Müqəddəs Vəftizçi Yuhənna kilsəsi (erm. Սուրբ Հովհաննսես Մկրտիչ եկեղեցի) — Şuşada yerləşən və el arasında daha çox Yaşıl kilsə (erm. Կանաչ Ժամ — Kanaç jam) kimi tanınan, hal-hazırda fəaliyyət göstərməyən kilsə.
Yaşıl kilsə | |
---|---|
erm. Սուրբ Հովհաննսես Մկրտիչ եկեղեցի, Կանաչ Ժամ եկեղեցի | |
| |
39°46′04″ şm. e. 46°44′40″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Şuşa rayonu |
Tikilmə tarixi | 1818 və ya 1847 |
Vəziyyəti | zərər görüb və ya tamamilə sökülüb (hərbi münaqişə zonasında yerləşir) |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kilsə 1818-ci ildə,[1] digər mənbələrə görə 1847-ci ildə[2] inşa edilmişdir. Əvvəlki günbəzi yaşıl rəngdə olduğuna görə qeyri-rəsmi olaraq Yaşıl kilsə kimi tanınmışdır. Yarımdairəvi günbəz sonradan itiuclu günbəz ilə əvəz edilmişdir. Azərbaycanda kilsənin əvvəllər rus pravoslav kilsəsi olduğu haqda fikirlər irəli sürünmüşdür.[3]
2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Erməni Həvari kilsəsinin tabeliyində olan Yaşıl kilsə fəaliyyətini dayandırmışdır. İlk dəfə həmin vaxt erməni mənbələri kilsənin zəng qülləsinin və gümbəzinin Azərbaycan Ordusu tərəfindən dağıdıldığını iddia edib.[4]
2021-ci ildə erməni mənbələri yaydığı peyk şəkilləri əsasında kilsənin azərbaycanlılar tərəfindən məhv edildiyini iddia etmişdir.[5][6] Azərbaycan mənbələri bunun həqiqət olmadığını və müharibə zamanı zərər görmüş kilsə binasında hal-hazırda təmir işlərinin aparıldığını və günbəzin bərpa edildiyini bəyan etmişdir.[7]
Həmçinin ermənilər Şuşanın azad edilməsindən sonra Azərbaycanın kilsəni sökərək, təmir adı ilə ruslaşdırdığını, Azərbaycan isə əksinə kilsənin əslində rus-provaslav kilsəsi olduğunu, Şuşanın işğalından sonra ermənilərin bu kilsəni erməniləşdirdiyini, dairəvi günbəzini ləğv edərək qriqoryan kilsəsinə çevirdiyini, indi isə Azərbaycanın kilsəni təmir edərək ilkin vəziyyətinə qaytarmaqda olduğunu açıqlayıb.[8]
Perdyu və Kornell universitetlərindən olan tədqiqatçılardan ibarət erməni müşahidə qrupu olan Qafqaz İrsi Müşahidəsi (Caucasus Heritage Watch) 2021-də regiondakı memarlıq abidələrinin vəziyyətini sənədləşdirən reyestr saytında kilsənin statusunu “zədələnmiş” kimi qeyd etmişdi. CHW 2023-cü ilin dekabrından 2024-cü ilin aprelinə qədər olan müddət ərzində Azərbaycanın kilsəni tamamilə sökdüyünü iddia edib və bununla bağlı peyk şəkilləri yayımlayıb.[9]