Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rubat
Rubat — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Mahidəşt bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 996 nəfər və 248 ailədən ibarət idi.
Acacia rugata
Acacia concinna (lat. Acacia concinna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia concinna var. rugata (Benth.)Baker Acacia hooperiana Miq. Acacia hooperiana var. glabriuscula Miq. Acacia hooperiana var. subcuneata Miq. Acacia philippinarium Benth. Acacia poilanei Gagnep.
Mimosa rugata
Acacia concinna (lat. Acacia concinna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia concinna var. rugata (Benth.)Baker Acacia hooperiana Miq. Acacia hooperiana var. glabriuscula Miq. Acacia hooperiana var. subcuneata Miq. Acacia philippinarium Benth. Acacia poilanei Gagnep.
Rubat Səng
Rubat Səng — İranın Rəzəvi Xorasan ostanının Türbət Heydəriyə şəhristanının Colgərox bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,344 nəfər və 384 ailədən ibarət idi.
Ruşat Müdərisov
Ruşat Salih oğlu Müdərisov (tatar. Рушат Салих улы Мөдәрисов, rus. Рушат Салихович Мударисов; 24 fevral 1974) — dram aktyoru, 1993-cü ildən "Nur" Ufa Dövlət Tatar Teatrının aktyoru, Başqırdıstan Respublikasının Xalq artisti (2019). == Həyatı == 24 fevral 1974-cü ildə BMSSR-in Buzdək rayonunun Sabay kəndində anadan olmuşdur. Ruşatın atası Saleh mahnı oxumağı sevirdi, anası isə qarmon çalırdı. Uşaqlıqdan Ruşat, atası kimi, müğənnilik ilə məşğul idi, həvəskar məktəb teatr qrupunun fəal iştirakçılarından idi. Rayonda və kənddə keçirilən mədəni tədbirlər, konsertlər, müxtəlif şou və müsabiqələrdə iştirak etmişdir. Məzun ilində təzədən açılan Nur Teatrı üçün xüsusi kursa yazıldı. Ufa Dövlət İncəsənət İnstitutu teatr fakultəsinin aktyorluq şöbəsinin ilk xüsusi qrupunu bitirmişdir, o qrup ilk tatardilli kurs idi. İkinci kursdan (1993-cü il) kollektiv tamaşalarda iştirak etməyə başladı.
Təzəkənd (Rudqat dehistanı)
Təzəkənd (fars. تازه كند‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (25 ailə).
Acacia concinna var. rugata
Acacia concinna (lat. Acacia concinna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia concinna var. rugata (Benth.)Baker Acacia hooperiana Miq. Acacia hooperiana var. glabriuscula Miq. Acacia hooperiana var. subcuneata Miq. Acacia philippinarium Benth. Acacia poilanei Gagnep.
Divanü Lüğat-it-Türk
Divanü Lüğat-it-Türk (ərəb. ديوان لغات الترك‎ - Türk dilləri lüğəti) — türk dünyasının ilk ensiklopedik əsəri. XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdadda 1072-1074-cü illər arasında yazılan türkcə-ərəbcə lüğətdir. Türkcənin bizə məlum ən qədim lüğətidir, qiymətli və əhəmiyyətli topludur. Kitab ərəblərin türk dilini öyrənməsi üçün yazılmışdır. Quruluş etibarı ilə lüğətdir. Lakin, hikmətli sözlər, atalar sözləri, şeir, nəsr kimi nümunələrlə zəngindir. Səkkiz bölmədən (əsərdə "kitab") ibarət əsər ərəb dilinin lüğət qaydalarına uyğun yazılmışdır. == Əlyazması == Orijinalı bilinməyən əsərin bizə məlum ən qədim əlyazması 1266-cı ildə Muhamməd ibn Əbu-Bəkr ibn Əbu-l-Fəth tərəfindən üzü köçürülmüş və hal-hazırda İstanbul Millət Kitabxanasında saxlanılan nüsxəsidir. == Əsas məlumatlar == XI əsrdə yazılmışdır.
Asqat
Asqat — Monqolustanın Zavxan vilayətinin 24 rayonundan (som) biri.
Dukat
Dukat — qədim gümüş, sonralar qızıl sikkə. İtaliyada işlədilmiş pul vahididir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Dügah
Dügah – Rast ailəsinə daxil olan muğamlardan biridir. Bu muğam hazırda xanəndə və sazəndələrimiz tərəfindən az ifa olunur. Dügah muğamının Mayə şöbəsinin musiqi materialı Şur dəstgahında "Şur şahnaz"dan sonra ifa olunur. O burada Bayatı–Türk və ya Bayatı–Qacar adlanır. Bir şöbə kimi Dügah hazırda Bayatı–Qacar muğamında "Zəminxarə" ilə "Mavəraənnəhr" arasında yerləşir.
Freqat
Freqat ( it. frigata ) — qaleranın bir növü olub, Aralıq dənizinə məxsus, sərbəst hərbi əməliyyat apara bilən kiçik döyüş gəmisi.
Fuqas
Fuqas (fr. Fougasse) — Fransa mətbəxində adətən Provans ilə bağlı bir çörək növü. İtaliyada focaccia adlanır və müxtəlif üsullarla hazırlanır.
Heqat
Heqat (Hekat) qədim Misirdə tutum və ya həcm vahidi olub 4,8 litrə bərabərdir. Kəsir hissəsi Udjat gözü əsasında tərtib edilmişdir. Onun dörddə bir hissəsi - (göz bəbəyi) "Heqatı" adlanır. Das Heqat (auch Hekat) repräsentierte im Alten Ägypten als Hohlmaß die Menge von 4,8 Litern und entspricht zugleich zehn Henu. == İstinadlar == == Mənbələr == Rainer Hannig: Großes Handwörterbuch Ägyptisch-Deutsch : (2800 - 950 v. Chr.). von Zabern, Mainz 2006, ISBN 3-8053-1771-9, S. 1320. Wolfgang Helck: Kleines Lexikon der Ägyptologie, 1999 ISBN 3-447-04027-0 S. 179f.
Lüğət
Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir. == Tarixçəsi == Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar. Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır.
Mulat
Mulatlar — avropeid və neqroid irqlərinin qarışığından yaranan insanlar. Mulatlar Latın Amerikası və Karib dənizi hövzəsi əhalisinin əksəriyyətini təşkil edirlər (Dominikan Respublikası — 73 %, Kuba — 51 %, Braziliya — 38 %), həmçinin bəzi Afrika ölkələri (CAR, Namibiya). Bu ifadə ilk dəfə XVI əsr ispan sənədlərində rast gəlinir və ispan və ya portuqal dilindən yarandığı ehtimal edilir. Mulato sözü birinci versiyaya görə o ərəb sözü olan muvalloddan yaranıb, bu sözlə təmiz ərəb olmayanlar adlandırılırdılar. İkinci versiyaya görə ispan sözü olan mulodan yaranıb ki, eşşəklə atın qarışığı olan qatıra deyilir. Həmçinin kvarteron- 1/4 zənci qarışığı olan, oktoron və ya myulatr — 1/8 zənci, myustiv(1/2), qriff (3/4), marabu (7/8), musti (1/8) və mustafino (1/16)qarışığı olan tiplər də var. Axırıncı iki ad yerli Yamay adlarıdır. İndi bu terminlər az işlədilir. Elmdə isə "açıq" və "tünd" mulatlar anlayışı var. == Məşhur mulatlar == Barak Obama — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.
Muğam
Muğam və ya muğamat — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir. Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır. Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir. Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir.
Muğan
Muğan — eyniadlı düzlükdə yerləşən tarixi ərazi. Şimalda Şirvan tarixi ərazisi, qərbdə Qarabağ, şərqdə Xəzər dənizi, cənubda Talış dağları ilə sərhəddir. Tarixi Azərbaycanın bir hissədir, Türkmənçay müqaviləsinə görə hal-hazırda bir hissəsi müasir Azərbaycan, bir hissəsi müasir İran ərazisinə (İran Azərbaycanı) düşür. == Etimologiyası == Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. == Tarixi == === Xilafət dövrü === Azərbaycanın və qonşu ölkələrin tarixinə aid salnamələrin demək olar ki, çoxunu qələmə alan, dünya tarixi haqqında on iki cildlik böyük bir külliyatın müəllifi məşhur ərəb tarixçisi və salnaməçi İzzədin Əbülhəsən Əli ibn Əbülkərim Məhəmməd ibn Əbülkərim ibn Əbdül Vahid əş-Şeybani bu bölgənin işğalı haqqında özünün "Əl-kamil-fi-t-tarix" əsərində belə yazır: "Muğanın fəthi hicrətin iyirmi birinci ilində olub. Bukeyr ibn Abdulla Muğan əhliylə döyüşüb onları məğlub edib dağıtdı, lakin sonra muğanlılar qayıtdılar və hər yaşa dolmuşdan bir dinar verməklə cizyəni qəbul etdilər". Bu hadisə miladi tarixi ilə 642-ci ildə baş verib. === Türk-monqol tayfalarının köçü === Hələ monqol istilasından əvvəl türkmənlər Arran və Muğanda "qarışqalar kimi qaynaşırdılar". Erkən dövr ərəb coğrafiyaşünasları tərəfindən hələ də şəhər adı kimi tanınan Muğan XIII əsrin əvvəllərində Yaqut Həməviyə görə kəndlərin otlaqla qoşalaşdığı və yalnız türkmənlərin məskunlaşdığı bir bölgə idi. XIII əsrin ikinci yarısında Həmdullah Qəzvininin fikrincə Muğan türkman köçəriləri tərəfindən qışlaq kimi istifadə edilirdi.
NuGet
NuGet (Nyu Get deyə tələffüz olunur) — proqramçıların təkrar istifadə edilə bilən kodu paylaşmalarını təmin etmək üçün hazırlanmış bir paket idarəetmə sistemi. Proqram azad və açıq-mənbəlidir. Outercurve Fondu əvvəlcə NuPack adı altında yaratdı. 2010 -cu ildə istifadəyə verildikdən sonra NuGet daha böyük alət və xidmətlər ekosisteminə çevrildi. == Haqqında == NuGet, proqramçılar üçün bir paket meneceridir. Yaradıcılara faydalı kodu paylaşmağa və istehlak etməyə imkan verir. NuGet paketi, .nupack və ya .nupkg fayl adı sonluğuna malik olan və .NET assemblylərini (Birlikdə işləmək və məntiqi bir funksionallıq vahidi yaratmaq üçün qurulmuş növlər və mənbələr toplusu) və onlara lazım olan faylları ehtiva edən tək bir ZIP faylıdır. NuGet əvvəlcə bir Microsoft Visual Studioya "əlavə funsiya" olaraq paylandı. Visual Studio 2012 -dən başlayaraq həm Visual Studio, həm də Mac üçün Visual Studio NuGet paketlərini yerli olaraq istehlak edə bilər. NuGet-in əsas işlədiləbilən faylı olan nuget.exe, həm paketlər yarada, həm də istehlak edə bilən azad və açıq mənbəli əmr sətiri tətbiqidir.
Nyuqat
Nyuqat (mac. Nyugat) — XX əsrin ilk yarısında təsis edilən Macar ədəbi jurnalı. Bu dövrdə yaşayan yazıçılara və şairlərə “Nyuqatın birinci /ikinci /üçüncü nəsli” kimi istinad edirlər. == Tarixi == Nyuqat jurnalı 1908-ci ildə təsis edilmişdir və ilk olaraq İqnotus, Erno Oşvat və Mikşa Fenyo tərəfindən redaktə edilmişdir. Jurnalda dərc olunan məqalələr üslubuna və məzmununa görə o zaman qərbi Avropada mövcud olan naturalizm, simvolizm və impressionizm cərəyanlarından ilhamlanmışdır. Nyuqatın birinci nəslinə Endre Adi, Arpad Tot, Mihay Babiç, Dejö Kostolanyi, Dyula Yuhas, Deza Dyoni kimi şairlər, eləcə də, Dyula Krudi və Jiqmond Morits kimi roman yazıçıları daxildirlər. Birinci Dünya müharibəsi dövründə solçu ədəbi dairələr tərəfindən sıxışdırılan Nyuqat jurnalı müharibə ilə əlaqədar olaraq bir sıra çətinliklərə məruz qaldı. Nyuqatın ikinci nəslinə Lörints Sabo, Yosef Fodor və Dyörd Şarkozi daxildir. == İstinadlar == == Xarici keçidlər == The entire contents of the NYUGAT literary and social review. NYUGAT Centenary (1908-2008) site in English/Hungarian.
RASAT
RASAT — Araşdırma Peyki Türkiyənin və TÜBİTAK UZAY ın BiLSAT peykindən sonra sahib olduğu ikinci uzaqdan müşahidə peykidir. Yüksək keyfiyyətli optik göstərmə sistemi və Türk mühəndisləri tərəfindən hazırlanan yeni modullara malik olan RASAT, Türkiyədə hazırlanmış və istehsal edilən ilk yer müşahidə peykidir.
Rabat
Rabat (ərəb. الرباط‎ — ar-Rabāṭ və ya ar-Ribāṭ, mənası "möhkəmləndirilmiş qəsr") — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri.
Rahat
Rahat (şəhər) — İsrailin cənubunda yerləşən bir şəhər. Rahat Əliyev — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri. Rahat Xan (d.1940) — Banqladeşli jurnalist.
Qulat
Qulat-i Şiə və ya Qaliyyə — şiə teologiyasında bəzi Əhli-beytdən olan insanlara ilahilik aid edən və ya əsas şiələr tərəfindən "ifrat" olaraq təyin olunan ifrat qrupları (məzhəbləri) təsvir etmək üçün istifadə edilən bir termindir. Onu müəllihə də adlandırırlar. Sonrakı dövrlərdə bu termin 12 İmamçılar, Zeydilər və bəzən də mötədil İsmaililər tərəfindən qəbul edilməyən şiə qrupları üçün istifadə edilmişdir. İmamət əqidəsinə qarşı ifrat fikirlərə malik olan şiələrə bağlı qruplar və özlərini müsəlman kimi göstərən, Əliyə və onun nəslindən olan imamlara ilahilik və ya peyğəmbərlik aid edənlər üçün istifadə edilmişdir. == Sözün mənşəyi == "Qaliyyyə" mötədillik həddini aşanlara verilən addır. Həddini aşmaq mənasında olan "gülüv" kökündən olan cəm isimdir və "mötədillik xəttini aşanlar" mənasındadır. Bu kökdən əmələ gələn "Qulat, eh'ul-gülüv, əshab'ül-gülüv" birləşmələri də eyni məna daşıyır. == İnanclar == İmamiyyə ifratçılıq üçün üç xüsusiyyət müəyyən etmişdir; Hulul, reinkarnasiya və ibaha. == Qaliyyə məzhəbləri == İlk qurulan Qulat məzhəbi "Abdullah ibn Səba" adlı yəmənli bir yəhudi tərəfindən qurulan Səbailik idi.
Lüqan (Averon)
Lüqan (fr. Lugan, oks. Luganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12134. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 30 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 175 nəfər (15-64 yaş) arasında 130 nəfər iqtisadi fəal, 45 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 69.9%).
Muğam (1976)
== Məzmun == Sənədli televiziya filmində respublikanın xalq artistlərindən Hacıbaba Hüseynov, Vera Şirye, Tamilla Şirəliyeva və başqaları çıxış edirlər.
Muğam (balet)
"Muğam" — Nazim Əliverdibəyovun Mirzə Şəfi Vazehin şeirləri əsasında 1972-ci ildə yazdığı birpərdəli balet, xoreoqrafik miniatür . Xoreoqrafları Rəfiqə Axundova və Maqsud Məmmədov, quruluşçu rəssam Tahir Tahirov idi. Baş rollarda Tamilla Şirəliyeva və Vladimir Pletnyov oynayırdılar. Şeirləri Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Vera Şirye oxuyurdu. Bu balet böyük uğurla Moskvada Çaykovski adına Konsert zalında baletmeysterlər və balet artistlərinin III Ümumittifaq yarışması zamanı nümayiş etdirilmişdi . Sonralar başqa ölkələrdə də göstərilmişdi. == Məzmun == Baletin özəlliyi istifadə olunan musiqi alətlərdən (orqan, arfa, zərb alətləri), xanəndə və şeir oxuyanın olmasıdır.