Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Robot
Robotlar (çex dilində "robota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq Çexiya yazıçısı Yozef Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra "Robot" sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır. Bundan əlavə robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-nin Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar. Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır.
Mr. Robot
Mr.Robot - Sam Esmail tərəfindən qələmə alınmış Amerika psixoloji gərginlik-dram televiziya seriyası. USA Network tərəfindən 24 İyun 2015 tarixində yayıma başlayan serialın pilot hissəsi onlayn olaraq VOD xidmətləri 27 May 2015-ci ildə yayıma başlamışdır. İnformasiya dünyası ilə yaxından əlaqədar olan-olmayan hər kəsin marağını kəsb etmişdir. IMDb-dəki xalı 10 üzərindən 8.8'dir. (161.000+ adam) Serial, 2 sentyabr 2015 tarixində mövsüm finalını yayımlamışdır. Serialın 2-ci mövsümü 13 İyul 2016-cı il tarixindən etibarən izləyicilərə təqdim olunmağa başlayıb. Serialda Elliot, gündüz gənc bir kiber təhlükəsizlik mühəndisi, gecələr xakkerlik edən bir kiber hücumçudur. Elliot, yer altı xakker qrupunun (fsociety) onunla əlaqəyə keçmək üçün şirkətinin sisteminə zərər verməsi səbəbi ilə böyük bir mürəkkəbliyin içinə özünü atmışdır.
NAO (Robot)
Pars robot
“Pars Robot” PUA-sı 2013-cü ildə İranın RTS laboratoriyasının aerokosmik mütəxəssisləri tərəfindən hazırlanan mülki xilasetmə dronudur. Pilotsuz vasitə dizaynı baxımından bu sinfin adi kopterlərindən o qədər də fərqlənmir, lakin ölçüsü baxımından bu cihaz daha böyükdür və tamamilə fərqli məqsədlərlə istifadə olunur. Müasir kopterlərin əksəriyyəti aerofotoqrafiya, müəyyən perimetrdə təhlükəsizliyi təmin etmək və sosial ticari xarakterli videolar çəkmək üçün istifadə edilsə də, bu pilotsuz uçan aparatın əsas təyinatı boğulan insanların xilas edilməsində bir vasitə kimi istifadəsindən ibarətdir. Pilotsuz aparat boğulan insanları xilas etmək üçün standart vasitələrlə, məsələn insanın suyun səthində qalmasına imkan verən xilasetmə qurğuları ilə təchiz olunur. Xilasedici suda bir nəfərin boğulmağa başladığını gördükdə, insandan dörd dəfə daha sürətli hərəkət edə bilən pilotsuz vasitə ilə həmin əraziyə yola düşür. Buna görə də yardım göstərmək ehtimalı dəfələrlə artır. Boğulan bir adamın göründüyü yerə gəldikdən sonra “Pars Robot” pilotsuz uçuş aparatı xilasedici dairə və ya başqa bir vasitə ilə insanı suyun üzərində havada saxlayır, sonra isə fəaliyyət proqramına uyğun olaraq dislokasiya nöqtəsinə qayıdır. Robotun bir prototipi 2013-cü ilin avqust ayında Xəzər dənizində sınaqdan keçirildi. Yeddi günlük müddətdə robotun fərqli cəhətləri uğurla sınaqdan keçirildi. Robotla xilasedici arasında bir yarışma edildiyi zaman robotun səmərəliliyi daha yaxşı idi, robotun çimərlikdən 75 metr məsafədə olan bir köməyə ehtiyacı olan insana 22 saniyədə bir xilasetmə borusu verdiyi, xilasedicinin isə köməyə ehtiyacı olan insana yaxınlaşması 90 saniyə sonra olmuşdur.
Sofiya (robot)
"Sofiya" (ing. Sophia) — dünyada ilk süni intellektli humanoid robot. Bu robot 2015-ci ildə "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanmışdır. "Sofiya" süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya" bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak etmişdir.
Root
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — qoşulma və dəyişiklik etmə imkanı verir.
Sənaye robotu
Sənaye robotu – robotun bir növü olub, istehsal proseslərində müəyyən proseslərin aparılması üçün tətbiq olunur. Buraya pəstahların tutulması, hissələrin yığılması və emalı daxildir. Bu günkü sənaye robotları əsasən stasionar olaraq yerləşdirilirlər və konkret tapşırığın yerinə yetirilməsi üçün təyin olunurlar. Robotların inkişafının əvvəlində əsasən texnoloji proseslərə asan inteqrasiya oluna bilən ucuz texniki periferiyanın yaradılması; modular quruluşa malik robotların həm tutqacı hərəkət etdirən yönəldicilərə, həm idarəetmə sisteminin tələblərinə uyğunlaşdırılması; robotların işləmə mexanizminin riyazi modelləri əsasında onun hərəkətinin optimallaşdırılması ilə çəkisinin azaldılması və sərtliyinin artırılması; sadə senzorların tətbiqi ilə robotların tətbiq sahələrinin genişləndirilməsi; mikroelektronikanın tətbqi ilə robotlarda xətaların asanlıqla tapılması üçün diaqnozetmə funksiyalarının daxil edilməsi kimi məsələlərin həlli maraq doğururdu. Sənaye robotları əsasən üç tərkib hissədən ibarətdir. Robotu nəql etmək üçün üç sərbəstlik dərəcəsinə malik arabadan istifadə olunur. Bu robotun gövdəsini təşkil edir. Qövdəyə bərkidilmiş robotqolu təyinatından asılı olaraq 4-dən 6-ya qədər sərbəstlik dərəcəsinə malik olur. Qolun uc hissəsinə robotun ən həssas hissəsi – effektorlar (sensorlar) və əl bərkidilir. Robotların belə sinifləşdirilməsi əsasən onların malik olduqları kinematika əsasında yaratdıqları işçi fəzanın adı ilə bağlıdır.
Tobot şəlaləsi
Tobot (Xunzax) — Dağıstan Respublikasında, eyni adlı çayda yerləşən şəlalə. Tobot şəlaləsi Xunzax yayalasında, Xunzax rayonunun Xunzax kəndindən 1 km şimal-şərqdə yerləşir. Şəlalənin 500 metrliyində Xunzax qalası var. Maqomed Eldarovun məlumatına görə Tobot şəlaləsinin hündürlüyü — 70 metrdir. Görkəmli azərbaycanlı alim, coğrafiyaçı Qasım Gülün fikirlərinə görə isə şəlalənin hündürlüyü 100 metrdir. 1985-ci ildə geodeziyaçılıarı kanyonda apardığı ölçmə işlərinə əsasən şəlalənin hündürlüyü 50 metr müəyyən olundu. Belə nəticəyə səbəb su damcısının ilk və son düşmə nöqtəsinin fərqli metodlarla müəyyənləşdirməsi idi.Tobot şəlaləsi eyni adlı Tobot çayı üzərində yerləşib Solotlin kanyonuna daxildir. Şəlalə yaxınlığında çayın orta illik su sərfi 1,05 kub.m/saniyədir. Çayın su toplayıcı sahəsi 63,1 km²-dir. Şəlalə il boyu bol sulu olmur.
Robots.txt
Vikipediyanın robots.txt faylı üçün: https://az.wikipedia.org/robots.txt robots.txt — veb-saytlar tərəfindən axtarış botlarına və digər botlara veb-saytın hansı hissələrinə daxil olmağa icazə verildiyini göstərmək üçün istifadə edilən standart olan "Robots Exclusion Protocol" protokolunu həyata keçirmək üçün istifadə edilən fayl adı. Bu, könüllü razılığa əsaslanır. Bütün botlar standarta əməl etmir. Əksinə, təhlükəsizlik boşluqlarını skan edən e-poçt spamçıları, spam-botlar, zərərli proqramlar və robotlar veb-saytın onlardan kənarda qalmaları xahiş edilən hissələrdən (Robots Exclusion Protocol ilə) başlaya bilər. "robots.txt" faylı veb-saytlar üçün digər robot daxiletmə standartı olan Sitemaps ilə birlikdə istifadə edilə bilər. Standart Martin Koster tərəfindən 1994-cü ilin fevralında "Nexor"da işləyərkən, o zaman WWW ilə əlaqəli fəaliyyətlər üçün əsas kommunikasiya kanalı olan "www-talk" poçt siyahısında təklif edilmişdir. Çarlz Stross iddia edir ki, təsadüfən Kosterin serverinə DoS-hücum etməsinə səbəb olan bot yazdıqdan sonra Kosterə "robots.txt" yaratmağı təklif edib. O tez bir zamanda "WebCrawler", "Lycos" və "AltaVista" kimi axtarış motorları tərəfindən idarə olunanlar da daxil olmaqla, ən çox uyğun gələn indiki və gələcək veb skanerlərinin əməl edəcəyi de-fakto standarta çevrildi. 1 iyul 2019-cu ildə "Google" IETF çərçivəsində rəsmi standart olaraq "Robots Exclusion Protocol"nu təklif etdi. Təklif olunan standart 2022-ci ilin sentyabrında RFC 9309 olaraq nəşr olundu.
Cənab Robot (teleserial, 2015)
Mr.Robot - Sam Esmail tərəfindən qələmə alınmış Amerika psixoloji gərginlik-dram televiziya seriyası. USA Network tərəfindən 24 İyun 2015 tarixində yayıma başlayan serialın pilot hissəsi onlayn olaraq VOD xidmətləri 27 May 2015-ci ildə yayıma başlamışdır. İnformasiya dünyası ilə yaxından əlaqədar olan-olmayan hər kəsin marağını kəsb etmişdir. IMDb-dəki xalı 10 üzərindən 8.8'dir. (161.000+ adam) Serial, 2 sentyabr 2015 tarixində mövsüm finalını yayımlamışdır. Serialın 2-ci mövsümü 13 İyul 2016-cı il tarixindən etibarən izləyicilərə təqdim olunmağa başlayıb. == Mövzusu == Serialda Elliot, gündüz gənc bir kiber təhlükəsizlik mühəndisi, gecələr xakkerlik edən bir kiber hücumçudur. Elliot, yer altı xakker qrupunun (fsociety) onunla əlaqəyə keçmək üçün şirkətinin sisteminə zərər verməsi səbəbi ilə böyük bir mürəkkəbliyin içinə özünü atmışdır.
ROS (Robot Operating System)
ROS (Robot Operating System)- Robot əməliyyat sistemi robotlar üçün proqram yazmaq imkanı verən freymvorkdur. İlk versiyası 2007-ci ildə Stanford Süni İntellekt Laboratoriyasında yaradılmışdır. ROS C++ dilində yazılsada, Python və Lisp dillərini dəstəkləyir. Java və Lua dillərində isə eksperimental kitabxanaları var.
Mən robot deyiləm (teleserial 2018)
I'm Not a Robot (Korean: 로봇이 아니야; RR: Robosi Aniya) Yu Sunho, Çe Su-bin və Om Ki-cun-un rol aldığı Cənubi Koreya serialıdır. Kim Sunmi tərəfindən yazılıb, rejissoru Cun Deyun(Jung Dae-yoon)dur. MBC üçün serialın istehsalçısı May Queen Pictures -dir. MBC -də 6 dekabr 2017-ci ildən 25 yanvar 2018-ci ilədək çərşənbə və cümə axşamı günləri 21: 55 -də (KST) 32 bölüm üçün yayımlandı.(hər bölüm 35 dəqiqə) Serial 22.09.2019–10.11.2019 tarixləri arasında hər həftəsonu — 17.00-da olmaqla (Azərb.saatı) Azərbaycan kanalı Dalğa TV-də yayımlanmışdır. Kim Minqyu (Kim Min-kyu) (Yu Sunho), digər insanlarla fiziki təmasa şiddətli alerjisi səbəbiylə lüks, lakin təcrid olunmuş bir həyat yaşayır. Hər hansı bir dəri ilə təmasda olduqda bədəninə sürətlə yayılan həddindən artıq həyati təhlükəli döküntülər əmələ gəlir. Ço Cia (Cho Ji-a) (Çe Su-bin) ixtiralarına əsaslanaraq biznes qurmağa çalışır. (xüsusən də iki şəbəkəli ürək şəkilli lampa). Minqyu, KM Financial-ın sədri və ən böyük səhmdarıdır. Səhmlərini 15 il əvvəl avtomobil qəzasında dünyasını dəyişən valideynlərindən miras aldı.
Chodenji Robo Combattler V
Chodenji Robo Combattler V (yap. 超電磁ロボ コン・バトラーV, azərb. Super Elektromaqnit Robot Döyüşçüsü V‎) — Tadao Naqahama tərəfindən yaradılmış yapon anime serialı.
Çodenji Robo Kombattler V
Chodenji Robo Combattler V (yap. 超電磁ロボ コン・バトラーV, azərb. Super Elektromaqnit Robot Döyüşçüsü V‎) — Tadao Naqahama tərəfindən yaradılmış yapon anime serialı. Ganba no Boken Samurai Champloo Wedding Peach Chōdenji Robo Combattler V — Internet Movie Database saytında.
Fobos
Fobos — Günəş sistemində Mars planetinin peykidir. Qeyri düzgün formalıdır (uzunluğu 26 km, eni 21 km). Mars ətrafına 7 saat 39 dəqiqəyə dolanır.
KOBOL
KOBOL (COmmon Business Oriented Language) – 1959-cu ildə, ABŞ-dəki kompüter istehsalçıları, xüsusi sektor və dövlət sektorundakı kompüter istifadəçilərindən ibarət yaranan bir qrup tərəfindən inkişaf etdirilmişdir. Kobol dilinin inkişaf etdirilməsində məqsəd informasiya mübadiləsində, analitik araşdırmalarda və biznes-əlavələrdə istifadə ediləcək daşına bilən bir proqramlaşdırma dili istifadə etməkdir. Kobol dili hələ də ABŞ-də bəzi proramistlər tərəfindən istifadə edilməkdədir. Kobol dilinin strukturu ingilis dilinə çox yaxındır. == Hello world == == Digər proqramlaşdırma dilləri == Ada Assembler Basic C C++ C# Fortran JAL Java LISP Objective-C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi == Ədəbiyyat == Роберт В Себеста, "Concepts of Programming Languages", 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Lolot
Lolot, və ya İstiot-lolot (latın dilində:Piper lolot) — İstiota oxşar bitki növlərindən biridir. Lolot ağ gülləri, hündürlüyü 45–60 sm olan bitkidir. Cənub-Şərqi Asiyada yetişdirilən Lolot bitkisinin vətəni Hind-Çin yarımadasıdır. Vyetnam, Laos, və şimal-şərqi Tailand sakinlərinin mətbəxlərində ət yeməklərinin hazırlanmasında lolot bitkisinin yarpaqlarından geniş istifadə olunur, həmçinin bu bitkinin yarpaqları ABŞ-də yaşayan Laos və Vyetnam icmaları üçün ixrac olunur Bundan başqa, lolot yarpaqlarından ilan sancması, soyuqlama, mədə qıcqırmaları zamanı müalicə, həmçinin kosmetika məqsədilə istifadə olunur.
Moböj
Moböj (fr. Maubeuge, nid. Mabuse/Malbode) — Fransanın şimal-şərqində, Belçika ilə sərhəddə şəhər. Sambr çayı sahilindədir. Nəqliyyatı qovşağı rolunu oynayır. Metal konstruksiyalar, boru, kabel, nəqliyyat maşınları, dəzgah istehsal olunur.
Orbit
Orbít (lat. orbita — yol, cığır) və ya Mədar — səma cisminin hərəkət trayektoriyası. Böyük obyektlərin qravitasiya təsiri altında orbit fərqli formalarda ola bilər (dairəvi, elliptik, hiperbolik, parabolik). Bundan əlavə bir neçə obyektin qravitasiya təsiri nəticəsində mürəkkəb formalı orbitləri də mövcuddur.
Qoboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Rabat
Rabat (ərəb. الرباط‎ — ar-Rabāṭ və ya ar-Ribāṭ, mənası "möhkəmləndirilmiş qəsr") — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri.
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Robert
Robert — dünyada çox işlədilən kişi adı. Robert Spreq — Frank Spreq və Harriet Spreqin oğlu Robert Boş — Alman ixtiraçı. Robert Bosch GmbH şirkətinin təsisçisi. Robert Bradtke — ABŞ diplomatı. ABŞ-nin Xorvatiyadakı səfiri Robert Ekhart — kinorejissor.
Roblox
Roblox — istifadəçilərin öz oyunlarını dizayn etmələrinə və digər istifadəçilər tərəfindən yaradılan oyunların oynamalarına imkan verən Kütləvi çoxsaylı onlayn for ro Tp d (MMOG) və oyun yaratma sistemidir. Platformada ənənəvi yarış və rol oynayan oyunlardan tutmuş simulyasiyalara və parkur oyunlarına qədər istifadəçilər tərəfindən yaradılan oyunlar və virtual aləmlər yerləşir. Oyunda "Robux" adlanan qəpiklərlə real pul qarşılığında alış-veriş edə bilərsiniz. 2023-cü ilin avqust ayından etibarən Roblox-un 1,739,543 aktiv istifadəçisi var. Roblox istifadəçilərinin oyun düzəltmə motoru olan Roblox Studio ilə istifadəçilər öz oyunlarını düzəltməsini təmin edən platformdur. Bu platform Lua programlama dili ilə kodlanaraq yaradılmıştır. Roblox Studio ilə bir oyun yaradan istifadəçi oyunlarına pul ilə alınabilən şeylər qoya bilər və oyuncularda ala bilər. Bu pul robux adlı bir oyun puludur və oyun yaradıcıları bu robux adlı pulu gerçək pul edə bilirlər. Amma pulun yarısı Robloxa, digər yarısı da oyunu yaradan insan arasında bölüşülür.
Rodos
Rodos (yun. Ρόδος) — Yunanıstana məxsus olan və ölkə paytaxtı Afinadan 270 dəniz mili aralıda, Egey dənizində yerləşən ada. Liman şəhərə malik olan adanın ərazisi 1398 km²-dir. Böyüklüyünə görə Rodos adası Yunanıstan adaları arasında 4-cü yeri tutur. Adanın əhalisinin sayı 125 000 nəfərdir. Rodosun iqlimi Aralıq dənizi hövzəsi iqliminə uyğun olaraq mülayimdir. İlin 300 günü günəşli olur. Adanın uzunluğu 78 km, eni isə 38 km-dir. Sahillərini qərbdən Egey dənizinin, şərqdən Aralıq dənizinin suları yuyur. Egey dənizinin yuduğu sahil ərazilərdə bitki örtüyü daha zəngindir.
Rodost
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Rosto
Rosto 500 gr qıyma 1 ədəd soğan 5–6 cəfəri 3 dilim çörək içi 1 ədəd yumurta 2 yemək qaşığı qırmızı şərab Duz, qara bibər Sous üçün : 1 yemək qaşığı ərinmiş şit yağı 1 ədəd soğan 2 diş sarımsaq 3–4 ədəd pomidor Yarım su stəkanı ət suyu 5–6 cəfəri Duz, qara bibər Soğan və cəfərini nazik-nazik doğrayın, çörək içini didin. Yumurtaları kiçik bir kasaya çırpıb yaxşıca qarışdırın. Qıyma, soğan, cəfəri, çörək içi, yumurta, qırmızı şərab, duz və qara bibəri yaxşıca qarışdırıb, yoğurun. Yastı bir tavanın dibini yağlı kağızla örtün. Qıymalı qarışığı tavaya tökün, 180 dərəcədə 1 saat 15 dəqiqə bişirin. Sousu hazırlamaq üçün ; 1 yemək qaşığı ərinmiş şit yağını qazanda qızdırın. Soğan və sarımsaqları çox incə doğrayıb yağda qovurun. Dilimlənmiş pomidor, ət suyu, cəfəri, duz və qara bibəri əlavə edib qarışdıraraq qızardın. Arada atəşi azaldın və qarışdıraraq 15 dəqiqə daha bişirin. Peçdən çıxarandan sonra hazırladığınızi dərin qaba tərs çevirərək qoyun.
Rotor
Rotor (latınca rotare - dönmək) — val tipli fırlanan maşın hissəsi olub tətbiq sahəsindən asılı olaraq müəyyən funksiyanı yerinə yetirir. Elektrik mühərriklərində üzərində məftildən ibarət dolaq olan val, vertolyotlarda uc hissəsində pərlər bərkidilmiş val buna misaldır. Avtomatik axın xətlərində də işçi rotor adlanan mexanizm emal olunan hissələrin bir mövqedən başqasına aparmağa xidmət edir. İşçi rotor sərt sistem olub, üzərində müxtəlif elementlər (ştoklar,tutqaclar) bərkidilmiş valdan ibarətdir. Bu elementlərin hərəkəti ya mexaniki, ya da hidravlik yerinə yetirilir.
Rovon
Rovon (fr. Rovon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38345. Kommunanın 2012-ci il üçün əhalisi 599 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 172 ilə 1471 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 21 km şimal-qərbdə yerləşir.
Rəbət
Rəbət (fars. ربط‎‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,987 nəfər və 1,607 ailədən ibarət idi.