Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gojira
Gojira — 1996-cı ildə yaranmış death metal qrupudur. Qrup 2001-ci ilə qədər Godzilla adı ilə tanınıb. Qrupun tərkibi: vokalist və gitarist Co Dyuplante, onun qardaşı barabanda Mario Dyuplante, gitarist Kristian Andreu və bas gitarist Jan Mİşel Labadi'dən ibarətdir. İlk yarandığından bəri qrupun heyətində heç bir dəyişiklik olmamışdır. Və bu heyət ilə qrup, 5 studiya albomu, iki konsert albomu, bir sinql və iki DVD albom yayımlamışdır. Qrup öz mahnı sözlərində ətraf mühitin problemlərini işıqlandırmaqla məşhurdur. Qrup 1997-ci ildə "Possessed" adlı ilk demo albomunu çıxardır. 1999-cu ilin sentyabr ayında Cannibal Corpse, Edge of Sanity, Impaled Nazarene və Immortal qrupları ilə çıxdıqları turdan sonra qrup adını dəyişməyi qərara aldı. Qrup adını Godzilla'nın romaji dilindəki tələffüzü kimi Gojira olaraq dəyişdirdi. 2001-ci ildə çıxan debut albomları "Terra Incognita", artıq yeni ad altında çıxmışdı.
Rojava
Şimali və Şərqi Suriya Muxtar İdarəsi (AANES) və ya Rojava — Suriyanın şimal-şərqində de-fakto muxtar vilayət. Əfrin, Cəzirə, Fərat, Rəqqə, Təbqa, Mənbic və Deyr əz-Zövr ərazilərində özünüidarə edən bölgələrdən ibarətdir. Region 2012-ci ildə davam edən Rojava münaqişəsi və daha geniş Suriyada vətəndaş müharibəsi kontekstində de-fakto muxtariyyət qazanmışdır. Rəsmi hərbi qüvvəsi olan Suriya Demokratik Qüvvələri (SDQ) bu münaqişələrdə iştirak edir. Xarici əlaqələr quran Rojava Suriya hökuməti, ümumiyyətlə hər hansı bir dövlət və ya təşkilat tərəfindən rəsmi səviyyədə muxtar olaraq tanınmır. AANES digər partiyalar və təşkilatlarla dialoqlarda universal demokratik, davamlı, muxtar plüralist, bərabər və feminist siyasətlərinə görə geniş şəkildə dəstəklənir. Suriyanın şimal-şərqi polietnikdir. Burada böyük etnik kürd, ərəb və aysor əhalisi, o cümlədən nisbətən daha kiçik türkman, erməni, adıq və yezidi icmaları yaşayır. Region idarəsinin tərəfdarları onun rəsmi olaraq sekulyar bir muxtariyyət olduğunu bildirirlər. Onlara görə, Rojava mərkəzsizliyi, gender bərabərliyini, ekologiyanın qorunmasını, sosial ekologiyanı və dini, mədəni və siyasi müxtəlifliyə qarşı plüralist tolerantlığı təbliğ edən anarxist, feminist və libertarian sosialist ideologiyaya əsaslanan birbaşa demokratik ambisiyalara malikdir.
Raisa
Raisa — qadın adı. Raisa Atambayeva — Qırğızıstan Respublikasının birinci xanımı. Raisa Kudaşeva — Sovet şairi və yazıçısı. Raisa İsmayılova — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). Raisa Əhmədova — çeçen xalq şairəsi. Raisa Nedaşkovskaya — Ukrayna aktrisası. Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi.
Acaena rorida
Acaena rorida (lat. Acaena rorida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Boschniakia rossia
Romina Pauer
Romina Pauer (2 oktyabr 1951[…], Los-Anceles, Kaliforniya) — dünyaca məşhur ABŞ-italyan müğənni, aktrisa və rəssamı,aparıcı. Romina Pauer 2 oktyabr 1951-ci ildə Hollivudda zəngin ailədə doğulub. Onun atası məşhur Hollivud aktyoru Tayron Pauer, anası isə aktrisa Linda Kristian idi. Romina uşaqlıqdan qeyri-adi vokal istedadı olan çox gözəl bir qız idi.[kimə görə?] Onu şahzadə kimi böyütmüş, hər istəyini yerinə yetirmişdilər. Anası inanırdı ki, Romina aktrisa olacaq və onun özünə müyəssər olmayan bir karyera quracaq. 1956-cı ildə valideynləri boşandıqdan sonra, o və kiçik bacısı Taryn anası ilə müxtəlif yerlərdə, əsasən Meksikada və İtaliyada yaşayırdı, Romina Pauer ilk təhsilini İngiltərədəki kollecini bitirir. Musiqiyə marağı 1950-ci illərdən etibarən Amerikalı musiqiçilərə, 1960-cı illərdən Meksikanın Mariachi qruplarına və İtalyan musiqilərini daha çox sevən Romina Paueri Pauer Beatles və Bob Dylan'ı kəşf etdi və Doğum günü hədiyyəsi olaraq bir gitara hədiyyə etdilər, Romina həmin gitaranı öyrədikdən sonra məhz ilk mahnılarınıda həmin gitarada yazdı.O, 14 yaşından etibarən əsasən italyan dilində bir neçə filmdə, o cümlədən 1968-ci ildə Marquis de Sade'nin eyniadlı romanı əsasında çəkilən rejissor İsa Frankonun "Justine" filimdə Justine obrazı ona daha çox uğur gətirdi.1960-cı illərdəki filmlərdə çıxış edən müğənni və aktrisa Romina Pauer Al Bano Karrizi ilə tanış oldu.1970-ci ildə təkcə İtaliya üçün deyil, bütün dünya üçün ən gözəl və istedadlı cütlük olan Al Bano Karrizi ilə Romina Pauer evlənirlər. Romina Pauer iki qızını təklkdə böyüdən və bütün kişilərə nifrət edən anasının təsiri altına düşməməyi bacarır,Amerika stereotiplərindən də imtina etməyi və qadının tamamilə ərinə, ailə başçısına tabe olduğu möhkəm katolik ailəsi qura bilir. Və İtaliyada Rominanı "özümüzünkü" adlandıraraq ona çəp baxmaqdan əl çəkirlər. Axı onlar ideal cütlük idilər.Xanım şeirlər yazır, əri isə mahnı bəstələyirdi.1975-ci ildə onlar İtaliya, Almaniya, Avstriya, İspaniya, Fransa, Yunanıstan, Latın Amerikası, Şərqi Avropa və SSRİ-də tanındılar və sevildilər , müxtəlif dillərdə bir çox albomları çıxdı.Onların ən böyük hitləri "Felicità", "Sharazan", "Tu soltanto tu", "Ci sarà", "Sempre sempre" və "Libertà" mahıları oldu.Romina Puaer və həyat yoldaşının musiqilərinin motivləri əsasında 7 film çəkilib.Filmlərin əksəriyyərində o, və əri baş rollarda çəkilib.1970-ci ildə onların ilk övladları – qızları İleniya, üç ildən sonra oğlu Yari, sonra qızları Kristel və sonbeşikləri Romina dünyaya gəlir.
Rozika Şvimmer
Rozika Şvimmer (tam adı: Rozika Şvimmer, mac. Rosika "Rózsa" Bédy-Schwimmer; 11 sentyabr 1877, Budapeşt – 3 avqust 1948, Nyu-York, Nyu-York ştatı) — macar pasifist, feminist və qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə aparan şəxs. O, ilk dünya federalistlərindən və dünyada ilk qadın səfirlərdən biridir. 1918-ci ildə Macarıstanın İsveçrədə səfiri olmuşdur. Rozika Şvimmer Avstriya-Macarıstanın Budapeşt şəhərində yəhudi ailəsində anadan olmuşdur. O, musiqi və xarici dillər üzrə təhsil almağa başlasa da, 1896-cı ildə ailəsinin maliyyə vəziyyəti pisləşdiyindən mühasib işləməyə başlamışdır. 1897-ci ildə Macar Qadın Katibləri Assosiasiyasını yaratmış, 1904-cü ildə isə Evgeniya Mişkolçi Meller kimi digər görkəmli feministlərlə birlikdə Macar Feminist Assosiasiyasının (mac. Feministák Egyesülete (FE)) əsasını qoymuşdur. O, Macar Milli Qadınlar Şurasının yaradılmasına yardım etmiş və Macarıstan Sülh Cəmiyyətində idarə heyətinin üzvü olmuşdur. 1909-cu ildə Daxili İşlər naziri onu uşaq rifahı üzrə idarə heyətinə təyin etdi.
Salix rorida
Salix rorida (lat. Salix rorida) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix rorida f. pendula Kimura Salix rorida f.
Typhlodromalus rosica
Asayiş (Rojava)
Daxili Təhlükəsizlik Qüvvələri və ya Asayiş — Rojava muxtar regionlarının polis qüvvəsi. Suriyada vətəndaş müharibəsinin ilkin mərhələlərində formalaşan "Asayiş" ilk növbədə Kürd Ali Komitəsinin nəzarətində olan əraziləri polis üçün yaradılmışdı. 2013-cü ilin oktyabrında "Asayiş"in 4,000 üzvü olduğunu iddia edilmişdir. 2017-ci ilə qədər bu rəqəmin 15,000-dən çox olduğu bildirilir. == Tərkibi == "Asayiş" polisinin 15,000-ə yaxın şəxsi heyəti olduğunu iddia edilmişdir. Cəzirə regionunda 10,000, Əfrin regionunda 3,000 və Fərat regionunda 2,000 nəfərdir. Etnik cəhətdən kürdlər "Asayiş"də üstünlük təşkil edir, baxmayaraq ki, Cəzirə regionunda aktiv personalın yarısı ərəbdir, 300-ə yaxın türkman də əsasən Təl-Əbyəzdə hərbi xidmətə cəlb olunmuşdur. "Asayiş"in təxminən 30%-ni qadınlar təşkil edir. Qüvvə üzvlərinə aylıq 120 dollar maaş verilir. == Təlim == "Asayiş" üzvlərinə silahdan istifadə etməklə yanaşı, "vasitəçilik, etika, Kürdüstan tarixi, imperializm, xalq mədəniyyətinin apardığı psixoloji müharibə və təhsilin və özünütənqidin əhəmiyyəti" mövzusunda da təlimlər keçirilir.
Rojava münaqişəsi
Rojava münaqişəsi və ya Rojava inqilabı — Suriyanın şimalında baş verən siyasi çevriliş və hərbi münaqişə. 2011-ci ildə başlayan Suriyada vətəndaş müharibəsi zamanı Demokratik Birlik Partiyasının rəhbərlik etdiyi kürdlərin çoxluq təşkil etdiyi koalisiya, eləcə də bəzi digər kürd, ərəb, aysor və türkmən qrupları de-fakto muxtar regionun yaradılması üçün yeni konstitusiya yaratmağa cəhd göstərmişdilər, hərbi qanadlar və müttəfiq milislər regiona nəzarəti saxlamaq üçün mübarizə aparmışdılar. Bu, 2016-cı ildə Şimali və Şərqi Suriyanın Muxtar Administrasiyasının (ŞŞSMA) yaradılmasına səbəb olmuşdur ŞŞSMA-nın tərəfdarları bildirirlər ki, hadisələr həm döyüş meydanında, həm də yeni formalaşmış siyasi sistemdə qadınların oynadığı mühüm rola malik sosial inqilab, həmçinin libertarian sosializmin bir forması olan, desentralizasiya, gender bərabərliyi və birbaşa demokratiya vasitəsilə yerli idarəetmə ehtiyacının ödənilməsini tələb edən demokratik konfederalizmin həyata keçirilməsidir.
Rosa
İtburnu (lat. Rosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin 300 növündən Azərbaycanda 42 növünə rast gəlinir ki, bunların 36-sı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır. Təbiətdə bitkinin əksər zoğları sarımtıl-yaşıl rəngdədir. Birilliklərdə isə silindir şəkillidir və sarımtıl tikanlıdır. Bitkinin yarpaqları 3-5 cüt yarpaqcıqdan ibarət olub yarpaqcığın üst tərəfi yaşıl tüklü, alt tərəfi isə boz tüklüdür. Yarpaqcıqları enli, qaidəsi ürəkvarı, ucu isə əyilmiş sivridir. Yarpaqcıqların uzunluğu 12-15 sm, eni isə 7-10 sm arasında olur.
Raisa Atambayeva
Raisa Atambayeva (qırğ. Раиса Атамбаева; d. RSFSR, SSRİ) — Qırğızıstan Respublikasının birinci xanımı. Tibb elmləri namizədi. Raisa Minəhmədova Rusiya Federasiyasının Ural bölgəsi ərazisində dünyaya gəlmişdir. Milliyyətcə tatar olan Raisanın valideynləri sonradan Qırğızıstana köçərək orada məskunlaşıblar. Raisa xanım Oş şəhərində yerləşən Lomonosov adına orta məktəbi bitirmişdir. Orta təhsili başa vurduqdan sonra o, Qırğızıstan Dövlət Tibb Universitetinə daxil olmuş və oranı bitirmişdir. Tibb elmləri namizədidir. Ali həkimlik dərəcəsinə malik olmasına baxmayaraq, heç bir yerdə işləmir və evdar xanımdır.
Raisa Kudaşeva
Raisa Adamovna Kudaşeva (3 (15) avqust 1878 və ya 15 avqust 1878, Moskva – 4 noyabr 1964, Moskva) — Sovet şairi və yazıçısı. Məşhur "В лесу родилась ёлочка" Yeni il mahnısının sözlərinin müəllifidir. Litvanın Gedroyts sülaləsinin zadəgan ailəsində anadan olub. Atası - Adam Gedroyts, məsləhətçi rütbəsinə yüksəlmiş Moskva Poçt İdarəsinin rəsmisi olub. Həyatı haqqında az şey məlumdur. M. B. Pussel qadın gimnaziyasını bitirib. Qohumlarının dediyinə görə pedaqoji bacarığa sahib idi. Müəllim olaraq da, Sovet dövründə isə bir neçə onilliklər ərzində kitabxanaçı kimi də işləyib. Moskvada Pyatnitskoye qəbiristanlığının 11-ci hissənin ikinci məhəlləsində dəfn edilib. Uşaqlıqdan şeir yazırdı.
Raisa Nedaşkovskaya
Raisa Nedaşkovskaya (17 fevral 1943) — Ukrayna aktrisası. O, 1943-cü il fevralın 17-də Ukraynanın Malin şəhərində anadan olmuşdur. Uşaqlıqdan rəqslə məşğul olmuş, xoreoqrafik ansamblın solisti olmuşdur. 1960-cı ildə Viktor İvçenkonun "Meşə mahnısı" filmində Mavka rolunu ifa etmişdir. 1965-ci ildə Kiyev Teatr İnstitutunu bitirmiş və A.Dovjenko adına Kiyev kinostudiyasının aktrisası olmuşdur. Onun ən yaxşı işlərindən biri "Telefonçu qız" filmində baş rolun ifası olmuşdur.
Raisa Sarbi
Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi. 1998-1999-cu illərdə DGTYB-nin katibi olmuşdur. Çuvaşıstanın əməkdar incəsənət xadimidir.
Raisa İsmayılova
Raisa Hüseyn qızı İsmayılova (5 noyabr 1939, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). Raisa Hüseyn qızı İsmayılova 5 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmiş, 1958–1960-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində təhsilini davam etdirmişdir. Raisa İsmayılova 1957-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış etməyə başlamışdır. Burada o, Məhmənə Banu ("Məhəbbət əfsanəsi"), Frigiya ("Spartak"), Odetta-Odilliya ("Qu gölü"), Gözəllər gözəli ("Yeddi gözəl") kimi partiyaları canlandırmışdır. 1970–1979-cu illərdə Raisa İsmayılova Moskvadakı Böyük Teatrda fəaliyyətini davam etdirmişdir. Boyarınya ("İvan Qroznı"), ikinci həyat yoldaşı ("Baxçasaray fontanı"), tacirə ("Daş çiçək"), saray rəqqasəsi ("Məhəbbət əfsanəsi") partiyalarını və ispan ("Don Kixot"), macar, ispan ("Qu gölü") rəqslərini ifa etmişdir. Raisa İsmayılova 7 iyul 1967-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülmüş və 21 may 1970-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir.
Raisa Əhmədova
Raisa Soltanmuradovna Əhmədova (çeçencə:Раиса Солтамурадовна Ахматова, 30 dekabr 1928, Qroznı, RSFSR, SSRİ – 29 yanvar 1992, Qroznı) — çeçen xalq şairəsi. Əhmədovanın şerləri dünya miqyasında etnik çeçenlər və inquşlar arasında məşhur olmuşdur. Ancaq rus qüvvələri Birinci Çeçen müharibəsi zamanı Çeçen Milli Arxivlərini yandırıdğı zaman bütün arxivi (600-dən çox material daxildir) yox edilmişdir. Əhmədova Native Republic (1958), Strike me in the Face, Wind (1959), Im coming to You (1960), Difficult Love (1963) ve Revelation (1964) şer topluları ilə məşhurlaşmışdır. 13 dekabr 1928-ci ildə işçi sinfinə aid ailənin övladı olaraq dünyaya gəlmişdir. 1943-cü ildə Qroznı Pedoqoji Məktəbindən məzul olmuşdur. 1946-cı ildən 1956-cı ilə qədər ailəsi ilə birlikdə sürgündə olmuşdur. Bu sürgün zamanı bütün çeçen xalqı Stalin rejimi tərəfindən sürgünə məruz qalmışdı. Sürgündə olduğu Qazaxıstanda məktəb müəllimi kimi çalışmışmağa başlamışdır. 1958-ci ildə - sürgündən geri qayıtdıqdan sonra Ədəbiyyat İnistitutunda Ali Ədəbiyyat Kurslarına qəbul olmuşdur.
Rojas Acosta
Nikolas Rojas Akosta (isp. Nicolás Rojas Acosta; 10 sentyabr 1873 – 17 aprel 1947) — Argentina botaniki. Nikolas Rojas Akosta toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. Rojas Acosta, N. 1918. Addenda ad floram regionis Chaco Australis (pars secunda). Bull. Acad. Int. Géogr. Bot.
Rojda Demirer
Rojda Demirer — Türkiyə kino və teatr aktrisası. Rojda Demirer 12 avqust 1980-ci ildə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində anadan olmuşdur.
Roosa Kanerva
Raisa Belyaeva
Raisa Vasilyevna Belyayeva (rus. Раиса Васильевна Беляева; 25 dekabr 1912, Kirov – 19 iyul 1943, Voronej) — ilk rus qadın qırıcı pilotlarından biri. Lidiya Litvyak ilə birlikdə döyüşmüş və üçə qədər hava qələbəsi qazanmışdır. Belyaeva 1943-cü ildə naməlum səbəblərdən döyüşdə həlak olub. Belyayeva Kirovdakı dabbağlar üçün texniki institutda oxuyub. O məktəbi bitirdikdən sonra köhnə dostu, Leninqradda uçuş təlimatçısı olan Olqa Yamşikovadan ona uçmağı öyrətməsini xahiş etmişdir. Belyayeva müharibədən əvvəl yüzlərlə paraşütçüyə təlimat vermişdir. O, həmçinin Moskva yaxınlığındakı Tuşino aerodromunda təşkil olunmuş bir çox aviaşoularda iştirak edib. Belyayeva Stalinqrad döyüşündə iştirak etmiş və Nikita Xruşşovun müşayiətçi pilotu kimi uşmuşdur. O, 19 iyul 1943-cü ildə baş vermiş qəzada həlak olub.
Raisa Vasilyeva
Raisa Nikonovna Vasilyeva (rus. Раиса Никоновна Васильева; 15 oktyabr 1948, Smatay[d]) — sovet və rus müğənni, aktrisası. RSFSR xalq artisti (1983). Raisa Vasilyeva 1948-ci il oktyabrın 15-də Sovet Litvasının Smatay kəndində adi fəhlə ailəsində anadan olub. Valideynləri Nikon Vasilyev və Anisiya Fedyuşkina idi. İlk musiqi çıxışları məktəbdə olub və 1968-ci ildən Jonava şəhərinin bölgəsindəki yerli klublarda oxumağa başlayıb. Onun ilk əlamətdar çıxışı 1969-cu ildə Moskvada müharibə müxbirlərinin görüşündə oldu, burada Vasilyeva ilk dəfə Sovet mədəniyyət naziri Yekaterina Furtseva tərəfindən görüldü. Furtseva Vasilyevaya studiyada ilk albomlarını yazmağa icazə verdi və o, ilk hitini — "Tekstilni Gorodok" yazdı. O dövrdə Raisa Vasilyevanın mahnıları gənclər, o cümlədən komsomolçular və BAM inşaatçıları arasında məşhur idi. 1973-cü ildə Vasilyeva Karel MSSR-in əməkdar artisti oldu.
Torre Rossa
Torre Rossa (it. Torre Rossa; hərf. Qırmızı qüllə) — İtaliyanın Asti şəhərində yerləşən romanesk qüllə. Təxminən 24 metr (79 ft) hündürlüyündə və 16 tərəfli çoxbucaqlı şəklindədir. == Tarixi == Qüllə Asti şəhərində yerləşən ən qədim tikililərdən biridir. Onun tikintisi müxtəlif dövrləri əhatə etmişdir: qırmızı hissə e.ə. I əsrdə, ən yüksək hissəsi isə XI əsrdə tufdan tikilmişdir. Bu, Roma dövrünə aid iki şəhər qapısı qülləsindən biri idi. Xristian müqəddəsi Astili Sekundun burada həbs olunduğu və 30 mart 119-cu ildə başının kəsildiyi güman edilir. XII əsrdə qüllə qonşu kilsənin zəng qülləsinə çevrilmişdir və bu funksiyanı bu günə qədər qoruyub saxlayır. Qüllənin zirzəmisi sabitliyi artırmaq üçün doldurulmuş və divarlarla örtülmüşdür.
Ojisan and Marshmallow
Ojisan and Marshmallow və ya Yaponiyada tanınan adı ilə Ojisan to Marshmallow (おじさんとマシュマロ, Ojisan to Mashumaro, azərb. Dayı və marşmellou‎) – Rekomaru Otoy tərəfindən yazılan və çəkilən manqa seriyası. Pixiv vasitəsilə onlayn şəkildə yayımlanır və indiyə qədər 20 milyon baxış əldə etmişdir. Daha sonra Ichijinsha tərəfindən 4 tankobon cildi buraxılmışdır. Creators in Pack tərəfindən 12 seriyalıq anime serialı çəkilmiş və 7 yanvardan 25 mart 2016-cı ilə kimi yayımlanmışdır. Habahiro Hiqe qırxa yaxın yaşı olan veb-şirkət işçisidir. Tabekko marşmelloularını çox sevir. Onun əməkdaşı İori Vakabayaşi tez-tez onu bu barədə əsəbləşdirir, onun qarşısında yeyir və mağazadan bütün marşmellouları alır. Dost olmalarına baxmayaraq əslində İorinin Habahirodan xoşu gəlir, onunla romantik əlaqələrinin olmasını arzulayır, onun diqqətini çəkmək istəyir. Habahiro isə onun nə etmək istədiyindən xəbərsizdir.