Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aylin Urgal
Aylin Urgal (d.1951, İstanbul - ö.26 Nisan 1985, Bolu) — Türk pop musiqisi sənətçisi.
Rural Universiteti
Rural Universiteti (isp. Universidad Rural) — Qvatemalaın paytaxtı Qvatemala şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1988-ci ildə qoyulmuşdur.
Rual Amundsen
Rual Engelbreqt Qravninq Amundsen (norv. Roald Engelbregt Gravning Amundsen; 16.7.1872 — 18.6.1928) — norveçli dəniz səyyahı, qütb tədqiqatçısı. Cənub qütbünə çatan ilk şəxs (14 dekabr 1911), Oskar Vistinqlə birlikdə Yer kürəsinin hər iki coğrafi qütbündə olmuş ilk şəxs, Şimal-Qərb keçidindən keçən ilk dəniz səyyahı (Kanada Arktik arxipelaqının boğazları ilə), 1903-cü ildə "şimal maqnit qütbü"nü kəşf etmişdi. Dostları arasında "Vikinq" ləqəbi ilə tanınırdı. == Həyatı == Amundsen 1872-ci ildə Fredrikstad/Sarpsborg şəhərində yerləşən Borge qəsəbəsində norveçli gəmi sahibləri və kapitan ailəsində dünyaya göz açıb. Onun atası Yens Amundsen idi. Amundsen ailənin 4-cü oğlu idi. Anası onun dənizçi olmasını istəmirdi və onu bu sahədən uzaq tutmağa çalışırdı. O, istəyirdi ki, oğlu həkim olsun. 21 yaşına kimi o təzyiq altında olur, ta ki, anası vəfat edənə qədər.
Drupal
"Drupal" — veb əsaslı Məzmun İdarəetmə Sistemi "Drupal" layihəsini 2000-ci ildə Dris Beytart istifadəyə vermişdir. Belə ki, Antverpen Universitetinin bir neçə tələbəsi internetə çıxış üçün ümumi ADSL-modemdən istifadə edirlər və Dris bu kiçik lokal şəbəkəsinin istifadəçilərinin ünsiyyəti üçün daxili sayt yaradır. Müsahibələrinin birində Beytart həmin dövrü belə xatırlayır: "Mən universitetdə oxuduğum zaman PHP və MySQL kimi texnologiyalar haqqında daha çox öyrənmək istəyirdim. Həmçinin, tələbələr üçün daxili mesajlaşma sisteminə ehtiyacın olduğunu hiss edirdim. Nəhayət, mən sadə bir mesaj board yazdım. Onu bitirdikdən sonra, daxili mesaj boardı internet üzərindən hərəkət etdirmək qərarına gəldim." Beytart layihə barədə fikirlərini davam etdirərək qeyd edir: "Mən saytı kənd və ya kiçik şəhər anlamına gələn "dorp" ingilis sözü ilə adlandırmaq istəyirdim, lakin qeydiyyatdan keçirən zaman kiçik səhvə yol verdim, adı "drop" (damcı) olaraq qeyd etdim. İlk olaraq bunu görəndə çox təəccübləndim, lakin sonradan adı elə bu cür saxlamağa qərar verdim". 2001-ci ildə Dris "Drupal" adı altında "drop.org" mənbə kodunu dərc etdi. O vaxtdan hazırlama daha sonra layihənin rəsmi saytı statusunu əldə edən "drupal.org" saytına yerini dəyişdi, hansı ki, layihənin rəsmi saytının statusunu əldə etdi. Yeni saytın auditoriyası zamanla yeni veb-texnologiyaların inkişafı ilə maraqlananlarla əvəz olundu və yeni sayt tədricən həvəskar sınaqdan veb-proqramlaşdırma ideyalarının müzakirələri üzrə layihəyə keçdi.
Dunal
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Dügah
Dügah – Rast ailəsinə daxil olan muğamlardan biridir. Bu muğam hazırda xanəndə və sazəndələrimiz tərəfindən az ifa olunur. Dügah muğamının Mayə şöbəsinin musiqi materialı Şur dəstgahında "Şur şahnaz"dan sonra ifa olunur. O burada Bayatı–Türk və ya Bayatı–Qacar adlanır. Bir şöbə kimi Dügah hazırda Bayatı–Qacar muğamında "Zəminxarə" ilə "Mavəraənnəhr" arasında yerləşir.
Fuqas
Fuqas (fr. Fougasse) - Fransa mətbəxində adətən Provans ilə bağlı bir çörək növü. İtaliyada focaccia adlanır və müxtəlif üsullarla hazırlanır.
Mugil
Kefal (lat. Mugil) — kefallar fəsiləsinə aid balıq cinsi. Kefal balıqlarının Xəzər dənizində 2 növü yaşayır — qızılı kefal (singil) və sivriburun kefal. Hər iki növ 1930-cu illərdə Qara dənizdən gətirilərək Xəzərə buraxılmışdır. Xəzər dənizinin iqlim və qida şəraiti həddindən artıq əlverişli olduğu üçün kefallar qısa müddətdə yeni şəraitə uyğunlaşaraq Xəzərin hər yerində geniş yayılmışlar. Bu tədbirdə məqsəd Xəzərin ixtiofaunasının növ tərkibini dəniz balıqları hesabına zənginləşdirilməsi olmuşdur. Vətəgə əhəmiyyəti olan bu balıqlar Xəzərdə çoxalaraq, əsas ov obyektinə çevrilmişlər. Çox cəld və müxtəlif səs qıcıqlandırıcılarına qarşı həssas balıqdır. Xəzər dənizi şəraitinə uyğunlaşmış hər iki növün öz xarakterik xüsusiyyətləri var.
Mural
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Muğam
Muğam və ya muğamat — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir. Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir. Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir. Muğamın ifası alətdə mükəmməl çalmağı bacarmaqla yanaşı, həm bütün kompozisiyanın quruluşunun qanunauyğunluqlaqrına, həm də şöbədən-şöbəyə keçidin məntiqinə bələd olmağı tələb edir.2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib.
Muğan
Yaşayış məntəqələri Muğan dairəsi — 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. Muğan şahlığı Muğan (tarixi ərazi) Muğan mahalı — tarixi-coğrafi ərazilərdən biri. Muğan (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Muğan (kənd, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Muğan (qəsəbə, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində möbcud olmuş qəsəbə. Muğan (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Muğan (Karbi) — Karbi mahalında kənd. Muğan (Germi)Digər Muğan düzü — Azərbaycan Respublikasında düzənlik. Muğan Salyan FK — Azərbaycan Respublikasının Salyan rayonunda futbol klubu. Muğan (əsər) — Səməd Vurğunun poeması.
Muğla
Muğla — Türkiyədə Muğla ilinin ve mərkəz mahalının inzibati mərkəzi olan şəhər. Muğla; dənizdən 670 m yüksəklikdə, üstü düz bir qaya kütləsi kimi maraqlı bir görünüşə sahib olan Hisar dağının ətəklərində qurulmuş 118.443 əhalisi olan bir şəhər mərkəzidir. Daha yaxın keçmişə qədər sənayesi və ya başqa bir işlək sektoru olmayan son dərəcə sakit kiçik bir inzibati mərkəz mövqeyində ikən, son illərdə Muğla Sıtkı Koçman Universitetinin gətirdiyi canlılıqla şəhər alan Muğla Düzənliyinə, Çernoqoriya arxalarına, Gülağzı və Akçaova'ya sürətlə yayılır. Muğla düzənliyi, Menteşe kalker platosunda Neojen çağında yaranmış depressiya ların sonradan karstlaşmasıyla meydana gəlmiş çanaq şəklindəki çukurluklardan biridir. Bakı düzənliyinə bənzər geoloji quruluşa sahib qonşu düzənliklər Yeşilyurt, Ula, Gülağzı, Yerkesik, Akkaya, Çamköy, Yenice ovalarıdır. Muğla düzənliyi Çernoqoriya, Kızıldağ, Masadağı və Hamursuz Dağı (təpəsində Hamursuz Dədənin yatır var) ilə əhatə olub, şəhər kürəyini dayadığı Hisar dağından hərəkətlə, əvvəlcə ova istiqamətində, qismən də solunda İzmir yolu üzərində iştirak edən Akçaova kəndi və sağında Karabağlar Yaylası'na baxan Düğerek məhəlləsi xəttlərində inkişaf. Düğerek'in qurulduğu yamaclar gerisində rakım sürətlə artır və Menteşe dağları silsiləsi içində iştirak edən İlanlı dağı 2000 metrə çatır. Bakı elinə bağlı turistik mərkəzlərə və dəniz sahilinə çatmaq istəyən ziyarətçilərin bəzən kənarından keçməklə yetindiği, əslində maraqlı xüsusiyyətləri olan bir şəhərdir. Ənənəvi evlər toxuması, büryan Kebabı, ekşili döş dolması, çıtırmık halvası kimi xüsusi yeməkləri, bölgə qaynaqlı çox sayda arxeoloji əsərləri ilə yanaşı Özlüce Köyü Kaklıcatepe'de ortaya çıxarılan 9 milyon illik heyvan və bitki qalıqlarının sərgiləndiyi Bakı Muzeyi, Karabağlar Yaylasında əsrlərdir işıq dəyməmiş bir zəmini örtən nəhəng ağacların altındakı Keyfoturağı və Narlı qəhvəni, aydın və konuksever xalqı güclü turistik arqumentlər təşkil edir. == Tanınmış şəxsləri == İlyas Karaöz — Türkiyənin keçmiş kənd təsərrüfatı naziri.
Qoğal
Qoğal — Azərbaycan mətbəxində geniş yayılmış un məmulatı.
Quqol
Quqol (ing. googol) — onluq say sistemində vahid və 100 sıfır ilə təsvir edilən ədəd: 10100= 10 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000. == Terminin tarixi == 1938-ci ildə məşhur amerika riyaziyyatçısı olan Edvard Kazner öz qardaş uşaqları ildə parkda gəzirdi və onlarla böyük ədədlər haqqında müzakirə edirdi. Danışığın gedişatında yüz sıfırlı ədəd haqqında söhbət açıldı və ədəd hələ adlandırılmamışdı. Uşaqlardan biri, doqquzyaşlı Milton Sirotta bu ədədi, "quqol" (googol) adlandırmağı təklif etdi. 1940-cı ildə Edvard Kazner Ceyms Nyuman ilə birlikdə "Riyaziyyat və təxəyyül" ("New Names in Mathematics") adlı elmi-kütləvi kitabında bu ədəd qeyd olundu. == Quqol ədəd kimi == Bütün onluq dərəcələr kimi, quqol ədədinin də yalnız iki sadə böləni (2 və 5) var. Quqol ədədinin tam bölənlərinin ümumi sayı 10 mindən çoxdurQuqol ədədi ikilik say sistemində 333 simvoldan ibarətdir. Son 100 rəqəm sıfırdır: 0001 0010 0100 1001 1010 1101 0010 0101 1001 0100 1100 0011 0111 1100 1110 1011 0000 1011 0010 0111 1000 0100 1100 0100 1100 1110 0000 1011 1111 0011 1000 1010 1100 1110 0100 0000 1000 1110 0010 0001 0001 1010 0111 1100 1010 1010 1011 0010 0100 0011 0000 1000 1010 1000 0010 1110 1000 1111 0001 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 00002Onaltılıq say sistemində quqol ədədi 84 simvoldan ibarətdir. Son 25 rəqəm sıfırdır: 1249 AD25 94C3 7CEB 0B27 84C4 CE0B F38A CE40 8E21 1A7C AAB2 4308 A82E 8F10 0000 0000 0000 0000 0000 000016Quqol ədədi təxminən 70 ədədinin faktorialı kimi göstərmək olar.
Rafal
Rafal (isp. Rafal) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 1,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4181 nəfərə çatmışdır.
Requl
Requl α Şir bürcünün ən parlaq ulduzlardan biri olan Günəşdən təxminən 79 işıq ili uzaqlıqda olan Alpha LEONIS (α LEONIS, qısaldılmış Alpha Leo, a Leo) olaraq da adlandırılır. Regulus, iki cüt şəklində təşkil dörd ulduzdan ibarət olan misilli ulduz sistemidir. Requl A açıq-mavi əsas ulduzdan və digər komponenti birbaşa müşahidə etmək olmur, ancaq ağ cırtdan olduğu təxmin edilən spektroskopik qoşa ulduzdur. Daha uzaqda yerləşən Requl B, C və D ulduzları da baş ardıcıllıq ulduzlarıdı. Requl, "Aslanın Ürəyi" olaraq da bilinər. == Terminalogiya == Α LEONIS (Alfa Leonis'e Latinceed) ulduzun Bayer adıdır. Ənənəvi adı Regulus "şahzadə" və ya "kiçik kral" kimi Latıncada qeydə alınır. Beynəlxalq Astronomiya Birlik 2016-cı ildə ulduzlar üçün uyğun adları kataloqlaşdırılması və Standartlaşdırma üçün Star Names (WGSN) üzərinə bir Əmək Qrupu təşkil etdi. WGSN'nin iyul 2016 ilk bülletenində, WGSN tərəfindən təsdiqlənən ilk iki ad siyahısı toplandı; Bu ulduz üçün Requl qeydə alındı. Bu anda IAU Ulduz Adlarının kataloquna daxil edilmişdir.
Reval
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. == Coğrafiya == Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
İşğal
İşğal (lat. occupatio — tutmaq, zəbt etmək) ümumi mənada — silahlı qüvvələrin köməyi ilə özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi. İşğal adətən Anneksiyadan fəqləndirilir. Məskunlaşmış özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi işğal, məskunlaşmamış özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi isə anneksiya adlanır. == Əlamətlər == Müvvəqəti missiya ya qeyri müəyyən status Təcavüzə məruz qalan ölkənin vacibliyi Müharibə vəziyyətinin mövcudluğu Ərazinin idarə üsulunun işğalçı tərəfindən öz üzərinə götürülməsi Beynəlxalq qurumlar tərəfindən işğalın tanınması == Növləri == Müharibə şəraitində işğal;IV Haaqa (1907) konfransı, eləcə də Cenevrə konvensiyasına (1949) və ona 1977-ci ildə edilmiş əlavəyə əsasən işğalın rejimi və hüququ bazası xüsusi beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Beynəlxalq hüquq normalarına əsasən hərbi işğal müvəqqəti olaraq bir ölkənin silahla zor gücünə digər bir ölkənin ərazisini zəbt edərək, idarəetmə funksiyasının mənimsənilməsi deməkdir. İşğalçı tərəf insan haqqlarına hörmət etməli, deportasiya və kütləvi qırğınlara yol verməməlidir. İşğalçı ordu dövlətə məxsus pul xəzinəsini, dövlət aktivlərini mənimsəyə bilər, lakin şəxsi və xüsusi, dini icma, mədəni-maarif, elmi və humanitar müəssələrin mülklərinin toxunulmazlığını təmin etməlidir. Buna misal olaraq SSRİ və Avropanın faşist Almaniyası tərəfindən işğalını (1939–1945), Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ərafındakı rayonların işğalını (baxmayaraq ki Cenevrə konvensiyasının hüquqi tələbləri Ermənistan tərəfindən kobud şəkildə pozulmuşdur. Əhali kütləvi qırğınlara və deportasiyaya məruz qalmışdır.
Ramal
Ramal — ad. Ramal Hüseynov — Azərbaycan futbolçusu. Ramal Aslanov — Azərbaycan kikboksçusu. Ramal Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Ramal Amanov — Boksçu, 3 dəfə dünya, 1 dəfə avropa çempionu. Ramal İsrafilov — Azərbaycanlı müğənni, bəstəkar.DigərRamal (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Ahmet Kural
Ahmet Kural (10 noyabr 1982, Kütahya) — Türkiyə aktyoru. == Həyatı == Ahmet Kural 10 noyabr 1982-ci ildə doğulmuşdur.
Alina Puqaç
Alina Puqaç (11 yanvar 1993-cü ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Arazbarı (muğam)
Arazbarı – "Şur" muğam ailəsinə daxil olan zərbi muğamdır. O yeddi əsas Azərbaycan lad-məqamına biri olan – Şura əsaslanır. Ölçüsü 4/3-dür. Tempi ağırdır. Dinləyicidə lirik, nikbin əhvali-ruhiyyə yaradır. Bəzən xorla da oxunur. Belə halda "vaygirlik edənlər fərdçinin hər misrasını "ay zalım" nidası ilə tamamlayırlar". Arazbarı ancaq xalq spzlərinə oxunur. Bu sözlər əsasən daimidir. Arazbarının mahir ifaçılarında biri böyük xanəndə Seyid Şuşinski sayılır.
Axtaçı Muğan
Axtaçı Muğan — Azərbaycan Respublikasının Sabirabad rayonunun Güdəcühür kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Sabirabad rayon Sabir Ağayev adına tam orta məktəb mövcuddur. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Buqaz dili
Buqaz dili — 12 km uzunluğa və 250—300 metr enə malik dil. Dil Buqaz limanı ilə Qara dəniz arasında qərarlaşır. 1995-ci ildə ərazisində «Blaqoveşenskaya dili» adlı yasaqlıq yaradılmışdır. Sahil əraziləri əsasən kvars və balıqqulağından ibarətdir. Avqust ayında sabit küləklərin fonunda Ümumrusiya Yelkənli Qayıq idmanı üzrə yarışlar təşkil edir. Bu səbəbdən Polşa, Kanada, İngiltərə, Almaniya və d. ölkələrdən idmancılar bölgəyə ayaq basır.Dilə maşınla gəliş 200 rubldır. Çadır qurmaq üçün isə əlavə 200 rulb tələb olunur. Məhkəmənin qərarı ilə isə bu alınan pullar qanunsuzdur. Dildə təmiz su ilə duş qəbul etmək adam başına 150 publdır.