üzvü, Ukraynanın xalq artisti (2013).
Rəzan Qadınəfəndi
Rəzan Qadınəfəndi (d. 28 mart 1860 — ö. 31 mart 1910) — 33. Osmanlı sultanı V Muradın beşinci xanımı. Rəzan xanım 1860-cı ildə Artvində gürcü əsilli Ömər bəy və xanımı Fatma xanımın ailəsində dünyaya gəldi. Rəbiyə adlı doğma, Şayəstə adında da ögey bacısı vardı. Kiçik yaşlarında bacılarıyla birlikdə İstanbula gətirildi və burada Səniha Sultanın sarayına təqdim olundu. Adı dəyişdirilərək Rəzan qoyuldu və türk-İslam tərbiyəsi aldı. Qardaşı Sultan Muradın taxta çıxdığı əsnada Səniha Sultan Rəzan xanımı qardaşının hərəminə göndərmək istədi. Ancaq ailəsindən icazənin gec verilməsi nəticəsində bu nikah Sultan Muradın Çırağan sarayındakı məhbus illərinə təsadüf etdi (2 noyabr 1877).
Mir Mehdi Xəzani
Mirməhsəti Haşımzadə — tarixçi, şair. Mir Mehdi Mir Həşim bəy oğlu 1819-cu ildə Qarabağın Bərgüşad mahalının Məmər kəndində anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Öz kəndlərini İbrahimxəlil xan Cavanşir nəsilbənəsil onların uruğuna bağışlamışdı. Molla Rəfi bəy Mirzə Məhəmməd bəy oğlu Şıxımlının (1809-?) dəvəti ilə Dizaq mahalına köçmüşdü. Bir müddət bu kənddə məktəbdarlıq edəndən sonra kürəkəni Aslan bəy Məlik-Aslanovun dəvəti ilə, 1859-cu ildə Tuğ kəndində yerləşmişdi. O, burda da məktəbdarlıqla məşğul olmuşdu.Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani müsəlman dini ehkamına dair uşaqlar üçün Azərbaycan dilində mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirmişdi. Mir Mehdi kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni mərkəzi Şuşa ilə daim əlaqə saxlayırdı. Mir Mehdi tarixçi idi.
Rəzavi Xorasan (ostan)
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Rəzavi Xorasan ostanı
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Rəsul Rzanın ev-muzeyi
Rəsul Rzanın Ev Muzeyi — Dahi Azərbaycan şairi, görkəmli dramaturq, tərcüməçi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi Rəsul Rzanın (1910-1981) ev-muzeyi ədəbin xatirəsini əbədiləşdirmək üçün doğulduğu Göyçay şəhərində yaradılmış muzeydir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliçiliyindədir. Digər muzeylər kimi xalq şairi R.Rzanın da ev muzeyi əşyaların mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirilməsini təmin edir.2017-ci ildə R.Rzanın ev muzeyində Azərbaycançılıq məfkurəsinə uyğun yenilənmiş mövzu ekspozisiya planına əsasən muzey 4 zaldan ibarət olub, şairin yaradıcılığının müəyyən dövrünə görə ekspozisiya zalları üzrə bölünmüşdür.Eksponatların çox hissəsi Yazıçılar Birliyinin Sədri, xalq yazıçısı Anar tərəfindən muzeyə bağışlanılıb.Muzeydə 449 eksponat nümayiş olunur. 1-ci zalda Muzeyin yaranma tarixi haqqında əmr və sərəncamlar, fəxri fərmanlar,diplomlar, R.Rza haqqında ümumi məluumat , Azzərbaycan Respunblikasının Prezidenti İlham Əliyev cənablarının R.Rzanın 100 illik yubileyi ilə əlaqədar “sərəncam”-ı asılmışdır.Bundan başqa R.Rza poeziyasında Azərbaycançılıq məfkurəsi haqqında ulu öndərin söylədiyi fikirlər və sitatlar nümayiş olunur.Bu zalda Sosialist Əməyi Qəhrəmanı R.Rzanın aldığı mükafatlar,fəxri adlar,fotostendlər və sair nümayiş olunur. 2-ci zalda: R.Rzanın uşaqlıq və gənclik illərinə aid foto materiallar, R.Rza valideynləri ilə, ədibin gənclik illəri, R.Rza ailəsi ilə,R.Rza və qohumları, R.Rzaya aid şəxsi əşyalar,N.Rəfibəyliyə aid foto stend, R.Rzanın müasirləri ilə foto stendi, şairin şeirlərindən ibarət parçalar, R.Rzaya məxsus pianino nümayiş olunur. 3-cü zal: Şairin yaradıcılıq otağıdır. Otaqda şairin şəxsi əşyaları ilə yanaşı,anası Məryəm xanıma aid olan məişət əşyaları, fotostendlər,kitablar və s.nümayiş olunur. 4-cü zalda: R.Rza və N.Rəfibəyliyə məxsus məişət əşyaları,suvenirlər, lampalar,çay dəsti,gül qabları, stolüstü saat, tüfəng, trümo, R.Rzanın ailəsi ilə olan foto şəkillər nümayiş etdirilməklə bərabər, N.Rəfibəylinin cehizlik xalçası qiymətli eksponatlar kimi qorunub saxlanılır. Muzeyin ekspozisiya zalllarında 449 eksponat nümayiş olunur.Fonndda nümayiş etdirilən eksponatların elektron qeydiyyat sistemi mövcuddur.Hər il olduğu kimi bu il də muzeyə gələn tamaşaçıların sayı yeterincə olmuşdur. Muzeydə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə qeyd edilən şair və yazıçıların yubileyləri keçirilmişdir.
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası (ing. European Convention for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment) — 1987-ci ildə qəbul edilmiş və 1989-cu ildə yeddi ölkə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minən Avropa Şurası konvensiyası. 1993-cü ildə Konvensiyanın tərkib hissəsi olaraq (Konvensiyanın bütün üzv dövlətləri tərəfindən təsdiq edildikdən sonra) Konvensiyaya dəyişikliklər edilərək qüvvəyə minən iki əlavə protokol qəbul edildi. Avropa Şurasına üzv olan 47 dövlətin hamısı konvensiyanın tərəfdarıdır və 2015-ci il üçün hər iki protokol. Konvensiya azadlıqdan məhrum edilmiş şəxslərlə pis rəftarın qarşısını almaq üçün məhkəmədənkənar bir mexanizm təmin edir. Bu mexanizm, Avropa İşgəncə və İnsani və ya Alçaldıcı Mübarizə və Cəzanın Qarşısının Alınması Komitəsinin üzvlərinin seçilmiş ölkələrə səfərlərinə əsaslanır. Komitə, Avropa Şurasına üzv dövlətlərin müvafiq orqanlarına verdiyi ətraflı tövsiyələrində, davamlı olaraq azadlıqdan məhrum edilmiş şəxslərin həbs şərtlərinin qiymətləndirilə biləcəyi bir sıra standartlar hazırlamışdır. Bu dəst polis idarələrində pis rəftara qarşı qanuni qorunma zəmanəti, həbsxanalarda saxlama şəraiti və rejimi, tutulmuş və ya məhkum mühacirlərin işgəncə və ya pis rəftarla üzləşdikləri ölkələrə geri dönməsinin qarşısını alma mexanizmləri kimi anlayışları əhatə edir. Komitənin fəaliyyəti yalnız həbsxana ziyarətləri ilə məhdudlaşmır. Komitə üzvləri şəxslərin azadlıqdan məhrum edildiyi istənilən yerə baş çəkə bilərlər.