RƏQİBƏ
RƏMALƏ
OBASTAN VİKİ
Rəmal Gülüşov
Rəmal Şahin oğlu Gülüşov (5 avqust 1995; Qaracallı, Ucar rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəmal Gülüşov 5 avqust 1995-ci ildə Ucar rayonunun Qaracallı kəndində anadan olmuşdur. Ucar rayon Qaracallı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rəmal Gülüşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Suqovuşanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəmal Gülüşov 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəmal Gülüşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəmal Gülüşov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəmal Qasımov
Rəmal Saleh oğlu Qasımov (15 aprel 1992; Gəncə, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəmal Qasımov 1992-ci il aprelin 15-də Gəncə şəhərində anadan olub. 1998-2009-cu illərdə Gəncə şəhərində 29 nömrəli tam orta məktəbdə təhsil alıb. 2014-cü ildən Şəhla Qasımova ilə ailəli idi. 2015-ci il doğumlu İmran və 2016-cı il doğumlu Kənan adında 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Rəmal Qasımov 2010-2012-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun baş giziri olan Rəmal Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəmal Qasımov sentyabrın 29-da Talış döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
обче́сть холе́рная хо́ть бы и гне́вно опра́шиваться отгла́живаться приме́ривать скворе́чница тракториза́ция ту́бус стаганец barley cancerology famine forsworn fractionation geologic time grumpy indivertible pigpen uncus versute аэробный насильно прокататься