Kiberzorbalıq
Kiberzorakılıq (ing. Cyberbullying) — rəqəmsal texnologiyaların istifadəsindən əmələ gələ bilən zorakılıq növüdür. Bu, sosial mediada, mesajlaşma platformalarında, oyun platformalarında və mobil telefonlarda baş verə bilər. Bu, hədəfə alınanları qorxutmaq, qəzəbləndirmək, təqib etmək və ya utandırmaq məqsədi daşıyan və təkrarlanan davranışdır. Hər hansı bir zorakılığın, o cümlədən kiberzorbalığın qurbanı olan insanların ədalət və cinayətkarın məsuliyyətə cəlb etmək hüququ vardır. Kiberzorbalıqla bağlı xüsusi qanunları olan ölkələrdə, qəsdən ciddi emosional sıxıntıya səbəb olan onlayn davranış cinayətkarlıq kimi təsnif olunur. Bu ölkələrin bəzilərində kiberzorbalıq qurbanları müdafiə üçün müraciət edə, müəyyən bir şəxslə ünsiyyəti qadağan edə və həmin şəxsin kiberzorbalıq məqsədilə istifadə etdiyi elektron cihazlardan müvəqqəti və ya daimi istifadəsini məhdudlaşdıra bilər.
Kiberzorbalıq onlayn mühitdə şəxslər arasında təhqir, nifrət və ya təzyiqin ifadəsi kimi təsvir olunur. Bu, elektron poçt, sosial şəbəkələr, forumlar və sair onlayn platformalar vasitəsilə edilir.
Sosial Şəbəkə Təzyiqi
Şəxslər arasında sosial şəbəkələrdə, məsələn, Facebook, Instagram, Twitter kimi platformalarda, təzyiq və təhqiramiz ifadələr.