Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lesnoy
Lesnoy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Rossoş
Rossoş — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Rostok
Rostok Almaniyanın şimal-şərqində yerləşən Meklenburq-Ön Pomeraniya əyalətində yerləşən ən böyük şəhərdir. Şəhərin əhalisi 200.000 nəfərə yaxındır. Almaniya Demokratik Respublikası dağılmazdan öncə şəhərin əhalisi 260.000 nəfərdən çox olsa da, Almaniyanın birləşməsindən sonra əhalinin bir çoxu işsizlik və aşağı həyat səviyyəsi səbəbi ilə Almaniyanın qərb əyalətlərinə köç edib. Rostok şəhəri Baltik dənizi sahilində yerləşir və hər il buraya çoxlu sayda turist gəlir. Varnov çayı şəhərin ortasından axaraq şəhəri iki yerə bölür. Şəhərin ən sıx infrastruktur olan bölgəsi çayın qərb sahilində yerləşir. Şəhərin ən sıx əhali olan bölgələri şəhərin qərbi və cənub-qərbindədir. Rostok şəhəri liman şəhəri olaraq tanınmaqdadır və şəhərin beynəlxalq limanı şəhərin şərqində yerləşir. Bundan başqa Rostokda Avropanın ən qədim universitetlərindən biri olan Rostok Universiteti yerləşir. 11-ci əsrdə Polabiya slavyanları Varnov çayı sahilində Roztok adlı yaşayış məskəninin əsasını qoyublar, şəhərin Rostok adı da buradan qaynaqlanır.
Rostov
Rostov — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir.
Rosto
Rosto 500 gr qıyma 1 ədəd soğan 5–6 cəfəri 3 dilim çörək içi 1 ədəd yumurta 2 yemək qaşığı qırmızı şərab Duz, qara bibər Sous üçün : 1 yemək qaşığı ərinmiş şit yağı 1 ədəd soğan 2 diş sarımsaq 3–4 ədəd pomidor Yarım su stəkanı ət suyu 5–6 cəfəri Duz, qara bibər Soğan və cəfərini nazik-nazik doğrayın, çörək içini didin. Yumurtaları kiçik bir kasaya çırpıb yaxşıca qarışdırın. Qıyma, soğan, cəfəri, çörək içi, yumurta, qırmızı şərab, duz və qara bibəri yaxşıca qarışdırıb, yoğurun. Yastı bir tavanın dibini yağlı kağızla örtün. Qıymalı qarışığı tavaya tökün, 180 dərəcədə 1 saat 15 dəqiqə bişirin. Sousu hazırlamaq üçün ; 1 yemək qaşığı ərinmiş şit yağını qazanda qızdırın. Soğan və sarımsaqları çox incə doğrayıb yağda qovurun. Dilimlənmiş pomidor, ət suyu, cəfəri, duz və qara bibəri əlavə edib qarışdıraraq qızardın. Arada atəşi azaldın və qarışdıraraq 15 dəqiqə daha bişirin. Peçdən çıxarandan sonra hazırladığınızi dərin qaba tərs çevirərək qoyun.
Rovno
Rovno və ya Rivne, (ukr. Рівне, Riwne) — Ukraynada, Rovno vilayətinin mərkəzi şəhəri. Ustye çayının sahilində yerləşir. Yaroslav Yevdokimov (Євдокимов Ярослав Олександрович (uk.) — müğənni, bariton. Gród Rovno, Ukrayna 22.11.1946.
Tosno
Tosno (rus. Тосно) — Rusiyada şəhər. Leninqrad vilayətinin Tosno rayonunun inzibati mərkəzi.
Kressen-Roşfor
Kressen-Roşfor (fr. Cressin-Rochefort) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01133. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 374 nəfər təşkil edirdi.
Reçnoy adası
Reçnoy adası — Yapon dənizində, Amur körfəzi ərazisində, Vladivostokdan 19 km cənub-qərbdə, Tavriçankadan 6 km cənub-qərbdə yerləşən kiçik ada. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı Volno-Nadejdin rayonu ərazisinə daxildir. Öz adını ondan 5 km aralıda körfəzə tökülən Razdolnaya çayından almışdır. Yerli əhali bəzən adanı «Reçnaya Korvijka» olaraq adlandırırlar. Bu isə cənub-şərqdə yerləşən Skrebsov adasına verilən Kovrijka adı ilə bağlıdır. Ada cənub-qərbdən şimal-şərqə doğru 200 metr məsafədə uzanır. Adanın maksimal eni 75 metrdir. Adanın sahəsi 1,18 ha-dır. Üzəri tamamən düzəndir. Şimalı istisna olmaq şərti ilə sahilləri sıldırımlıdır.
Rik Rosner
Rik Rosner (8 may 1941, ABŞ) — televiziya prodüseri Rikin xidməti kitabçasında striptiz rəqqası, diyircəkli konkilər üzərinə ofisiant, rəssamlar üçün naturaçı kimi qeyri-adi vəzifələrin adları var.
Roanok koloniyası
Roanok koloniyası — Şimali Amerikada yaradılmış ilk ingilis koloniyası. Roanok koloniyasının ərazisi bugünkü Şimali Karolina ştatının sərhədləri daxilində yerləşməkdədir. Koloniya kraliça I Elizabetin hakimiyyəti dönəmində zadəgan Volter Raliyin maliyyə vəsaiti hesabına salınmışdır. Koloniya sakinləri ilə birlikdə mistik şəkildə yoxa çıxması ilə məşhurlaşmışdır. İrəli sürülən əsas versiyalar; koloniyanın sakinlər tərəfindən könüllü şəkildə tərk edilməsi və ya yerlilərin hücumuna məruz qalması ilə bağlıdır. 1584-cü ildə Şimali Amerika sahillərində məskunlaşmaq üçün münbit ola biləcək ərazilərin öyrənilməsi üçün ilk qrup yola çıxdı. Filip Amadas və Artur Barlou rəhbərliyi altında səfərə çıxan qrup Şimali Amerikanın heyvan və bitki aləmi barədə nümunələrlə geri qayıtdılar. Özləri ilə gətirdikləri bitki nümunələri arasında kartofda vardı. Bütün səfər xərclərinin ödənilməsini Volter Raliy öz üzərində götürmüşdü. Ekspedisiya tərəfindən öyrənilən sahillər dönəmin İngiltərə kraliçası I Elizabetin şərəfinə Vircinya olaraq adlandırılmışdır.
Rossoş çayı
Rossoş çayı — Rostov vilayəti və Krasnodar vilayəti ərazisindən axan çay. Rossoş çayı Elbuzd çayının əsas və sağ qolunu təşkil edir. O isə öz növbəsində Azov dənizinə tökülən Kaqalnik çayının bir qolunu təşkil edir. Rossoş çayının uzunluğu 41,6 km təşkil edir. Çay Krasnodar vilayətinin sərhəd hissəsindən axaraq Rostov ərazisinə axır. Rossoş çayı əsasən bataqlıq, yağış suları ilə qidalanır. Çay sistemi: Rossoş çayı → Elbuzd → Kaqalnik. Çayın mənsəbi 39 metr hündürlükdə yerlışir. Rossoş çayı Orta Elbuzd və Kiçik Elbuzd çaylarınln birləşməsindən əmələ gəlir. Çay bir qayda olaraq qərbə axır.
Rostok Universiteti
Rostok Universiteti (alm. Universität Rostock‎) — Almaniyanın Meklenburq-Ön Pomeraniya əyalətinin Rostok şəhərində yerləşir. Universitet eyni zamanda materik Avropanın şimalındakı ən qədim universitetdir. Universitet 13 fevral 1419-cu ildən fəaliyyət göstərir.
Rostov Arena
Rostov Arena — Rostov-na-Donu şəhərində yerləşən futbol oyunlarınln keçirilməsi məqsədilə inşa edilən stadion. FİFA tərəfindən verilən qərara əsasən DÇ-2018 Rusiya ərazisində keçiriləcəkdir. Rostov FK ev oyunlarını bu stadionda keçirəcəkdir. Stadionun tikinsi üçün Federal və Rostov vilayəti büdcəsindən pul ayrılmalıdır. Tikilmə tarixi: 2017 Tutumu: 45 000 VIP: 754 Mətbuat: 2280 İşıqlanma: 2100 lüks Stadion Don çayının sol sahilində, Qrebnov kanalının yaxınlığında yerləşir. Şimal tribunası açıq olacaqdır. Buradan Don çayına mənzərə açılmalıdır. 13 may tarixində açıqlanan qərara əsasən FİFA standartlarına cavab verməlidir. Şəhərin Teatralnaya meydanında iri manitorlar quraşdırılacaqdır. Bu DÇ-2018 oyunlarının izlənilməsi məqsədilə ediləcəkdir.
Rostov FK
FK Rostov 1930-ci ildə Rostov-na-Donuda yaradılmışdır. Oyunlarını 15,840 nəfərlik Olimp-2 stadionunda keçirir. Hazırda Rusiya Premyer Liqasında çıxış edən bu komandanın baş məşqçisi İvan Danilyansdır.
Rostov ippodromu
Rostov ippodromu ― Rostov-na-Donu şəhərində yerləşən ippodrom. Rostovdakı ippodrom öz başlanğıcını XIX əsrin sonlarından götürür. İnqilaba qədər Don Qoşunlarının təminatı məqsədi ilə Atçılıq inkiş edirdi. İstər don kazakları istərsə ayrıı-ayrı varlı şəxslər bu sahəyə xüsusi diqqət yetirirdi. İkincilər hətta dövlət tərəfindən subsidiya alırdı. 1880-ci ilin ortalarına görə Don çayından öndə yerləşən ərazilərdə 86-89 at zavodu olmuşdur. 1900-cü ildə zavodların sayı 145 olur. Atların sayı isə 83 minə çatdırılırdı. Elə bu illərdə Novoçerkask və Naxçıvan-na-Donu şəhərlərində atçılıq cəmiyyəti meydana gəlmişdir. Həvəskar at yarışları yerli əhalinin əsas əyləncələrindən birinə çevrilir.
Rostov mehmanxanası
Rostov mehmanxanası — Rostov-na-Donu şəhərinin ərazisində, Budyonnovski prospekti, ev 59 ünvanında yerləşən bina. Rostov-na-Donu şəhərinin tarixi hissəsində, Oktyabrski rayonunda üç ulduzlu otel. Bina 1932–1934-cü illərdə E. İ. Çerkasian, Xaçatur Xristoforoviç Çalxuşyan və Lev Leonodoviç Eberqin layihəsi əsasında inşa edilmişdir. Rostov-na-Donu ərazisində mövcud olan və öz fəaliyyətini indiyənə qədər davam etdirən nadir mehmanxanalardan biridir. Burada hazırda Marins Park Hotel Rostov adlı otel yerləşir. Bu binada hazırda 300 müxtəlif otaq vardır. Rostov mehmanxanası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Bina 805 nəfəri eyni anda qəbul edə bilir. Binanın tikintisində konstruktivizm elementləri aydın sezilir. Tikintisində dəmir-beton konstruksiyasından istifadə edilmişdir.
Rostov qoruğu
Rostov dövlət təbiət qoruğu — qoruq Cənub Federal dairəsi, Rostov vilayətinin cənub-şərqində Orlov rayonu ərazisində yerləşir. Qoruğun sahəsi 4591 ha-dır. Qoruğa daxil olan ərazilər: Manıç-Qudilo gölünün şimal-qərb hissəsini, Vodnıy adası, Qrelıy adası və onun yaxın akvatoriyası. Maniç çölü əsasən quru, quru və kontinental çöl xüsusiyyətlərinə malikdir. Ərazisinin böyük hissəsi şoranlıqlar və ya şorlaşmış ərazilər təşkil edir. Bu səbəbdən şora davamlı bitkilər yayılır. Qoruq ərazisində ümumilikdə 410 növ borulu bitki növü yayılmışdır. Bu bitkilərdən altısı nadirdir. Quşlar istər növ istərsə say baxımından onurğalılar arasında ən çox olanıdır. Burada nadir quşlardan: dovdaq, Sternula albifrons, kiçik qarabatdaq, cəhrayi qutan, adi ərsindimdik, adi yapalaq, Flaminqo və digərlərinə rast gəlinir.
Rostov teleqülləsi
Rostov teleqülləsi - teleqüllə Rostov-na-Donu şəhərinin Jeleznodoronı rayonu Barrikadnoy küçəsində yerləşir. Teleqüllə Rostov-na-Donu şəhərində ən hündür tikilidir. Onun maksimal hündürlüyü 195 metrdir. Onun fəaliyyət zonası Rostov vilayətinin böyük hissəsini əhatə edir. Ümumilikdə 2,2 mln insan. Fəaliyyət zonasına Bataysk, Azov, Aksay şəhərləri belə daxildir. Rostov vilayətində teleqüllənin tarixi 1956-cı ildən başlalır. Qülləni Moskva İnstutu layihələşdirmişdir. Onun hündürlüyü 195 metr təşkil edir. Qüllə iki il inşaatdan sonra 1958-ci ilin 29 aprel tarixində istifadəyə verilmişdir.
Rostov trolleybusu
Rostov trolleybusu — Rostov-na-Donu şəhərində mövcud olan trolleybus nəqliyyatı. 2016-cı ilin 1 iyul tarixindən gediş haqqı 17 rubl təşkil edir. 1 oktyabr 2015-ci ildən edibarət bu nəqliyyatla gedişdə nağd ödənişdən imtina edilmişdir. Bundan sonra gediş haqqının yarısını ödəyən tələbələr və təqayutçular ödənişi kartlar vastəsi ilə həyata keçirməlidirlər. 1936 il 18 iyun 1936-ci ildə ilk trolleybus xətti açılmışdır. İlk xətt Selmaşdan Teatralnaya meydanına uzanırdı. 8 iyul 1942-ci ildə trolleybus nəqliyyatı ilə hərəkət Böyük Vətən müharibəsi səbəbindən dayandırılmışdır. 22 iyul 1945-ci ildə trolleybus nəqliyyatı ilə hərəkət bərpa edilir. 1996-ci ildə trolleybusvxəttinin uzunluğu 244 kilometr təşkil edirdi. Bu göstərici ilə Rusiya ərazisində Moskva və Sankt-Peterburqdan sonra üçüncüdür.
Rostov vilayəti
Rostov vilayəti (rus. Ростовская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Sahəsi 100,8 min km2, əhalisi 4,4 mln. nəfərdir. Rostov vilayəti Şərqi Avropa düzənliyinin cənub hissəsində və Ön Qafqazda yerləşir. Relyefi əsasən düzənlikdir, lakin qərbdə Donetsk təpəliyi (253 m), cənub-şərqdə Yerqeni yüksəkliyi vardır, həmçinin cənubda Kuma-Manıç çökəkliyi mövcuddur. Vilayətin səthi çay dərələri ilə kəsilmişdir. İqlimi mülayim kontinentaldır. Yanvarın orta temperaturu şimalda −9°S, cənubda −5°S, iyulun isə 22–24°S-dir. İldə 400–650 mm yağıntı düşür.
Rostov zooparkı
Rostov Zooloji Parkı — Rusiya ərazisində mövcud olan ən iri (ərazisi 90 ha) və növ zənginliyi ilə seçilən zooparkdır. Zoopark Rostov-na-Donuda yerləşir. Rostov Zooloji Parkı nadir və nəsli kəsilmək üzrə olan heyvan növlərinin qorunması ilə əlaqəli 38 proqramın üzvüdür. Üstəlik zoopark ISIS — Xüsusi heyvanlar haqqında beynəlxalq informasiyası sisteminin üzvüdür. Geniş əraziyə malik olması onu xüsusi ilə şəhər əhalisi arasında məşhur edir. Zoopark iyun 1927-ci ildə Semyon Mixayloviç Budyonnı adına məktəbin təbii guşəsində yaradılmışdır. Bu guşə əsasən məktəbin şagird və müəllim heyətinin səyi sayəsində yaradılmışdır. 26 iyun 1927-ci ildə bu guşə geniş şəkildə istifadəçilərin ziyarəti üçün açıq elan edilir. 1929-ci ilin payızında kolleksiya şəhər kənarına köçürülür və beş şəhər bağı ona birləşdirilir. Zooparkın ilk direktoru Vladimir Vilhelmoviç Keqel olmuşdur.
Roşfor (rayon)
Roşfor (fr. Rochefort) — Fransanın Yeni Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Dənizkənarı Şaranta. Suprefektura — Roşfor. Rayon əhalisi 2006-cı ildə 175 782 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 115 nəf / km². Rayon sahəsi — 1528 km².
Feodosi Kosoy
Feodosi Kosoy (rus. Феодосий Косой) — İvan Qroznı dövründə yaşamış rus mütəfəkkiri. O, kilsə iyerarxiyasını, Üçlüyü, müqəddəs mərasimləri, ikonaları və məbədləri rədd edərək tam bərabərliyi təbliğ etmişdir. Onun bu hərəkətləri 1553-cü ildə Matvey Başkin və kilsə xadimi Artemi tərəfindən pislənmişdir. O, təhlükəsizlik üçün Litvaya qaçmış və polyak qardaşlar cəmiyyətinə qoşulmuşdur.
Porko Rosso
«Porko Rosso» (it. Porco Rosso — «qırmızı donuz») — 1992-ci ilin anime-filmi. Yapon dilində adı — «Kurenay no Buta» (紅の豚, «al donuz»). Rejissor — Hayao Miyazaki. Məzmun Birinci və İkinci dünya müharibələrinin arasında Adriatikada baş tutur. Baş pilot Marko Paqqot — Birinci dünya müharibəsinin iştirakçısıdır. Müharibə bitdikdən sonra Marko insanlarla o dərəcədə məyus oldu ki, özünə cadu cəlb etdi və qismən donuza döndü. İtaliyada faşistlər yaranandan sonra o, özünü Porko Rosso ( it. Porco Rosso — «Al donuz») adlandırır və hökumətə hava piratlarını yaxalamaqla kömək etməyə başlayır. 1993-cü ildə film iki «Mayniçi» mükafatını alır — ən yaxşı animasiya filminə görə (Hayao Miyazaki) və ən yaxşı musiqiyə görə (Co Hisayşi).