Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rozid
Rozidlər (lat. Rosidae) — i̇kiləpəlilər sinfinə aid bitki yarımsinfi.
Razlıq (Sərab)
Razlıq (fars. رازليق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,656 nəfər yaşayır (463 ailə).
Boris Lvoviç Rozinq
Boris Lvoviç Rozinq (Boris Lvovich Rosing); (23 aprel (5 may) 1869, Sankt-Peterburq – 20 aprel 1933, Arxangelsk) Rusiyanın alimi və televiziya sahəsində ixtiraçı == Həyatı == Boris Lvoviç Rozinq 23 aprel (5 may) 1869-cu ildə Sankt-Peterburqda anadandan olmuşdur. Boris 1879–1887-ci illərdə Sankt-Peterburqun Vvdensky gimnaziyasında təhsil almış, oranı qızıl medal ilə bitirmişdir. == Fəaliyyəti == Boris Lvoviç Rozinq 30 oktyabr 1907-ci ildə rus fiziki Boris Lvoviç Rozinq "Təsvirlərin məsafəyə elektrik vasitəsilə ötürülmə üsulu"na, yəni televiziyaya patent almışdır. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Əsbgəran (Razlıq dehistanı)
Əsbgəran (fars. اسبقران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (53 ailə).
Rapa Rozi
Rapa Rozi (rum. "red ravine - qırmızı yarğan) — Rumıniya ərazisində milli park. Təbiət abidələri qorunan milli park ölkənin Alba judetsində yerləşir. Geoloji və flora qoruğu olan Rapa Rozi Sekaşelor yaylasının cənub-qərb ucqarında, Secas çayının sağ sahilindədir. Sebeş şəhəri qoruq ərazisindən 4 km cənubdadır. Sahəsi 24 hektar olan milli park III qorunan ərazilər kateqoriyasına daxildir. Eroziya və səth axınları nəticəsində bölgədə şiş qayalı relyef formaları meydana gəlmişdir. Qayalı ərazilərin sahəsi 10 hektardır. Rapa Rozi qoruğunun yerləşdiyi yüksəkliyin uzunluğu 800 metrdir. Qoruq ərazisinin hündürlüyü 50-125 metr arasında dəyişir.
Rozi Alfaro
Mariya del Rosio "Rozi" Alfaro (ing. Maria del Rosio "Rosie" Alfaro; d. ABŞ, Kaliforniya, Anahaym, 12 oktyabr 1971-ci il) — Kaliforniya ştatının Anahaym şəhərində 1990-cı ildə 9 yaşlı Otem Vollesin öldürülməsində günahkar hesab edilən amerikalı qadın. O, hal-hazırda ölüm cərgəsindədir. Rozi Alfaro Kaliforniya ştatının Anahaym şəhərində böyüyüb. O, 13 yaşında narkoman, 14 yaşında fahişə, 15 yaşında tək ana, 18 yaşında 4 uşaq anası və həmçinin, 18 yaşında qatıl oldu. O, Kaliforniyanın Orinc qraflığında 20 yaşında ölüm cəzasını almış ilk qadın kimi məşhurdur. 15 iyun 1990-cı ildə Kaliforniya ştatının Anahaym şəhərində yaşayan 9 yaşlı Otem Volles evdə anasının və böyük bacısının işdən evə qayıtmasını gözləyirdi. Alfaro Volles Otemin ailəsini çox yaxşı tanıyırdı və böyük qızlarından biri ilə dost idi. O, onların evdə olmadığını bilib satmaq üçün evdən əşyalar oğurlaya biləcəyini düşündü.
Çəkicvuran Rozi
Çəkicvuran Rozi (ing. Rosie the Riveter) — ABŞ-də İkinci dünya müharibəsi dövrünün əməkçi qadın simvolu. Əsasən feminizm və qadınların iqtisadi gücünün bir simvolu olaraq istifadə edilir. İkinci dünya müharibəsi dövründə ABŞ-də milyonlarla qadın Avropada hərbi əməliyyatların gedişini təmin etmək üçün işçi qüvvəsi sıralarına qoşuldu. Bunun əsas səbəbi işçi qüvvəsinin mühüm hissəsini təşkil edən kişilərin müharibəyə getməsi ilə bağlı idi. 1940-1945-ci illər arasında ABŞ-də qadınlar əmək bazarında işçi qüvvəsinin 37 faizini təşkil edirdi və hər dörd ailəli qadından biri işləyirdi. Qadınlar hərbi sənaye sahəsi də daxil olmaqla bütün istehsal sahələrində təmsil olunmuşdu. Altı milyondan çox amerikalı qadın təyyarə, bomba, tank və digər hərbi texnikanın hazırlanmasında iştirak edərək müttəfiq qüvvələrin İkinci dünya müharibəsində qələbəsinə böyük töhfə vermişdir. Eyni zamanda, ABŞ hökuməti həmin dövrdə qadınların əmək bazarına cəlb edilməsi üçün kampaniya başlatmışdı. Bu kampaniyanın qəhrəmanı "Çəkicvuran Rozi" idi.
Vilhelm Frits fon Roytiq
Vilhelm Frits fon Roytiq (25 iyul 1888 – 10 sentyabr 1939) — Polşa istilasında iştirak edən Waffen-SS generalı idi. İkinci Dünya müharibəsində öldürülən ilk Alman general idi. Von Roettig Generalmajor der Ordnungspolizei və SS-Brigerführer rütbələrinə sahib idi. Von Roettig Polşanın Opoczno qəsəbəsi yaxınlığında, 10 sentyabr 1939-cu il, saat 14:15-də öldürülmüşdür. Onun maşını ağır pulemyotlarla təchiz olunmuş Polşa qoşunları tərəfindən tutulanda öldürülmüşdür. Von Roettig daha sonra başından vurulmuşdur. Von Roettigdən sonra dünyasını dəyişən növbəti general, sentyabrın 16-da vəfat etmiş Polşa generalı Józef Kustroń idi. Sonra öləcək növbəti Alman generalı 22 sentyabrda öldürülən Werner von Fritsch oldu. Onun xatirəsinə abidə olaraq, Polşanın Almaniyanın işğalı zamanında paytaxt Varşavanın Praqa bölgəsində bir küçə seçildi.
Lüdviq Şverin fon Kroziq
İohann Lüdviq (Luts) Şverin fon Kroziq (alm. Johann Ludwig (Lutz) Schwerin von Krosigk‎; 22 avqust 1887[…] – 4 mart 1977, Essen, Şimali Reyn-Vestfaliya) — alman siyasətçi və dövlət xadimi, təhsili üzrə hüquqşünas, 1932-1945-ci illərdə Almaniyanın maliyyə naziri. Adolf Hitlerin intiharından sonra qross-admiral Karl Dönits ilə birlikdə "Flensburq hökuməti" formalaşdırmış və 23 may 1945-ci ildə bu hökumət ləğv olunana qədər baş nazir və xarici işlər naziri vəzifələrində çalışmışdır.