RAHAT-RAHAT

zərf Rahatcasına, rahatlıqla, narahat olmadan, sakit-sakit.
Qalın paltolu adamlar rahat-rahat küçələrdən keçirdilər. A.Şaiq.
Yerinə girən kimi dərin yuxuya getmiş Aşıq Calal rahat-rahat nəfəs alırdı. Ə.Məmmədxanlı.

RAHAT
RAHATCA
OBASTAN VİKİ
Rahat
Rahat (şəhər) — İsrailin cənubunda yerləşən bir şəhər. Rahat Əliyev — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri. Rahat Xan (d.1940) — Banqladeşli jurnalist.
Rahat (şəhər)
Rahat, (İsrailcə: רַהַט, Ərəbcə: راهط‎) İsrailin cənubunda yerləşən bir şəhərdir. Şəhər, İsrailin Cənub bölgəsində yerləşir. 10 mart 2014-cü il statistikasına əsasən şəhərin əhalisi 60,400-dür. Şəhər 1972-ci ildə qurulmuşdur. Şəhərə 1994-cü ildən Respublika tabeli şəhər statusu verilmişdir.
Rahat bayraqlar
Rahat bayraqlar — dövlət bayraqları. Vergilərə, əmək haqqına, sosial sığortaya və s. çəkilən xərcləri aşağı salmaq məqsədilə bir sıra inkişaf etmiş ölkələrin sahibkarları öz gəmilərini dövlət bayraqları altında üzdürürlər. Məsələn, gəmilərin ingilis bayrağı altında üzməsi əlavə olaraq vergi güzəştləri əldə etmək deməkdir. Bundan ötrü gəmi şirkətlərinin gəmilərini Qibraltar, Men adası kimi Britaniya limanlarında qeydiy-yata salması kifayətdir.
Rahat Əliyev
Rahat Muxtar oğlu Əliyev (qaz. Raxat Muxtarulı Älïyev; 10 dekabr 1962, Almatı – 24 fevral 2015, Yozefştadt məhkəmə həbsxanası[d]) — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni. Rahat Əliyev 10 dekabr 1962, Alma-Atada anadan olmuşdur. 1980-ci illərdə 2-ci Moskva Tibb İnstitutunda klinika ordinatoru işləmişdir. Qazaxıstandakı karyerası 1990-cı illərin əvvəlindən inkişaf etməyə başlayıb. Müxtəlif vaxtlarda Qazaxıstan Səhiyyə Nazirliyi Xarici İqtisadi Əlaqələr İdarəsinin müdir müavini, iki ticarət şirkətinin baş direktoru və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır. 2002-ci ildə Qazaxıstanın Avstriya səfiri vəzifəsinə təyin olunmuşdur. 2005-ci ildə vətənə qayıtdıqdan sonra Əliyev karyerasını Xarici İşlər Nazirliyində davam etdirmiş, lakin 2007-ci ildə yenidən Avstriyaya ezam edilib. Rahat Əliyev Qazaxıstanda iki yüksək rütbəli bank menecerini oğurlatdıraraq qətlə yetirilməsi sifarişini verməkdə ittiham olunub. Belə ki, 2007-ci ildə ölkənin ən iri kredit idarələrindən biri olan "Nurbank"la bağlı yaranmış qalmaqalda onun rolunun olduğu iddia edilmişdir.
Bağçada rahat yer (film, 1978)
Arvadım mənim, uşaqlarım mənim — kinoalmanaxı 1978-ci ildə ekranlaşdırılmışdır. Kinoalmanax 3 qısametrajlı film-novelladan ibarətdir: "Toy" (rejissor: Nicat Feyzullayev), "Bağçada rahat yer" (rejissor: Ziyafət Abbasov) və "Arvadım mənim, uşaqlarım mənim" (rejissor: Cəmil Fərəcov). Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kazım Abdullayev, Hacı İsmayılov, Məlahət Salmanova, Həsən Məmmədov, Ofeliya Məmmədzadə, Şamil Süleymanov, Gülşən Qurbanova və Kamil Məhərrəmov ifa edirlər. == Məzmun == == Film haqqında == == Filmin heyəti == == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.

Значение слова в других словарях