Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rekord
Rekord (lat. 'recordum «yadasalınan» ing. record) — hansısa sahədə ən böyük nailiyyət. Daha böyük nailiyyət əldə edən şəxs rekordsmen adlanır.
Epik Rekords
Epic Records — Sony Music Entertainment-ə məxsus ABŞ musiqi şirkəti. == Törəmə leybllar == Epic Records-un keçmiş və hazırkı törəmə leyblları: 550 Music (fəaliyyət göstərmir) MJJ Music (fəaliyyət göstərmir) Epic Street — hip-hop janrı ifaçıları üçün yaradılıb. Daylight Records Beluga Heights — prodüser Conatan "J.R." Rotem tərəfindən yaradılıb. DC Flag Records Glowworm Records Hidden Beach Records — R&B və soul musiqisi üzrə ixtisaslaşıb. Okeh Records — Okeh leyblının relizlərinin yenidən nəşri üçün nəzərdə tutulub. Portrait Records (fəaliyyət göstərmir) Ruthless Records (fəaliyyət göstərmir) — Eazy-E və Cerri Xeller tərəfindən 1987-ci ildə yaradılan hip-hop leyblı. Work Records (fəaliyyət göstərmir) — "WORK" və "The WORK Group" kimi də tanınır. Əvvəllər Chaos Recordings kimi idarə olunub. == Epic Records-un ifaçıları == Epic Records-un keçmiş və indiki ifaçılarının siyahısı üçün bax: Epic Records ifaçılarının siyahısı == Epic Records rəhbərliyi == Çarli Uolk — Epic Records-un prezidenti. Nik Rafael — Epic Records-un Böyük Britaniya şöbəsinin idarəçisi.
Rikord boğazı
Rikord boğazı — Böyük Kuril adaları qurupuna daxil olan Ketoy adasının şərqini Uşişir adasının isə qərbini ayırır. Eni 26 km təşkil edir. Sakit okeanı ilə Oxot dənizini birləşdirir. Kiçik gəmilərin üzməsi təhlükəlidir. Səbəb isə boğazda güclü axınlar və su burulğanlarının olmasıdır. Boğazın tən ortasında 130 m dərinliyində sualtı Rikord vulkanı vardır. Boğaz 1811-1813-cü illərdə təşkil edilən hiroloji ekspedisiya zamanı kəşf edilir. Boğaz Admiral Petr İvanoviç Rikord tərəfindən 'Diana' gəmisində (o zaman gəmini idarə edən yükşək rütbəli zabit idi) üzərək keçilir.
Rikord burnu
Rikord burnu — İturup adasının cənub qutaracağında yerləşən burun. Uzaqdan tünd qırmızı rəngdə olması açıq şəkildə görünür. Bunun səbəbi Berutarube vulkanının sönmüş krateridən çıxan vulkan məhsullarıdır. Burun sahillərini Yekaterina boğazının suları yuyur. Boğaz İturupu Kunaşir adasından ayırır. Burun yaxınlığından, Yekaterina boğazı, Oxot dənizi və sakit okean istiqamətində hərəkət edən Soya cərəyanı keçir. Rikorda burnunda Cənubi Kuril regionunun ən böyük şimal dəniz şirlərinə aid yatağı yerləşirBurun görkəmlu rus admiralı Pyotr Rikordun şərəfinə adlandırılmışdır.
Architectural Record (jurnal)
Architectural Record - ABŞ-də nəşr olunan memarlıq jurnalı. == Haqqında == "Architectural Record" aylıq yayımlanan və memarlıqdan bəhs edən ABŞ jurnalıdır. "MakQrav-Hill Construction" tərəfindən Nyu-York şəhərində nəşr olunur. Jurnalın 120 ildən çox yaşı var. Jurnalın əsas məqsədi yeni yetişən və ya təcrübəli memarlar haqqında son xəbərləri və memarlıq sahəsində baş verən yenilikləri oxucular çatdırmaqdır. Jurnal ilə Amerika Memarlıq İnstitutu (AMİ) arasında sıx əlaqə mövcuddur. Jurnalda və jurnalın rəsmi saytında tez-tez AMİ ilə bağlı xəbərlər yayınlanır. Architectural Record jurnalının 1910-cu il may buraxılışında Pablo Pikassoya aid ən vacib əsər olan "Aviynonlu Qızlar"la bağlı və Qelett Burqesə aid "The Wild Men of Paris" (Parisdəki Çılğın Adamlar) adlı bir məqalə yayınlandı. Bu yazı Pablo Pikasso və Corci Braquein əsasını qoyduqları kubizm cərəyanının Amerika mətbuatındaki ilk yayınlarından biridir. Jurnalın ofisi Nyu-York şəhərinin Manhetten bölgəsindəki "Two Penn Plaza" binasının 9-cu mərtəbəsində yerləşir.
Akkord
Akkord (it. accordo-uzlaşma, fr. accord-uyğunluq, ahəng, uzlaşma, lat. accordo-müvafiqət) - müxtəlif ucalıqda bir neçə (ən az 3) səsin eyni zamanda birləşməsi və vahid səs kimi qavranılması. Akkord, əsasən tersiya intervalları ilə qurulur. Akkordu əmələ gətirən səslərin sayı üç olduqda üç həmsəda, dörd səs olduqda septakkord, beş səs olduqda nonakkord, altı səs olduqda undesimakkord adlanır. Akkordun əsas sahəsinə prima deyilir.
Reborn
Reborn - Eric Levinin Era musiqi layihəsi adından çıxardığı altıcı albomdur. Albom 2008-ci ildə Avropa və Macarıstanda satışa çıxarılıb. Həmçinin alboma daxil olan iki mahnıya - "Reborn" və "Prayers" mahnılarına klip də çəkilib.
Rektor
Rektor (lat. rector — idarə edən, rəhbər) — ali məktəbin rəhbəri. Dirçəliş dövründə çoxsinifli məkəblərin baş müəllimləri və müdürləri rektor adlanırdı. Fransada tədris dairəsinin ("Akademiya") rəhbəri də rektor adlanır.
Rekom
Rekom (oset. Реком) - əsas 3 osetin ziyarətgahından (Mikalqabirta və Tarancelos) biri, Nart dastanı və osetin mifologiyasındakı məhsuldarlıq tanrısı. Rusiyanın subyekti olan Şimali Osetiya respublikasının Alagir rayonunda yerləşir. == Etimologiya == Məbədin dəqiq etimologiyası bilinməsə də, bir sıra iddialar mövcuddur. Osetin dilindəki "Hurikom" (Günəş dərəsi) və ya "İrykom" (Osetiya dərəsi) sözlərindən gəlməsi bunlara misal göstərilə bilər. Rekomun etimologiyasının dəqiq öyrənilə bilməməsinin əsas səbəblərindən biri Osetinlərin dini-fəlsəfi dünyagörüşlərinin tam anlaşıla bilməməsidir. == Mifologiya == Rekomdan bol məhsul , uğurlu otlar və ovçuluq göndərilməsi istənilir . Əfsanəyə görə o, çoxfunksiyalı tanrıdır, əkinçiliklə əlaqəli istəklərdən əlavə olaraq, xəstəliklərdən sağalmaq və pis qüvvələrdən qorunmaq üçün olan duaları da qəbul edir. Alagir dərəsində Rekoma olan dini etiqad geniş yayılmış və iyul ayında onun adına həsr olunmuş bayram qeyd olunmağa başlanmışdır. Bütün həftə davam edən bu bayram günlərində çox sayda mal-qara qurban edilir.
Akkord STİK
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən Azərbaycan şirkətidir. Şirkət Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə infrastrukturlar tikir. Şirkətin internet saytına əsasən Akkord 1,7 milyard ABŞ dolları həcmində tikinti layihələrini həyata keçirib. Hal-hazırda (iyul 2013-cü il) layihələrin həcmi 1,9 milyard ABŞ dolları təşkil edir. == Şirkətlər == Akkord Azərbaycanda 39 zavoda malikdir və onların fəaliyyəti ilə məşğuldur. Akkord həmçinin Frankfurtda, Almaniyada da ofisə malikdir. Qazax Sement ZavoduAzərbaycan Beynəlxalq Bankı(ABB) Azərbaycanın Qazax regionunda yeləşmiş zavodun tikintisini maliyyələşdirmişdir. Zavodun tikintisi 2013-cü ildə başa çatmışdır. Zavod Azəbaycandakı ikinci sement zavodudur. Hydraulic Mechanisms Company MMC Akkord Prefabrik MMC Akkord Nəqliyyat MMC Körpü Tunel Tikinti MMC Property İnvestments MMC Deutsche Fassaden Technologien MMC Akkord Tekstil MMC Akkord Asfalt MMC Akkord Kərpic MMC Akkord Mərmər Qranit MMC Akkord Beton MMC Accopen MMC Akkord Mənzil Kommunal Təsərrüfat Birliyi MMC Akkord Hydrotechnical Construction Company MMC Akkord Steel Construction Company MMC Akkord Mingəçevir Metal Konstruksiya Zavodu Akkord Xırdalan Metal Konstruksiya Zavodu Akkord Boya Zavodu Akkord Qum & Çınqıl Karxanası Akkord Gülbaxt Daş Karxanası == Əsas rəhbərlər == 30 yanvar 2017-ci il tarixindən etibarən şirkətə Hikmat Garibov rəhbərlik edir.
Alvaro Rekoba
Alvaro Rekoba (isp. Álvaro Alexánder Recoba Rivero 17 mart 1976[…], Montevideo) — keçmiş Uruqvay futbolçusu.
Ariola Records
Ariola Records (Ariola və ya Ariola-Eurodisc) — 1958-ci ildə yaradılan Almaniya səsyazma studiyasıdır. 1980-cı llərdə kompüter proqramları və oyunların yaradılması üçün studiyada "Ariolasoft" adlı filial yaradılmışdı. 1980-cı illərin sonların "Bertelsmann Music Group" kompaniyası, daha sonra "Sony Music Entertainment" kompaniyası tərəfindən alınmışdı. Bu studiya ilə Vaya Con Dios, Modern Talking kimi qruplar və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Atlantic Records
Atlantic Recording Corporation (Atlantic Records kimi bilinir) — 1947-ci ilin oktyabrında Ahmet Ertegün və Herb Abramson tərəfindən təsis edilmiş albom şirkəti. Hazırda Warner Music Group-a məxsusdur. 2004-cü ildə Atlantic və Elektra şirkəti Atlantic Records Group-la birləşdirildi. Atlanticin sədri Kreyq Kallmandır. Ahmet Ertegün 14 dekabr 2006-cı ildə 83 yaşında vəfat edənə qədər qurucu sədri vəzifəsini icra etdi.
Elektra Records
Elektra Records (Elektra Entertainment Group) — ABŞ mərkəzli səsyazma şirkəti.
Epic Records
Epic Records — Sony Music Entertainment-ə məxsus ABŞ musiqi şirkəti. == Törəmə leybllar == Epic Records-un keçmiş və hazırkı törəmə leyblları: 550 Music (fəaliyyət göstərmir) MJJ Music (fəaliyyət göstərmir) Epic Street — hip-hop janrı ifaçıları üçün yaradılıb. Daylight Records Beluga Heights — prodüser Conatan "J.R." Rotem tərəfindən yaradılıb. DC Flag Records Glowworm Records Hidden Beach Records — R&B və soul musiqisi üzrə ixtisaslaşıb. Okeh Records — Okeh leyblının relizlərinin yenidən nəşri üçün nəzərdə tutulub. Portrait Records (fəaliyyət göstərmir) Ruthless Records (fəaliyyət göstərmir) — Eazy-E və Cerri Xeller tərəfindən 1987-ci ildə yaradılan hip-hop leyblı. Work Records (fəaliyyət göstərmir) — "WORK" və "The WORK Group" kimi də tanınır. Əvvəllər Chaos Recordings kimi idarə olunub. == Epic Records-un ifaçıları == Epic Records-un keçmiş və indiki ifaçılarının siyahısı üçün bax: Epic Records ifaçılarının siyahısı == Epic Records rəhbərliyi == Çarli Uolk — Epic Records-un prezidenti. Nik Rafael — Epic Records-un Böyük Britaniya şöbəsinin idarəçisi.
Hansa Records
Hansa ("Hansa", "Hansa Musik Produktion" və ya "Hansa International") – 1964-cü ildə Peter Meysel tərəfindən Almaniyanın Berlin şəhərində yaradılan alman səsyazma studiyası. 1985-ci ildə ölkə daxilində və xaricində satışın azalması studiyaya təsir göstərmiş və BMG kompaniyası tərəfindən alınmışdı. Digər Ariola Records studiyası ilə birləşəndən sonra "BMG Berlin Musik GmbH/BMG-Ariola" firmasının tərkibinə qatılmışdı. Ardınca "Sony BMG Music Entertainment" firmasının üzvü olmuşdu. Leybllar səsyazma studiyasının xüsusi "Hansa Tonstudio" adlı yerində yazılırdı. Bu səsyazma studiyası ilə Boni M, Modern Talking, Depeche Mode, Blue System kimi musiqi qrupları, Bonni Tayler, C.C.Catch, Elton Con, Tomas Anders və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Markus Reşford
Markus Reşford (d. 31 oktyabr 1997; Mançester, İngiltərə) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və İngiltərə milli yığmasının heyətində hücumçu mövqeyində çıxış edən ingilis futbolçu. == Həyatı == Markus Reşford 31 oktyabr 1997-ci ildə Mançester şəhərində anadan olmuşdur. Yeddi yaşından bəri Mançester Yunayted futbolçusudur. O, UEFA Avropa Liqasında, Premyer Liqada (Arsenala qarşı), Mançester derbisində və Liqa Kubokunda debüt oyunundaca fərqlənməyi bacarıb. Reşford 2016-cı ilin mayında milli komandanın heyətində də ilk oyununda fərqlənməyi bacarmış, nəticədə öz debüt matçında qol vuran ən gənc ingilis futbolçu olaraq tarixə keçmişdir. İngiltərə milli yığması ilə birlikdə UEFA Avro 2016 turnirində iştirak etmişdir. == Klub karyerası == Mançesterdən olan Markus Rushford 5 yaşından yerli komandada çıxış edir, əvvəllər Ues Braun , Denni Uelbek , Ravel Morrison , Zeki Frayers , Cessi Linqard , Tayler Bleket və Kemeron Bortvik kimi oyunçuların çıxış etdiyi yerli komanda Fletçer Moss Reyncersdə çıxış edir. Cekson . "Everton" , " Liverpul " , "Mançester Siti" və "Mançester Yunayted" akademiyaları Rashfordla maraqlanırdı.".
Matador Records
Matador Records — ABŞ mərkəzli müstəqil səsyazma şirkəti, ən çox indi-rok, pank rok, eksperimental rok, alternativ rok və elektronika musiqiçilərinin buraxılışlarını həyata keçirir.
Report.az
"Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. Hazırda "Global Media Group" şirkətinin tərkibinə daxildir. == Tarixi == "Report-İA" MMC olaraq 2014-cü ildə təsis olunmuşdur. Əsas veb-resursu olan www.report.az 27 oktyabr 2014-cü ildən fəaliyyətə başlamışdır. == Haqqında == "Report" İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar. Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarətdir. "Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. Hazırda "Report"un bütün Azərbaycan üzrə müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir.
Robert Redford
Robert Redford (ing. Robert Redford; 18 avqust 1936[…], Santa-Monika, Kaliforniya) — Amerikalı aktyor, rejissor, biznesmen və prodüser. == Həyatı == Kaliforniya ştatının Santa Monika şəhərində anadan olub. Onun ögey qardaşı Uilyam atasının digər evliliyindəndir. 1954-cü ildə Van Nuys Liseyini bitirdi və beysbol təqaüdü ilə Kolorado Universitetinə daxil oldu. 18 yaşında anasının ölümü ilə əlaqədar düşdüyü depressiya zamanı yaşadığı spirtli içki problemi səbəbindən təqaüdünü itirib. Redford kollec təqaüdünü itirdikdən sonra Bruklindəki Pratt İnstitutunda səhnə dizaynı üzrə təhsil almağa başladı. == Karyera == Redfordun ən məşhur rolları "Butch Cassidy and the Sundance Kid" "Bütün prezidentin adamları" "Çətinliklər" "Təbii" "Bizim yolumuz" "Mənim Afrikam" "Möhtəşəm Qetsbi" filmlərində çəkilir.Rejissor kimi Redford "Adi İnsanlar", "Quiz Show", "The Legend of Bagger Vance", "The Horse Whisperer", "The Milagro Beanfield War" və "A River Runs Through it" filmlərində çalışıb. O, həmçinin "Adi İnsanlar" filminin prodüseridir. 1980-ci ildə Redfordun rejissorluğu ilə çəkilmiş "Adi İnsanlar" filmi ona ən yaxşı rejissor kimi Oskar qazandırdı; 1994-cü il Quiz Show ən yaxşı rejissor nominasiyasını qazandı, lakin Forrest Qamp-a məğlub oldu.
Sony Records
Sony Music — hər iki yerli artistlərin (sənətkarların) geniş silsiləsini və beynəlxalq super ulduzlar özündə saxlayan (daxil edən) siyahı ilə qlobal qeydə alınmış musiqi şirkətidir. Şirkət tarixdə ən vacib qeydiyyatların bəzilərini özündə saxlayan geniş kataloqa malikdir. Bu hər janrdan musiqini təmsil edən baş rekord nişanlara evdir. Sony Musiqisi Əyləncəsi Amerikanın Sony Korporasiyasının tamamilə mülkiyyətində olan filialıdır.
Teylor Hekford
Taylor Edwin Hackford (31 dekabr 1944, Santa-Barbara, Kaliforniya) — amerikalı kinorejisordur. Hackford 31 dekabr 1944-cü ildə Kaliforniya ştatının Santa Barbara şəhərində ingilis əsilli ailədə anadan olub. O, Amerika Rejissorlar Gildiyasının prezidenti vəzifəsində işləmişdir. 1979-cu ildə "Yeniyetmə ata" (ingiliscə orijinal adı: Teenage Father) filminə görə "Ən yaxşı qısametrajlı film" kateqoriyasında Akademiya Mükafatını qazanmışdır. Onun töhfə verdiyi digər filmlərdən bəziləri; An Officer and a Gentleman (1982) və Ray (2004). Daha əvvəl iki dəfə evli olan Hackford 1997-ci ildə evləndiyi üçüncü həyat yoldaşı, britaniyalı peşəkar aktrisa Helen Mirren ilə bərabər yaşayır. Onun iki övladı vardır.
ZYX Records
ZYX Records — Əsası 1971-ci ildə Bernard Mikulski tərəfindən qoyulan Almaniya səsyazma şirkətidir. Linda Jo Rizzo və başqa ifaçılar bu leyblda mahnılarını ifa etmişlər.
Columbia Records
Columbia Records — Sony Music Entertainment-ə məxsus səsyazma şirkəti.
Interscope Records
Interscope Records — Kaliforniyanın Santa Monika şəhərində yerləşən musiqi şirkəti. 1990-cı illərin sonlarında Cimmi lovin və Ted Fild tərəfindən təsis edilmişdir. Hazırda Universal Music Group-a məxsusdur.