Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xefren Türam
Xefren Türam-Ulien (fr. Khéphren Thuram; 26 mart 2001, Recco nel Emiliya, Emiliya-Romanya) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Türam Monako akademiyası vasitəsilə inkişaf etmişdir. Türam peşəkar karyerasında debütünü 28 noyabr 2018-ci ildə Atletiko Madrid klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Aleksandr Qolovini əvəz etmişdir. UEFA Çempionlar Liqasının qrup mərhələsi görüşündə Monako rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur. Türam İtaliyada anadan olmuşdur. Valideynləri isə, daha dəqiqi atası isə Qvadelupa vətəndaşıdır. O, hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir. Türam Fransa millisinin keçmiş futbolçusu olan Liliam Türamın kiçik oğludur.
Xefren ehramı
Xefren ya da Xafra, Misirin paytaxtı Qahirədə, Giza bölgəsində yerləşən edən bir ehram. Ehramın hündürlüyü 143,5 metr, mailliyi 53,2 dərəcədir. Firon Kefrenin oğulu Mikerinos tərəfinən tikilməsi güman edilir. Ən əhəmiyyətli xüsusiyyəti onun ən üst hissəsindəki qoruyucu örtmələrinin pozulmadan günümüzə qədər gəlməsidir. Ən üstündəki daş 36 tondur və bu daşın ora necə qoyulduğu hələ də müəyyən edilməmişdir. Xeops ehramı ilə müqayisədə daha kiçik olmasına baxmayaraq yüksək bir zəminə oturdulduğundan daha böyük görünür. Ehramın alt qatında hökmdar və üst qatında isə hökmdarın arvadına məxsus otaq yerləşir.
Məfrəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Refrain
Refrain (azərb. Çəkin‎)— İsveçrəni 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Liz Assia fransız dilində ifa etmişdir. Bu mahnı müsabiqənin qalibi olmuşdur. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal məlum deyil.
Rəfael
Rafael — kişi adı. Rafael Santi — məşhur İtalyan rəssamı. Rafael Kalderon — Kosta-Rikanın prezidenti. Rafael Mustafayev — tanınmış jurnalist. Rafael Əmənzadə — Fizika-riyaziyyat elmləri doktoru, professor, Rafael Varan — Fransa futbolçusu. Rafael Süleymanov Rafael Qvaladze — Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi (1985–1990). Rəfail Oğuztürk Dağlı Digər Rafael Urdaneta Universiteti — Venesuelanın Marakaybo şəhərində yerləşən ali təhsil müəssisəsi.
Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Evren
Rəzən
Rəzən — İranın Həmədan ostanında şəhər. Həm də Rəzən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,390 nəfər və 2,871 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Zerən
Zerən — Talış mətbəxinə aid milli şirniyyat və ya milli çörək növü. Talışların ən qədim şirniyyat növü hesab edilir. Zerən digər şirniyyatlara nisbətdə müqəddəs hesab olunur. Daha çox çörək kimi istifadə olunur. İçliyi kətənin içliyindən azca fərqlidir. Təndirdə bişirilir. Talış xalq adətlərinə görə zerən çörəyi, qırmızı lent əvəzinə, şal vasitəsilə gəlin köçən qızların belinə, göbək hissəsinə bağlanır. Gəlin ata evindən ər evinə gələnədək çörək gəlinin belində qalır. Adətlərə görə bu bolluq və bərəkət rəmzidir. Xüsusən Astara və Lənkəran rayonlarının kəndlərində yeni tikilən evlərin bünövrəsinə bolluq-bərəkət rəmzi olan əşyaların və ya ərzaqların, metal pulların, duz, çörək, qənd, un və s.
Əfrin
Əfrin və ya Afrin (ərəb. عفرين‎, kürd. Efrîn) — Suriyanın şimal-qərbində, Hələb mühafəzəsində şəhər. Əfrin mühafəzənin şimal-qərbində, Əfrin çayının sahillərində, dəniz səviyyəsindən 215 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Əfrindən 38 kilometrlik məsafədə yerləşir. 1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 11.914 insan yaşayırdı. 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 54.451 nəfər idi. Şəhər əhalisinin əksəriyyəti kürdlərdir. Roma imperiyası dövründə bu ərazidən keçən ilk yol tikilmişdir. Osmanlı dövründə Əfrində karvansara mövcud idi..
Françeska Lebren
Françeska Lebren (24 mart 1756[…], Manhaym – 14 may 1791[…], Berlin) — italyan əsilli alman müğənnisi, bəstəkarı və pianoçusu
Kefken adası
Kefken adası (türk. Kefken, əvvəllər — Dafnusiya (q.yun. Δαφνουσία) — Qara dənizdə, Türkiyə sahillərində yerləşən ada. Kocaeli ili, Kandıra ilçəsi ərazisinə daxildir. İlk əvvəllər Afina dəniz ittifaqının (431 b.e.ə) ərazisi olmuşdur. Antik dövrdə Apolloniya və Tinias adlarını aşımışdır. Sonralar Roma imperiyasına və Şərqi Roma imperiyasına (Bizanas) daxil olur (395–1204-cü illər). Adada yepiskopluq fəaliyyət göstərmişdir. 1204-cü ildə ada Latın imperiyasının tərkibinə daxil olur. 1310-cu ildə ada osmanlı sərkərdəsi Ağçaqoca tərəfindən ələ keçirilir.
Referi (futbol)
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Reuven Rivlin
Reuven Rivlin (9 sentyabr 1939[…], Qüds) — İsrailin 10-cu prezidenti. Reuven Rivlin 1939-cu ildə Qüdsdə anadan olub. İxtisasca hüquqşünasdı. Şimon Peres hakimiyyətinin rabitə naziri olub. Reuven Rivlin 2014-cü ildəki prezident seçkilərində sağ mərkəzçi partiya olan "Likud"u təmsil edib. O, 2007-ci ildə də prezidentliyə namizəd olsa da, Şimon Peresə məğlub olub.
Rəfael Abbasov
Rəfael Abbas oğlu Abbasov (28 noyabr 1943, Bakı – 3 dekabr 2020) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006). Rafael Abas oğlu Abasov 28 noyabr 1943-cü il də Bakı şəhərində anadan olmuşdur. O, 1960-1965-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1968-1974-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. 1967-ci ildən başlayaraq respublika və beynəlxalq sərgilərin iştirakçısı olan Rafael Abasov realizm üslubunda portret, natürmort və mənzərə janrında əsərlər çəkmişdir. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Əsərləri Almaniya, ABŞ, Meksika, Hollandiya, Avstriya, Rusiya, İngiltərə, Fransa, Türkiyə, Yaponiya, Koreya, Şri Lankada nümayiş etdirilib və Azərbaycan, Almaniya, ABŞ, Meksika, Koreya, Kanada, Koreya, Türkiyə, Özbəkistan, Latviya, Belarusiya, Rusiya qalereyasında və şəxsi kolleksiyalarda saxlanılır.
Rəfael Ağayev
Rafael Ağayev (4 mart 1985, Sumqayıt) — Azərbaycan karateçisi, 6 dəfə dünya çempionu, 11 dəfə Avropa çempionu. Ağayev Rafael Mahir oğlu 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Atasının yolu ilə gedərək 7 yaşından futbolla məşğul olub. Eyni zamanda ilk məşqçisi, Rafael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilmiş, ona ilk vərdiş və bacarıqları alışdırmışdır. İlk milli yarışlarda iştirak etməklə o, diqqəti özünə çəkmiş və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri olan "Budokan"da məşq etməyə başlamışdır. Rafael Ağayev artıq ilk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bilmişdi. O, beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə, Macarıstanda keçirilən açıq Dünya Kubokunda iştirak etmişdir. Növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olmuş və bundan sonra, heç bir yarışdan medalsız geri qayıtmamışdır. Rafael Ağayev, karate ilə məşğul olmağa yeddi yaşında başlayıb.
Rəfael Dadaşov
Rafael Məlik oğlu Dadaşov (4 yanvar 1946, Zaqatala – 16 mart 2020, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının xalq artisti (2006), "Şöhrət" ordeni laureatı (2019). Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Zaqatalada doğulub. O, 1972-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Aktyor Məlik Dadaşovun və Sofa Hüseynovanın oğludur. Aktyor Salman Dadaşovun qardaşı oğludur. Aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki obstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Rafael Dadaşov 16 mart 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışıb. Teatrın səhnəsində Zaur "Ümid" (M. İbrahimbəyov), Don Juan "Bəşərin komediyası, yaxud Don Juan" (M. İbrahimov), Klavdi "Hamlet" (Uilyam Şekspir), Klavdio "Heç nədən hay küy" (Uilyam Şekspir), Bəhram "Fitnə" (Abdulla Şaiq), Vojevatov və Paratov "Cehizsiz qız" (Aleksandr Ostrovski), Rövşən "Əliqulu evlənir" (Sabit Rəhman), Müstəntiq "İstintaq" (Rüstəm İbrahimbəyov), Birinci reportyor "Səhra yuxuları" (Anar), Knyaz Xasay "Xurşidbanu Natəvan" (İlyas Əfəndiyev), Qədim "Büllur sarayda" (İlyas Əfəndiyev), Cəmil "Unuda bilmirəm" (İlyas Əfəndiyev), Fikrət və Rəşad "Kimdir haqlı?" (Bəxtiyar Vahabzadə), Mirzə Fətəli "Mirzə Şəfi" (Nəbi Xəzri), Vasif "İblis" (Hüseyn Cavid), Qiyas "Şəhərin yay günləri" (Anar), Murad "Nakam qız" (A. Şirvanzadə), Fəxrəddin "Qılınc və qələm" (Məmməd Səid Ordubadi), Camal "Nişanlı qız" (Sabit Rəhman), Həsən Soltan "Şeyx Xiyabani" (İlyas Əfəndiyev), Mayis "Sevgililərin cəhənnəmdə vüsalı" (İlyas Əfəndiyev), Ədhəm Tağıyev "Dəlilər və ağıllılar" (İlyas Əfəndiyev), Mindövlət və Aydar "Sokratı anma gecəsi"("Eşşək dərisi üzərində məhkəmə") (Ç. Aytmatov və M. Şahanov), Tesey "Fedra" (J. Rasin), Özdəmir "Afət" (Hüseyn Cavid), Şeyx Nəsrullah "Ölülər" (Cəlil Məmmədquluzadə), Agah Əfəndi ("Qanlı Nigar", Sadıq Şəndil), Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol) və s. maraqlı obrazlar aratmışdır.
Rəfael Hüseynov
Rafael Baba oğlu Hüseynov (12 avqust 1955, Kürdəmir) — Azərbaycanlı ədəbiyyatşünas, ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü (2014), millət vəkili. 1954-ci il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. 1971-ci ildə burada 2 saylı şəhər orta məktəbini bitirmişdir. 1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır, 1978-ci ilədək burada çalışmışdır. O, 1978–1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi, 1982–1988-ci illərdə isə həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır. 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur. Rafael Hüseynov 1987–1989-cu illərdə Azərbaycan Dövlət Universitetində, 1990–1991-ci illərdə Konservatoriyada "Mədəniyyət tarixi", 1995-cınildə isə "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı" və "Azərbaycan mədəniyyəti" fənlərindən dərs demişdir.
Rəfael Həbibov
Rəfael Sərafət oğlu Həbibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rəfael Şərafət oğlu Həbibov 1964-cü il aprel ayının 2-də Əli Bayramlı şəhərində anadan olmuşdur. Rəfael təhsil illərində özünü bacarıqlı bir şagird kimi göstərmiş, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazanmışdır. Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytinant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iıtirakçısı olubdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa göndərilir. İlk günlrədən təcrübəli zabit kimi döyüşlərə atılır. Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s.
Rəfael Məcidov
Rəfayel Məcid oğlu Məcidov (11 mart 1949, Zaqatala rayonu) — Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı (1993–2002-ci illərdə). 1949-cu il martın 11-də Azərbaycan SSR Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini bitirib. Əmək fəaliyyətinə 1971-ci ildə Mingəçevir Toxuculuq Kombinatında növbə ustası kimi başlayıb. 1973–1975-ci illərdə Zaqatala Tütün Fermentləmə Zavodunda baş usta, 1975–1980-ci illərdə Zaqatala Rayon Xalq Nəzarəti Komitəsində inspektor işləyib. 1980-ci ildə partiya işinə irəli çəkilib, 1980–1983-cü illərdə Zaqatala rayon partiya komitəsində təlimatçı, Sənaye-Nəqliyyat şöbəsinin müdiri, 1983–1985-ci illərdə II katib olub. 1985–1987-ci illərdə Zaqatala rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləyib. 1987–1988-ci illərdə Azərbaycan KP Xaçmaz rayon komitəsinin birinci katibi olub. 1988–1991-ci illərdə Zaqatala rayon partiya komitəsi yanında Partiya Komissiyasının sədri, Zaqatala rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifələrində işləyib. 1993-cü ildən 2002-ci ilədək Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı olub.
Rəfael Qafarov
Rəfael Qafarov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı.
Rəfael Salamzadə
Rəfael Cabbar oğlu Salamzadə (23 avqust 1942, Bakı) — Azərbaycanlı operator. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Humay" və "Qızıl çıraq" mükafatları laureatı. Rəfael Cabbar oğlu Salamzadə 23 avqust 1942-ci ildə Bakıda anadan olmuşdur. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısıdır. 1967-ci ildə hərbi xidmətdən sonra "Azərbaycanfilm"ə işıqçı vəzifəsində işləməyə gəlib. Sonralar müxtəlif kinojurnallar üçün ("Sovet Azərbaycanı", "Gənc nəsil", "İdman", "İncəsənət" jurnalları) müstəqil süjetlər çəkib. 1975-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışan operator 40-dan çox filmin üzərində işləmişdir. Rəfael Salamzadə işlədiyi müddət ərzində Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatını, Qarabağ müharibəsi, 20 Yanvar və meydan hadisələrini, ölkəmizdə baş verən taleyüklü olayları lentə alıb. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi "Humay" mükafatı "Qızıl çıraq" mükafatı Şəki heyvandarlıq kompleksi (film, 1975) (qısametrajlı sənədli film) Dostların görüşü (film, 1977) (qısametrajlı sənədli film) Azərbaycan SSR (film, 1978) (qısametrajlı sənədli film) Əhalinin siyahıya alınması (film, 1978) (qısametrajlı sənədli film) Qardaşlaşmış...
Rəfael Süleymanov
Rəfael Süleymanov (25 yanvar 1940, Qaşqaçay, Qax rayonu – 24 fevral 2014, Bakı) — BDU Slavyan ölkələri tarixi kafedrasının professoru, BDU Tarix fakültəsi dekanının elmi işlər üzrə müavini, tarix elmləri doktoru. 1940-cı il yanvarın 25-də Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur. 1949-1955-ci illərdə Qax və Zaqatala şəhər uşaq evlərində tərbiyə almışdır. 1955-1957-ci illərdə Bakı şəhəri 14 saylı sənət məktəbində oxumuşdur. 1957-1961-ci illərdə Azərnefttikinti idarəsində çalışmışdır. 1961-ci ildə Bakı şəhəri 33 saylı orta məktəbi bitirdikdən sonra 1961-1964-cü illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1968-ci ildə oranı «Tarixçi. Tarix və ictimaiyyət müəllimi» ixtisası ilə bitirmişdir. Yüksək təhsil göstəriciləri nəzərə alınaraq universitetdə saxlanılmışdır. 1973-1975-ci illərdə dissertanturada, 1986-1988-ci illərdə doktoranturada oxumuşdur.
Rəfael Əliyev
Rəfael Allahverdiyev
Rəfael Xanəli oğlu Allahverdiyev (9 may 1945, Bakı – 11 yanvar 2009, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000), Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırış deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi. 1945-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. Moskva İctimai Elmlər Akademiyasının mətbuat işçiləri fakültəsini və Bakıdakı Qərb Universitetinin xarici iqtisadi əlaqələr fakültəsini bitirmişdir. İşgüzar inzibatçılıq üzrə magistr olmuşdur. Rus dilini bilirdi. Evlidir, 3 övladı var. 2004-cü ildən İsveçrədə yaşayırdı. 2009-cu il yanvarın 11-də Bakıda vəfat edib. 1971–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1983–1988-ci illərdə Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi olub.