Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bebeto
José Roberto Gama de Oliveira və yaxud məşhur adı ilə Bebeto (16 fevral 1964, Salvador, Baiya) ― hücumçu mövqeyində oynamış Braziliya futbolçusu. Braziliya millisində 75 oyunda 39 qol vuran Bebeto milli tarixinin 6-cı ən məhsuldar qolçusudur. == Karyerası == === Klub karyerası === Peşəkar klub karyerası 1983-cü ildə başlayıb. Sonra növbə ilə Braziliya Futbol Liqasında Flamenqo, Vasko da Qama klublarında oynadı və ölkə xaricinə transfer oldu. Ölkə xaricində ilk klubu İspaniyanın Deportivo klubu oldu. Braziliya xaricində oynadığı digər klublar İspaniyanın Sevilya, Meksikanın Toros Nesa, Yaponiyanın Kaşima Antlers və Səudiyyə Ərəbistanının Əl-İttihad klublarıdır. === Milli karyerası === Bebeto milli yığmada 1985-ci ildə debüt etdi. 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında Braziliya millisi ilə gümüş medal qazandı. 1989-cu ildə Braziliyada keçirilən Amerika Kubokunda Braziliya yığması ilə turnirin qalibi, vurduğu 6 qolla isə turnirin bombardiri oldu. 1989-cu ildəki uğurlu çıxışı nəticəsində Cənubi Amerikada ilin futbolçusu seçildi.
Lesoto
Lesoto (soto. Lesotho; ing. Lesotho) və ya rəsmi adı ilə Lesoto Krallığı (soto. 'Muso oa Lesotho; ing. Kingdom of Lesotho) — Afrikanın cənubunda anklav dövlət. Lesoto dörd tərəfdən Cənubi Afrika Respublikası ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Maseru şəhəri, ümumi sahəsi 30,355 kvadrat kilometrdir. Lesoto həm də Vatikan və San-Marino ilə yanaşı, ərazisi tamamilə başqa bir ölkənin ərazisi ilə əhatə olunmuş üç müstəqil dövlətdən biridir. == Etimologiya == Soto (suta) milləti etnonimindən yaranıb, soto dilidə danışan insanların ölkəsi mənasını verir. Müstəqilliyin qazanıldığı 1966-ci ilə qədər istifadə edilən Basutoland isə Basotoluların yaşadığı ölkə mənasını verirdi == Tarixi == 1868-1966-cı illərdə Böyük Britaniyanın protektoratı olmuşdur.
Presto
Presto (it. Presto) — musiqidə cəld sürət tempini bildirən termini. Musiqili ötürmələrdə beş əsas dərəcəli hərəkət templəri içində (largo, andante, moderato, allegro, presto) andante sonuncu dördüncü yerdə gəlir.
Reestr
Windows Reestr (Windows Registry) – Kompüterdə sistemin bütün sazlanmalarını, quruluşunu özündə saxlayan bazadır. Burada işləyərkən çox ehtiyatlı olmaq lazımdır. Reestri görmək üçün Start – Run sətrində regedit yazıb Enter vurmaq lazımdır. Reestr 6 bölmədən ibarətdir: HKEY_CLASSES_ROOT – fayl genişlənmələri haqqında məlumatları özündə saxlayır, HKEY_CURRENT_USER – müəyyən istifadəçinin sazlanmaları, HKEY_LOCAL_MACHINE – kompüterdə olan proqramlar, drayverlər haqqında və digər əsas sazlanmalar, HKEY_USERS – bütün istifadəçilər haqqında məlumatlar, HKEY_CURRENT_CONFIG – kompüterin konfiqurasiyası. Reestrdə hər hansı dəyişiklik sistemin işinə təsir edir, buna görə də öz işində arxayın olmayanlara reestrdə işləmək məsləhət görülmür. Ehtiyat üçün reestrin kopyasını götürmək olar. Bunun üçün Start – Run sətrində regedit yazıb Enter vurmaq, File menyusundan Export seçmək, ad yazmaq və Save vurmaq lazımdır.
Reseda
Əspərək (lat. Reseda) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin əspərəkkimilər fəsiləsinə aid bitki cinsi.
Resept
== Dərmanşünaslıq == Dərmanşünaslıq dərmanlardan bəhs edən elmdir.O əczaçılıq və farmakologiya kimi iki böyük elm sahəsini özündə birləşdirir. == Reseptura == Dərmanşünaslıq elminin mühüm sahələrindən və vacib tərkib hissələrindən biri də reseptura fənnidir. Hələ ən qədim zamanlardan müalicə üçün təyin olunmuş dərmanın adını, miqdarını, tətbiq üsulunu və və qaydalarını və digər məlumatları göstərmək zərurəti yaranmışdır ki, bunu da həmin dövrlərdə müəyyən yazı işarələri vasitəsilə göstərməyə çalışmışlar. Tədricən bu sahə inkişaf etmiş və, beləliklə də, hazırda reseptura adlandırdığımız mühüm bir dərmanşünaslıq fənninin təməli qoyulmuşdur. Dərmanşünaslığın dərman maddələrinə reseptlərin yazılması və dərmanların hazırlanılması qaydalarından bəhs edən sahəsi reseptura adlanır. == Dərmanşünaslığın tarixi == Tarixi məlumatlardan məlum olur ki, reseptura həqiqətən də ən qədim elmlərdəndir. Belə ki, bizim eramızdan hələ 2000–3000 il əvvəl artıq qədim misirlilərin, primitiv şəkildə olsa da, öz resepturası mövcud imiş. O zamanlar reseptləri xüsusi işarələrlə yazırmışlar.Bu işarələr yalnız həkimə və əczaçıya məlum imiş. Belə işarələrdən bəzilərinin maraqlı mənası olmaqla, bunlar dərmanşünaslıqda qəbul olunmuşdur. Məsələn, su, duz, turşu ,mis, spirt, gümüş, sabun, qızıl xüsusi işarələrlə, eləcə də başqa maddələr və dərman vasitələri digər müəyyən işarələrlə göstərilərmiş.
Sesoto
Soto dili, Sesoto, Cənubi Soto və ya Cənubi Sesoto — Bantu dillərindəndir, Cənubi Afrika Respublikasının rəsmi dillərindən biri və Lesotonun milli dilidir.
Veneto
Veneto - İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biri. Şimal-şərqi İtaliyada yerləşir. Mərkəzi Venesiya şəhəridir. Əhalisi 4.7 milyondan çoxdur. İtaliya bölgəsinin ən zəngin və ən sənayeləşmiş bölgələrindən biridir. Danışılan dillər, Venedik, Latın və italyan dilidir.
Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Besət
Besət — müsəlmanlar arasında Məhəmməd peyğəmbərin Hira mağarasında Allah tərəfindən peyğəmbərliyə seçilməsinə və gününə də Məbəs deyilir. Müsəlmanların inandığına görə Cəbrayıl mələk Allah tərəfindən Ələq surəsinin ilk beş ayəsinin Məhəmmədə nazil(endirmək) edərək ona deyir ki, Allah peyğəmbərliyinə seçilmişsən. Besət sözlüyü B(ب)E(ع)S(ث) ərəb dilində=(بعثت), seçililmiş anlamını verir. Bu gün müsəlmanlar üçün əziz gün və bayramdır elə ki, İranda Məbəs günü tətil gün kimi qeyd olunur. == Tarixi == Onun baş vermə tarixində şiə və sünnülər arasında ixtilaf var. Beləki şiə alimlərinin çoxu onun tarixini 40-cı fil ilinin rəcəb ayının 27-də biliblər. Əhli-sünnə arasında isə ən məşhur tarix həman ilin ramazan ayıdır, onun da hansı gün olduğunda ixtilaf var. Bəzisi 17, 18 və bəzisidə 24-ü biliblər. Əli bin İbarhim Qumi deyir: Məhəmməd 37 yaşına yetirdi, yuxu gördüki bir nəfər ona Ya Rasuləlla(یا رسول اللّه) deyir. Zaman keçdi, o, bu yuxunu heç kimə açıqlamadı.
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
Rosto
Rosto 500 gr qıyma 1 ədəd soğan 5–6 cəfəri 3 dilim çörək içi 1 ədəd yumurta 2 yemək qaşığı qırmızı şərab Duz, qara bibər Sous üçün : 1 yemək qaşığı ərinmiş şit yağı 1 ədəd soğan 2 diş sarımsaq 3–4 ədəd pomidor Yarım su stəkanı ət suyu 5–6 cəfəri Duz, qara bibər == Hazırlanması == Soğan və cəfərini nazik-nazik doğrayın, çörək içini didin. Yumurtaları kiçik bir kasaya çırpıb yaxşıca qarışdırın. Qıyma, soğan, cəfəri, çörək içi, yumurta, qırmızı şərab, duz və qara bibəri yaxşıca qarışdırıb, yoğurun. Yastı bir tavanın dibini yağlı kağızla örtün. Qıymalı qarışığı tavaya tökün, 180 dərəcədə 1 saat 15 dəqiqə bişirin. Sousu hazırlamaq üçün ; 1 yemək qaşığı ərinmiş şit yağını qazanda qızdırın. Soğan və sarımsaqları çox incə doğrayıb yağda qovurun. Dilimlənmiş pomidor, ət suyu, cəfəri, duz və qara bibəri əlavə edib qarışdıraraq qızardın. Arada atəşi azaldın və qarışdıraraq 15 dəqiqə daha bişirin. Peçdən çıxarandan sonra hazırladığınızi dərin qaba tərs çevirərək qoyun.
Rəbət
Rəbət (fars. ربط‎‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,987 nəfər və 1,607 ailədən ibarət idi.
Renato Dulbekko
Renato Dulbekko (22 fevral 1914[…], Katansaro[…] – 19 fevral 2012[…], La-Hoyya[d], Kaliforniya) — İtaliya virusoloqu, tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı (xərçəng virusları və hüceyrənin genetik materialı arasında qarşılıqlı təsirə dair kəşflərinə görə). San-Diyeqo Kaliforniya Universitetinin məzunudur. == Həyatı == 1914-cü ildə İtaliyada doğulmuş Renato Dulbekko 35 yaşında Birləşmiş Ştatlara mühacirət etmişdir. O, əvvəlcə Kaliforniya Texnologiya Universitetində, sonra isə Solk Bioloji Tədqiqatlar İnstitutunda çalışmışdır. 1975-ci ildə o, şiş virusları və hüceyrənin genetik materialı arasındakı əlaqələr sahəsindəki tədqiqatlarına görə Nobel mükafatına layiq görülmüşdür. Tanınmış alim Kaliforniya ştatındakı La Colla şəhərində yerləşən evində 98 yaşında, yuxuda ikən dünyasını dəyişmişdir.
Renato Sançes
Renato Cunyor Luz Sançes (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ʁɨˈnatu ˈsɐ̃ʃɨʃ]]]; 18 Avqust 1997-ci ildə anadan olub) — Yarımmüdafiəçi kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur. Hal-hazırda Almaniyanın Bayern Münhen FK klubunun və Portuqaliya milli futbol komandasının əsas komandasının üzvüdür. Sançez karyerasına Portuqaliyanın Benfika FK klubunda başlamışdır. O, karyerasında 2014-cü ilin oktyabr ayında debütünü komandanın əvəzedici heyətində etmişdir. Peşəkar karyerasında debütünü isə əsas komandada 2015-ci ilin oktyabr ayında etmişdir. Sançez oynadığı yeganə mövsümdə Premyer Liqanın və Taça da Liqanın qalibi olmuşdur. 2016-cı ilin yay ayında 35 milyon dollar qarşılığında Almaniyanın Bayern Münhen FK klubuna tarnsfer olmuşdur. Bu qiymət Portuqaliyalı futbolçu üçün verilən ən yüksək transfer qiyməti hesab olunur.
Reneta Kamberova
Reneta Kamberova (12 sentyabr 1990, Bazarcıq[d], Bolqarıstan) — Bolqarıstannı təmsil edən bədii gimnast. Reneta Kamberova 2012 və 2016-cı ildə Bolqarıstanı Olimpiya Oyunlarında təmsil etdi; 2016-cı ilə isə yarışların bürünc medalını qazandı. Kamberova həm də Dünya və Avropa Çempionatlarında ümumi olaraq üç qızıl, üç gümüş və yeddi bürünc medala sahib çıxıb. == Karyerası == Reneta Kamberova birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 6-cı yeri tutdu. Reneta Kamberova 2016-cı ildə Bolqarıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lyubomira Kazanova, Mixaela Maevska-Veliçkova, Tsvetelina Naydenova və Xristiana Todorova ilə birgə final yarışlarında 34.282 xal topladı və bürünc medal qazandı.
Reseda alba
Ağ əspərək (lat. Reseda alba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin əspərəkkimilər fəsiləsinin əspərək cinsinə aid bitki növü.
Ruan Renato
Ruan Renato Bonifaço Auqusto (br-port. Ruan Renato Bonifácio Augusto; 14 yanvar 1994 və ya 19 yanvar 1999, Pauliniya, San-Paulu ştatı) — Braziliya futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" FK-nın müdafiəçisi. == Klub karyerası == Ruan Renato Braziliya çempionatında "Yuventude"nin heyətində üçün 3 fevral 2016-cı ildə debüt etmişdir. Renato 5 avqust 2021-ci ildə Azərbaycan Premyer Liqa klubu "Qəbələ" ilə müqavilə imzalamışdır.
Silviya Freşet
Silviya Freşet (27 iyun 1967) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Silviya Freşet Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Silviya Freşet Olimpiadanın gümüş medalına sahib olub.
Ər-Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Rəşt
Rəşt (fars. رشت‎) — İranın Gilan ostanında yerləşən şəhər, Rəşt şəhristanının mərkəzi. 2011-ci ildə aparılmış əhalinin siyahıya alınmasının yekunlarına görə əhalisi 639.951 nəfərdir.
Asamati (Resen)
Asamati (mak. Асамати, alb. Asamat, Osomat) — Prespa gölünün şimal şərq sahilində, Makedoniya Respublikasının Resen Bələdiyyəsində yerləşən bir kənddir. Asamati, Resen bələdiyyə mərkəzindən 12 kilometr uzaqlıqda yerləşir və 175 sakini var. == Tarixi == Asamati, müxtəlif tarixi dövrlərdən qalma və bir çoxu təsadüfən kəşf edilən müxtəlif arxeoloji sahələrə ev sahibliyi edir. Tapıntıların bir çoxu Resen qəsəbəsindəki Sarayda yerləşdirilir. XIX əsrdə, daha sonra Ademayt olaraq adlandırılan kənd əhalisi, 16 evdə yerləşən 30 müsəlman sakinin və Bolqar Yepiskopluğunun 16 üzvündən ibarət idi. 1905-ci ildə Asamati'nin 150 sakini var idi, bunların 102-si Müsəlman albanlar, geri qalan hissəsi isə Bolqar Yepiskopluğunun üzvlərindən ibarət idi. Birinci Dünya Müharibəsi əsnasında kəndin 115 sakini var idi.
Bekir Refet
Bekir Refet Teker (22 may 1899, Konstantinopol – 5 aprel 1977, Karlsrue, Baden-Vürtemberq) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Türkiyə millisinin heyətində çıxış etmişdir. == Həyatı == Bekir Refet 22 may 1899-cu ildə İstanbulda anadan olmuşdur. Gəncliyində Fənərbaxçada futbol oynayırdı. 1914-cü ildə İstanbul Gənclər Futbol Liqasının çempionu oldu. Həmən klubda hücumçu mövqeyində oynayaraq peşəkar karyerasına başladı. 1915–1916-cı illərdə Fənərbaxça, 1916–1918-ci illərdə Altınordu, 1920–1921-ci illərdə İttihatspor klublarında oynamışdır. 1921-ci ilin avqust ayında Qalatasarayın Almaniya turuna qatıldı, burada Hamburq, Verder Bremen, Nürnberq və Sparta Praqa klublarına qarşı oynamışdır. Karlsrue komandasına qarşı qələbədən sonra alman klubunun nümayəndələrini maraqlarına tuş gəldi və onlar onu Almaniyada qalmağa razı saldılar. O, Feniks (1921–1923), Pfortshaym (1923–1926) və Karlsrue FF (1926–1935) klublarında çıxış etmişdir.
La-Roşet
La-Roşet (Yuxarı Alplar)
Resen (qəsəbə)
Resen (mak. Ресен, serb. Ресан, türk. Resne, yun. Ρέσνα, alb. Resnjë) — cənub-qərbi Makedoniyadakı 9 min əhaliyə sahib bir qəsəbə. Resen Bitola və Oxrid arasında təxminən olaraq bərabər məsafədədir. Qəsəbə dəniz səviyyəsindən 880 metr yüksəkdə və Prespa gölü yaxınlığında yerləşir. Resen eyni zamanda Prespa gölündəki tək şəhərdir və Resen Bələdiyyəsinin mərkəzidir. == Tarixi == Köhnə İliryalı Damastiyon şəhəri Resen'n yaxınlığında ola bilər.