Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kilsə
Kilsə — Xristianlığın ibadətlərinin və digər bəzi dini vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ictimai bina, məbəd. == İstinadlar == == Xarici keçidlər == •Xristian kilsəsinin parçalanması. Avropa xristianlarının şərq-müsəlmanölkələrinə qarşı apardıqları Səlib yürüşləri dünya tarixində böyük təsir gücünə,mühüm nəticələrəsəbəb olmuşdur. Xristian-katolik kilsəsinin başçılığı altında aparılan bu yürüşlər amansızlıq və qəddarlığı ilə yadda qalmışdı. IV əsrdə Roma imperiyasının parçalanması ilə xristian kilsəsi də bölündü. Qərbi Avropada xristian kilsəsinin başçısı Roma papası, Şərq (Bizans) kilsəsində isə Patriarx sayılırdı.Qərbi Roma imperiyasının xarabalıqları üzərində öz dövlətlərini quran Avropanın "barbar" başçılığı xristianlığı qəbul edərək bu hakimiyyətin İsa Peyğambər tərəfindən onlara verildiyini iddia etməyə başladılar. Bütün bunlar Qərbi Avropada xristian dinini möhkəmləndirdi. Papa və Patriarx arasında xristianların vahid lideri olmaq üstündə mübarizə 1054-cü ildə xristian dini və kilsəsinin rəsmi olaraq bölünməsi ilə nəticələndi. Qərb kilsəsi katolik (ümumdünya), Şərq isə pravoslav (həqiqi din) kilsəsi adlandı. 1091-ci ildə peçeneqlər Konstantinopola hücum edəndə Bizans imperatoru kömək üçün Roma papasına müraciət etdi.
RISE
RISE - Scotland's Left Alliance (azərb. RISE - Şotlandiyanın Sol Alyansı‎, qısa RISE kimi tanınır) – Şotlandiyada Şotlandiya Sol Layihəsi və Şotlandiya Sosialist Partiyası seçki ittifaqından mövcud olan siyasi partiya. İttifaq Radikal Sol Koalisiya nümunəsi üzərində qurulmuşdur. Partiyanın adı Hörmət (Respect), Azadlıq (Independence), Sosializm (Socialism) and Environmentalizm (Environmentalism) qısaltmasından yaranmışdır. == Tarixi == Şotlandiya Sol Layihəsi oktyabr 2014-də Şotlandiyanın müstəqilliyi üzrə referendumdan sonra onlayn layihə kimi yaranıb. Layihə 2015-ci ilin avqustun 29-da Qlazqonun "Mariott" mehmanxanasında RISE partiyası kimi qeyd olub və ilk konfransını keçirmişdir.
Aşağı Kilsə
Aşağı Kilsə — İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km cənub-qərbdə, Hallavarla Güllüdərə kəndləri arasında yerləşir. Quqark rayonunda tarixən Kilsə kəndi olmuşdur. Sonra Kilsə kəndindən ayrılanlar yeni kənd salırlar. Yeni salınan kənd Kilsə kəndindən fərqləndirilmək üçün Aşağı Kilsə kəndi adlandırılmışdır. Toponim «aşağı» fərqləndirici sözü ilə «dini məbəd» mənasında işlənən kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1922-ci ildə 87, 1926-cı ildə 110, 1931-ci ildə 128 nəfər, 1987-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin dekabr ayında ermənilər kəndə hücum edərək azərbaycanlıları zor və qırğınlarla öz doğma kəndlərindən qovmuşlar. İndi burada yalnız ermənilər yaşayır.
Kilsə (Kəlbəcər)
Kilsə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Kilsə Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonunun Alxaslı kəndindən gəlmiş Qasım Məhərrəmoğlu saldığına görə ona Qasımlı da deyilir. Kənd meşənin ortasında, köhnə kənd yerində, qədim alban kilsəsinin ətrafında salındığına görə belə adlandırılmışdır.
Kilsə (Xoy)
Kilsə (fars. كليسا‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Kilsə (dəqiqləşdirmə)
Kilsə — xristian dini və onun cərəyanlarının cəmiyyəti (Xristian kilsəsi, pravoslav kilsəsi, katolik kilsəsi, protestan kilsəsi, saentologiya kilsəsi, marmonlar kilsəsi və s). Bu termin islam və iudaizm dinlərinə xas deyil. Kilsə (bina) — Xristianların ibadetlərini həyata keçirdikləri bina, məbəd. Kilsə-təşkilat — ümumi inamla birləşən insanlar cəmiyyəti. Kilsə-rəşkilat dinin saflığını qoruyur və yeni üzvləri cəlb edir. Yaşayış məntəqələri Kilsə (Mahnişan) Kilsə (Xoy) — Kilsə (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd.
Kilsə (fərqləndirmə)
Kilsə sözü xristianlıqda iki fərqli mənada işlənir: Kilsə (bina): ibadət və toy mərasimi kimi dini vəzifələrin yerinə yetirildiyi bina, məbəd. Kilsə (təşkilat): Öz ruhaniləri, binaları, digərlərinə nisbətən fərqli təlimlərə sahib xristian təriqətləri.
Kilsə doktoru
Kilsə doktoru — Kilsə doktoru fəxri bir ünvandır. Katolik Kilsəsi tərəfindən teologiya sahəsində ən yüksək səlahiyyətə sahib olduğu qəbul edilən istər kişi, istərsə də qadın vəftizli şəxsdir. İmanlarının dərinliyi və müqəddəs, nümunəvi yaşayışları, onların təlimlərinin düzgünlüyü ilə birlikdə, yazılarına və təlimlərinə xristian doktrinasında uzunmüddətli və diqqətəlayiq bir çəki və təsir qazandırır.
Kilsə məclisi
Ekumenik Kilsə Məclisləri - rasmi Xristian kilsəsi tərəfindən və onun adından adından çağrılan keşişlərin toplantılarıdır. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu. Ekumenik kilsə məclislərindən yalnız ilk yeddisi həm Ortodoks (Pravoslav), həm də Katolik kilsələri tərəfindən qəbul olunmaqdadır. == I Ekumenik (I Nikeya) Kilsə Məclisi (325-ci il) == Roma imperatoru I Konstantin tərəfindən Nikeya şəhərində çağırılmışdır. Bu məclisdə xristian imanının simvolu . tərtib edildi. Burada Roma, İsgəndəriyyə, Antakiya və Qüds yepiskoplarının Kilsə üzərində xüsusi səlahiyyətləri təsdiq edildi. Daha sonra bu məclisdə presviter Ariusun təlimi pislənib, rədd edildi. Belə ki, Arius hesab edirdi ki, Tanrının oğlu (İsa) Atanın ən yüksək məxluqudur və Ondan fərqli mahiyyətə malikdir. Onun fikrincə, İsa mahiyyətinə görə deyil, yalnız oğulluğa götürüldüyünə görə Tanrının oğlu adlandırılmalıdır.
Qızıl kilsə
Qızıl kilsə (erm: Karmiravank) – Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığının 15 km Şimalında, Yağıkəsən kəndi ərazisində erkən orta əsrlər dövrünə aid kilsə. Kilsə kiçik bir çayın kənarında, ətrafında heç bir ağac olmayan hündür bir təpənin üstündə inşa edilmişdir. Kilsənin kilometrlərlə uzaqlıqdan görünən konik dam silueti, üfuqdəki dağ və təpələrlə uyğunluq təşkil edərək, əsrarəngiz bir görüntü əmələ gətirir. Kilsənin tarixiylə bağlı demək olar ki, heç nə məlum deyil. Sadəcə araşdırmaçılar binanın bir erkən orta əsr abidəsi olduğunu qeyd edirlər. Kilsə, XIX əsrə qədər Yağıkəsən kəndinin kilsəsi olaraq istifadə edilmiş və rəsmi qeydlərdə adı Surb Astvatsatzin (Məryəm ana kilsəsi) olaraq qeyd edilmişdir. 1877-ci il Rusiya – Osmanlı müharibəsində kilsə böyük ziyan görmüş, lakin sonradan dəyən zərər aradan qaldırılmışdır. Keşiş Salatiel Ter Davityanın kilsəni "öz əlləriylə" bərpa etməsi haqqında kilsənin giriş qapısı üstündəki kitabədə məluat verilir. 1920-ci ildə Yağıkəsən kəndinin əhalisi Qərbi Azərbaycan ərazisində qurulan qondarma Ermənistan SSR ərazisinə köçürülənə kimi kənd bir erməni kənd idi və kilsə də həmin kəndin sakinlərinə məxsus idi. Kəndin əhalisi Azərbaycana köçürüldükdən sonra isə kilsə tərk edilib.
Titulyar kilsə
Titulyar kilsə — Roma ətrafında inşa edilmiş və adları onları tez-tez tanıyan havadarlarına aid edilən bir çox erkən xristian kilsələrindən (toplu olaraq "tituli" kimi tanınır): Bu növün tituluna istinad edən ən qədim mətn IV əsrə aiddir — Böyük Afanasiyin Ariellərə qarşı müdafiəsi. V əsrin sonunda Liber Pontificalis 25 tituli tanıdı. XII əsrdə daha üçü əlavə edildi. Roma Katolikliyində bu kilsələrdən birinin sahibi tituldur. Bu sahiblər əvvəlcə ənənəvi olaraq yüksək sosial statuslu yerli Romalılar idi. Romalı İtalyan olmayan bir titula sahib olan ilk kilsə Santi-Kuattro-Koronati idi: Ditrix Trir, 975-ci ildə Papa VII Benedikt tərəfindən titullu təyin edildi. Bu bazilika, əvvəlcə, şübhəsiz ki, geniş Roma villasına sahib olan qurucusuna görə Titulus Aemilianae adlanırdı. Bu gün kardinal presbiyer dərəcəsindəki kardinallar kollecinin hər bir üzvünə titullu bir kilsə təyin edilmişdir. Kollec beynəlmiləlləşdikdən sonra hər bir kardinala bir titul verildi və onu Roma ruhanilərinin fəxri üzvü etdi. Bu gün kardinal ağsaqqallar titullu kilsələri ilə sərbəst himayə münasibətlərinə malikdirlər (adları və gerbləri kilsədəki xatirə lövhəsində yazılmışdır, kilsələrini saxlamaq və bərpa etmək üçün pul da alır), lakin artıq faktiki kilsənin rəhbərliyində iştirak etmirlər.
Xristianlıqda kilsə
Xristian kilsəsi (q.yun. Κυριακόν) — kilsənin yaradıcısı İsa Məsihin Tanrı və Xilaskar olması kimi ortaq bir inancla birləşən xristianların dini icması. Dini araşdırmalarda, kilsə ümumi bir etiqad əsasında birləşən, ayrı bir icma və ya ümumdünya xristian icmalarının birliyi olaraq xristianlar birliyini ifadə edir.
Yaşıl kilsə
Müqəddəs Vəftizçi Yuhənna kilsəsi (erm. Սուրբ Հովհաննսես Մկրտիչ եկեղեցի) — Şuşada yerləşən və el arasında daha çox Yaşıl kilsə (erm. Կանաչ Ժամ — Kanaç jam) kimi tanınan, hal-hazırda fəaliyyət göstərməyən kilsə. Kilsə 1818-ci ildə, digər mənbələrə görə 1847-ci ildə inşa edilmişdir. Əvvəlki günbəzi yaşıl rəngdə olduğuna görə qeyri-rəsmi olaraq Yaşıl kilsə kimi tanınmışdır. Yarımdairəvi günbəz sonradan itiuclu günbəz ilə əvəz edilmişdir. Azərbaycanda kilsənin əvvəllər rus pravoslav kilsəsi olduğu haqda fikirlər irəli sürünmüşdür. 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Erməni Həvari kilsəsinin tabeliyində olan Yaşıl kilsə fəaliyyətini dayandırmışdır. İlk dəfə həmin vaxt erməni mənbələri kilsənin zəng qülləsinin və gümbəzinin Azərbaycan Ordusu tərəfindən dağıdıldığını iddia edib. 2021-ci ildə erməni mənbələri yaydığı peyk şəkilləri əsasında kilsənin azərbaycanlılar tərəfindən məhv edildiyini iddia etmişdir.
Yuxarı Kilsə
Yuxarı Kilsə, Kilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-şərqdə yerləşir. Toponim cəhət, fərqləndirici əlamət bildirən yuxarı sözü ilə dini mərkəz bildirən kilsə sözündən əmələ gəlmişdir. Kəndin Kilsə adlarıdırılması XV yüzillikdə Yuxarı Kilsə kəndində tikilmiş alban kilsəsi ilə bağlıdır. Alban kilsəsi 1935-ci ildə dağıdılıb. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1922-ci ildə 96 nəfər, 1926-cı ildə 130 nəfər, 1918-ci ildə 154 nəfər, 1987-ci ildə 575 nəfər azərbaycanlı yaşamışdır. Kəndin əhalisi 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından zorla qovulmuşlar. İndi burada ermənilər yaşayır.
İstehkam kilsə
İstehkam kilsə (alm. Wehrkirche‎, rus. Веркирхе) — tikilisi və yerləşməsi səbəbindən istehkam kimi istifadə edilə bilən kilsə. Rus kilsə inşası praktikasında bu tip binalar üçün xüsusi bir termin yoxdur. Əhali kilsələrə sığınaraq orada düşməndən xilas olmağı haqqında tarixdə bir çox nümunə var. Bu tip kilsələr orta əsrlərdə Avropada möhkəmləndirmə prinsiplərinə əsaslı bir dəyişiklik gətirən odlu silahın hələ geniş tətbiq olunmadığı bir dövrdə qurulmağa başlanıldı. Bəzən bu cür kilsələr qüllələr, oyaq və digər müdafiə elementləri olan möhkəm divarla əhatə olunmuşdur. Bu divarın içərisində tez-tez bir qəbiristanlıq yerləşdirilibdir. Belə bir quruluşun tipik bir nümunəsi, Nyurnberq hava limanından şimalda yerləşən Kraftsxof (alm. Kraftshof‎) kəndindəki Müqəddəs Georqa həsr olunmuş istehkam kilsə.
Kilsə (Mahnişan)
Kilsə (fars. كليسا‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 195 nəfər yaşayır (42 ailə).
Qanlı kilsə
Qanlı Kilsə və ya Müqəddəs Məryəm Kilsəsi — İstanbulda yerləşən pravoslav kilsəsidir. İstanbulda Osmanlı dövründə məscidə çevrilməyən və yunanların ibadətinə buraxılan Bizans dövründən qalmış yeganə kilsədir. Fatih səmtində hündür divarlar arxasında olan kilsə ümumiyyətlə ictimaiyyətə açıq deyil. == Tarixi == 7-ci əsrin əvvəllərində İstanbulun beşinci təpəsində Bizans imperatoru Maurikiosun qızı şahzadə Sopatra və onun dostu Eustolia tərəfindən monastır tikilmişdir, lakin monastır Dördüncü Səlib yürüşündən sonra qurulan Latın İmperiyası dövründə dağıdılıb. 1261-ci ildə şəhər Bizanslılar tərəfindən yenidən ələ keçirildikdən sonra Georgios Akropolitesin qayınatası və VIII Mixailin dayısı İsaakios Doukas, eyni yerdə sadə bir mərtəbəli monastır tikdirmişdi. 1281-ci ildə İmperator VIII Mixayılın qeyri-qanuni qızı və Monqol Elxanlı hökmdarı Abaqa xanın həyat yoldaşı Maria Despina Palaiologina ərinin ölümündən sonra İstanbula qayıdır. Maria Despina monastır və kilsəni günümüzə gəlib çatan formada tikdirdi və Ktētorissa (qurucu) titulunu aldı. Bu tarixdən etibarən monastır və kilsəyə Mouchliōtissa (yunanca "monqolların") ləqəbi verildi. 1453-cü ildə İstanbulun fəthindən sonra kilsə Sultan II Mehmet tərəfindən Fateh məscidinin memarı Christodoulos'un anasına bağışlanmışdı.
Kilsə Ataları
Kilsə Ataları ( yun. Ἐκκλησιαστικοί Πατέρες ; pravoslavlıqda müqəddəs atalar) — IV əsrin sonlarından doqmatikanın, iyerarxik təşkilatın və ibadətlərin formalaşmasında xüsusi çəkiyə malik olan keçmişin görkəmli və nüfuzu kilsə xadimləri münasibətdə istifadə edilən fəxri titul. Hesab olunur ki, Kilsə Ataları ortodoksallıq, həyatlarının müqəddəsliyi və kilsənin tanınması ilə seçilir; Katolik tədqiqatçılar bu meyarlara qədimliyi də əlavə edirlər. Kilsə Atalarının fəlsəfi və teoloji təlimi patristika, ilahiyyat elminin bu təlimi öyrənən bölməsi isə patrologiya adlanır. Katoliklik və pravoslavlıqda eyni asketlər və ruhani yazıçılar Kilsə Ataları adlandırılır, lakin onların ehtiram səviyyəsində fərq var. Qərbdə klassik patristik dövr adətən Sevilyalı İsidor , Rus Pravoslav Kilsəsində - Dəməşqli İoann , Yunan kilsələrində - Qriqori Palamas və onun tərəfdarları ilə başa çatmış hesab olunur. Sonrakı ilahiyyatçılar Qərbdə Kilsə doktorları, onların təlimi isə sxolastika adlanır.
Qırmızı kilsə (Xocavənd)
Qırmızı kilsə — Xocavənd rayonunun Binə (keçmiş Domu) və Tuğ kəndlərinin arasında, kiçik təpə üzərində yerləşən tarix-memarlıq abidəsi. Qırmızı kilsə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Dövlət əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Nazirlər Kabitetinin 6 sentyabr 2023-cü il tarixli qərarına əsasən qeydiyyatdan çıxarılmışdır. == Tarixi == Kilsənin qərb qapısı üzərindəki kitabədə deyilir: "Erməni təqvimi ilə 449-cu ilin (miladi 1000) yayında, Musanın oğlu Qaqikin hakimiyyəti dövründə mən, Musanın qızı Voski özüm və valideynlərimin ruhunu xilas etmək üçün Tanrı evini tikdirdim." Kilsə memarlıq və bədii dəyəri baxımından böyük əhəmiyyətə malik olsa da, həm də Qafqaz albanlarının tarixi şəxslərinin adlarını saxlayan və ən erkən tarixli alban epiqrafikalarından birinə malik olan abidə kimi dəyərlidir. == Memarlıq xüsusiyyətləri == Məbədin örtüyü və cənub drvarı dağılmışdır. Onun ətrafında digər tikililərin və habelə təpəni əhatə edən qala divarlarının qalıqları qeydə alınmışdır. Əhali bu ərazini "hökmdar imarəti" adlandırmışdır. Kobud yonulmuş daşlardan inşa edilmiş bu kilsənin uzunluğu 11 m, eni 6,45 m olmuşdur. Məbədin əsas girişi qərbdə, ikinci girişi isə cənubda yerləşmişdir. Qərb divarındakı qapı yerinin yuxarısında erməni dilində inşaat yazısı qeydə alınmışdır.
Qızıl kilsə (Ərəfsə)
Qızıl kilsə — V əsr Bizans memarlığına aid kilsə. Qərbi Azərbaycanın Zəngəzur mahalında Sisian rayonunun Ərəfsə və Comartlu kəndləri arasında, yolun qarşı tərəfində yastan üzərində inşa olunub. V əsrdə Bizans stilində inşa olunub. Ərəfsə kəndinin tarixinin bilicilərindən olan Elxan Cümşüdovun Qızıl kilsənin son dövr tarixi barədəki məlumatı: "1985-ci ildə Sisian rayon partiya komitəsinin katibi bizə gəldi və yolları yaxşı tanıdığım üçün xahiş etdi ki, onları Qızıl kilsəyə aparım. Mən onların maşınlarına minəndə, orada daha iki nəfər gördüm. Bunlardan biri italiyalı alim, digəri isə tərcüməçi idi. Biz Qızıl kilsəyə çatdıq, italyan alim əllərini kilsənin uçuqlarına sürtərək kilsənin təxminən V əsrdə inşa edildiyini söylədi. Dəqiq fikri isə analizlər aparıldıqdan sonra deyə biləcəyini dedi. Sonra kilsənin ətrafına fırlandı və divara vurulmuş ermənicə lövhəni göstərib, raykom katibindən orada nə yazıldığını soruşdu. Katib orada qədim erməni kilsəsi sözlərinin yazıldığını bildirəndə, italyan alim başını yelləyib, "Çıxarın o lövhəni buradan", - dedi və əlavə etdi ki, "Bu kilsənin ermənilərə heç bir aidiyyatı yoxdur.
Rainer Mariya Rilke
Rayner Mariya Rilke (1875-1926) - şair == Həyatı == Rayner Mariya Rilke 1875-ci ildə Praqada doğulub. Xəstəliyindən dolayı hərbi litseyi yarıda qoyub, ticarət məktəbinə qəbul olundu. İlk şeiri 1891-ci ildə Vyana qəzetində çap olunub. Həyatı boyunca gəzdiyi, dolaşdığı yerlərdə dünya ədəbiyyatının ən öndə gələn şəxsiyyətləri ilə bir araya gəldi. 1926-cı ildə yaxalandığı qan xərçəngi xəstəliyindən qurtula bilməyərək həyata gözlərini yumdu. Məzarı İsveçrə kantonundakı Valaisdə Raron məzarlığındadır. == Xarici keçidlər == Rayner Mariya Rilke. Bəbir Rayner Mariya Rilke.
Rayner Mariya Rilke
Rayner Mariya Rilke (1875-1926) - şair == Həyatı == Rayner Mariya Rilke 1875-ci ildə Praqada doğulub. Xəstəliyindən dolayı hərbi litseyi yarıda qoyub, ticarət məktəbinə qəbul olundu. İlk şeiri 1891-ci ildə Vyana qəzetində çap olunub. Həyatı boyunca gəzdiyi, dolaşdığı yerlərdə dünya ədəbiyyatının ən öndə gələn şəxsiyyətləri ilə bir araya gəldi. 1926-cı ildə yaxalandığı qan xərçəngi xəstəliyindən qurtula bilməyərək həyata gözlərini yumdu. Məzarı İsveçrə kantonundakı Valaisdə Raron məzarlığındadır. == Xarici keçidlər == Rayner Mariya Rilke. Bəbir Rayner Mariya Rilke.
Xalkedon kilsə məclisi
Xalxidon Şurası və ya Kadıköy Şurası, 8 oktyabr 451-ci ildə başlayan və 1 noyabrda sona çatan bir ekumenik məclisdir. Xalxidon, bu gün İstanbul şəhərindəki Kadıköy ilçəsinin mərkəzidir. Qərb Pravoslavları, Roma Katoliklərinin və digər bir çox qərb xristianlarının 4-cü ekumenik məclisi hesab olunur. Şurada Eutychesin Monofizitizm doktrinası rədd edildi və İsanın həm tam mənada insan, həm də sözün əsl mənasında ilah olduğunu təyin edən Xalxidon kredosu (kiminsə hərəkətlərini istiqamətləndirən inancların və ya məqsədlərin ifadəsi) qəbul edilmişdir. == Xalxidon Şurasında qəbul edilən qərarlar == İsada həm insan, həm də ilahi xüsusiyyətlər var, bu əlamətlər Məryəm İsanı dünyaya gətirməzdən əvvəl də mövcud idi. İsa, Allah kimi Ata ilə eyni mahiyyət daşıyır və insan kimi də günahlardan başqa insanlarla eyni mahiyyətdədir. Beləliklə, Məryəm yalnız insan olan İsanın anası deyil, həm də Tanrı olan İsanın anasıdır və buna Allahın anası mənasını verən Theotokos deyilməlidir. Bu fərqli təbiətlər birləşmədən sonra heç bir şəkildə dəyişmədi və öz xüsusiyyətlərini qorudu. Çarmıxda əziyyət çəkən yalnız İsanın insan təbiətidir, bu ağrı ilahi təbiətə toxunmamışdı. Əslində, bu qərara etiraz edən, diofizit görüşə yaxın olan monofizit yepiskopları öz müstəqil kilsələrini qurdular.
Xalkidon kilsə məclisi
Xalxidon Şurası və ya Kadıköy Şurası, 8 oktyabr 451-ci ildə başlayan və 1 noyabrda sona çatan bir ekumenik məclisdir. Xalxidon, bu gün İstanbul şəhərindəki Kadıköy ilçəsinin mərkəzidir. Qərb Pravoslavları, Roma Katoliklərinin və digər bir çox qərb xristianlarının 4-cü ekumenik məclisi hesab olunur. Şurada Eutychesin Monofizitizm doktrinası rədd edildi və İsanın həm tam mənada insan, həm də sözün əsl mənasında ilah olduğunu təyin edən Xalxidon kredosu (kiminsə hərəkətlərini istiqamətləndirən inancların və ya məqsədlərin ifadəsi) qəbul edilmişdir. == Xalxidon Şurasında qəbul edilən qərarlar == İsada həm insan, həm də ilahi xüsusiyyətlər var, bu əlamətlər Məryəm İsanı dünyaya gətirməzdən əvvəl də mövcud idi. İsa, Allah kimi Ata ilə eyni mahiyyət daşıyır və insan kimi də günahlardan başqa insanlarla eyni mahiyyətdədir. Beləliklə, Məryəm yalnız insan olan İsanın anası deyil, həm də Tanrı olan İsanın anasıdır və buna Allahın anası mənasını verən Theotokos deyilməlidir. Bu fərqli təbiətlər birləşmədən sonra heç bir şəkildə dəyişmədi və öz xüsusiyyətlərini qorudu. Çarmıxda əziyyət çəkən yalnız İsanın insan təbiətidir, bu ağrı ilahi təbiətə toxunmamışdı. Əslində, bu qərara etiraz edən, diofizit görüşə yaxın olan monofizit yepiskopları öz müstəqil kilsələrini qurdular.
Yeddi kilsə məbədi
Yeddi kilsə monastır kompleksi — Qax rayonunun Ləkit Kötüklü kəndi ərazisində, indi xalq arasında "Yeddi kilsə" adı ilə məşhur olan alban monastır kompleksi, uzun müddət alban kilsəsi yepiskopluğunun mərkəzi olmuş abidə. Məhz bununla əlaqədar olaraq bu ərazi qədim dövrlərdən "Kax", yəni dini mərkəz, din sarayı adlanır. Kompleksdə eramızın əvvəllərinə aid doqquz abidənin qalıqları vardır. Kompleks 1980-ci ildən sonra baxımsızlıqdan sürətlə dağılmağa başlamışdır. Hazırda qəzalı vəziyyətdədir. == Tarixi == Məbədin tarixiylə bağlı kifayət qədər məlumat qorunmamışdır. Lakin məbədin IV-V əsrlərdə Qafqaz Albaniyasında xristianlığın çiçəkləndiyi bir dövrdə inşa edildiyi güman olunur. Belə ki, Albaniyanın Alban Arşakiləri sülaləsindən olan hökmdarı III Mömün Vaçaqanın hakimiyyətə gəldikdən sonra, sonradan Alban Həvvari Kilsəsinin katolikosu olan Müqəddəs Qriqoris in təhriki və təsiri ilə xristianlıq Qafqaz Albaniyasında rəsmi dövlət dini elan edilir. Albaniyada əsası hələ I əsrdən qoyulan xristian icması müstəqil şəkildə və geniş fəaliyyət göstərməyə başlayır. III Mömin Vaçaqanın əmri ilə ölkənin hər yerində kilsələr və monastırlar inşa edilir, dini təhsil verən məktəblər açılır.
Reise, Reise
Reise, Reise (alm. Səyahət, səyahət‎/ing. Artım) — Rammstein qrupunun dördüncü albomudur. Çıxışdan bir müddət sonra albom platinalı olub.
Bilnə
Bilnə (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Bilnə (Lerik) — Azərbaycan Respublikasıınn Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Giləşə
Giləşə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Giləşə Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Oykonimin Azərbaycan dilindəki küləş sözünun Talışca "saman, samanlıq" mənasını verən giləşə variantında olması ehtimal edilir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi xırman olan sahədə, samanlıqda salındığı üçün belə adlandırılmışdır. Ərazidəki evlərin tikilməsində saman qarışdırılmış gil kərpiclərdən istifadə olunur. Başqa bir fikrə görə, oykonim Niləvişə adının təhrif forması olub, "nil meşəsi" mənasındadır. == Etimologiyası == Giləşə Küləş sözünün təhrif formasıdır. Coğrafi ad Azərbaycan dilindəki küləş sözü və kənd termininin birləşməsindən yaranmışdır.
Qissə
Qissə - rəvayət edilən doğru və ya uydurma hekayə, əhvalat; nağıl, hadisə, vaqiə, qəziyyə. == Nümunələr == Sorma bu gecə silsileyizülfi- siyahın; Tulani olan qissədi bu, müxtəsər olmaz. S.Ə.Şirvani. Molla bu qissədən pərişanhal; Evinə döncək övrət etdi sual.. M.Ə.Sabir. [Dəli Səməd] ..məzəli-məzəli qissələr nağıl eləyib eşidənləri də gülməyə vadar edirdi. Çəmənzəminli.
Ranse
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Ribes
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi == 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Çiloe
Çiloe adası́ (isp. Isla de Chiloé) — Sakit okeanda yerləşən, Çiliyə məxsus olan ada. Sahəsi 8394 km² təşkil edir. Çiloe arxipelaqının əsas adası olaraq arxipelaqın 91,4 % ərazisini təşkil edir (9181 km²). == Yerləşməsi == Sahəsinə görə Çilinin Odlu Torpaqdan sonra ikinci adasıdır. Cənubi Amerikanın isə sahəsinə görə dördüncü adasıdır. Onun şimaldan cənuba uzunluğu 190 km, maksimal hündürlüyü 1048 metr təşkil edir. Şərqdən qərbə eni 60 km-dir. Şərqi təpəli düzənliklərdən ibarətdir. Ada materikdən Ankud körfəzi və Korkovado körfəzi şərqdən, Cakao boğazı şimaldan, Quafo boğazı ilə isə cənubdan ayrılır.