Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bebeto
José Roberto Gama de Oliveira və yaxud məşhur adı ilə Bebeto (16 fevral 1964, Salvador) ― hücumçu mövqeyində oynamış Braziliya futbolçusu. Braziliya millisində 75 oyunda 39 qol vuran Bebeto milli tarixinin 6-cı ən məhsuldar qolçusudur. == Karyerası == === Klub karyerası === Peşəkar klub karyerası 1983-cü ildə başlayıb. Sonra növbə ilə Braziliya Futbol Liqasında Flamenqo, Vasko da Qama klublarında oynadı və ölkə xaricinə transfer oldu. Ölkə xaricində ilk klubu İspaniyanın Deportivo klubu oldu. Braziliya xaricində oynadığı digər klublar İspaniyanın Sevilya, Meksikanın Toros Nesa, Yaponiyanın Kaşima Antlers və Səudiyyə Ərəbistanının Əl-İttihad klublarıdır. === Milli karyerası === Bebeto milli yığmada 1985-ci ildə debüt etdi. 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında Braziliya millisi ilə gümüş medal qazandı. 1989-cu ildə Braziliyada keçirilən Amerika Kubokunda Braziliya yığması ilə turnirin qalibi, vurduğu 6 qolla isə turnirin bombardiri oldu. 1989-cu ildəki uğurlu çıxışı nəticəsində Cənubi Amerikada ilin futbolçusu seçildi.
Lesoto
Lesoto (soto. Lesotho; ing. Lesotho) və ya rəsmi adı ilə Lesoto Krallığı (soto. 'Muso oa Lesotho; ing. Kingdom of Lesotho) — Afrikanın cənubunda anklav dövlət. Lesoto dörd tərəfdən Cənubi Afrika Respublikası ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Maseru şəhəri, ümumi sahəsi 30,355 kvadrat kilometrdir. Lesoto həm də Vatikan və San-Marino ilə yanaşı, ərazisi tamamilə başqa bir ölkənin ərazisi ilə əhatə olunmuş üç müstəqil dövlətdən biridir. == Etimologiya == Soto (suta) milləti etnonimindən yaranıb, soto dilində danışan insanların ölkəsi mənasını verir. Müstəqilliyin qazanıldığı 1966-ci ilə qədər istifadə edilən Basutoland isə Basotoluların yaşadığı ölkə mənasını verirdi == Tarixi == 1868-1966-cı illərdə Böyük Britaniyanın protektoratı olmuşdur.
Presto
Presto (it. Presto) — musiqidə cəld sürət tempini bildirən termini. Musiqili ötürmələrdə beş əsas dərəcəli hərəkət templəri içində (largo, andante, moderato, allegro, presto) andante sonuncu dördüncü yerdə gəlir.
Reestr
Windows Reestr (Windows Registry) – Kompüterdə sistemin bütün sazlanmalarını, quruluşunu özündə saxlayan bazadır. Burada işləyərkən çox ehtiyatlı olmaq lazımdır. Reestri görmək üçün Start – Run sətrində regedit yazıb Enter vurmaq lazımdır. Reestr 6 bölmədən ibarətdir: HKEY_CLASSES_ROOT – fayl genişlənmələri haqqında məlumatları özündə saxlayır, HKEY_CURRENT_USER – müəyyən istifadəçinin sazlanmaları, HKEY_LOCAL_MACHINE – kompüterdə olan proqramlar, drayverlər haqqında və digər əsas sazlanmalar, HKEY_USERS – bütün istifadəçilər haqqında məlumatlar, HKEY_CURRENT_CONFIG – kompüterin konfiqurasiyası. Reestrdə hər hansı dəyişiklik sistemin işinə təsir edir, buna görə də öz işində arxayın olmayanlara reestrdə işləmək məsləhət görülmür. Ehtiyat üçün reestrin kopyasını götürmək olar. Bunun üçün Start – Run sətrində regedit yazıb Enter vurmaq, File menyusundan Export seçmək, ad yazmaq və Save vurmaq lazımdır.
Reseda
Əspərək (lat. Reseda) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin əspərəkkimilər fəsiləsinə aid bitki cinsi.
Resept
Dərmanşünaslıq dərmanlardan bəhs edən elmdir.O əczaçılıq və farmakologiya kimi iki böyük elm sahəsini özündə birləşdirir. Dərmanşünaslıq elminin mühüm sahələrindən və vacib tərkib hissələrindən biri də reseptura fənnidir. Hələ ən qədim zamanlardan müalicə üçün təyin olunmuş dərmanın adını, miqdarını, tətbiq üsulunu və və qaydalarını və digər məlumatları göstərmək zərurəti yaranmışdır ki, bunu da həmin dövrlərdə müəyyən yazı işarələri vasitəsilə göstərməyə çalışmışlar. Tədricən bu sahə inkişaf etmiş və, beləliklə də, hazırda reseptura adlandırdığımız mühüm bir dərmanşünaslıq fənninin təməli qoyulmuşdur. Dərmanşünaslığın dərman maddələrinə reseptlərin yazılması və dərmanların hazırlanılması qaydalarından bəhs edən sahəsi reseptura adlanır. Tarixi məlumatlardan məlum olur ki, reseptura həqiqətən də ən qədim elmlərdəndir. Belə ki, bizim eramızdan hələ 2000–3000 il əvvəl artıq qədim misirlilərin, primitiv şəkildə olsa da, öz resepturası mövcud imiş. O zamanlar reseptləri xüsusi işarələrlə yazırmışlar.Bu işarələr yalnız həkimə və əczaçıya məlum imiş. Belə işarələrdən bəzilərinin maraqlı mənası olmaqla, bunlar dərmanşünaslıqda qəbul olunmuşdur. Məsələn, su, duz, turşu ,mis, spirt, gümüş, sabun, qızıl xüsusi işarələrlə, eləcə də başqa maddələr və dərman vasitələri digər müəyyən işarələrlə göstərilərmiş.
Sesoto
Soto dili, Sesoto, Cənubi Soto və ya Cənubi Sesoto — Bantu dillərindəndir, Cənubi Afrika Respublikasının rəsmi dillərindən biri və Lesotonun milli dilidir.
Veneto
Veneto - İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biri. Şimal-şərqi İtaliyada yerləşir. Mərkəzi Venesiya şəhəridir. Əhalisi 4.7 milyondan çoxdur. İtaliya bölgəsinin ən zəngin və ən sənayeləşmiş bölgələrindən biridir. Danışılan dillər, Venedik, Latın və italyan dilidir.
Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Besət
Besət — müsəlmanlar arasında Məhəmməd peyğəmbərin Hira mağarasında Allah tərəfindən peyğəmbərliyə seçilməsinə və gününə də Məbəs deyilir. Müsəlmanların inandığına görə Cəbrayıl mələk Allah tərəfindən Ələq surəsinin ilk beş ayəsinin Məhəmmədə nazil(endirmək) edərək ona deyir ki, Allah peyğəmbərliyinə seçilmişsən. Besət sözlüyü B(ب)E(ع)S(ث) ərəb dilində=(بعثت), seçililmiş anlamını verir. Bu gün müsəlmanlar üçün əziz gün və bayramdır elə ki, İranda Məbəs günü tətil gün kimi qeyd olunur. == Tarixi == Onun baş vermə tarixində şiə və sünnülər arasında ixtilaf var. Beləki şiə alimlərinin çoxu onun tarixini 40-cı fil ilinin rəcəb ayının 27-də biliblər. Əhli-sünnə arasında isə ən məşhur tarix həman ilin ramazan ayıdır, onun da hansı gün olduğunda ixtilaf var. Bəzisi 17, 18 və bəzisidə 24-ü biliblər. Əli bin İbarhim Qumi deyir: Məhəmməd 37 yaşına yetirdi, yuxu gördüki bir nəfər ona Ya Rasuləlla(یا رسول اللّه) deyir. Zaman keçdi, o, bu yuxunu heç kimə açıqlamadı.
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
Rosto
Rosto 500 gr qıyma 1 ədəd soğan 5–6 cəfəri 3 dilim çörək içi 1 ədəd yumurta 2 yemək qaşığı qırmızı şərab Duz, qara bibər Sous üçün : 1 yemək qaşığı ərinmiş şit yağı 1 ədəd soğan 2 diş sarımsaq 3–4 ədəd pomidor Yarım su stəkanı ət suyu 5–6 cəfəri Duz, qara bibər Soğan və cəfərini nazik-nazik doğrayın, çörək içini didin. Yumurtaları kiçik bir kasaya çırpıb yaxşıca qarışdırın. Qıyma, soğan, cəfəri, çörək içi, yumurta, qırmızı şərab, duz və qara bibəri yaxşıca qarışdırıb, yoğurun. Yastı bir tavanın dibini yağlı kağızla örtün. Qıymalı qarışığı tavaya tökün, 180 dərəcədə 1 saat 15 dəqiqə bişirin. Sousu hazırlamaq üçün ; 1 yemək qaşığı ərinmiş şit yağını qazanda qızdırın. Soğan və sarımsaqları çox incə doğrayıb yağda qovurun. Dilimlənmiş pomidor, ət suyu, cəfəri, duz və qara bibəri əlavə edib qarışdıraraq qızardın. Arada atəşi azaldın və qarışdıraraq 15 dəqiqə daha bişirin. Peçdən çıxarandan sonra hazırladığınızi dərin qaba tərs çevirərək qoyun.
Rəbət
Rəbət (fars. ربط‎‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,987 nəfər və 1,607 ailədən ibarət idi.
Renato Dulbekko
Renato Dulbekko (22 fevral 1914[…], Katansaro[…] – 19 fevral 2012[…], La-Hoyya[d], Kaliforniya) — İtaliya virusoloqu, tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı (xərçəng virusları və hüceyrənin genetik materialı arasında qarşılıqlı təsirə dair kəşflərinə görə). San-Diyeqo Kaliforniya Universitetinin məzunudur. 1914-cü ildə İtaliyada doğulmuş Renato Dulbekko 35 yaşında Birləşmiş Ştatlara mühacirət etmişdir. O, əvvəlcə Kaliforniya Texnologiya Universitetində, sonra isə Solk Bioloji Tədqiqatlar İnstitutunda çalışmışdır. 1975-ci ildə o, şiş virusları və hüceyrənin genetik materialı arasındakı əlaqələr sahəsindəki tədqiqatlarına görə Nobel mükafatına layiq görülmüşdür. Tanınmış alim Kaliforniya ştatındakı La Colla şəhərində yerləşən evində 98 yaşında, yuxuda ikən dünyasını dəyişmişdir.
Renato Sançes
Renato Cunyor Luz Sançes (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ʁɨˈnatu ˈsɐ̃ʃɨʃ]]]; 18 Avqust 1997-ci ildə anadan olub) — Yarımmüdafiəçi kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur. Hal-hazırda Almaniyanın Bayern Münhen FK klubunun və Portuqaliya milli futbol komandasının əsas komandasının üzvüdür. Sançez karyerasına Portuqaliyanın Benfika FK klubunda başlamışdır. O, karyerasında 2014-cü ilin oktyabr ayında debütünü komandanın əvəzedici heyətində etmişdir. Peşəkar karyerasında debütünü isə əsas komandada 2015-ci ilin oktyabr ayında etmişdir. Sançez oynadığı yeganə mövsümdə Premyer Liqanın və Taça da Liqanın qalibi olmuşdur. 2016-cı ilin yay ayında 35 milyon dollar qarşılığında Almaniyanın Bayern Münhen FK klubuna tarnsfer olmuşdur. Bu qiymət Portuqaliyalı futbolçu üçün verilən ən yüksək transfer qiyməti hesab olunur.
Reneta Kamberova
Reneta Kamberova (12 sentyabr 1990, Bazarcıq[d], Bolqarıstan) — Bolqarıstannı təmsil edən bədii gimnast. Reneta Kamberova 2012 və 2016-cı ildə Bolqarıstanı Olimpiya Oyunlarında təmsil etdi; 2016-cı ilə isə yarışların bürünc medalını qazandı. Kamberova həm də Dünya və Avropa Çempionatlarında ümumi olaraq üç qızıl, üç gümüş və yeddi bürünc medala sahib çıxıb. Reneta Kamberova birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 6-cı yeri tutdu. Reneta Kamberova 2016-cı ildə Bolqarıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lyubomira Kazanova, Mixaela Maevska-Veliçkova, Tsvetelina Naydenova və Xristiana Todorova ilə birgə final yarışlarında 34.282 xal topladı və bürünc medal qazandı.
Reseda alba
Ağ əspərək (lat. Reseda alba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin əspərəkkimilər fəsiləsinin əspərək cinsinə aid bitki növü.
Ruan Renato
Ruan Renato Bonifaço Auqusto (br-port. Ruan Renato Bonifácio Augusto; 14 yanvar 1994 və ya 19 yanvar 1999, Pauliniya, San-Paulu ştatı) — Braziliya futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" FK-nın müdafiəçisi. Ruan Renato Braziliya çempionatında "Yuventude"nin heyətində üçün 3 fevral 2016-cı ildə debüt etmişdir. Renato 5 avqust 2021-ci ildə Azərbaycan Premyer Liqa klubu "Qəbələ" ilə müqavilə imzalamışdır.
Silviya Freşet
Silviya Freşet (27 iyun 1967) — Kanadanı təmsil edən sinxron üzgüçü. Silviya Freşet Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Silviya Freşet Olimpiadanın gümüş medalına sahib olub.
Ər-Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Lesoto bayrağı
Lesoto bayrağı, 4 oktyabr 2006-cı ildə Lesoto Krallığı tərəfindən rəsmi olaraq qəbul edilmiş olan bayraqdır. Bayrağın mavi, ağ və yaşıl rəngdə olan üç ədəd zolaqlarıdır var və bayrağın mərkəzi hissəsində (ağ zolağın mərkəzində) Basotho papağı yerləşdirilmişdir. Bu bayraq Lesoto krallığının müstəqilliyinin 40-cı ili münasibəti ilə qəbul edilmişdir. Bu yeni bayraq ölkə sülhünün və sülh oriyentasiyasının simvolu hesab edilir. == Tarixi == Lesotonun ilk bayrağı 4 oktyabr 1966-cı ildə, ölkənin müstəqilliyini əldə etdiyi gün qəbul edilmişdir. Bayraqdakı ən gözəgəlimli fiqur isə ağ Basotho papağıdır. Bu papaqda istifadə edilən ağ rəng sülhün simvoludir. Bayrağın hakim rəngi olan mavi rəng səmanı və yağışı, yaşıl rəng torpağı, qırmızı rəng isə imanı simvolizə edir. 20 yanvar 1987-ci ildə Lesotoda yeni bayraq qəbul edilmişdir. Bu bayraq 20 ildir hakimiyyətdə olan Basotho Milli Partiyasının hərbi çevriliş yolu ilə devrilməsindən sonra qəbul edilmişdir.
Lesoto gerbi
Lesoto gerbi Afrika ölkəsi olan Lesoto tərəfindən rəsmi olaraq istifadə edilən gerbdir. Gerbin mərkəzi hissəsində qəhvəyi rəngdə olan basoto qalxanının üstündə mavi rəngli timsah təsvir edilmişdir. Qalxanın arxa tərəfində isə diaqonal olaraq yerləşdirilmiş olan nizə və yerli döyüş dəyənəkləri vardır və onların rəngi də yenə qəhvəyidir. Qalxan hər iki tərəfindən isə şaxə qalxmış olan qəhvəyi rəngli poni atları ilə tutulmuş və atlar mavi zolaqları olan yaşıl sahədədirlər. Yaşıl yerin üstündə isə səpələnmiş olan çınqıllar vardır. Gerbin aşağı hissəsində, yaşıl fonun aşağı uc hissəsində qəhvəyi rəngli şüar zolağında sesoto dilində KHOTSO PULA NALA (Azərbaycan dilində: Sülh, Yağış, Rifah) sözləri yazılmışdır. Gerbdəki simvolların çoxu ölkədə hakim olan sülaləni və onun ən mühüm qəbiləsini, yaşıl fon isə ölkənin milli dağı hesab edilən Thaba Bosiu yaxınlığında yerləşən Qiloane qayalığını simvollaşdırır. 1966-cı ildən istifadə edilən gerbdə 2006-cı ildə edilmiş olan dəyişikliklərə əsasən sarı rəngdə olan qalxan, şüar lenti, çınqıllar, nizə və döyüş dəyənəyi qəhvəyi rəngə, qəhvəyi rəngdə olan timsah ilə bərabər sarı rəngdə olan atların üstündə dayandığı zolaq isə mavi rəngə çevrilmişdir.
Rəşt
Rəşt (fars. رشت‎) — İranın Gilan ostanında yerləşən şəhər, Rəşt şəhristanının mərkəzi. 2011-ci ildə aparılmış əhalinin siyahıya alınmasının yekunlarına görə əhalisi 639.951 nəfərdir.
La-Roşet
La-Roşet (Yuxarı Alplar)
Neşet Ertaş
Nəşət Ərtaş (1938, Çicəkdağı[d], Kırşəhər ili – 25 sentyabr 2012) — Türk ozan. Abdal musiqiçi olaraq da tərif edilir. Bozkırın Tezenesi olaraq da bilinir. Kırşehir Abdallarındandır. Nəşət Ərtaş 1938-ci ildə Çiçəkdağında doğulub. 25 sentyabr 2012-ci ildə İzmirdə vəfat edib.